Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-937/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, Maraqlı şəxs2, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional «ASAN xidmət» Mərkəzində notariat ofisinə qarşı qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional «ASAN xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 avqust 1995-ci il tarixdə ölmüş miras qoyan Havaxanın Mirzə qızının xalası olması və ondan miras qalmış Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin qəbul etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, miras qoyan xalası Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A saylı bağda yerləşən torpaq sahəsi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair müraciətinə AR Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin notariusu 24 avqust 2023cü il tarixli 2056 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, ərizəçinin anası X6 ilə miras qoyan Havaxanım Mirzə qızının qohumluq münasibəti faktını müəyyənləşdirmək mümkün olmadığına görə və miras əmlakın qəbulu üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməyi tövsiyə edillmişdir. Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin notariusunun miras qoyan xalası Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A saylı bağda yerləşən torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair imtinası əsassızdır, miras qoyanın bacısı oğlu olmağı, yəni qohumluq münasibətlərində olmağı faktı və miras əmlakın qəbulu üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürmədiyinə görə miras əmlakı faktiki qəbul etdiyi üçün həmin faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt şəhər XDS-nin 31 may 1965-ci il tarixli 11 saylı Protokoluna əsasən Havaxanım Mirzə qızına Sumqayıt şəhərinin X13ndə 0,15 ha, 1686 A saylı bağ sahəsi verilmişdir. Sumqayıt İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə miras qoyan Havaxanım Mirzə qızı arasında Sumqayıt şəhəri, X13, 1686 A saylı bağda yerləşən 0,15 ha torpaq sahəsinə 25 noyabr 1986-cı ildə 1426 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(060)-7877/2014 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri, X13, 1686 A saylı bağda yerləşən 0,15 ha torpaq sahəsinə Havaxanım Mirzə qızının vəfat edənədək mülkiyyətində olması faktı müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət karastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 3-21-3-31/2-1351/2023 №li, 26 aprel 2023-cü il tarixli məktubuna əsasən Sumqayıt şəhəri, X13, 1686 A saylı bağda yerləşən 0,0691 ha bağ torpaq sahəsi üzərində 20 fevral 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Havaxanım Mirzə qızının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Miras qoyan Havaxanım Mirzə qızı 1926-cı ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, 12 avqust 1995-ci ildə ölmüşdür. Ədliyyə Nazirliyi Sumqayıt Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında 10 oktyabr 1995-ci il tarixli 1030 №li akt qeydi tərtib olunmuş, lakin xalası Havaxanım Mirzə qızının doğum qeydi barəsində arayış təqdim etməyi mümkünsüzdür. Miras qoyan Havaxanım Mirzə qızı anası X3 (qız soyadı və adı Əzizə Mirzə qızı) bacısıdır, X12 07 oktyabr 1936-cı ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, 26 fevral 2004-cü ildə vəfat etmişdir. X12 atası X4 ilə evləndikdən sonra "Əliyev" soyadını qəbul etmişdir. Miras qoyan Havaxanım Mirzə qızının və X12nın soyadları olmamış, hər ikisinin atası Mirzə Xanmirzə oğlu, anaları Zeynəb Paşa qızı olmuş, Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçinin anası X5 dair verilmiş arayışda qeyd edilmişdir. O, X3 oğlu, miras verən Havaxanım Mirzə qızının bacısı oğludur, lakin ərizəçi xalası Havaxanım Mirzə qızının doğum qeydinə dair sənədi təqdim edə bilmədiyinə görə notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edir. Mərhum xalası Havaxanım Mirzə qızının övladı olmamış, onu uşaqlıqdan o saxlamış, həmin bağ evinə o və miras qoyan xalası dörd tərəfli hasar çəkmiş və torpağın üzərində balaca bir ev tikmiş, xalası öləndən sonra da o anası ilə həmin bağdan mövsümi istifadə etmiş, hal-hazıradək istifadəsində olan torpaq vergisini ödəyir. 2014-cü ilin sentyabr ayında Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri, X13, 1686 A saylı bağda yerləşən 0,15 ha. torpaq sahəsinə Havaxanım Mirzə qızının mülkiyyət hüququnun yaranması faktına dair ərizə ilə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(060)-7877/2014 saylı qətnaməsinə əsasən Sumqayıt şəhəri, X13, 1686 A saylı bağda yerləşən 0,15 ha. torpaq sahəsinə Havaxanım Mirzə qızının vəfat edənədək mülkiyyətində olması faktı müəyyən edilmişdir. Miras qoyan şəxs Havaxanım Mirzə qızının uşağı olmamış, ata və anası bacı, qardaşı vəfat etmiş, miras qoyanın bacısı, yəni onun anası vəfat etmişdir. Bu faktlarının müəyyən edilməsi ona görə lazımdır ki, miras qoyan xalası Havaxanım Mirzə qızı vəfat etdikdən sonra qohumluq münasibətlərinin müəyyən edilməsi, miras qoyan şəxsin vərəsəsi sayılmaq və miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi başqa qaydada mümkün olmadığına görə ərizəçi məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən 1926-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, 12 avqust 1995-ci ildə ölmüş miras qoyan Havaxanım Mirzə qızı ilə ərizəçi X4 ilə xala və bacıoğlu olmasını, yəni qohumluq münasibətləri faktının müəyyən edilməsi, miras qoyan Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A bağda yerləşən 0,0691ha. bağ torpaq sahəsinin miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)-6044/2023 saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) ərizə təmin edilmiş, 1926-cı ildə Abşeron rayonu, Novxanı qəsəbəsində anadan olmuş, 12 avqust 1995-ci ildə ölmüş Havaxanım Mirzə qızı ilə xx xxxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş X2 xala-bacıoğlu olmalarına dair qohumluq faktının müəyyən edilməsi, mərhum Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin X4 tərəfindən qəbul olunması faktının müəyyən olunması, iş üzrə ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16.01. 2024-cü il tarixli, 2(060)-6044/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)- 6044/2023 saylı qətnaməsində olan yanlışlığın aradan qaldırılması, qətnamənin qət hissəsində «X4» sözünün «Ərizəçi» kimi oxunması qərara alınmışdır. Hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)-6044/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsi mərhum Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən olunması hissəsində ləğv edilməsini və həmin hissədə ərizənin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6044/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)- 6044/2023 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2(105)-442/2025 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 6044/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinin tələbinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-6044/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 2(060)- 6044/2023 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Hacıbala Mirzə oğlu atasıdır. Havaxanım Mirzə qızı isə bibisidir. 12 avqust 1995-ci ildə bibisi Havaxanım Mirzə qızı vəfat etmişdir. Lakin bibisinin doğum haqqında şəhadətnaməsi yoxdur. Özü vəfat etdiyinə görə doğum aktının qeydə alınması ilə bağlı məhkəməyə müraciət edə bilməz. Sumqayıt şəhəri İcraiyyə Komitəsi Bağ Təsərrüfatının 25 noyabr 1986-cı il tarixli, 1426 sayl müqaviləsi ilə Saray qəsəbəsində 0,15 ha sahədən ibarət 1686a saylı bağ sahəsi bibisi Havaxanımın uzun müddət icarəsində olmuşdur. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(060)-7877/2014 nömrəli qətnaməsinə əsasən Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha bağ torpaq sahəsi üzərində 20 fevral 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Havaxanım Mirzə qızının tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bibisinin övladı yoxdur. Həmin sahədə 1988-ci illərdə bibisi və atası tərəfindən bir otaqdan və bir balkondan ibarət ev tikilmiş və ailəlikcə həmin bağdan istifadə etmişlər. Hazırda da anası və o, həmin evdə yaşayırlar. 12 avqust 1995-ci ildə bibisi Havaxanım Mirzə qızı vəfat etmiş və bağ sahəsini, evi vərəsə kimi o və atası qəbul etmişdir. Bibisinin doğum haqqında şəhadətnaməsi olmadığına görə sənədləşmə apara bilməmişdir. Çox təşkilatlara idarələrə müraciət etmiş, lakin xeyri olmamışdır. Daha sonra vəkil məsləhəti ilə Sumqayıt Şəhər Məhkəməsinə 1926-cı il təvəllüdlü mərhum bibisi Havaxanım Mirzə qızı ilə münasibətdə qohumluq faktı kimi 1930-cü il təvəllüdlü atası Hacıbala Mirzə oğlunun bacısı olma faktının təsdiq olunması üçün müraciət etmişdir. İş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2920/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmuşdur. Bütün bu proseslər gedərkən mübahisəli torpaq sahəsi və ev bibisini mülkiyyətində olması ilə əlaqədar məhkəməyə DƏDRX 2 saylı Əİ-nin də məktubunu təqdim etmişdir. Daha sonra torpaq sahəsini vərəsə kim mülkiyyətinə keçirmək istəyən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsi İslam Əlisoyun mülkiyətindədir. Müvafiq sorğular verildikdən sonra məlum olmuşdur ki, torpaq bibisi oğlunun adına vərəsəlik şəhadərnaməsi ilə keçmişdir. Həmin vərəsəlik şəhadətnaməsinin ləğvi və alqısatqı müqaviləsinin, çıxarışın ləğvi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edən zaman hal-hazırki qətnamədən xəbəri olmuş, müraciət edib qətnaməni alıb ondan maraqlarına toxunan şəxs kimi şikayət verir. Bundan başqa qətnamə ilə əlaqədar qeyd edir ki, ərizəçi həqiqətən Havaxanım Mirzə qızının bacısı oğlu və onun digər bibisi X3 oğludur. Yəni qısa desək bibisi oğludur. Ərizəçinin məhkəmədə dediklərindən tək doğru olan budur. Torpaq sahəsinin məhz onun tərəfindən miras kimi qəbul edilməsini sübut edən hal isə onun Sumqayıt şəhər bələdiyyəsinə qarşı 2012-ci ildə icarə müqaviləsi üzrə mirasın vərəsə tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair iddia qaldırmağıdır. Sumqayıt Şəhər Məhkəməsi iddianı təmin etsə də Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2012-ci il tarixli 2(105)-1456/2012 saylı qətnaməsi ilə Sumqayıt şəhər bələdiyyəsinin şikayətini tənin edərək iddia rədd etmişdir. Həmçinin məhkəmə iclasında dindirilən şahidləri ümumuyyətlə tanımır. Halbuki bağ bibisinə ayrıldığı ilk gündən orda yaşayır və bununla əlaqədar istər qonşularının, istərdə də digər bütün qohumlarını məhhkəmədə şahid qismində dəvət edərək sübut edə bilər. Atasının və bibisinin qohumluq əlaqəsinin müəyyən edilməsinə dair mülki işdə belə Ərizəçi qardaşı X9 şahid qismində çıxış etmişdir. Həmin sahədə 1988-ci illərdə bibisi və atası tərəfindən bir otaqdan və bir balkondan ibarət ev tikilmiş və ailəlikcə həmin bağdan istifadə etmişlər. Hazırda da anası və özü həmin evdə yaşayır. Bu da mirasa sahiblik etmələrinin faktiki başlanması deməkdir. Hesab edir ki, həmin hissədə ədalətsiz qərar verilmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırki gündə də həmin evdə yaşayır. Bağı alan şəxsi çıxarışla gələrək bağı aldığını bildirdiyi zaman sonradan tanımışdır. Ev alınana zaman evə baxış keçirilməyib, torpaq sahəsində yaşayış evi var. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs doğulduğu gündən mübahisəli bağ sahəsində yaşayır. Bağ sahəsi Elçinin bibisinə məxsus olub, bağ sahəsində atası, anası, bibisi və özü yaşayıb. Hazırki günədən Elçin və anası həmin bağ sahəsində yaşayır. Bibisi və atası ölüb. Bağ sahəsinin sənədləşdirilməsi ilə əlaqədar sorğular verilərkən müəyyən edilib ki, bibisi Havaxanımın adına çıxarış mövcuddur. Elçinin atası ilə bibisi Havaxanımın doğum haqqında şəhadətnamələri mövcud olmadığı üçün məhkəməyə müraciət etmişlər, məhkəmə gedişatında məlum olmuşdur ki, ərizəçinin də qohumluq faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. Ərizəçi də Havaxanımın bacısı oğludur. Ərizəçi X7 apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixdə onun 16862 bağ sahəsinin icarədarı mərhum xalası Havaxanım Mirzə qızı ilə münasibətini müəyyən edib miras əmlakının qəbul edilməsinə dair qətnamə qəbul etmişdir. Həmin bağa dair mülkiyyət hüququna dair çıxarış almışdır. xx.xx.2023-cü il tarixdə notarial alqı-satqı ilə X1. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(105)- 1456/2012 saylı qətnaməsi ilə (hakim G.Tağızadənin sədrliyi ilə) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Maraqlı şəxs2 maraqlı tərəf Sumqayıt Bələdiyyəsinə qarşı icarə müqaviləsi üzrə mirasın vərəsə tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Həmin vaxt mübahisəli bağ sahəsində o, ailəsi ilə birgə yaşayırdı. Məhkəmə yerində baxış keçiriiərkən şikayətçi Maraqlı şəxs2 qanunsuz ərizəsi, yəni onun həmin bağla heç bir əlaqəsi olmadığı müəyyən edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Maraqlı şəxs2 dayısı oğlu olsa da o, heç vaxt həmin bağdan istifadə etməyib. Onun bağı satdığını bildikdən sonra qərəzli olaraq ona qarşı əsassız şikayətlər və iddialar qaldırır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(060)-7877/2014 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhəri Saray bağları 1686a saylı bağ sahəsi üzərində mərhum xalası Havaxanım Mirzə qızının mülkiyyət hüququnun tanınmasına dair ikinci növbə vərəsə kimi onun ərizəsi təmin olunmuş və həmin qətnamə hazırda qanuni qüvvədədir. 1686a saylı bağ üzrə bələdiyyə torpaq vergisi onun adına uçota alınmış və illik ödənişi onun tərəfindən olunmuşdur. Həmçinin bağ sahəsində ailə tərkibi bir nəfər göstərilməklə qaz sayğacı onun adınadır. Əvvəllər işıq sayğacı onun adına quraşdırılmışdır. Həmin bağ sahəsini satdıqdan sonra işıq sayğacı Əlisoy İlhamın adına rəsmiləşdirilmişdir. Qanuni qüvvə almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1456/2012 saylı qətnaməsi ilə ərizəçi Maraqlı şəxs2 qeyd olunan bağa vərəsə olmadığı təsdiq edilmiş və hazırda qüvvədədir. Digər, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7877/2014 saylı 10 oktyabr 2014- cü il tarixli qətnaməsi ilə Saray bağlannda yerləşən 1686a saylı bağ sahəsi üzərində ikinci növ vərəsə kimi o tanınmış və qətnamə qanuni qüvvədədir. Odur ki, etiraz ərizəsindəki faktları nəzərə alıb ərizəçi Elçin Hacıbala oğlunun apellyasiya şikayətini rədd edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-6044/2023 saylı qətnaməsinin qanuni qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəziin notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 6044/2023 nömrəli qətnaməsini qismən, mərhum Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən olunması hissəsini mübahisələndirmişdir. Bu səbbədən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 6044/2023 nömrəli qətnaməsi qismən, mərhum Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən olunması hissəsində ləğv edilməli, ərizə həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hazırki işdən görünür ki, Ərizəçi 12 avqust 1995-ci il tarixdə ölmüş miras qoyan xalası Havaxanın Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin qəbul etməsi faktının müəyyən edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ərizə təmin edilmişdir. Hazırda isə miras qoyanın qardaşı oğlu, ərizəçinin isə dayısı oğlu Maraqlı şəxs2 miras qalmış mübahisəli bağ evini faktiki olaraq qəbul etdiyini bildirməkdədir ki, bu da mirasın qəbulu ilə bağlı hüquq haqqında mübahisə olduğunu təsdiq etməkdədir. Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsi qismən, mərhum Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən olunması hissəsində ləğv edilməli, ərizə həmin hissədə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.10, 384, 387, 402-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6044/2023 nömrəli qətnaməsi mərhum Havaxanım Mirzə qızından miras qalmış Sumqayıt şəhəri, X13, 1686A ünvanında yerləşən 0,0691 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul olunması faktının müəyyən olunması hissəsində ləğv edilsin. Ərizə həmin hisssədə baxılmamış saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-937/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-937/2025
02.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver