Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-263/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi Müzəffər oğlunun iştirakı ilə Ərizəçi Müzəffər oğlunun hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, o xx xxxxx 1963-cü ildə Ermənistan SSR, Ararat rayonu, Şidli kəndində anadan olmuşdur.Valideyinlərim həmin vaxt doğum haqqında şəhadətnamə alıblar və hətta o, Sovet pasportu da almışdır. Erməni aqressivliüi nəticəsində 1988-ci ildə doğma torpaqdan məhrum olaraq ailəlikcə qaçqın düşmüşlər. Eyni zamanda həmin vaxt Ermənistanda zəlzələ baş vermişdi, nəticədə demək olar ki, bütün ev əşyaları və üstəlik bir çox şəxsi sənədlər o cümlədən doğum şəhadətnamə kənddə qalıb. Özündə qalan şəxsiyyəti təsdiq edən sənəd Sovet pasportu olub və onun əsasında şəxsiyyət vəsiqəsi almışdır. X2, atası isə X5r. Anası 07 mart 2018-ci ildə vəfat edib, atası isə 25 mart 2006-cı ildə vəfat edib. O, doğum haqqında şəhadətnamə almaq üçün Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin həmin orqan doğum haqqında şəhadətnamə verməkdən imtina imtina edib. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır.Odur ki,onun doğum aktının bərpa olunması, xx xxxxx 1963-cü ildə Ermənistan SSR, Ararat rayonu, Şidli kəndində anadan olması barədə hüquqi əhəmiyyətli aktın bərpa olunması,doğum haqqında şəhadətnamənin ata qrafasında X9,ana qrafasında isə X6 qeydlərinin aparılmas barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Müzəffər oğlu 19.041963-cü il tarixdə Ermənistan SSR Ararat rayonu, Şidli kəndində anadan olmuşdur. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki 2/55 saylı evin 62 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon X8 Yavər Müzəffər oğluna ünvanladığı 30.09.2021-ci il tarixli 05Q-2521/15 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum akt qeydinə əlavə edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə xahişinizin təmin edilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan V-JQ seriyalı 312763 nömrəli ölüm haqqında şəhadətnamənin görünür ki, 07.03.2018-ci il tarixdə X6 vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.03.2018-ci il tarixdə 66 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-1 seriyalı 183762 nömrəli ölüm haqqında şəhadətnamənin görünür ki, 17.03.2006-cı il tarixdə X9 vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.03.2006-cı tarixdə 66 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 229407 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 28.01.2007-ci il tarixdə Ərizəçi vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.02.2007-ci il tarixdə 227 nömrəsi ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid Müzəffər oğlu xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Vedi (Ararat) rayonu Şidli kəndində anadan olmuşdur. Atası X9,anası Cəmilova Gövhər Mövləyar qızıdır. Məhkəmə iclasında iştirak edən Şahid ifadə verərək göstərdi ki, ərizəçi Yavər onun qardaşıdır.O,xx xxxxx 1963-cü ildə Ermənistan SSR, Ararat rayonu, Şidli kəndində anadan olub. Onun doğum şəhadətnaməsi özündədir, lakin məlum hadisələrlə bağlı qaçqın düşən zaman qardaşının şəhadətnaməsi itibdir. Həmin sənədi başqa qaydada əldə edə bilmir. X1, anaları isə X7 olub. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadəsi, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də Ərizəçi Müzəffər oğlu xx xxxxx 1963-cü ildə Ermənistan SSR, Ararat rayonu, Şidli kəndində anadan olmuşdur, onun doğum akt qeydi də həmin rayonda aparılmışdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi Müzəffər oğlunun xx xxxxx 1963-cü ildə Ermənistan SSR, Ararat rayonu, Şidli kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı, doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında « X9», ana qrafasında « X7 qızı» qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1963-cü ildə Ermənistan SSR, Ararat rayonu, Şidli kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunsun.Doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında «X9», ana qrafasında « X7» qeydləri aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-263/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-263/2022
12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver