Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2567/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsə və qeyrilərinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsə və qeyrilərinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçının vəsatəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdeh təşkilatda xx.xx.1988-ci ildən əmək faəliyyətinə başlayıb və bu müddət ərzində bir dəfə də olsun töhməti olmayıb. 2021ci ildə onu digər şöbəyə köçürmüşlər, daha sonra isə növbədə olduğu müddətdə və növbəni təhvil verəndən sonra növbəti gün xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xilam verilməsi barədə 40İT saylı əmr ilə onu Əmək məcəlləsinin 68.2-ci maddəsi ilə, yəni əmək müqaviləsinin müddətinin qutarması ilə bağlı işdən qanunsuz azad ediblər. Bundan sonra Mediasiya şurasına müraciət edib və 3 saylı Mediasiya təşkilatının iclası təyin olunub, lakin cavabdeh tərəfindən iclasa heç kəs gəlməyib. Qeyd etmək istəyir ki, vətəndaşın hüquqi savadı olmadığı üçün onunla bağlanan müddətsiz müqavilə ləğv olunub, bunun əvəzində müddətli müqavilə bağlanıb. O, bilsəydi ki, onunla bağlanan müqavilə müddətlidir və o, müddət bitdikdən sonra işdən azad olunacaq həmin müqaviləni imzalamazdı. Odur ki, göstərilənləri nəzərə alıb, xahiş edir ki, cavabdeh “Elmi-tədqiqat Mamalıq və ginekologiya institutu"publik hüquqi şəxsin direktory X2 tərəfindən qəbul olunmuş 40İT saylı xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və İddiaçı “Zahalıq şöbəsinin" “tibb bacısı" vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılsın. Cavabdeh Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçı uzun illərdir ki, xəstəxana işləyirdi.Onunla 22 dekabr 2021-ci il tarixdə 3 aylıq müddətində əmək müqaviləsi bağlanıb və ona məlumat verilib ki, həmin müqavilə müddətlidir. Həmin tarixdən sonra hər üç ay tamam olduqca müqavilə müddəti eyni müddətə uzadılıb. Lakin iyun ayında onunla müqavilə öhdəliyinin müddəti bitdiyi üçün, barəsində əmr verilib və o, tutduğu vəzifəsindən azad edilib. Hesab edir ki, çıxarılan əmr qanunidir hər hansı bir pozuntuya yol verilmyəib. Bundan əlavə, onu da qeyd etmək istəyir ki, iddiaçının uzun illər iş təcrübəsi olması nəzərə alınıb ona sterilizasiya şöbəsində iş təklif olunub, lakin o, həmin şöbəyə getməkdən imtina edib. Bir daha qeyd edir ki, iddiaçının tələbi tam olaraq əsassızdır, xahiş edir ki, iddia təmin olunmasın. 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 izahat verərək göstərdi ki,iş üzrə qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə aid edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin zahılıq şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir.Müqavilənin müddəti 3 ay müddətinə,yəni xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir. Bu barədə işəgötürən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsi tərəfindən 254 İTS saylı,xx.xx.2021-ci il tarixdə əmr verilmişdir. İşəgötürən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin 401T saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b”bəndinə əsasən(əmək müqaviləsinin müddətinin qurtarması)xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 45; 1 Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 68;
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. b) əmək müqaviləsinin müddətinin qurtarması;
73;
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin hallarından görünür ki,iddiaçı uzun müddətdir ki cavabdeh müəssisədə işləyir.Onunla bağlanmış əmək müqaviləsi 5 ildən sonra müddətsiz əmək müqaviləsi hesab edilmişdir.Buna baxmayaraq hər iki tərəfin razılığı ilə xx.xx.2021-ci il tarixldə işəgötürənlə iddiaçı arasında 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır.Həmin müddət xx.xx.2022-ci il tarixdə başa çatsa da,tərəflərin heç biri müqaviləyə xitam verilməsi üçün təşəbbüs göstərməmişdir.Ona görə də müqavilənin müddəti eyni müddətə, yəni 3 ay müddətinə,xx.xx.2022-ci il tarixədək uzadılmış hesab edilmişdir.Həmin müddət başa çatdığı gün,işəgötürən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsin 401T saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b”bəndinə əsasən(əmək müqaviləsinin müddətinin qurtarması)xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdeh Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu publik hüquqi şəxsə və qeyrilərinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev