Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-693/2022 31.10.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X18 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Şərur rayon 2 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 onunla qohumluq münasibətlərinin müəyyən olunmasına və ondan miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, əmisi qızı X13 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, ondan ünvan 1 ünvanında yaşayış evinin miras qaldığını, əmisi qızı X19 vəfat edəndən həmin evdə o və ailə üzvlərinin yaşadığını, onun mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, Əliyev Gülümzərin ondan başqa qohumunun olmadığını, Gülümzərin bir bacısının olduğunu, onunda Gülümzərdən qabaq vəfat etdiyini, Gülümzərə vəfat edənə kimi onun baxdığını, onun bütün qayğısını o və ailə üzvlərinin çəkdiyini, Gülümzərin 2020-ci ildə ona etibarnamə verərək bütün əmlakını onun öz adına keçirməsini istədiyini, lakin sonradan Gülümzərin xəstə olduğunu, başının onun müalicəsinə qarışdığından evi sənədləşdirə bilmədiyini, Gülümzər vəfat edəndən sonra hüquqi savadı olmadığından miras üçün müəyyən edilmiş müddəti buraxdıqdan sonra notaiat orqanına müraciət etdiyini, onun Gülümzərdən qalan mirası qəbul etmək üçün sənədləri yığıdığında Gülümzərin doğum şəhadətnaməsinin tapa bilmədiyini, özlərinin və atalarının doğum sənədlərini qeydiyyat şöbəsindən aldığını, lakin doğum akt qeydi kitabında Gülümzərin doğum barədə qeydin olmadığını, ona görə də onların qohumuq münasibətlərinin tam şəkildə sənəddə öz təsdiqini tapmadığını, lakin qohum olduqlarını şahidlər və icra nümayəndəliyinin arayışı, həmçinin atalarının doğum sənədlərinin də təsdiq etdiyini, X11 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 saylı Notariat ofisinə müraciət etdiyini, lakin notariat ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından və qohumluq münasibətləri müəyyən olunmadığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun Gülümzərlə qohumluq münasibətlərini və mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, Gülümzərlə əmioğlu əmiqızı olmağını, Gülümzərə o və ailəsinin baxmasını, o vəfat edəndən sonra ondan qalan mirası onun tərəfindən qəbul edilməsinə qonşularının və qohumlarının da şahidlik edə biləcəyini qeyd edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 onunla qohumluq münasibətlərinin müəyyən olunmasına və ondan miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən, ərizəsinin təmin olunması barədə qətnamə çəxarəlmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon 2 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X5 Əbülfət Əli oğlu ilə qonşu olduqlarını, Gülümzərin Əbülfətin əmisi qızı olduğunu, çox vaxt Əbülfətin evində qaldığını, xəstə olduğu zaman Əbülfətin və onun ailə üzvlərinin ona baxdığını, onun tələbatlarını təmin etdiklərini, Gülümzərin 2022-ci ilin may ayında vəfat etdiyini, yas mərasimini Əbülfətin Qaraburc kəndində təşkil etdiyini, bütün xərclərini onun çəkdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X6 Əbülfət Əli oğlu ilə qonşu olduqlarını, Gülümzərin Əbülfətin əmisi qızı olduğunu, Gülümzər xəstələnən zaman Əbülfətin evində qaldığını, onu görməyə getdiklərini, Gülümzərin heç kiminin olmadığını, ona Əbülfətin və onun ailəsinin baxdığını, Gülümzər vəfat etdikdən sonra yas mərasimini Əbülfətin Qaraburc kəndində öz evində təşkil etdiyini, bütün xərclərini onun çəkdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X9 Əbülfət Əli oğlu ilə qonşu olduqlarını, Gülümzərin Əbülfətin əmisi qızı olduğunu, Gülümzərin əvvəllər Şərur şəhərində yaşadığını, sonradan Qaraburc kəndində Əbülfətin evində yaşadığını, ona Əbülfətin və onun ailəsinin baxdığını, orada vəfat etdiyini, vəfat etdikdən sonra yas mərasimini Əbülfətin təşkil etdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X8 Gülümzər Hüseyn qızının onun qonşusu olduğunu, Gülümzərin heç kiminin olmadığını, Gülümzər xəstə olan zaman Əbülfətin və onun ailə üzvlərinin tez-tez onun yanına gəldiklərini, sonradan bir müddət Əbülfətin evində yaşadığını, 2022-ci ilin may ayında orada vəfat etdiyini, Qaraburc kəndində Əbülfətin onun yas mərasimini təşkil etdiyini, yas mərasimində iştirak etdiyini, yas mərasimindən sonra Əbülfətin arvadı ilə birlikdə tez-tez Gülümzərin Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən 9 nömrəli binada yerləşən 3 saylı mənzilinə tez-tez gələrək mənzili təmizlədiklərini, evin baxımsız qalaraq dağılmasına imkan vermədiklərini, sonradan Əbülfətin oğlunun həmin evdə yaşadığını da bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X27 mərhum Gülümzərin onunla eyni binada yaşadığını, 12 il qonşu olduqlarını, Gülümzərin heç kiminin olmadığını, Əbülfətin və onun ailə üzvlərinin tez-tez Gülümzərin yanına gəldiklərini, ona qulluq etdiklərini, onu hər şeylə təmin etdiklərini, sonradan xəstə olduğu üçün Əbülfətin onu Qaraburc kəndinə öz evinə apardığını, 2022-ci ili may ayında Gülümzərin orada vəfat etdiyini, Qaraburc kəndində dəfn edildiyini, yas mərasimində iştirak etdiyini, ya mərasiminin bütün xərclərini Əbülfətin çəkdiyini, Gülümzər vəfat etdikdən sonra Əbülfətin və onun ailə üzvlərinin Gülümzərin Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən 9 nömrəli binada yerləşən 3 saylı mənzilinə tez-tez gələrək mənzili təmizlədiklərini, mənzilə sahiblik etdiklərini, evə qulluq göstərdiklərini, Əbülfətin oğlunun həmin evdə yaşadığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Şərur rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş 08 iyun 2020-ci il tarixli etibarnamədən görünür ki, mərhum X19 öz sağlığında bütün əmlakını Şərur rayon Qaraburc kəndində qeydiyyatda olan Ərizəçi etibar etmişdir. İş materiallarında olan Şərur rayon Dəmirçi kənd ЗДС ИК tərəfindən verilmiş xx.xx.1969-ci il tarixli, AЭ № ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 1969-cu il təvllüdlü Ərizəçi atası X43, anası X17r. İş materiallarında olan Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 21 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şərur rayon Qaraburc kəndində qeydiyyatda olan Ərizəçi X13 ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras qalmış bütün əmlakdan Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Ərizəçi Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu **********355 saylı ərizəsində bildirmişdir ki, Şərur rayonu, Kürçülü kəndində yaşamış xx.xx.2022-ci ildə vəfat etmiş yaxın qohumu X11 qalmış miras əmlakı qəbul edirəm. Miras əmlak harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan ibarətdir. Miras qoyanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyimin zəruriliyi notarius tərəfindən mənə izah edildi. Göstərilən əmlakdan mənə çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş edirəm. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Şərur şəhəri, K.Seyidov küçəsində istifadədə olan torpaq sahəsində yerləşən 9 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində, 52.4 kv.m ümumi, 35.32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 3 nömrəli mənzilin tam mülkiyyət hüququ üzrə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 965 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ 802465 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixində Şərur rayon Kürçülü kəndində Miokartd-infarkt nəticəsində vəfat etmişdir. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 681 nömrəli arayışdan görünür ki, Dəmirçi kənd və Kürçülü kənd inzibati ərazi dairəsi üzrə 1942-ci ilə aid Şərur rayon Qeydiyyat şöbəsinin arxivində X13 1960-xx.xx.2022-ci illər üzrə nikah haqqında akt qeytdiyyatı tapılmamışdır. İş materiallarında olan Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 681 nömrəli arayışdan görünür ki, Dəmirçi kənd və Kürçülü kənd inzibati ərazi dairəsi üzrə 1942-ci ilə aid Şərur rayon Qeydiyyat şöbəsinin arxivində X13 1940-1967-ci illər üzrə doğum haqqında akt qeytdiyyatı tapılmamışdır. İş materiallarında olan Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, çıxarışdan görünür ki, 1931-ci il təvəllüdlü X28 atası X44, anası X12r. İş materiallarında olan Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, çıxarışdan görünür ki, 1906-cı il təvəllüdlü X14 atası X34, anası X12r. İş materiallarında olan Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, çıxarışdan görünür ki, Əliyeva Anaxanım K.Məmməd qızı xx.xx.1999-cu il tarixində Şərur rayon Qaraburc kəndində Ürəyin avtomatik dayanması nəticəsində vəfat etmişdir. İş materiallarında olan Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, çıxarışdan görünür ki, X29 xx.xx.1984-cü il tarixində Şərur rayon Qaraburc kəndində Ürəyin infarktı nəticəsində vəfat etmişdir. İş materiallarında olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 244 saylı arayışdan görünür ki, X13 atası X22-1906, anası X10r-1910. İş materiallarında olan Şərur rayon Kürçülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 214 saylı arayışdan görünür ki, X1 inzibati ərazi dairəsi üzrə nümayəndəlik üzrə təsərrüfatbaşına kitabda tək-tənha qeydiyyatda durub, Qaraburc kənd sakini əmisi oğlu Ərizəçi onun vərəsəsi sayılır. İş materiallarında olan Şərur rayon Axaməd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11 saylı arayışdan görünür ki, X35 ilə X22 qardaşdırlar. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən 9 nömrəli binanın 3 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X15 məxsus olmuş və sağlığında Ərizəçi etibarnamə verməklə onun əmlakına dair bütün hüquqları həyata keçirməyi ona həvalə edilmişdir. X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materialında olan sənədlərlə müəyyən edilir ki, o öləndən sonra onun birinci dərəcə heç bir vərəsəsi olmamışdır. Lakin mərhumun əmisi oğlu Ərizəçi onun sağlığında qayğısına qalmış, onun bütün təminatını ödəmiş, öldükdən sonra da onun bütün dəfn xərclərini çəkmişdir. X2 ölümündən sonra onun əmisi oğlu Ərizəçi ondan qalmış miras əmlak olan Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən 9 nömrəli binanın 3 saylı mənzilinə faktiki sahiblik etməsi, onu idarə etməsi, miras əmlak olaraq onu birmənalı şəkildə faktiki qəbul etməsi ərizəçinin izahatı, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Həmçinin Ərizəçi mərhum X13 əmisi uşağı olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı iş materialında olan sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur...; Həmin qərarın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır; Həmin qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, mərhum X13 əvvəlki növbədən olan heç bir vərəsəsi olmamışdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1 və 1159.1.5-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X13 əmisi uşağı olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı və X11 miras qalmış Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən 9 nömrəli binanın 3 saylı mənzilinin Ərizəçi tərəfindən vərəsə kimi qəbul edilməsi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... ; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəşi Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X13 əmisi uşağı olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı müəyyən edilsin. X3 miras qalmış Şərur şəhəri, K.Seyidov küçəsində yerləşən 9 nömrəli binanın 3 saylı mənzilinin Ərizəçi tərəfindən vərəsə kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-693/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-693/2022
31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver