Məhkəmə qərarları › İş №2(007)-2595/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-2595/2019

04.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2595/2019 04.10.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Bəturə Xaqaqni qızının katibliyi, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi Əliyev Savalan Loğman oğlunun iştirakı ilə, İddiaçı İddiaçı MMC-nın cavabdeh Həsənov Rauf Sayad oğluna qarşı «kreditin üzrə aparılmış ödənişlərin geri tələb edilməsi” barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı MMC cavabdeh Həsənov Rauf Sayad oğluna qarşı məhkəmədə iddia qaldıraraq, onunla cavabdeh Həsənov Rauf Sayad oğlu arasında 24 aprel 2013-cü il tarixli, 17-A-1-Q-1593-13 saylı “zaminlik” müqaviləsinə əsasən onun zamin kimi tərəfindən “Nikoyll” İKB banka ödənilmiş 9094 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsümünün cavabdeh Həsənov Rauf Sayad oğlundan İddiaçı MMC xeyrinə tutulmasının məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı MMC iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Həsənov Rauf Sayad oğlu ilə “Nikoyl” İKB arasında 24 aprel 2013-cü il tarixdə bağlanmış 17-A-1-Q-1593-13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətində, illik 21% olmaqla 10200 manat məbləğində kredit verilmişdir. Verilmiş həmin kreditin təminatı olaraq “Renault Tondor” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomibil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin kreditin təminatı olaraq `Nikoyl” İKB-nın 6 saylı filiyalı ilə borclu Həsənov Rauf sayad oğlu və zamin duran İddiaçı MMC arasında 24 aprel 2013-cü il tarixli, 17-A-1-Q-1593-13 saylı “zaminlik” müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri cavabdeh Həsənov Rauf sayad oğlu yerinə yetirmədiyinə görə, ona qarşı məhkəməyə iddia qaldırılmışdır. Məhkəmə iclasında iddiaçı İddiaçı MMC-nin nümayəndəsi Əliyev Savalan Loğman oğlu iddia tələbini müdafiə edib izahatında iddia ərizəsinə uyğun hallar göstərmiş və cavabdeh Həsənov Rauf Sayad oğlundan 9094 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsümünün İddiaçı MMC xeyrinə tutulmasının məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Həsənov Rauf Səyad oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı əsasında məhkəmə iclasının qərardadı ilə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan cavabdeh Həsənov Rauf Sayad oğlu ilə “Nikoyl” İKB arasında 24 aprel 2013-cü il tarixdə bağlanmış 17-A-1-Q-1593-13 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 36 ay müddətində, illik 21% olmaqla 10200 manat məbləğində kredit verilmişdir. Həmin kreditin ödənilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüşdür. İş materialında olan İddiaçı MMC arasında 24 aprel 2013-cü il tarixli, 17-A-1- Q-1593-13 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh Həsənov Rauf Sayad oğluna “Nikoyl” İKB tərəfindən verilmiş kreditin təminatı olaraq “Renault Tondor” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomibil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 1,1-ci , 2..5.2-ci və 2.5.5ci bəndlərinə əsasən borcalan Həsənov Rauf Sayad oğlu borcun İddiaçı MMC– yə vaxtında ödənilməsi haqqında üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan ödəmə qəbzlərindən müəyyən edilir ki, cavabdeh Həsənov Rauf Saday oğlunun 24 aprel 2013-cü il tarixli 17-A-1-Q-1593-13 saylı kredit müqaviləsi üzrə `Nikoyl” İKB” götürdüyü kreditin ödənilməsi üzrə zamin duran İddiaçı MMC tərəfindən `Nikoyl” İKB” hesabına 9094 manat məbləğində ödəmələr edilmişdir. İş materiallarında olan AB seriyalı, 950541 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətrnaməsinin sürətindən görünür ki, 2012-ci il buraxılışlı “Renault Tondar” markalı, **-EH-*** dövlət qeydiyat nömrə nişanlı avtomaşın Həsənov Rauf Saday oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh Həsənov Rauf Sayad oğluna ünvanlanmış 04 iyun 2019-cü il tarixli xəbərdarlıqdan müəyyən edilir ki, İddiaçı MMC ilə Həsənov Rauf Saday oğlu arasında bağlanmış zaminlik müqaviləsinə daur Həsənov Rauf Saday oğlu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Ona görə də, bu barədə ona xəbərdar edilərək, İddiaçı MMC tərəfindən Nikoyl” İKB” ödənilmiş 9084 manat borcun 3 gün ərzində İddiaçı MMCnə ödənilmədiyi halda, Həsənov Rauf Saday oğluna qaşı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, cavabdeh Həsənov Rauf Sayad oğlu ilə “Nikoyl” İKB arasında 24 aprel 2013-cü il tarixdə bağlanmış 17-A-1-Q-1593-13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətində, illik 21% olmaqla 10200 manat məbləğində kredit verilmişdir. Verilmiş həmin kreditin ödənilməsi təminatı olaraq İddiaçı MMC ilə “Nikoyl” İKB və Həsənov Rauf Sayad oğlu arasında 24 aprel 2013-cü il tarixli, 17-A-1-Q-1593-13 saylı “zaminlik” müqaviləsi bağlanmış və “Renault Tondor” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomibil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməklə, Həsənov Rauf Sayad oğlunun əvəzindən “Nikoyl” İKB-in hesabına 9094 manat məbləğində ödənişlər edilmişdir. Həsənov Rauf Sayad oğlu isə, İddiaçı MMC ilə arasında 24 aprel 2013-cü il tarixli, 17-A-1-Q-1593-13 saylı bağlanmış həmin “zaminlik” müqaviləsinin şərtlərini pozmuş, İddiaçı MMC-yə borcun qaytarılmasına dair ödənişlər etməmiş və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, İddiaçı MMC tərəfindən onun əvəzindən ödədiyi 9094 manat pulun ona qaytarılması barədə cavabdeh Həsənov Rauf Sayad oğluna xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdeh Həsənov Rauf Sayad oğlu borcunun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir necə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında zaminlik müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddiaçı cavabdeh Həsənov Rauf Sayad oğlundan icra edilmiş öhdəliyə görə ondan etmiş olduğu ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, o “kredit” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişlər etməmiş onun yerinə həmin ödənişləri zamin icra etmişdir. Nəticədə cavabdehin iddiaçıya 9094 manat borcu yaranmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Nikoyll” İKB ilə cavabdeh Həsənov Rauf Saday oğlu arasında bağlanmış 24 aprel 2013-cü il tarixli, 17-A- 1-Q-1593-13 saylı zaminlik müqaviləsi üzrə İddiaçı MMC-nin borclunun əvəzinə ödəmiş olduğu 9094 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Həsənov Rauf Saday oğlundan İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh Həsənov Rauf Sayad oğlundan 24 aprel 2013-cü il tarixli, 17-A-1- Q-1593-13 saylı zaminlik müqaviləsi üzrə zamin tərəfindən ödənilmiş 9094 manat borc və ödənilmiş 30 manat dövlət rüsümü İddiaçı MMC-nin xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRARDAD 04 oktyabr 2019-cu il İş № 2(007)-2595/2019 Bakı şəhəri Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi məhkəmə iclas katibi Hüseynova Bəturə Xaqaqni qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Əliyev Savalan Loğman oğlunun iştirakı ilə, İddiaçı MMC-nınCavabdeh qarşı«kreditin üzrə aparılmış ödənişlərin geri tələb edilməsi” barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Həsənov Rauf Sayad oğluna qarşı məhkəmədə iddia qaldıraraq, onunla Cavabdeh arasında 24 aprel 2013-cü il tarixli, 17-A-1-Q-1593- 13 saylı “zaminlik” müqaviləsinə əsasən onun zamin kimi tərəfindən “Nikoyll” İKB banka ödənilmiş 9094 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsümünün cavabdeh Cavabdeh İddiaçı MMC xeyrinə tutulmasının məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Əliyev Savalan Loğman oğlu ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını, məhkəmə bildirişlərini nəzərdən keçirərək, hesab edir ki, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nınCavabdeh qarşı«kreditin üzrə aparılmış ödənişlərin geri tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında baxılsın. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar