Məhkəmə qərarları › İş №2(007)-2448/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2448/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2448/2021 12.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh (video konfrans vasitəsilə) iştirakları ilə, İddiaçı Velieva Sayaly Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Velieva Sayaly Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Velieva Sayalynın Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 83 saylı evin 56 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Bu barədə ona qeydiyyat vəsiqəsi də verilmişdir. Mənzili o, alqı-satqı müqaviləsi ilə almışdır. Mənzildə mənzilin əvvəlki sakini Cavabdeh qeydiyyatdadır. O, bu mənzildə qeydiyyatda olsa da, burada yaşamır və harada yaşaması ona məlum deyildir. Cavabdehin mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun xüsusi mülkiyyəti olan mənzilin üzərində sərəncam, sahiblik, istifadə hüquqlarını tam şəkildə həyata keçirməyinə mane olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmənin təşəbbüsü ilə cavabdehlə məhkəmə iclası zamanı Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 5 saylı iclas zalında, mobil telefonla WhatsApp tətbiqi vasitəsi ilə Cavabdeh istifadesində olan ***-***-**-** saylı nömrə ilə əlaqə yaradılaraq videokonfrans keçirilmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, həmin mənzil atasının çalışdığı zavod tərəfindən onların mülkiyyətinə verilmişdir. 20 ildən artıq müddətdir ki, o, həmin mənzildə yaşamır və istifadə hüququnun itirlmiş hesab edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 10-2-ci madddəsinə əsasən: 10-2.1. Məhkəmə aşağıdakı hallarda məhkəmə icraatını işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər. 10-2.1.1. işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda. 10-2.2. Məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi üçün məhkəmə öz təşəbbüsü ilə və yaxud tərəflərin əsaslandırılmış vəsatəti əsasında müvafiq qərardad qəbul edir. 10-2.3. Məhkəmə icraatı videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirildikdə tətbiq edilən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində məhkəmə iclas zalına ötürülməsini, icraatın aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir. 10-2.4. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən məhkəmə iclaslarının və prosessual hərəkətlərin videoyazısı aparılmalı, videoyazıya uyğun olaraq protokol tərtib edilməli və videoyazı elektron daşıyıcıda işə əlavə edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri MKTD Nizami rayon MKTB-nin 57 saylı MKİS-nin 176 saylı, 15.04.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 83 saylı evin 56 saylı mənzilinin sahibi X6r. Bütün kommunal şəraiti var. Mənzildə X10, X8, X12, X9, Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan 57 saylı MKİS-nin mühəndisi L.Nəhmətov və mühasib T.Vəliyeva tərəfindən tərtib edilmiş 14.04.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 83 saylı evin 56 saylı mənzil alqı-satqı olunmasına baxmayaraq Cavabdeh qeydiyyatdadır və mənzil satılan gündən o, həmin mənzildə yaşamır. İş materiallarında olan AN-İ seriyalı 26.02.2013-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 adından onun verdiyi etibarnamə əsasında nümayəndəsi X10 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 83 saylı evin 56 saylı mənzilini 40.000 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 83 saylı evin 56 saylı mənzili X5 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 18.03.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 04.05.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Velieva Sayaly məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan, Bakı şəhəri 23 saylı Notariat Ofisinin 26.02.2013-cü il tarixdə 4Ə-1-161 reyestr nömrəsi ilə qeydiyyatdan keçərək etibarnamə əsasında X10 tərəfindən mülkiyyətçi X4 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 83 saylı evin 56 saylı mənzilinə dair rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair notariat işinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Notariat işinin materiallarına əlavə edilmiş ərizədən görünür ki, X2 barədə razılığa gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Cavabdeh iddianı etirf etməsini qəbul edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 83 saylı evin 56 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab ediməli, məhkəmə xərcləri Velieva Sayaly aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 83 saylı evin 56 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri Velieva Sayaly aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar