Məhkəmə qərarları › İş №2(007)-2428/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2428/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2428/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 25.02.2020-ci il, 11.04.2019-cu il və 27.08.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********21134 olan Xiaomi Redmi 8 markalı telefon, LG markalı paltaryuyan, İMEİ kodu **********22825 olan Samsung Galaxy S10+ markalı telefon almış və nəticədə 2595 (iki min beş yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 394.8 (üç yüz doxsan dörd manat səksən qəpik) manat (12 ay x 32.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********21134 olan Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə, 271 (iki yüz yetmiş bir) manat olmaqla ondan, 213,8 (iki yüz on üç manat səksən qəpik) manat ödəmilməmiş hissə, 57,2 (əlli yeddi manat iyirmi qəpik) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 11.04.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (18 ay x 53 manat + 6 manat ilkin ödəniş) LG markalı paltaryuyan üçün ümumilikdə, 181 (yüz səksən bir) manat olmaqla ondan, 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3420 (üç min dörd yüz iyirmi) manat (12 ay x 285 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********22825 olan Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə, 2143 (iki min yüz qırx üç) manat olmaqla ondan, 1630 (min altı yüz otuz) manat ödənilməmiş hissə, 513 (beş yüz on üç) manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 2797 manat təşkil edir. Qeyd olunanlara əsasən 25.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********21134 olan Xiaomi Redmi 8 markalı telefon üçün 213,8 (iki yüz on üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 57,2 (əlli yeddi manat iyirmi qəpik) manat dəbbə, 11.04.2019-cu il tarixli müqavilə üzrə LG markalı paltaryuyan üçün 134 (yüz otuz dörd) manat ödənilməmiş hissə, 47 (qırx yeddi) manat dəbbə, 27.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********22825 olan Samsung Galaxy S10+ markalı telefon üçün 1630 (min altı yüz otuz) manat ödənilməmiş hissə, 513 (beş yüz on üç) manat dəbbə, ümumilikdə 2595 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2020-ci il tarixli 20127686 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********21134 olan Xiaomi Redmi 8 markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 25.02.2020-ci il tarixli 20127686 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 09-dan gec olmayaraq 12 ay müddətinə 32.9 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 213.8 manat ödənilməmiş hissə, 57,2 manat cərimə, cəmi 271 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.04.2019-cu il tarixli 00608747 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG markalı paltaryuyan verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 11.04.2019-cu il tarixli 00608747 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 11-dən gec olmayaraq 18 ay müddətinə 53 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 134 manat ödənilməmiş hissə, 47 manat cərimə, cəmi 181 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.08.2019-cu il tarixli 00872671 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ kodu **********22825 olan Samsung Galaxy S10+ markalı telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 27.08.2019-cu il tarixli 00872671 saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 09-dan gec olmayaraq 12 ay müddətinə 285 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1630 manat ödənilməmiş hissə, 513 manat cərimə, cəmi 2143 manat borcu vardır. İşə əlavə olunmuş 23.04.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş bildirişlərdən görünür ki, 25.02.2020-ci il, 11.04.2019-cu il, 27.08.2019-cu il tarixində bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada üçüncü şəxsə verilə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetlərinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. İşə əlavə olunmuş "xxxx" MMC-nin 08.09.2020-ci il tarixli son xəbərdarlığından görünür ki, İddiaçı MMC ilə cavbdeh arasında bağlanmış 25.02.2020-ci il, 11.04.2019-cu il, 27.08.2019-cu il tarixli müqavilələrə əsasən, Cavabdeh “Xiaomi” markalı telefon, “LG” markalı paltaryuyan, “Samsung” markalı telefon almışdır. Lakin müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir, iddiaçı cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyini xahiş etmişdir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət edəcəkdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 25.02.2020-ci il, 11.04.2019-cu il, 27.08.2019-cu il tarixli müqavilə bağlanmışdır. 25.02.2020-ci il, 11.04.2019-cu il və 27.08.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21134 olan Xiaomi Redmi 8 markalı telefon, LG markalı paltaryuyan, İMEİ kodu **********22825 olan Samsung Galaxy S10+ markalı telefon almış və nəticədə 2595 (iki min beş yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları "xxxx" MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, 25.02.2020-ci il tarixli 20127686 saylı müqaviləyə əsasən Xiaomi Redmi 8 markalı telefon üçün 57,2 manat miqdarında cərimə pulu 213,8 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 21 manat saxlanılmalıdır. 11.04.2019-cu il tarixli 00608747 saylı müqaviləyə əsasən LG markalı paltaryuyan üçün 47 manat miqdarında cərimə pulu 134 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 13 manat saxlanılmalıdır. 27.08.2019-cu il tarixli 00872671 saylı müqaviləyə əsasən İMEİ kodu **********22825 olan Samsung Galaxy S10+ markalı telefon üçün 513 manat miqdarında cərimə pulu 1630 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 50 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6 manatı iddiaçıya, 24 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 25.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********21134 olan Xioaomi Redmi 8 markalı telefon üçün 213.80 manat ödənilməmiş hissə, 21 manat dəbbə, 11.04.2019-cu il tarixli müqavilə üzrə LG markalı paltaryuyan üçün 134 manat ödənilməmiş hissə, 13 manat dəbbə, 27.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********22825 olan Samsung Galaxy S10+ markalı telefon üçün 1630 manat ödənilməmiş hissə, 50 manat dəbbə olmaqla, ümumilikdə 2061.80 manat borc, 24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********21134 olan Xioaomi Redmi 8 markalı telefon üçün 213.80 manat ödənilməmiş hissə, 21 manat dəbbə, 11.04.2019-cu il tarixli müqavilə üzrə LG markalı paltaryuyan üçün 134 manat ödənilməmiş hissə, 13 manat dəbbə, 27.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********22825 olan Samsung Galaxy S10+ markalı telefon üçün 1630 manat ödənilməmiş hissə, 50 manat dəbbə olmaqla, ümumilikdə 2061.80 manat borc, 24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM’' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar