Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2446/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ərizəçi Avo oğlu ilə Haqverdiyeva (Hüseynova) Şuşan Fərman qızı arasında 01 mart 1978-ci il tarixdə Ermənistan SSR, Ararat rayonu, Yerazxan kənd sovetliyində bağlanmış 4 nömrəli akt qeydinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı Haqverdiyeva (Hüseynova) Şuşan Fərman ilə 1978-ci ildə ailə qurmuş, nikahları isə 01 mart 1978-ci il tarixdə Ermənistan SSR, Ararat rayonu, Yerazxan kənd sovetliyində rəsmiləşdirmişlər. Nikah şəhadətnaməsi erməni dilində yazıldığı üçün bilməmişdir ki, orada atasının adını “Avo” kimi qeyd olunub. Notariat kontorunda sənədləşmə işləri aparakən məlum olmuşdur ki, nikah haqqında şəhadətnamədə atasının adı səhv olaraq “Qalo” adının yerinə “Avo” kimi qeyd olunub. Nikah haqqında şəhadətnamədən düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin ziddiyyətin aradan qaldırılması və nikah haqqında akt qeydinin bərpası onlar tərəfindən mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə etmişlər. Halhazırda vərəsəliyi qəbul edilməsi üçün nikah şəhadətnaməsində qeyd olunan yanlışlığın aradan qaldırmaq üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
İş materialları :
3. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1000/15/25 saylı məktubundan görünür ki, itmiş sənədin həqiqət olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir.
4. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixində Ermənistan, Ararat rayonunda doğulmuşdur.
5. İ-СЛ seriyalı, 320608 nömrəli “nikahın bağlanması haqqında şəhadətnamə”nin tərcüməsindən görünür ki, Ərizəçi Avo oğlu ilə X3 nikah bağlamış və bu barədə nigah bağlanması haqqında akt qeydləri kitabında 1978-ci ilin mart ayının 1 günündə № 4 ilə qeyd edilmişdir.
6. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. İş materiallarına xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi məxsus əmək kitabçası əlavə edilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Nizami Rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Şahidin izahatı:
10. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, ərizəçi onun yoldaşıdır. 1978-ci ilin mart ayında ailə həyatı qurmuşlar. Həmin vaxt mal-qara saxlamışdır. Ərizəçi ilə birgə nikahlarından 1981, 1983 və 1986-cı illərdə övladları doğulmuşdur. Bakıya köçən vaxtdan Bəhruz Nuriyev küçəsində yaşayırlar. Ərizəçi neft zavodundan işləmiş, elə ordan da pensiyaya çıxmışdır. Yoldaşının atasının adı Qalodur. Atası o, evə gəlin gəlməmişdən öncə vəfat etmişdir.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.
6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
İşin faktiki halı :
14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə X3 arasında Ermənistan SSR, Ararat rayonu, Yerazxavan kənd Sovetliyində xx.xx.1978-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 nömrə ilə qeyd edilmişdir. Nikah haqqında şəhadətnamə ərizəçinin ad, soyad, ata adı “Ərizəçi” əvəzinə “Ərizəçi Avo oğlu” kimi qeyd edilmişdir. Qeyd edilən ziddiyyətin aradan qaldırılması üçün ərizəçi Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat şöbəsi isə qeyd edilən ziddiyyəti aradan qaldırılmasının mümkün olmadığını bildirmişlər.
15. Müəyyən edilmişdir ki, qeyd olunmuş sənədin Ərizəçi məxsus olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir.
16. Məhkəmə qeyd edir ki, Ərizəçi Avo oğlu ilə X3 arasında 01 mart 1978-ci il tarixində Ermənistan SSR, Ararat rayonu, Yerazxan kənd Sovetliyində bağlanmış 4 nömrəli akt qeydinin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
18. Müəyyən edilmişdir ki, Ərizəçi ilə X1 arasında xx.xx.1978-ci il tarixdə bağlanmış 4 nömrəli akt qeydində ərizəçininn ata adı “Avo” oğlu olaraq qeyd edilmiş və qeyd edilən hal isə ərizəçi tərəfindən müvafiq sənədləşmə işlərinin aparılmasında ərizəçiyə maneçilik yaratmışdır.
19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.
20. Məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakthüquqmüəyyənedici sənədin ona məxsus olması faktı hüquqi əhəmiyyətli olmaqla, ərizəçinin həmin torpaq sahəsinə dair hüquqlarının müdafiəsi üçün zəruridir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
22. Məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin, eləcə də əmək kitabçasının surətlərindən görünür ki, həmin sənədlərdə ərizəçinin adı Ərizəçi kimi qeyd edilsə də, onunla X3 arasında Ermənistan SSR, Ararat rayonu, Yerazxan kənd Sovetliyində xx.xx.1978-ci il tarixdə bağlanmış 4 nömrəli akt qeydində isə “Ərizəçi Avo oğlu” kimi qeyd edilmişdir. Yəni göründüyü kimi ərizəçinin ata adı Qalo olsa da, sadəcə qeyd edilən sənəddə ərizəçinin ata adı Avo kimi qeyd edilmiş, buna görə də müvafiq sənədlərin verilməsindən imtina edilmişdir.
23. İş materiallarından görünür ki, ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə göstərilmiş ad, soyad, ata adı ilə sənəddə göstərilən ad, soyad, ata adı arasında ziddiyyət yaranmışdır.
24. Həmçinin ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, sənəddə olan səhvin aradan qaldırılmasından imtina edilərək ərizəçiyə mübahisəli məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
25. Göründüyü kimi, Ərizəçi Avo oğlu ilə Haqverdiyeva (Hüseynova) Şuşan Fərman qızı arasında 01 mart 1978-ci il tarixdə Ermənistan SSR, Ararat rayonu, Yerazxan kənd sovetliyində bağlanmış 4 nömrəli akt qeydinin Ərizəçi məxsus olmasının məhkəmədən kənar qaydada təsdiq edilməsi mümkün olmadığından həmin fakt yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.
26. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur. Ərizəçinin bir sıra hüquqlarının həyata keçirməsi həmin faktın müəyyən edilməsindən birbaşa asılıdır.
27. Məhkəmə qeyd edir ki, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla Ərizəçi Avo oğlu ilə Haqverdiyeva (Hüseynova) Şuşan Fərman qızı arasında 01 mart 1978-ci il tarixdə Ermənistan SSR, Ararat rayonu, Yerazxan kənd sovetliyində bağlanmış 4 nömrəli akt qeydinin Ərizəçi məxsus olması faktı tam sübuta yetirilir. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.
Nəticə :
28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və Ərizəçi Avo oğlu ilə Hüseynova (Haqverdiyeva) Şuşan Fərman qızı arasında 01 mart 1978-ci il tarixdə Ermənistan SSR, Ararat rayonu, Yerazxan kənd sovetliyində bağlanmış 4 nömrəli akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
29. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. Ərizəçi Avo oğlu ilə Hüseynova (Haqverdiyeva) Şuşan Fərman qızı arasında 01 mart 1978-ci il tarixdə Ermənistan SSR, Ararat rayonu, Yerazxan kənd sovetliyində bağlanmış 4 nömrəli akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva