Məhkəmə qərarları › İş №2(007)-248/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-248/2025

17.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-248/2025 17.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, X38 Həsənbalayevnanın iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxs2otariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxs2otariat ofisinə qarşı “qohumluq faktının müəyyən edilməsi” haqqında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair o, Ərizəçi1 və bacısı Ərizəçi2 rəhmətlik X8 (doğum tarixi xx.xx.1948) bibisi oğlunun uşaqlarıdırlar və biri-birilərinə qohumdurlar. Atasının dayısı qızı olduğu üçün ona bibi deyirdilər. X4rdan başqa qohumu yoxdur. X14 xx.xx.2024-cü ildə modul tipli xəstəxanada vəfat edib. Martın 13-də onun cənazəsini götürüb ailə qəbiristanlığında atalarının məzarının yanında dəfn ediblər. X14 Bakı şəhəri, Xətai rayonu, Heydərəli Tağızadə (yeni adı Fəzail Bayramov) küçəsi, ev 7, mənzil 34 yaşayırdı. İki otaqdan ibarət olan bu mənzil (ü/s 57 kv.m.) onun mülkü idi və mirasıdır. Həyatının son günlərinə kimi onlar növbə ilə Qalina İbrahimova ilə yaşayırdılar. Ölümündən sonra Ərizəçi1 oğlu ilə vərəsəsi kimi həmin mənzildə yaşayırlar. İbrahimova.Q.V vəsiyyətnamə qoymayıb. Azərbaycan Respublikasının MM-nin 1159.5-ci maddəsinə əsasən onlar qanunla beşinci növbə vərəsələridirlər. Ərizəçi1 faktiki olaraq mirası qəbul edərək idarə edir. Ərizəçi1 15 iyul 2024-çü ildə 5 saylı Bakı “ASAN xidmət” Notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verib. Bibisi ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığından Ərizəçi1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunub. Əslində atalarının doğum haqqında şəhadətnaməsi yoxdur. Bu sənəd digər sənədlərlə birlikdə mənzili təmizləyərkən təsadüfən atılıb. Atasının doğum haqqında şəhadətnaməsi SSSR-nin Persiyanın Pəhləvi şəhərindəki Vitse-konsulluğunda qeydə alınıb. Ona görə də, Ərizəçi1 Moskva vilayətinin Baş VVAQ İdarəsinə müraciət etdib. Ordan X20 dövlət qeydiyyatı haqqında faktın olmaması barədə bildiriş alıb. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Arxivindən mənfi cavabı alıb. Buna baxmayaraq onların qohumluq münasibətləri aşağıdakı faktlar və sənədlərlə sübut olunur. İbrahimova Q.V evlənməzdən əvvəl Peşkova soyadına sahib idi. Atası X23in bir bacısı X15 idi (sənədlər var). Ataları X39, anaları X11 idi. Bu faktı aşağıdak sənəd ilə təsdiqlənir: Bakı şəhəri İcraiyyə Komitəsinin 29 oktyabr 1976-cı il tarixli 46/6632 nömrəli qərarında göstərilən 05 nömrəli doğum haqqında şəhadətnamə əsasında yazılır ki, Astafyev Yuriy X1r (Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı yuxarıdakı qərarın mövcudluğunu təsdiqləyib). X11 1964-cü ildə 57 yaşında vəfat edib, bu da onun 1907-ci ildə anadan olmasına uyğundur və X9 anadan olduğu ilə üst-üstə düşür. X15 və X11 bir və eyni şəxs olması faktı ulu babasının X19 və ulu nənə Anastasiya ailəsinin Pəhləvi şəhərində yaşaması, nənəsinin evləndiyi (əri-X26) və atasının doğulduğu, sonra Bakı şəhərinə köçməsi və Buynaksk 29 ünvanında yaşaması ilə sənədləşdirilir. X2rın nənələri və X8 bibisidir. Qohumluq münasibətlərini fotoşəkillər də təsdiqləyir. Qeyd edilənlərə əsasən Ərizəçi1 ölən X8 bibisi oğlunun oğlu, Ərizəçi2 ölənin X8 bibisi oğlunun qızı olması faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun nənəsi mərhum X8 bibisidir. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edib, ərizədə göstərilənlərə uyğun, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun nənəsi mərhum X8 bibisidir. Maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxs2otariat ofisi məhkəməyə müraciət edərək, mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X27 ifadəsində göstərdi ki, X14 Ərizəçi1 və Ərizəçi2 atasının anasının qardaşının qızıdır. X14 2024-cü ilin mart ayında vəfat edib. Ərizəçilər ilə X8 qohumluq əlaqələrini təsdiq edir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-DA/2-F- 273-6-388/2024 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən 1929-cu ilə dair Bakı şəhəri Voroşilov (Səbail), Stalin (Səbail) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında X25 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8- 510/15 saylı məktubundan görünür ki, X6 ölümü xx.xx.1964-cu ildə Səbail rayon qeydiyyat şöbəsində 1465 saylı aktla qeydə alınarkən ölüm haqqında akt qeydində onun 57 yaşda ölməsi göstərilmişdir. - AЗ № 682914 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X28 xx.xx.1948-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası X23, anası X12. - AZ-İİ № 443580 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 1221 nömrə ilə qeyd edilmişdir; - 5 saylı Bakı Maraqlı şəxs2otariat ofisi tərəfindən Ərizəçi1 ünvanlanmış xx.xx.2024cü il tarixli 1863 saylı məktubundan görünür ki, onun xx.xx.2024-cü il tarixdə 5 saylı "Asan xidmət" mərkəzinə mərhum X8 vərəsəsi kimi tanınması və ona vərəsəlik huququ haqqında şəhadətnamə verilməsi ilə bağlı olan müraciətinə cavab olaraq bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.5-ci maddəyə əsasən, beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları ola bilərlər. Lakin o, miras qoyanla qohumluğunuzu təsdiq edən sənədləri təqdim etmədiyindən müraciətini təmin etmək mümkün olmamışdır. - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli 3365/ИДД saylı məktubunun tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi1 qohumları – xx.xx.1929-cu il təvəllüdlü atası X42, həmçinin onun valideynləri A.A.Astafyev və A.A.Peşkova barəsində məktubu ilə bağlı bildirirlər ki, Rusiya Federasiyası Xarici siyasət arxivində doğum, nikah haqqında şəhadətnamələr və digər kateqoriyadan olan Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatl sənədləri saxlanma üçün daxil olmur. Ona Moskva vilayəti Baş VVAQ İdarəsi Rublyovo-Uspenskoye şossesi, 1-ci kilometr, 1A, Razdori k. Müraciət etməsi tövsiyə edilmişdir. - Moskva vilayəti Baş VVAQ İdarəsinin Balaşixa VVAQ İdarəsinin 1 nömrəli şöbəsinin “X20 Dövlət Qeydiyyatı haqqında faktının olmaması” barədə 7 nömrəli bildirişin tərcümə olunmuş surətindən görünür ki, xx.xx.1929-cu il təvəllüdlü X29 vətəndaşlıq vəziyyəti haqqında akt qeydi yoxdur. Yoxlama xx.xx.1929-cu ildən xx.xx.1935-ci ildək dövr üzrə dövlət xidmətini təqdim edən orqanın arxiv fondunda və Vətəndaşlıq vəziyyəti aktlarının vahid dövlət reyestrində aparılmışdır. - Bakı şəhəri 26 Bakı komissarı adına rayon zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli 46/6632 saylı qərarının tərcümə olunmuş surətindən görünür ki, Buynaksk küçəsi 29 №-li evin 11 №-li mənzilində yerləşən ümumi sahəsi 29 kv.m. olan ikiotaqlı mənzil, həmin mənzildə üç nəfərdən (özü, qızı, oğlu) ibarət ailəsi ilə birlikdə yaşayan X21 adına keçirilmişdir. Mənzilin şəxsi hesabına aşağıdakılar daxil edilsin: 1. X33, kirayəçi; 2. X30, qızı; 3. Ərizəçi1. Şəxsi hesab X6 adınadır. - İİİ-ЖГ № 455140 saylı nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X36 ilə X28 xx.xx.1985-ci ildə nikah bağlayıblar. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1985-ci ildə 315 nömrə ilə qeyd aparılmışdır. Nikahın bağlanmasından sonra ərə İbrahimov, arvada İbrahimova soyadları verilmişdir. - İİ-ЖГ № 450098 saylı nikah haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X37 ilə X34 xx.xx.1981-ci ildə nikah bağlayıblar. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.1981-ci ildə 218 nömrə ilə qeyd aparılmışdır. Nikahın bağlanmasından sonra ərə Fətəliyev, arvada Fətəliyeva soyadları verilmişdir. - Səbail rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/678-69/14 saylı arayışının surətindən görünür ki, X35 və X16 nikahı haqqında xx.xx.1959-cu il tarixdə 1807 nğmrəli aktın qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Astafyev, arvada Astafyeva soyadı verilmişdir. - AЗ № 619747 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuşdur. X48 Alekseyeviç, anası X22. - İİ-ИЕ № 096336 saylı doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X34 xx.xx.1960-ci ildə Bakı şəhərində doğulmuşdur. X48 Alekseyeviç, anası X22. - “X40 Arxivi”nin xx.xx.2024-cü il tarixli T-6409/3 saylı arxiv arayışının tərcümə olunmuş surətindən görünür ki, Alevtina 12 iyun 1907-ci ildə doğulmuşdur. X43 Peşkov, anası Anastasiya Petrovnadır. - “X40 Arxivi”nin xx.xx.2024-cü il tarixli T-6409/3 saylı arxiv arayışının tərcümə olunmuş surətindən görünür ki, Vladimir 12 iyun 1910-cı ildə doğulmuşdur. X43 Peşkov, anası Anastasiya Petrovnadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-10060/2824 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Alevtina Peşkova-Astafyevanın və Aleksey Astafyevin nikahı, nikahının pozulması, habelə övladlarının doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Eyni zamanda bildirirlər ki, adıçəkilən şəxslərin Səbail rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş ölümü haqqında akt qeydinə baxış keçirilərkən təvəllüdlərinin 1948-ci ildən əvvələ təsadüf etdiyi məlum olmuşdur (doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədiyindən onların digər ailə üzlərinə dair məlumat üzrə axtarışın aparılması mümkün olmamışdır). Həmçinin, xx.xx.1994-cü ildə tərtib olunmuş ölüm haqqında akt qeydində mərhum Alevtinanın soyadı müraciətdə göstərildiyi kimi “Peşkova-Astafyeva” deyil, “Astafyeva” kimi qeyd edilmişdir. Məlumat verirlər ki, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının Xidmətin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərə əsasən müvafiq məlumatların əldə edilməsi üçün Dövlət Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur. - Məhkəməyə ərizəçilər tərəfindən fotoşəkillər və bir ədəd disk təqdim təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “X40 Arxivi”nin xx.xx.2024-cü il tarixli T- 6409/3 saylı arxiv arayışlarına əsasən X41 və X17 nikahından X18 və X15 adlı iki övladları olub. X23 ilə X13 nikahından xx.xx.1948-ci ildə İbrahimova (Peşkova) Qalina Vladimirovna, X15 ilə X24 nikahından isə X39 doğulmuşdur. Səbail rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/678-69/14 saylı arayışına əsasən X35 və X31 nikaha daxil olmuşlar. AЗ № 619747 və İİ-ИЕ № 096336 saylı doğum haqqında şəhadətnamələrə əsasən onların övladları hazırkı iş üzrə ərizəçilər Ərizəçi1 və Ərizəçi2dır. İbrahimova (Peşkova) Qalina Vladimirovna xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçilər X8 bibisinin nəvələri, X14 isə ərizəçilərin atalarının dayısı qızıdır. Hazırda ərizəçilər ondan miras qalmış əmlak üzrə vərəslik hüququ şəhadətnamənin alınması üçün notariat orqanına müraicət etmiş, lakin notariat orqanında onların qohumluq əlaqələri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçilərin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın, qohumluq münasibətlərinin müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə iclasında dindirilən şahidin ifadəsini, o cümlədən digər sənədləri mötəbər sübut növü, məlumat kimi qəbul edir və hesab edir ki, bu məlumatlar işin faktiki halları ilə uyğun gəlir və təsdiq olunur, qanunu pozmaqla əldə edilməmişdir, onlardan sübut kimi istifadə olunmasına yolverilməzlik yoxdur. Ərizəçinin ərizəsindən, məhkəmədə verdiyi izahatından görünür ki, ərizəçilər X8 bibisinin nəvələri olmaları barədə qohumluq faktınının müəyyən edilməsi X5mış mirası qəbul etməsi ilə bağlı notariat hərəkətinin həyata keçirilməsi üçün lazımdır. İş materiallarının tətqiqi zamanı mərhum X8 bibisinin nəvələrinin Ərizəçi1 və Ərizəçi2 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X8 bibisi nəvəsinin (bibisi oğlunun oğlu) xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi1 olması faktı, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X8 bibisi nəvəsinin (bibisi oğlunun qızı) xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi2 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərcləri Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X8 bibisi nəvəsinin (bibisi oğlunun oğlu) xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi1 olması faktı müəyyən edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X8 bibisi nəvəsinin (bibisi oğlunun qızı) xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi2 olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi1 aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar