Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2572/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “mənzildə payların müəyyən edilməsi, mənzil özəlləşdirilib satıldıqdan sonra vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “mənzildə payların müəyyən edilməsi, mənzil özəlləşdirilib satıldıqdan sonra vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən, 40.04 kv.m olan 3 otaqlı, 48 saylı mənzildə tərəflər arasında bərabər payların müəyyən edilməsi, mənzilin onun adına özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, yaxud cavabdehin razılığı olmadan mənzilin onun adına özəlləşdirilməsi və mənzil özəlləşdiriləndən sonra satılaraq əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən, 40.04 kv.m olan 3 otaqlı, 48 saylı mənzildə tərəflər arasında bərabər payların müəyyən edilməsi, mənzilin onun adına özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, yaxud cavabdehin razılığı olmadan mənzilin onun adına özəlləşdirilməsi və mənzil özəlləşdiriləndən sonra satılaraq əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin mahiyyətinə toxunmadan onu da qeyd edir ki, Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçı mənzilin onun adına özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, yaxud cavabdehin razılığı olmadan mənzilin onun adına özəlləşdirilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı seçimə görə tələb irəli sürmüşdür, hansı ki, həmin hal prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab eidr ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Hazırkı halda iddiaçı belə tələbləri birləşdirdiyi üçün ərizənin məhkəmə icraatı mümkün deyildir, ona görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsanlara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzildə payların müəyyən edilməsi, mənzil özəlləşdirilib satıldıqdan sonra vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanları aradan qaldırdıqdan sonra təkrarən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilsin. Qərardad İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2572/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2572/2020
11.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver