Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2009/2025 01.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X8 qızının katibliyi ilə, Ərizəçi X5 maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “övladlığa götürmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X5 maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizəs ilə məhkəməyə müraciət edərək, X1 miras qalan Şəki şəhəri 20 Yanvar küçəsinin şərqindən 60 kv.m mülkiyyətə vərəsəlik hüququ əldə etmək üçün Ərizəçi X2 övladığa götürdüyü oğlu olması faktının və X4 ilə X3 xalaoğlu olaraq qohum olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümyəndəsi və vəkili Vəkil elektron qaydada ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mah iyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Ərizəçi X5 maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “övladlığa götürmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2009/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2009/2025
01.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver