Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2425/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qızına pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh, "xxxx" MMC ilə 24.10.2019-cu il, 26.10.2019-cu il, 14.01.2020-ci il, 03.01.2020-cu il,16.05.2020-ci il 13.03.2020-ci il tarixlərdə bağlanmış müqavilələrə əsasən, İMEİ kod **********24919 “X37” markalı telefon, İMEİ kod **********51043 “Samsung Galaxy A10” markalı telefon və 2 ədəd aksesuar İMEİ kod **********13690 olan Samsung galaxy A10 markalı telefon və aksesuar, SHOSMAN markalı Qazan dəsti, İMEİ kod **********68988 olan “Samsung Galaxy A20S” markalı telefon, SAMSUNG markalı tozsoran,Redmond markalı mikser almış və nəticədə 2809 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588 manat olan İMEİ kodu **********24919 “X3 7” markalı telefon üçün ümumilikdə 509 manat olmaqla ondan, 392 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu 26.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 408 manat olan İMEİ kodu **********51043 “Samsung Galaxy A10” markalı telefon və 2 ədəd aksesuar üçün 309 manat olmaqla ondan, 238 manat ödənilməmiş hissə, 71 manat dəbbə pulu, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 368,4 manat olan İMEİ kodu **********13690 olan Samsung galaxy A10 markalı telefon və aksesuar üçün ümumilkidə 397,manat olmaqla ondan 306.4 manat ödənilməmiş hissə 90,6 manat dəbbə pulu ,03.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 295.2 manat olan SHOSMAN markalı Qazan dəsti üçün ümumilkidə 304 manat olmaqla ondan 246.2 manat ödənilməmiş hissə, 57.8 manat dəbbə pulu 16.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 664,2 manat İMEİ kodu **********68988 olan “Samsung Galaxy A20S” markalı telefon üçün ünunilikdə 783 manat olmaqla ondan ,664.2 manat ödənilməmiş hissə,118,8 manat dəbbə pulu, 13.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 424,8 manat “Samsung” markalı tozsoran,Redmond markalı mikser üçün ünunilikdə 507 manat olmaqla ondan ,424.8 manat ödənilməmiş hissə, 82,2 manat dəbbə pulu borcu vardır..Cavabdehin cəmi ödədiyi məbləğ 477 manat təşkil edir. Qeyd olunanlara əsasən 24.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588 manat olan İMEİ kodu **********24919 “X3 7” markalı telefon üçün ümumilikdə 509 manat olmaqla ondan, 392 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu, 26.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 408 manat, İMEİ kodu **********51043 olan “Samsung Galaxy A10” markalı telefon və 2 ədəd aksesuar üçün 309 manat olmaqla ondan, 238 manat ödənilməmiş hissə, 71 manat dəbbə pulu, 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 368,4 manat İMEİ kodu **********13690 olan Samsung galaxy A10 markalı telefon və aksesuar üçün ümumilkidə 397,manat olmaqla ondan 306.4 manat ödənilməmiş hissə 90,6 manat dəbbə pulu, 03.01.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 295.2 manat SHOSMAN markalı Qazan dəsti üçün ümumilkidə 304 manat olmaqla ondan 246.2 manat ödənilməmiş hissə, 57.8 manat dəbbə pulu, 16.05.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 664,2 manat İMEİ kodu **********68988 olan “Samsung Galaxy A20S” markalı telefon üçün ünunilikdə 783 manat olmaqla ondan 664.2 manat ödənilməmiş hissə,118,8 manat dəbbə pulu, 13.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 424,8 manat olan “Samsung” markalı tozsoran,Redmond markalı mikser üçün ünunilikdə 507 manat olmaqla ondan ,424.8 manat ödənilməmiş hissə, 82,2 manat dəbbə pulu, ümumilkdə 2809 manat borc 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2839 manat Cavabdeh qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 24.10.2019-cu il tarixli 01002783 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qızının sahibliyinə və istifadəsinə İMEİ kod **********24919 “X3 7” markalı telefon verilmişdir. Cavabdeh qızı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.10.2019-cu il tarixli 01002783 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 31-dən gec olmayaraq 12 ay müddətinə 49 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin 23.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 24.10.2019-cu il tarixli 01002783 kredit müqaviləsi üzrə 392 manat ödənilməmiş hissə, 117 manat cərimə, cəmi 509 manat borcu vardır. İş materiallarında olan 26.10.2019-cu il tarixli 01008036 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qızının sahibliyinə və istifadəsinə olan İMEİ kod **********51043 “Samsung Galaxy A10” markalı telefon və 2 ədəd aksesuar verilmişdir. Cavabdeh qızı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 26.10.2019-cu il tarixli 01008036 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 24-dən gec olmayaraq 12 ay müddətinə 34 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin 23.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 26.10.2019-cu il tarixli 01008036 nömrəli kredit müqaviləsi üzrə 238 manat ödənilməmiş hissə, 71 manat cərimə, cəmi 309 manat borcu vardır. İş materiallarında olan 14.01.2020-ci il tarixli 20037974 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qızının sahibliyinə və istifadəsinə İMEİ kod **********13690 olan Samsung galaxy A10 markalı telefon və aksesuar verilmişdir. Cavabdeh qızı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.01.2020-ci il tarixli 20037974 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə 30.7 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin 23.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 14.01.2020-ci il tarixli 20037974 nömrəli kredit müqaviləsi üzrə 306.4 manat ödənilməmiş hissə, 90.6 manat cərimə, cəmi 397 manat borcu vardır. İş materiallarında olan 03.01.2020-ci il tarixli 20007009 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qızının sahibliyinə və SHOSMAN markalı Qazan dəsti verilmişdir. Cavabdeh qızı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.01.2020-ci il tarixli 20007009 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 18 ay müddətinə 16.4 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin 23.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 03.01.2020-ci il tarixli 20007009 nömrəli kredit müqaviləsi üzrə 246.2 manat ödənilməmiş hissə, 57.8 manat cərimə, cəmi 304 manat borcu vardır. İş materiallarında olan 13.03.2020-ci il tarixli 20172684 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qızının sahibliyinə və istifadəsinə olan “Samsung” markalı tozsoran,Redmond markalı mikser verilmişdir. Cavabdeh qızı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 13.03.2020-ci il tarixli 20172684 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 26-dən gec olmayaraq 18 ay müddətinə 23.6 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin 23.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 13.03.2020-ci il tarixli 20172684 nömrəli kredit müqaviləsi üzrə 424.8 manat ödənilməmiş hissə, 82.2 manat cərimə, cəmi 507 manat borcu vardır. İş materiallarında olan 16.05.2020-ci il tarixli 20284609 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh qızının sahibliyinə və istifadəsinə “İMEİ kodu **********68988 olan “Samsung Galaxy A20S” markalı telefon verilmişdir. Cavabdeh qızı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.05.2020-ci il tarixli 20284609 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 16-dan gec olmayaraq 18 ay müddətinə 36.9 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin 23.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh qızının 16.05.2020-ci il tarixli 20284609 kredit müqaviləsi üzrə 664.2 manat ödənilməmiş hissə, 118.8 manat cərimə, cəmi 783 manat borcu vardır İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh qızına göndərilmiş 03.10.2020ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh qızı bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə 3 gün müddətində "xxxx" MMC ilə razılığa gəlməsi barədə xəbərdar olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 26.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 24.10.2019-cu il, 26.10.2019-cu il, 14.01.2020-ci il, 03.01.2020-cu il,16.05.2020-ci il 13.03.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən,cavabdeh X37” markalı telefon, İMEİ kodu **********51043 olan “Samsung Galaxy A10” markalı telefon və 2 ədəd aksesuar, İMEİ kod **********13690 olan Samsung galaxy A10 markalı telefon və aksesuar, SHOSMAN markalı Qazan dəsti, İMEİ kod **********68988 olan “Samsung Galaxy A20S” markalı telefon, SAMSUNG markalı tozsoran,Redmond markalı mikser almış və nəticədə 2809 manat borc yaranmışdır. Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 30 manat dövlət rüsumu banka ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh qızından 08.04.2019cu il tarixli müqavilə üzrə 180 manat əsas, 54 manat dəbbə borcu, 03.10.2018-cu il tarixli müqavilə üzrə 61 manat əsas, 19 manat dəbbə borcu, 24.06.2019-cu il tarixli müqavilə üzrə 1152 manat əsas, 194 manat cərimə borcu, 20.08.2019-cu il tarixli müqavilə üzrə 600 manat əsas, 180 və 30 manat dövlət rusumu, cəmi 2470 manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 24.10.2019-cu il tarixli müqavilə üzrə 392 manat əsas, 117 manat dəbbə pulu, 26.10.2019-cu il tarixli müqavilə üzrə 238 manat əsas, 71 manat dəbbə pulu, 14.01.2020-ci il tarixli müqavilə üzrə 306,4 manat əsas, 90.6 manat dəbbə pulu ,03.01.2020-cu il tarixli müqavilə üzrə 246,2 manat əsas, 57.8 dəbbə pulu 16.05.2020-ci il tarixli müqavilə üzrə 664.2 manat əsas ,118.8 manat dəbbə pulu ,13.03.2020-ci tarixli müqavilə üzrə 424,8 manat əsas borc, 82.2 manat dəbbə pulu cəmi 2809 manat borc və 30 manat ödənilmiş dövlət rusumu, "xxxx" MMC-nin xeyrinə tutlsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Tərəflərə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2425/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2425/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver