Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2532/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə 25 12.2012-ci ıl tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Ailə qurduqdan sonra cavabdehin anası və qardaşının yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi 53 ünvanda yerləşən kimya-biologiya təmayüllü liseyin yataqxanasına gəlin köçmüşdür. Cehiz əşyaları da həmin ünvanda olub. Yataqxanada ümumilikdə təxminən 10 ailə yaşayır.Daha sonra 2015-ci ildə birgə nikahda olarkən yataqxananın təxminən 10 metrliyində 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evi tikib. Həmin ərazi əslində müəllimlərin istirahət etməsi üçün tikilən yer idi, sadəcə 92-93-cü illərdə məcburi köçkünlər tərəfindən məskunlaşdırılıb və əlavə 4 ev tikilib. Sonuncu ev isə onun cavabdehlə birlikdə tikdiyi 45 kv. metrlik 2 otaqdan ibarət ev olub. Həmin dövrdə o, ETSN-nin departamentində aparıcı mütəxəssis (kargüzar) işləyirdi və aldığı əmək haqqı ilə də həmin evin tikilməsinə töhvə vermişdir. Həmin yaşayış sahəsi özəlləşdirilməyib və heç bır sənədi yoxdur. Elə həmin ünvanda da bir övladları - xx.xx.2019-cu il təvəllüdlü X1 dünyaya gəlib.Zəngilan Rayon Məhkəməsinin 2(034)-24/2022 nömrəli 07.04 2022-cı il tarixli qətnaməsi ilə cavabdehlə onun arasında olan nikah pozulub. Nikahın pozulması ərəfəsində və hazırda da azyaşlı uşağı ilə birlikdə yaşadıqları ünvandan - ünvan 1anında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evindən çıxmağa məcbur qalmışdır. Halbuki onun cehiz əşyaları və birgə nikah dövründə aldığı bütün əşyalar həmin ünvandadır.Onun adında başqa bir mülk yoxdur və yaşamağa başqa yeri də yoxdur. Həmçinin həmin evdə ailə üzvü kimi qəbul edilərək yaşamağa başlamışdır.Qeyd olunan evdə daimi yaşayış yerinə malik olmağı arzulamışdır. Lakin sonradan cavabdehin hüquqdan sui-istifadə etməsi nəticəsində o, azyaşlı övladı ilə birgə bu hüquqdan məhrum olmuşdur. Hesab edir ki, başqa yaşayış yeri olmadığına və cehiz əşyaları da həmin ünvanda olduğuna gorə azyaşlı oğlu ilə həmin mənzilə köçürülməlidir.Qeyd olunanlara əsasən onun azyaşlı övladı, xx.xx.2019-cu il təvəllüdlü X2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki,övladını küçəyə atmaq niyyətində deyil. Gəlsinlər evin bir otağında yaşasınlar. Lakin bir şərti vardır ki, həmin otağı anbar kimi istifadə edərək, əşyalarını oraya yığmasın. Faktiki olaraq köçüb özü yaşasın. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı, İddiaçı ünvan 2 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən 45 kv. metrlik 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2532/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2532/2022
03.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver