Məhkəmə qərarları › İş №2(007)-2500/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2500/2021

21.05.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2500/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Orqanı cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Orqanı cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, hazırkı halda müvafiq nöqsanlara yol verildiyi üçün ərizə və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 306.2-ci maddəsinə əsasən Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; İş materiallarına əlavə olunmuş 16 mart 2021-ci il tarixli 104 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 108 saylı həyət evində yaşayan 1953-cü il təvəllüdlü X2 ondan ötrü ki, o həqiqqətən “Arterial hipertenziya İİdərəcə. Sol dirsək oynağının deformasiyaedici osteoartrozu. Sümüklərdə və boy artımında inkişaf anomaliyası. Sol diz və aşıq baldır oynaqlarının deformasiyaedici osteoartozu” diaqnozu ilə 26 nömrəli şəhər poliklinikasında qeydiyyata götürülüb. Xəstənin hal-hazırda kənar şəxsin köməyinə ehtiyacı var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə məhkəməyə yalnız şəxsin yaxın qohumları valideynləri, uşaqları, qardaş-bacıları müraciət edə bilərlər. Ərizəçi ərizəsində xalası X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etsə də, ərizədə şəxsin psixi qüsuru haqqında sübutları məhkəməyə təqdim edilməmişdir, şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumatı özündə əks etdirən müvafiq sənədlərin hazırkı ərizəyə əlavə edilməsi ərizənin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması baxımından zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Orqanı cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar