Məhkəmə qərarları › İş №2(007)-2618/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2618/2021

13.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2618/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı Saatqulu oğlunun, onun vəkili Qədirov Qədir Nizami oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Saatqulu oğlunun cavabdeh "xxxx" QSC-nin baş idarəsinin direktoruna qarşı “işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Saatqulu oğlunun cavabdeh "xxxx" QSC-nin baş idarəsinin direktoruna qarşı “işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Saatqulu oğlu ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilməsi barədə işəgötürən tərəfindən verilmiş 07.04.2021-ci il tarixli 245 saylı əmrin ləğv edilərək iddiaçının tutduğu vəzifəyə qaytarılması və işə qaytarıldığı vaxtadək məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Saatqulu oğlu məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X3 ərizənin məzmuna uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə baxılmasını tələb etmədiklərini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə xahişi, cavabdeh tərəfin isə işə mahiyyəti üzrə baxılmasının tələb etməməmsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Saatqulu oğlunun cavabdeh "xxxx" QSC-nin baş idarəsinin direktoruna qarşı “işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar