Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2573/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 6 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Fərzəliyeva (Hüseynova) İradə Elmar qızı, xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. X1, anası isə X2r. Anası vəfat etmiş, atası isə sağdır. Özünə məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Hal-hazırda sənədi təkrar ala bilmir. Doğum haqqında şəhadətnamənin olmaması səbəbindən müəyyən problemlərlə rastlaşır. Bunun üçün o, doğum haqqında akt qeydinin bərpa olunması üçün 6 saylı Bakı "ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyildir. Buna görə də, Fərzəliyeva (Hüseynova) İradə Elmar qızının, xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Masis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə soyadı, adı və ata adının Fərzəliyeva (Hüseynova) İradə Elmar qızı, doğum tarixinin xx.xx.1984-cü il, doğulduğu yerin “Ermənistan Respublikası Masis rayonu”, ata qrafasında “X7", ana qrafasında “X4" kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçinin nümayəndəsi Nümayəndə xahişinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Fərzəliyeva (Hüseynova) İradə Elmar qızının, xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Masis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə soyadı, adı və ata adının Fərzəliyeva (Hüseynova) İradə Elmar qızı, doğum tarixinin xx.xx.1984-cü il, doğulduğu yerin “Ermənistan Respublikası Masis rayonu”, ata qrafasında “X7", ana qrafasında “X4" kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 6 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının qızıdır. O, Ermənistan Respublikası, Masis (Uluxanlı) rayonunda xx xxxxxxx 1984-cü ildə doğulmuşdur, sonuncunun dünyaya gəlməsi indi də yadındadır. Xəstəxanadan biryerdə çıxarmışlar, özünün uşaqları da orada olmuşdur. Onlar 1988-ci ildən Azərbaycan Respublikasına gəlmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, o, Ərizəçi atasıdır. Qızı Ermənistan Respublikası, Masis (Uluxanlı) rayonunda xx xxxxxxx 1984-cü ildə doğulmuşdur. Sadəcə sənədlərini xarici ölkəyə gedərkən toplayan zaman doğum haqqında şəhadətnaməsini itirdiyi məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - V-СЛ seriyalı, 830303 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 xx xxxxxx 1986-cı ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuşdur. X1, anası X3r. - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1984-cü ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuşdur; - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır; - 6 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinin 13 iyul 2023-cü il tarixli, 3-16-5/7-1595/2023 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında mümkün edilir. Qanunvericiliyə müvafiq olaraq doğum haqqında akt qeydinin bərpasına dair zəruri sənədlər olmadığına görə xahiş imkan xaricindədir, məhkəməyə müraciət etməsi tövsiyə olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmuşdur, hazırda Bakı şəhəri, Nizami rayonunun ərazisində yaşayır. Hazırda ərizəçinin doğumunu təsdiq edən ilkin sənədlər itirildiyindən, doğum haqqında akt qeydini bərpa etmək, bu sənədlərin əldə edilməsi qeyrimümkün olmuşdur. Ərizəçinin müraciəti 6 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə Ermənistanda yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Fərzəliyeva (Hüseynova) İradə Elmar qızının xx xxxxxxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, Fərzəliyeva (Hüseynova) İradə Elmar qızının təvəllüdü xx xxxxxxx 1984-cü il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, X1, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Fərzəliyeva (Hüseynova) İradə Elmar qızının xx xxxxxxx 1984-cü il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Fərzəliyeva (Hüseynova) İradə Elmar qızının təvəllüdü xx xxxxxxx 1984-cü il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, X1, milliyyəti azərbaycanlı, anası X4, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Fərzəliyeva (Hüseynova) İradə Elmar qızının adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2573/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2573/2023
16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver