Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-243/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1966-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. X4 onun anasıdır. X5 08 iyun 2015-il tarixdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Naxçıanski küçəsi, 77 saylı binanın 58 saylı mənzilində rəhmətə getmişdir. Həmin mənzilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 227985 №-li, xx.xx.2005-ci il tarixli "Qeydiyyat Vəsiqəsi" verilmişdir. Onun qeydiyyat yeri başqa ünvan olsa da, həmin mənzildə anası ilə birlikdə yaşamışdır, daima anası ilə birlikdə olmuş, anasına qulluq etmişdir. Anası rəhmətə gedəndə, o, anasını el adəti ilə dəfn edərək, həmin mənzildə yas mərasimi təşkil etmişdir və anası rəhmətə gedəndən sonra da, həmin mənzildə yaşamağa davam etmişdir, hazırda da həmin mənzildə yaşayır. Yəni mərhum X5ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 77 saylı binanın 58 saylı miras mənzili birinci dərəcəli vərəsə olaraq faktiki olaraq qəbul etmişdir. X12 15 yanvar 2000-ci il tarixdə rəhmətə getmişdir. Bildirir ki, mərhum anası X1 mənzilə dair vəsiyyətnamə yazmamışdır. O, mərhum ananın qızı olaraq həmin miras mənzili birinci dərəcəli vərəsə olaraq, miras mənzili faktiki olaraq qəbul edib, həmin mənzildə yaşamaqla idarə edir. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə, xx.xx.2022-ci il tarixdə 6 Saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində notariat Ofisinə müraciət etmişdir. Müraciətinə 6 Saylı Bakı "ASAN XİDMƏT" Mərkəzində Notariat Ofisi xx.xx.2022-ci il tarixli (№ 1985/2022) məktubla cavab vermişdir ki, "Müraciətinizə xx.xx.2022-ci il tarixdə baxıİmışdır. Tərtib olunmuş sənədləri araşdırarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktinı təsdiq edən sənəd təqdim olunmamışdır”. Yuxarıda qeyd etdiyi kimi, o, mərhum X5ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzili anası rəhmətə gedən andan faktiki olaraq qəbul edərək, anasını dəfn etdikdən sonra, həmin mənzildə anasının dəfn mərasimlərini təşkil edərək, anasından miras qalmış mənzili və mənzildəki anasına məxsus əşyaları faktiki olaraq qəbul edərək mənzildə qeydiyyatsız yaşayır. Həmin mənzildə qeydiyyatsız yaşamağı barədə Bakı şəhəri, Nizami rayonu, 57 Saylı Mənzil İstismar Sahısindən arayış verilmişdir. Qeyd edilənlərə əsasən 08 iyul 2015-ci il tarixdə rəhmətə getmiş X5ndan miras qalmış, Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi 77 saylı binanın 58 saylı mənzilin dair mirası qəbul etməyi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 iş üzrə maraqlı şəxs kimi cəlb edilmişlər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 1985/2022 nömrəli məktubdan görünür ki, onun xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmış Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə xx.xx.2022-ci il tarixdə notaäat ofisinə daxil olmuş ərizəsinə baxılmışdır. Təqdim olunmuş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmçinin Mülki Məcəllənin 1248-ci maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Göstərilənlərlə əlaqədar, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və ya mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - AЗ Seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə doğulmuşdur, atası X22, X5dır; - AZ-İ Seriyalı 760662 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02 iyul 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 iyul 2015-ci il tarixdə 431 nömrə ilə qeyd edilmişdir; - AZ Seriyalı 101937 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 05 oktyabr 2000-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 oktyabr 2000-ci il tarixdə 731 nömrə ilə qeyd edilmişdir; - 57 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 244 saylı arayışından görünür ki, Ərizəçi Seyfəddin qızı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşayır. - Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2005-ci il tarixli seriya ÖM reiyalı 277985 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzil X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 1388 saylı reyestr kitabında 208412-ci səhifədə 30/208412 nömrə ilə qeydə alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X13nın Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-10208/13 saylı məlumatından görünür ki, “X13” X3 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.2015-ci ildə vəfat etmiş Fatimə Məmmədovanın ölümünün xx.xx.2015-ci ildə Nizami rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Qeyd edirlər ki, “Elektron notariat” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Fatimə Məmmədovanın adına vərəsəlik işi xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində açılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X13nın Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 05/2-60/13 saylı X7 ailə tərkibi barədə məlumatından görünür ki, F.Məmmədovanın (Şalbuzovanın) xx.xx.1959-cu ildə Qusar rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında bərpa akt qeydində atası X9, anası isə X14 qeyd edilmişdir. F.Məmmədova (Şalbuzova) xx.xx.1962-ci ildə Xaçmaz rayonunun Müqtədir qəsəbə icra nümayəndəliyində 1927-ci il təvəllüdlü X23 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.1965-ci ildə Maraqlı şəxs2, xx.xx.1966-cı ildə Ərizəçi, xx.xx.1967-ci ildə Nazim Məmmədov, xx.xx.1970-ci ildə Maraqlı şəxs7, xx.xx.1972-ci ildə Maraqlı şəxs9 və 31 01.1978-ci ildə Maraqlı şəxs8 doğulmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X13nın Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 0-16-5/4-13-292/2023 saylı X7 ailə tərkibi barədə məlumatından görünür ki, “X13” X3 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X10 ilə X15 olan xx.xx.1944-cü il təvəllüdlü Fatimə Şalbuzovanın doğumunun Qusar rayonunun Sudur kənd icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. xx.xx.1962-ci ildə vəfat etmiş Seyfəddin Şalbuzovun ölümü həmin icra nümayəndəliyində qeydə alınmışdır. Şalbuzova (Məmmədova) Fatimə Seyfəddin qızının xx.xx.1962-ci ildə Xaçmaz rayonunun Müqtədir qəsəbə icra nümayəndəliyində X23 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Bu nikahdan doğulmuş xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1972-ci il təvəllüdlü Maraqlı şəxs9 doğumunun Qusar rayonunun Sudur icra nümayəndəliyində, xx.xx.1965-ci il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi doğumunun Xaçmaz rayonunun Müqtədir qəsəbə icra nümayəndəliyində, xx.xx.1967-ci il təvəllüdlü Nazim Məmmədovun doğumunun Nərimanov rayon qeydiyyat şöbəsində, xx.xx.1970-ci il təvəllüdlü Maraqlı şəxs7 və xx.xx.1978-ci il təvəllüdlü Maraqlı şəxs8 doğumunun Xətai rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. xx.xx.2000-ci ild vəfat etmiş Qubad Məmmədovun və xx.xx.2015-ci ildə vəfat etmiş Fatimə Məmmədovanın ölümünün Nizami rayon qeydiyyat şöbəsində, xx.xx.2013-cü ildə vəfat etmiş Nazim Məmmədovun ölümünün isə Qusar rayonunun Quxur oba icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. - 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 126/2023 saylı məlumatından görünür ki, “X13” X3 sistemində X7 əri - X23 (ölüm tarixi:xx.xx.2000), övladları - X26 (ölüm tarixi: xx.xx.2013), Maraqlı şəxs2, Maraqlı şəxs8, Maraqlı şəxs7, Ərizəçi və Maraqlı şəxs9 barədə məlumat aşkar edilmişdir. - Azərbaycan Respublikaıs Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-1812-6637-23 saylı məlumatından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında qeydiyyatdadır. xx.xx.1970-ci il təvəllüdlü Maraqlı şəxs7, 31.01,1978-ci il təvəllüdlü Maraqlı şəxs8, xx.xx.1972-ci il təvəllüdlü Maraqlı şəxs9 Azərbaycan Respublikası ərazisində qeydiyyatları barədə məlumat müəyyən edilməmişdir. - Qusar rayon İcra Hakimiyyəti Başçısının Quxuroba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 5-53/13-2-25 saylı xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, 01 iyun 2023-cü il tarixə, saat 11:10-a təyin edilmiş 6 Saylı “ASAN Xidmət Mərkəzinin Notariat Ofısinə də təyin edilmiş məhkəmənin baxış iclasında iştirak edilməsini izah edilmiş və məhkəmə bildirişlərinə Qusar rayonu Quxuroba kənd qeydiyyatda olan Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 Nazim oğluna 18 may 2023-cü il tarixdə imza etdirərək çatdırılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X13nın Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 0-16-5/4-13-1729/2023 saylı X7 ailə tərkibi barədə məlumatından görünür ki, X18 xx.xx.1990-cı ildə Nizami rayon qeydiyyat şöbəsində xx.xx.1972-ci il təvəllüdlü X16 ilə nikahı qeydə alınmışdır. Həmçinin bildirirlər ki, N.Məmmədovun xx.xx.1992-ci ildə Qusar rayonunun Sudur icra nümayəndəliyində xx.xx.1968-ci il təvəllüdlü (Maməliyeva) Maraqlı şəxs3 ilə nikaha daxil olmuşdur. Valideynləri xx.xx.1967-ci il təvəllüdlü X26 ilə Maraqlı şəxs3 olan xx.xx.1993-cü il təvəllüdlü X17 doğumu xx.xx.1993cü ildə Qusar rayonunun Sudur icra nümayəndəliyində, xx.xx.2002-ci il təvəllüdlü Maraqlı şəxs6 doğumu xx.xx.2003-cü ildə Qusar rayon qeydiyyat şöbəsində, xx.xx.1995-ci il təvəllüdlü Maraqlı şəxs5 doğumu isə xx.xx.1995-ci il tarixdə Qusar rayonunun Quxur oba icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. Məlumat verirlər ki, “X13” X3 sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən N.Məmmədovun nikahının pozulması barədə məlumat aşkar edilmədi. - 57 saylı MKİS-in məluamtından görünür ki, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzildə yaşamırlar. Məhkəmə iclasında müəyyən olundu ki, 02 iyul 2015-ci il tarixdə ölmüş X6 Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzil miras qalmışdır. X2 xx.xx.1962-ci ildə X23 ilə nikaha daxil olmuşdur. Bu nikahdan doğulmuş xx.xx.1964-cü il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1972-ci il təvəllüdlü Maraqlı şəxs9, xx.xx.1965-ci il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi, xx.xx.1967-ci il təvəllüdlü Nazim Məmmədov, xx.xx.1970-ci il təvəllüdlü Maraqlı şəxs7 və xx.xx.1978-ci il təvəllüdlü Maraqlı şəxs8 doğulmuşdur. Qubad Məmmədov xx.xx.2000-ci ildə və Fatimə Məmmədova xx.xx.2015-ci ildə, onların övladları olan Nazim Məmmədov xx.xx.2013-cü ildə vəfat etmişdir. X18 xx.xx.1990-cı ildə X16 ilə nikaha daxil olmuşdur. Həmçinin, o, xx.xx.1992-ci ildə Maraqlı şəxs3 ilə nikaha daxil olmuşdur. Onunla Maraqlı şəxs3 nikahlarından X24, Maraqlı şəxs6 və Maraqlı şəxs5 doğulmuşdur. Onun nikahının pozulması barədə məlumat aşkar edilməmişdir. Mərhumun qanun üzrə birinci növbəli vərəsələri hazırkı Ərizəçi və maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 olmuşdur. Ərizəçi xx.xx.2022ci il tarixdə maraqlı şəxs 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə müraciət edərək mərhum anasına məxsus miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericiliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X7 02 iyul 2015-ci il tarixdə ölməsi ilə xüsusi mülkiyyət hüququ üzrə tam payda onun adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzili onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan qızı Ərizəçi tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, ərizəçi miras əmlakı faktiki idarə edərək miras əmlakını qəbul etdiyini nümayiş etdirmişdir. Mərhumun digər vərəsələri Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9 isə miras əmlakını qəbul etməmiş və ya bununla bağlı notariat ofisinə müraciət etməmişlər. Qeyd edilənlərə ərizəçinin mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə məhkəmə belə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi 02 iyul 2015-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmış əmlakı - Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzilini - qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 02 iyul 2015-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmış əmlakı - Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 77, mənzil 58 ünvanında yerləşən mənzilini - qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-243/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-243/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver