Məhkəmə qərarları › İş №2(007)-2608/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2608/2024

07.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2608/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinəsahə rəis vəzifəsinə bərpa olunmağı və 120 manat mediasiya xərcinin Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş 30 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 2(007)- 2112/2024 nömrə ilə qeydə alınaraq icraata qəbul olunmuşdur. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətinəsahə rəis vəzifəsinə bərpa olunmağı və 60 manat mediasiya xərcinin Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş 25 iyul 2024-cü il tarixdə 2(007)-2608/2024 nömrə ilə icraata daxil olmuşdur. İşin materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, işlər bir-biri ilə əlaqəli olduğundan, prosessual qənaət prinsipi baxımından qeyd edilən mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Eyni məhkəmənin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 2(007)-2112/2024 saylı mülki iş məhkəmənin icraatına daha əvvəl daxil olduğundan İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(007)-26082024 nömrəli mülki iş, iddiaçı X1 Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(007)- 2112/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməli, mülki işlərin bir icraatda birləşdirilərək baxılmalı olduğu nəzərə alınaraq, birləşdirilmiş icraatda 2(007)-2112/2024 nömrə saxlanılmaqla 2(007)-2608/2024 nömrəli mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45, 169, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuş İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(007)- 2608/2024 nömrəli mülki iş, iddiaçı X1 Cavabdehnə qarşı “işə bərpa və məcburi buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair 2(007)-2112/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş 2(007)-2112/2024 nömrəli mülki iş saxlanılmaqla 2(007)- 2608/2024 nömrəli mülki işin icraatına xitam verilsin. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar