Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2503/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəmkir rayon Qeydiyyat şöbəsinə qarşı “qohumluq faktının müəyyən olunması” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Şəmkir rayon rayon Qeydiyyat şöbəsinə qarşı “qohumluq faktının müəyyən olunması” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 1942-ci ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində anadan olmuş 20.04.2018-ci il tarixdə vəfat etmiş X18 və onun-Ərizəçi qohumluq (qardaşım olması) münasibətlərində olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1954-cü ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində anadan olmuşdur. X1 və anası X10 nikahlarını 1938-ci ildə qeyd etdirmişlər. 9 qardaş bacı olmuşlar-X4, X16, X21, X17, X19, X11, o, X12 və X6 anadan olmuşdur. X2 1942-ci ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində anadan olmuş, həmin kənddə yaşamış, 20 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Ondan miras ev qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. 02.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadə verərək göstərdi ki, o, ərizəçinin ögey qardaşıdır, ata bir ana ayrı. Onların münasibətləri çox yaxşıdır. X18 böyük qardaşları idi. O, 3 il öncə rəhmətə gedib. Hamısı doğma kimidilər, aralarında ayrıseçkilik yoxdu bir-birilərinə qarşı. O, qardaşları X7 Ərizəçi doğma qardaşı olduğunu təsdiq edir. 02.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun doğma ata bir ana bir qardaşıdır. X18 3 il öncə rəhmətə gedib. 3 bacı və 4 qardaş qalıblar. O, qardaşları X7 Ərizəçi doğma qardaşı olduğunu təsdiq edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Şəmkir rayonu Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı 923965 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 21.04.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 nömrə ilə 25.04.2018-ci il tarixdə qeyd edilmişdir. Ölümünün səbəbi ürək dayanması olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanı X13 məxsusdur. Əmlak R.Abdullayevin adına 02.08.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 07.01.2019-cu il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 21.04.2018-ci il tarixdə ölmüş X7 vərəsəsi X14r və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Ərazi İdarəsinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 66 kv.m olan fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan ИЖ seriyalı 260267 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Şəmkir rayonunda anadan olmuşdur. Ata qrafasında X5 ana qrafasında X10 qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon Qeydiyyat Şöbəsinin 17.06.2020-ci il tarixli 05/Q-1242 nömrəli məktubundan görünür ki, ərizəçi vətəndaş Ərizəçi mərhum qardaşının doğumu haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, müvafiq sənədləri təqdim etmədiyindən Ərizəçi mərhum qardaşının doğumunun bərpa edilməsi Şəmkir rayon Qeydiyyat Şöbəsində mümkün olmamışdır. Bu səbəbdən də Ərizəçi mərhum qardaşının doğumu haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 14.10.2019-cu il tarixli, K-1-650 nömrəli Arxiv arayışından görünür ki, Şəmkir Filialında mühafizə olunan Qaraçəmirli kəndi XDS-İKnin 1957-1959-cu illərə dair təsərrüfatbaşına kitabında 360№-li şəxsi hesabda X3 adına təsərüfat və aşağıda göstərilən ailə üzvləri qeyd edilmişdir: 1918-ci il təvəllüdlü X5-ailə başçısı, 1919-cu il təvəllüdlü X10-arvadı, 1939-cu il təvəllüdlü X4-övladı, 1940-cı il təvəllüdlü X15-övladı, 1942-ci il təvəllüdlü X18-övladı, 1944-cü il təvəllüdlü X17-övladı, 1948-ci il təvəllüdlü X19-övladı, 1950-ci il təvəllüdlü X8-övladı, 1954-cü il təvəllüdlü Ərizəçi-övladı, 1959-cu il təvəllüdlü X9-övladı. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçənin X1 və anası X10 nikahlarını 1938ci ildə qeyd etdirmişlər. 9 qardaş bacı olmuşlar - X4, X16, X21, X17, X19, X11, o, X12 və X6. X2 1942-ci ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində anadan olmuş, həmin kənddə yaşamış, 20 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Ondan miras ev qalmışdır. Vərəsəlik məsələsi ilə əlaqədar X7 doğum haqqında şəhadətnaməsinin olması zəruri olmuşdur. Bu barədə ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, doğum haqqında şəhadətnamənin bərpası mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialı tərəfindən verilmiş Arxiv arayışından da görünür ki, X21 və ərizəçi Ərizəçi, X3 ailə üzvləridir. Ərizəçinin 1942ci ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində anadan olmuş 20.04.2018-ci il tarixdə vəfat etmiş X18 ilə qardaş olması faktı şahid ifadələri ilə də öz təsdiqini tapır. Odur ki, ərizəçi bununla əlaqədar haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hazırkı halda müəyyən edildi ki, Ərizəçi 1942-ci ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində anadan olmuş 20.04.2018-ci il tarixdə vəfat etmiş X18 ilə qardaş olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və qardaşının doğum haqqında şəhadətnaməsi itirildiyindən onun bərpası mümkün deyil. Bu səbəbdən hüquqi faktın müəyyən olunması tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2. bəndindən görünür ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4 bəndinə əssən itən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Qərarın 1.6 bəndində Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Həmçinin Qərarda Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, 1942-ci ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində anadan olmuş 20.04.2018ci il tarixdə vəfat etmiş X7 xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi qardaşı olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bununla bağlı hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1942-ci ildə Şəmkir rayonunun Qaraçəmirli kəndində anadan olmuş 20.04.2018-ci il tarixdə vəfat etmiş X7 xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi qardaşı olması barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2503/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2503/2021
22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver