Məhkəmə qərarları › İş №2(007)-2426/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2426/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2426/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İş № 2(007)-2426/2021 Azərbaycan Respublikasi adindan QİYABİ QƏTNAMƏ 06 iyul 2021-ci il Bakı şəhəri Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 10.06.2019-cu il, 24.08.2019-cu il, 21.06.2019-cu il, 24.06.2019-cu il, 20.04.2019-cu il və 06.12.2018-ci il tarixli müqavilələrə əsasən, Toyota markalı tikiş maşını, İMEİ kodu **********67069 olan HOFFMAN X Go markalı telefon, İMEİ kodu **********99301 olan Samsung Galaxy A30 markalı telefon, HOFFMANN markalı kondisioner, HOFFMANN LED TV, İMEİ kodu **********92990 olan Samsung Galaxy A7 markalı telefon almış və nəticədə 2919 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 385 manat (11 ay x 35 manat + 0 manat ilkin ödəniş) olan Toyota markalı tikiş maşını üçün ümumilikdə 241 manat olmaqla ondan 189 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, 24.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 126 manat (24 ay x 5 manat + 6 manat ilkin ödəniş) olan İMEİ kodu **********67069 olan HOFFMAN X Go markalı telefon üçün ümumilikdə 142 manat olmaqla, ondan 115 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 manat (12 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********99301 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə 540 manat olmaqla, ondan 418 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu, 24.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 847 manat (11 ay x 77 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı kondisioner üçün ümumilikdə 715 manat olmaqla ondan 554 manat ödənilməmiş hissə, 161 manat dəbbə pulu, 20.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 377 manat (11 ay x 34 manat + 3 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə 228 manat olmaqla ondan 177 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu, 06.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1345 manat (24 ay x 54 manat + 49 manat ilkin ödəniş) olan İMEİ kodu **********92990 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 1053 manat olmaqla ondan 810 manat ödənilməmiş hissə, 243 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1429 manat təşkil edir. Qeyd olunanlara əsasən, 10.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Toyota markalı tikiş maşını üçün 189 manat ödənilməmiş hissə, 52 manat dəbbə pulu, 24.08.2019-cu-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********67069 olan HOFFMAN X Go markalı telefon üçün 115 manat öənilməmiş hissə, 27 manat dəbbə pulu, 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********99301 olan Samsung Galaxy A30 markalı telefon üçün 418 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu, 24.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı kondisioner üçün 554 manat ödənilməmiş hissə, 161 manat dəbbə pulu, 20.04.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV üçün 177 manat ödənilməmiş hissə, 51 manat dəbbə pulu, 06.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********92990 olan Samsung Galaxy A7 markalı telefon üçün 810 manat ödənilməmiş hissə, 243 manat dəbbə pulu, ümumilikdə 2919 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2949 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə işə cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 21.06.2019-cu il tarixli 00734692 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********99301 olan Samsung Galaxy A30 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.06.2019-cu il tarixli 00734692 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 30-dan gec olmayaraq 12 ay müddətinə 51 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 21.06.2019-cu il tarixli 00734692 nömrəli müqavilə üzrə 189 manat ödənilməmiş hissə, 52 manat cərimə, cəmi 241 manat borcu vardır. İş materiallarında olan 24.06.2019-cu il tarixli 00739640 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HOFFMANN markalı kondisioner verilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.06.2019-cu il tarixli 00739640 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 24-dən gec olmayaraq 11 ay müddətinə 77 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 24.06.2019-cu il tarixli 00739640 nömrəli müqavilə üzrə 554 manat ödənilməmiş hissə, 161 manat cərimə, cəmi 715 manat borcu vardır. İş materiallarında olan 20.04.2019-cu il tarixli 00622152 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HOFFMANN LED TV verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.04.2019-cu il tarixli 00622152 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 11 ay müddətinə 34 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 20.04.2019-cu il tarixli 00622152 nömrəli müqavilə üzrə 177 manat ödənilməmiş hissə, 51 manat cərimə, cəmi 228 manat borcu vardır. İş materiallarında olan 06.12.2018-ci il tarixli 00404316 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********92990 olan Samsung Galaxy A7 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 06.12.2018-ci il tarixli 00404316 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 16-dan gec olmayaraq 24 ay müddətinə 54 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 06.12.2018-ci il tarixli 00404316 nömrəli müqavilə üzrə 810 manat ödənilməmiş hissə, 243 manat cərimə, cəmi 1053 manat borcu vardır. İş materiallarında olan 24.08.2019-cu il tarixli 00867137 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kod **********67069 olan “HOFFMAN X Go” markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.08.2019-cu il tarixli 00867137 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 31-dən gec olmayaraq 24 ay müddətinə 5 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 24.08.2019-cu il tarixli 00867137 nömrəli müqavilə üzrə 115 manat ödənilməmiş hissə, 27 manat cərimə, cəmi 142 manat borcu vardır. İş materiallarında olan 10.06.2019-cu il tarixli 00715722 nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Toyota markalı tikiş maşını verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.06.2019-cu il tarixli 00715722 nömrəli müqavilənin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 10-dan gec olmayaraq 11 ay müddətinə 35 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 10.06.2019-cu il tarixli 00715722 nömrəli müqavilə üzrə 189 manat ödənilməmiş hissə, 52 manat cərimə, cəmi 241 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş 13.02.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi barədə xəbərdar olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 08.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 4177.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 10.06.2019-cu il, 24.08.2019-cu il, 21.06.2019-cu il, 24.06.2019-cu il, 20.04.2019-cu il və 06.12.2018-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, Toyota markalı tikiş maşını, İMEİ kodu **********67069 olan HOFFMAN X Go markalı telefon, İMEİ kodu **********99301 olan Samsung Galaxy A30 markalı telefon, HOFFMANN markalı kondisioner, HOFFMANN LED TV, İMEİ kodu **********92990 olan Samsung Galaxy A7 markalı telefon almış və nəticədə 2919 (iki min doqquz yüz on doqquz) manat borc yaranmışdır.Lakin Cavabdeh müqavilələrə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 30 manat dövlət rüsumu banka ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10.06.2019-cu il tarixli müqavilə üzrə 189 manat əsas, 52 manat dəbbə borcu, 06.12.2018-ci il tarixli müqavilə üzrə 810 manat əsas, 243 manat cərimə borcu, 24.06.2019-cu il tarixli müqavilə üzrə 554 manat əsas, 161 manat cərimə borcu, 24.08.2019-cu il tarixli müqavilə üzrə 115 manat əsas, 27 manat cərimə borcu, 21.06.2019-cu il tarixli müqavilə üzrə 418 manat əsas, 122 manat cərimə borcu, 20.04.2019-cu il tarixli müqavilə üzrə 177 manat əsas, 51 manat cərimə borcu və 30 manat dövlət rusumu, cəmi 2949 manat borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2436-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2919 manat borc və 30 manat ödənilmiş dövlət rusumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar