Məhkəmə qərarları › İş №2(007)-2558/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2558/2022

08.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2558/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə əmək müqaviləsinin düzgün sənədləşdirilməsi,ödənilməmiş əmək haqqı və məzuniyyət haqlarının ödənilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə əmək müqaviləsinin düzgün sənədləşdirilməsi,ödənilməmiş əmək haqqı və məzuniyyət haqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə ərizə verərək göstərdi ki,o,səhvən Nizami Rayon Məhkəməsinə müraciət etmişdir.Belə ki,cavabdehin hüquqi ünvanı Nərimanov rayonunda yerləşir.Ona görə də işin ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan mərkəzləşdirilmiş portal çıxarışından görünür ki, Cavabdeh MMCnin hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi,ev 26,mənzil 23-dür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göründüy kimi,işin Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar mövcud deyil. Ona görə də iddiaçının ərizəsi təmin olunmalı, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir . Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin düzgün sənədləşdirilməsi, ödənilməmiş əmək haqqı və məzuniyyət haqlarının ödənilməsi tələbinə dair 2(007)- 2558/2022 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar