Məhkəmə qərarları › İş №2(007)-2557/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2557/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2557/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh MMC-nin sahibi Anar Cabbarov ilə 03 yanvar 2022-ci ildə tarixdə ona məxsus qaraja mexaniki jaluz sifariş verməsi barədə müqavilə imzalamışdır. Müqavilə bağlayan vaxt 560 manat məbləğində ona beh vermişdir. Cavabdeh jaluzü 03 fevrala 2022-ci il tarixə kimi qurşdırmaq söz verib. Lakin uzun müddət keçməsinə baxmayaraq o, jaluzü qurşdırmayıb.Müxtəlif bəhanələrlə bundan imtina edir. O, tarixdən qarajı icarəyə verə bilmir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Cavabdeh MMC-nin sahibi Anar Cabbarovdan onun xeyrinə 560 manat beh, iddia ərizəsini yazdırmaq üçün 50 manat,dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 640 pulun alınaraq ona verilməsi qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh MMC(Anar Cabbarov) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmış 03 yanvar 2022-ci il tarixli 005 saylı quraşdırma müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı Yasamal rayonunda məxsus olan obyektdə 15 təqvim günü ərzində dəyəri 3750 manat olan jalüz quraşdırmaq barədə öhdəlik götürmüşdür.Jalüzün dəyərindən 560 manat beh almışdır. Cavabdeh MMC-nin adından müqaviləni A.Cabbarov imzalamış, Cavabdeh MMC-nin dairəvi möhürü ilə möhürləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşin hallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında 03 yanvar 2022-ci il tarixli 005 saylı quraşdırma müqaviləsi imzalanmış, Cavabdeh MMC İddiaçı Yasamal rayonunda məxsus olan obyektdə 15 təqvim günü ərzində dəyəri 3750 manat olan jalüz quraşdırmaq barədə öhdəlik götürmüşdür.A.Cabbarov Jalüzün dəyərindən 560 manat beh almışdır. Cavabdeh MMC-nin adından müqaviləni A.Cabbarov imzalamış, Cavabdeh MMC-nin dairəvi möhürü ilə möhürləmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməmiş,sifarişi vaxtında icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh MMC-dən və Anar Cabbarovdan 560 manat beh, iddia ərizəsini yazdırmaq üçün 50 manat,dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 640 pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. BAKUDOORS” MMC-dən və Anar Cabbarovdan 560 manat beh,iddia ərizəsini yazdırmaq üçün 50 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 640 pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar