Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2472/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdeh X1 qarşı “müqavilə öhdəliklərinin icra edilməməsi və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, xidmət haqqı və imtina zamanı ödənilməli pul vəsaitlərinin alınması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X1 qarşı “müqavilə öhdəliklərinin icra edilməməsi və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, xidmət haqqı və imtina zamanı ödənilməli pul vəsaitlərinin alınması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsində tələblərini aşağıdakı qaydada ifadə etmişdir: “Xahiş edirəm, Cavabdeh Şıxbaba qızının 25 may 2025-ci il tarixli tapşırıq müqaviləsindən irəli gələn öhdəlikləinin pozması ilə hərəkətlərinin qanunsuz hesab edilməsi, nəticəsindən asılı olmayaraq ödənilmiş 1000 manat pul vəsaitindən 950 manatın geri tələb kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, müqavilənin icrasından yazılı surətdə imtina etmədən, şifahi qaydada imtinanın verilmiş hesab edilməsi, mübahisə yarandığından müqavilədə nəzərdə tutulmuş güzəştlərin ləğv edilməklə xidmət haqqının tam ödənilməsi, ödənişlər bölməsində göstərilən xidmət haqqından qalıq 1000 manatın, imtina zamanı ödəniləcək 1000 manatın və müqavilənin əlavə şərtlərində göstərilən 7-ci bəndində nəzərdə tutulmuş 100 manatın, ümumilikdə 2100 manatın cavabdeh-tapşırıq verən Cavabdeh Şıxbaba qızından alınaraq, iddiaçı-tapşırıq icra edən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edəsiniz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə tapşırıq müqaviəsi bağlanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin icra edilmədiyini və ödədiyi pulun geri qaytarılmasını tələb etdiyini qeyd etdimişdir. Məhkəmə qeyd edir ki, hazırda cavabdeh tərəfindən adıçəkilən müqavilə üzrə ödədiyi pulun iddiaçıdan tələb etməsi müəyyən edilməməmişdir. Belə bir hal olduğu halda və ya cavabdeh bununla bağlı məhkəmədə iddia qaldırdığı halda, iddiaçı həmin tələblə münasibətdə öz etirazını müvafiq məhkəməyə təqdim edə bilər. İddiaçının xahişinin 2-ci bəndində göstərdiyi tələb gələcəyə yönəlmiş olmaqla yanaşı, cavabdehin hüquqularının məhdudlaşdırılmasına yönəlmişdir. Həmçinin, xahişin 3-cü bəndinə münasibətdə qeyd edir ki, bu hissədə tələb konkret və aydın deyil. Həmin tələbin məqsədi məhkəməyə aydın olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfində müqavilə öhdəliklərinin icra edilmədiyini iddia edirsə, bununla bağlı müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə cavabdehə müraciət edə bilər. Qeyd edilən halda, müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab ediləcəkdir. Qeyd edilənlərə əsasən hazırda iddiaçı iddia tələbində müvafiq dəqiqləşmələr apardıqdan sonra məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Göstərilənlərə və MPM-in 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 qarşı “müqavilə öhdəliklərinin icra edilməməsi və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, xidmət haqqı və imtina zamanı ödənilməli pul vəsaitlərinin alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2472/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2472/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver