Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2429/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29170 olan iPhone 11 Pro markalı telefon üçün 2869 (iki min səkkiz yüz altmış doqquz) manat ödənilməmiş hissə, 799 (yeddi yüz doxsan doqquz) manat dəbbə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı paltaryuyan üçün 519 (beş yüz on doqquz) manat ödənilməmiş hissə, 156 (yüz əlli altı) manat dəbbə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14728 olan Samsung Galaxy A40 markalı telefon üçün 322 (üç yüz iyirmi iki) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat dəbbə, 03.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95932 olan Samsung Galaxy A7 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 68 (altmış səkkiz) manat dəbbə, 15.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11885 olan Samsung Galaxy A51 markalı telefon üçün 669,6 (altı yüz altmış doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 198,4 (yüz doxsan səkkiz manat qırx qəpik) manat dəbbə, ümumilikdə 5925 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə 25.10.2019-cu il, 30.09.2019-cu il, 30.09.2019-cu il, 03.01.2019-cu il və 15.03.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********29170 olan iPhone 11 Pro markalı telefon, HOFFMANN markalı paltaryuyan, İMEİ kodu **********14728 olan Samsung Galaxy A40 markalı telefon, İMEİ kodu **********95932 olan Samsung Galaxy A7 markalı telefon, İMEİ kodu **********11885 olan Samsung Galaxy A51 markalı telefon almış və nəticədə 5925 (beş min doqquz yüz iyirmi beş) manat borc yaranmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayədəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh 03.01.2019-cu il, 30.09.2019-cu il, 30.09.2019-cu il, 25.10.2019-cu il və 15.03.2020-ci il tarixli müqavilələr üzrə 4607,6 manat əsas, 1317,4 manat dəbbə pulu, cəmi 5925 manat ödənilməmiş borcu vardır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03.01.2019-cu il tarixli 00454393 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 1026 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 57 manat olmaqla 18 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli 00950009 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 552 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 46 manat olmaqla 12 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 30.09.2019-cu il tarixli 00949984 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 720 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 40 manat olmaqla 18 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.10.2019-cu il tarixli 01003417 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 3690 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 205 manat olmaqla 18 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 15.03.2020-ci il tarixli 20178992 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 100 manat ilkin ödənişlə 769,6 manat məbləğində əşya əldə etmiş və həmin məbləği aylıq 55,8 manat olmaqla 12 ay ərzində “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - 03.01.2019-cu il, 30.09.2019-cu il, 30.09.2019-cu il, 25.10.2019-cu il və 15.03.2020-ci il tarixli bildirişlərdən görünür ki, bağlanmış müqavilələrin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilələrdə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilələrin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilələrin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. - Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00454393, 00950009, 00949984, 01003417 və 20178992 nömrəli müqavilələrə əsasən əşyaları tam qüsursuz halda təhvil almışdır. - İddiaçı MMC-nin 13.11.2020-ci il tarixli məktubunun surətindən görünür ki, cavabdeh qısa müddətdə borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” MMC tərəfindən 23.04.2021-ci il tarixdə 30,00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 03.01.2019-cu il, 30.09.2019-cu il, 30.09.2019-cu il, 25.10.2019-cu il və 15.03.2020-ci il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən cavabdeh iddiaçıdan cəmi 6757,6 manat məbləğində əşyalar almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixlərdə də müqavilələrin predmeti olan əşyaları “xxxx” MMCdən təhvil almışdır. Lakin cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 25.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29170 olan iPhone 11 Pro markalı telefon üçün 799 manat miqdarında cərimə pulu 2869 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı paltaryuyan üçün 156 manat miqdarında cərimə pulu 519 manat miqdarında ödənilməmiş hissə məbləğinə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14728 olan Samsung Galaxy A40 markalı telefon üçün 96 manat dəbbə pulu 322 manat ödənilməmiş hissə məbləğinə münasibətdə, 03.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95932 olan Samsung Galaxy A7 markalı telefon üçün 68 manat dəbbə pulu 228 manat ödənilməmiş hissə məbləğinə və 15.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11885 olan Samsung Galaxy A51 markalı telefon üçün 198,4 manat dəbbə pulu 669,6 manat ödənilməmiş hissə məbləğinə münasibətdə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq müvafiq olaraq 140, 25, 15, 11 və 33 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 25.10.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29170 olan iPhone 11 Pro markalı telefon üçün 2869 manat ödənilməmiş hissə, 140 manat cərimə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı paltaryuyan üçün 519 manat ödənilməmiş hissə, 25 manat cərimə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14728 olan Samsung Galaxy A40 markalı telefon üçün üçün 322 manat ödənilməmiş hissə, 15 manat cərimə, 03.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95932 olan Samsung Galaxy A7 markalı telefon üçün 228 manat ödənilməmiş hissə, 11 manat cərimə, 15.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11885 olan Samsung Galaxy A51 markalı telefon üçün 669,6 manat ödənilməmiş hissə, 33 manat cərimə, ümumilikdə 4831,6 manat borc, 24,46 manat ödənilmiş dövlət rüsumu, cəmi 4856,06 manat Cavabdeh alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 5,54 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29170 olan iPhone 11 Pro markalı telefon üçün 2869 manat ödənilməmiş hissə, 140 manat cərimə, 30.09.2019cu il tarixli müqaviləyə əsasən HOFFMANN markalı paltaryuyan üçün 519 manat ödənilməmiş hissə, 25 manat cərimə, 30.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********14728 olan Samsung Galaxy A40 markalı telefon üçün üçün 322 manat ödənilməmiş hissə, 15 manat cərimə, 03.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********95932 olan Samsung Galaxy A7 markalı telefon üçün 228 manat ödənilməmiş hissə, 11 manat cərimə, 15.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********11885 olan Samsung Galaxy A51 markalı telefon üçün 669,6 manat ödənilməmiş hissə, 33 manat cərimə, ümumilikdə 4831,6 manat borc, 24,46 manat ödənilmiş dövlət rüsumu, cəmi 4856,06 manat Cavabdeh alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 5,54 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-2429/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2429/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver