Məhkəmə qərarları › İş №2(007)-2519/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2519/2022

26.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2519/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı öz tələbini onunla əsaslandırdı ki, 10 noyabr 2020-ci ildə cavabdeh tərəfindən beş aylıq əmək müqaviləsi ilə aptekdə satıcı kimi işə qəbul edilmişdir. Ona verilən aylıq əmək-haqqı 300 manat olub.Lakin əmək müqaviləsi üzrə müddət bitməmiş işəgötürən 10 mart 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə çox ağır əsaslandırma ilə xitam verib. Belə ki, işəgötürən əmək kitabçasında onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç“ bəndi ilə işdən azad edildiyini yazıb. Əmək müqaviləsi bildirişləri üzrə X1 isə yazılıb ki,o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğuna görə əmək müqaviləsinə xitam verilib. Qeyd edir ki, çoxsaylı müraciətlərindən sonra "Avromed Dokla MMC”-nin rəhbərliyi 2022-ci ilin iyun ayında əmək kitabçasını ona qaytardı. Bundan sonra, əvvəlcə Mediasiya Şuıasına müraciət etmiş,2022-ci ilin iyul ayında isə əmək kitabçasının notarial təsdiqli surətini çıxarıb məhkəməyə müraciət etmişdir.Beləliklə, o, əsassız olaraq elə maddə ilə işdən azad edilmişdir ki, bundan sonra başqa yerlərdə də işə qəbul ediləcəyi şübhə altındadır.Onu da əlavə edir ki, onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə koronavirus pandemiyasına yoluxduğuna görə iki həftə üzürlü səbəbdən işə çıxa bilməmişdir və bu barədə vaxtında iş yerinə bildirməklə xəstəlik bülletenini onlara təqdim etmişdir.Məhkəməyə bildirir ki, o, əmək müqaviləsi üzrə işini bilirdii və heç bir proqula, intizamsızlığa yol verməmişdi. Bu səbəbdən işəgötürənin ona qarşı belə hərəkəti çox qərəzli olub. Əgər doğrudan da əmək müqaviləsi üzrə tələbləri pozmuş olsaydı ona xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, əmək-haqqının azaldılması üzrə hansısa bir cəza tədbiri görülə bilərdi. Ən azından onun özünə öz ərizəsi ilə işdən azad edilmək barədə ərizə yazmaq təklif oluna bilərdi. Lakin bunların heç birisi olmayıb.Digər tərəfdən isə 2021-ci ilin aprel ayında onsuz da əmək müqaviləsinin müddəti bitdiyinə görə işəgötürən bunu gözləyib həmin vaxtdan sonra əmək müqaviləsinin müddətini uzatmaya bilərdi. Bundan əlavə, sonradan bilmişdir ki, işəgötürən “Avromed Dokta MMC”-nin özlərinin Baş Ofisində onun adına başqa bir iş yazıblar. Yəni, o, həm də Baş Ofisdə ’’satış üzrə tibbi nümayəndə” işində çalışmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, “Avromed MMC Dokta'‘-nın rəhbərliyinin onun işdən azad edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 0329 saylı əmrini ləğv edilməsi və onun həmin tarixdən öz əvvəlki işinə bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh ”Dokta” MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə öz nümayəndəsini göndərməmiş,bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 1533/20 əmri ilı aptekə satıcı vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli,0329 saylı əmrinə əsasən üzürsüz səbəblərə görə işə gəlmədiyinə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmədə verdiyi izahatında bildirmişdir ki, “Onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə koronavirus pandemiyasına yoluxduğuna görə iki həftə üzürlü səbəbdən işə çıxa bilməmişdir və bu barədə vaxtında iş yerinə bildirməklə xəstəlik bülletenini onlara təqdim etmişdir”.Lakin iddiaçı iki həftə müddətində xəstə olmasını təsdiq edən xəstəlik bülleteninin surətini də məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar