Məhkəmə qərarları › İş №2(007)-2483/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2483/2022

27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2483/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2,4 Saylı Bakı “ASAN XİDMƏT”Mərkəzinin Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı mirasın faktiki olaraq qəbul olunması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2,4 Saylı Bakı Maraqlı şəxs3 Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı mirasın qəbul edilmə müddətinin buraxılmamış hesab olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında Ərizəçi tələbini onunla əsaslandırdı ki, X1 09 yanvar 2020-ci il tarixində Bakı şəhərində miokardin aşağı divarının kəskin transmural infarktı diaqnozu ilə vəfat edib. X8 21 avqust 2021-ci il tarixində Bakı şəhərində kəskin respirator çatmamazlıq diaqnozu ilə vəfat edib.Valideyindəri vəfat etdikdən sonra, atasının adına olan 3 ədəd daşınmaz əmlak onun istifadəsindədir. Qardaşım Maraqlı şəxs2 da, buna razılıq verib. O, hal-hazırda hər üç əmlakı faktiki olaraq qəbul etmişdir və onlardan istifadə edir. Həmin əmlakların sənədləşməsi üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunub.Qeyd olunanlara əsasən X1ndan miras qalmış Bakı şəhəri Nizami rayonu,2392/2399-cu məhəllə,Bəhruz Nuriyev küçəsindəki 33C saylı evin 13 saylı mənzilinin,Bakı şəhəri Xəzər rayonu,Buzovna qəsəbəsindəki sahə 1-1851 saylı torpaq sahəsinin,Bakı şəhəri Darvin küçəsindəki 67 saylı evin 6 saylı mənzilinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək göstərdi ki,ataları X6 09 yanvar 2020-ci il tarixdə anaları X12 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat ediblər.Onlardan 3 ədəd daşınmaz əmlak qalıb. Həmin əmlaklar atalarının adına qalıb. Onlar qərara qəlmişlər ki, həmin əmlakları bacısı Xədicə faktiki olaraq qəbul etdiyi üçün onun adına rəsmiləşdirilsin. Ona görə də, ərizənin təmin olunmasını xahiş edir. 4 Saylı Bakı Maraqlı şəxs3 Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: 4 Saylı Bakı Maraqlı şəxs3 Notariat ofisindən ərizəçiyə ünvanlanmış 04 noyabr 2021-ci il tarixli,1980 saylı məktubun məzmunundan görünür ki,mirası qəbul etmək üçün qanunla müəyyən olunan 3 ay müddət ötürüldüyndən ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu,2392/2399-cu məhəllə,Bəhruz Nuriyev küçəsindəki 33C saylı evin 13 saylı mənzilinə X4 xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu,Buzovna qəsəbəsindəki sahə 1-1851 saylı torpaq sahəsinə X4 xüsusi mülkiyyət hüququ xx.xx.2017-cı il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Özəlləşdirmə və Bələdiyyə Mülkiyyətinin Texniki İnvertarlaşdırma Bürosundan verilmiş qeydiyyat şəhadətnaməsindən görünür ki, Bakı şəhəri Darvin küçəsindəki 67 saylı evin 6 saylı mənzilinə X4 xüsusi mülkiyyət hüququ xx.xx.1993-cü ildə qeydiyyatdan keçmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, X7 28 avqust 1995-ci il tarixdə anadan olmuşdur.X1,X8dır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 21.08.xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa,uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi hüquqi əhəmiyyəti olan faktlara aiddir və həmin işlərə məhkəmədə xüsusi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Beləliklə, məhkəmə arşdırması zamanı ərizəçinin izahatı, eləcə də, məhkəməyə təqdim edilmiş digə sübutlarla müəyyən olundu ki, Bakı şəhəri Nizami rayonu,2392/2399cu məhəllə, Bəhruz Nuriyev küçəsindəki 33C saylı evin 13 saylı mənzili,Bakı şəhəri Xəzər rayonu,Buzovna qəsəbəsindəki sahə 1-1851 saylı torpaq sahəsi,Bakı şəhəri Darvin küçəsindəki 67 saylı evin 6 saylı mənzili ərizəçinin X1ndan miras qalmışdır. Ərizəçi hər üç miras əmlakı faktik olaraq qəbul etmişdir.Digər vərəsə Maraqlı şəxs2 mirasdan pay tələb etmir. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə vərəsəlik hüququ barədə şəhadətnamə almaq üçün zəruridir. Ona görə də məhkəmə hesab edir ki,ərizə əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 miras əmlakların: Bakı şəhəri Nizami rayonu,2392/2399-cu məhəllə,Bəhruz Nuriyev küçəsindəki 33C saylı evin 13 saylı mənzilin, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsindəki sahə 1-1851 saylı torpaq sahəsinin, Bakı şəhəri Darvin küçəsindəki 67 saylı evin 6 saylı mənzilinin Ərizəçi tərəfindən faktiki olaraq qəbul olunmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar