Məhkəmə qərarları › İş №2(007)-2649/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2649/2024

27.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2649/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X18 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abdulova Lalə Adil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti cəlb edilməklə “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə baxılarkən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2021-ci il tarixində "X8"nun X6 strukturunda (tabeçiliyində) olmaqla, aylıq ştat üzrə əmək haqqının 1200 (min iki yüz) manat olması müqabilində "xxxx" MMC-nin Təhlükəsizlik rəisi vəzifəsində faktiki olaraq işə başlamışdır. Qeyd olunan tarixdən də, öz vəzifə öhdəliklərini qanunamüvafiq şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, "xxxx" MMC-nin rəhbərliyi 17 may 2022-ci il tarixindən 30 may 2022-ci il tarixədək bülletendə olduğu dövrdə, daha da dəqiqləşdirərək qeyd edir ki, xx.xx.2022-ci il tarixində qavunvericiliyin tələblərinə zidd olaraq, ƏM-nin 68-ci maddəsinin b bəndinə (müqavilə müddətinin qurtarması) əsasən, əmək müqaviləsinə Nəcməddinləşmişlərin sifarişi ilə xitam verilmişdir. O da öz növbəsində, bülletendə olma və özəl sifariş səbəbi ilə bu xitamı, ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz hesab etdiyi üçün, hüquqlarının müdafiəsi məqsədilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdi. Son nəticədə 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən iddia təmin olunmuş, yekun məhkəmə aktı qüvvəsinə aldıqdan sonra isə xx.xx.2023-cü il tarixində müvafiq icra şöbəsinə göndərilmişdir. Lakin, dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına baxmayaraq, "xxxx" MMC-nin rəhbərliyi güclü tərəf olaraq məhkəmə qərarının icrasından müxtəlif yollar və metodlar vasitəsilə yayınmaqla, növbəti süründürməçilik əməllərini həyata keçirmişdir. Belə ki, "xxxx" MMC rəhbərliyi xx.xx.2023-cü il tarixində məhkəmə qərarına zidd olaraq, məcburi işburaxma müddətində olan ödənişləri tam şəkildə icra etməməklə yanaşı, onu əvvəlki vəzifələrinin icrasına buraxmamışdır. Yəni, işəgötürən olaraq məhkəmə qərarını formal şəkildə icra etməyə çalışmaqla yanaşı, “bu şirkət şəxsi evimizdir və bizdə işçi olaraq səni şəxsi evimizə qəbul etmək istəmirik” kimi mövqe sərgiləmişlər. Hətta, şirkətin insan resursları direktorluğu qanuni qüvvəsini almış məhkəmə qərarının qanunsuz olmasını belə dilə gətirməkdən və səsləndirməkdən çəkinməmişlər; Bundan sonra, "xxxx" MMC rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixində məhkəmə qərarının icrası məqsədilə təkrar mühasibatlıq üzrə ekspertin dəvət olunması ilə bağlı müvafiq ərizələri Nizami rayon icra şöbəsinə təqdim olunmuşdur. Buna baxmayaraq, "xxxx" MMC rəhbərliyi mühasibatlıq üzrə mütəxəssisin dəvət olunması və həmin auiditmütəxəssisin öz vəzifələrini yerinə yetirməsinə Nizami rayon məhkəməsi, Bakı İnzibati Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi və digər müxtəlif yolar vasitəsilə maneçilik törətməyə başlamışlar. Faktiki olaraq da, onun şəxsinə qarşı qeyri qanuni yollar vasitəsilə təhditlər həyata keçirilmişdir; Bu səbəb ilə o da, ehtiyatda olan zabit, 2-ci qrup müharibə əlili və şəhid qardaşı və xüsusən də qalib ölkənin bir vətəndaşı olaraq, qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması və ona qarşı olan təhditlər ilə bağlı mətbuat və SƏNGƏR TV vasitəsilə 01 aprel 2024-cü il tarixində Ali Baş Komandan Əliyev cənablarına, Ali Məhkəmənin Sədrinə, Ədliyyə Nazirinə, Respublika Baş Prokurorluğuna və digər aidiyyəti orqanlara canlı olaraq müraciətlər etmişdir; Bundan sonra isə "xxxx" MMC rəhbərliyi ilk növbədə "SƏNGƏR TV" kanalında olan çıxışının efirdən silinməsi tələbi ilə, həmin kanalın rəhbəri Aqil Alişova qarşı təhditlər başladılmışdır. Kanalın rəhbəri də öz növbəsində göstərilən tələbdən imtina etdiyi üçün, "SƏNGƏR TV" kanalının birdəfəlik bağlanması məqsədilə xüsusi hazırlıqlı xakerlər vasitəsilə məhdudiyyətlər qoyulmuşdur. Nəticə etibarı ilə, 50 mindən çox izləyicisi olan youtube kanalı iflic vəziyyətə salınmışdır. Belə olduğu halda isə, bir çox jurnalistlər və ictimai xadimlər kanala dəstək məqsədi ilə ölkə Prezidentinə müraciətlər ünvanlamışdırlar; Bu səbəb ilə o da, ehtiyatda olan zabit, 2ci qrup müharibə əlili və şəhid qardaşı və xüsusəndə qalib ölkənin bir vətəndaşı olaraq, qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması və ona qarşı olan təzyiq və təhditlərin artmasına görə, digər bir kanal olan "LAF TV" vasitəsilə 20 aprel 2024-cü il tarixində Ali Baş Komandan İ.Əliyev cənablarına, Ali Məhkəmənin Sədrinə, Ədliyyə Nazirinə, Respublika Baş Prokurorluğuna və digər aidiyyəti orqanlara müraciətlər etmişdir; Вundan sonra, "LAF TV"xxxx" MMC rəhbərliyi "LAF TV"-yə qarşı da təzyiq və təhdidlər başladılmışdır. Nəhayət ki, 30 aprel 2024-cü il tarixində "LAF TV"-də olan çıxışına görə, 250 mindən çox izləyicisi olan sözügedən kanal naməlum şəxslər tərəfindən bağlanmışdır. Bununla da kifayətlənməyərək, daha güclü tərəf olan VEYSƏLOGLU şirkətlər qrupunun icraçı direktoru A.Talıbov tərəfindən tələbkar-İddiaçı, "SƏNGƏR TV" kanalının rəhbəri Aqil Alişova və "LAF TV" kanalının rəhbəri Ləman Ələşrəfqızına qarşı Yasamal rayon məhkəməsində 100 minlik iddia qaldırlaraq növbəti və daha ağır təhdit-təzyiq metodları seçilmişdir; Beləliklə xx.xx.2024-cü il tarixində AR Auditorlar Palatası tərəfindən verilmiş "MÜTƏXƏSSİS RƏYİNƏ" əsasən məlum olmuşdur ki, "xxxx" MMC rəhbərliyi həqiqətəndə məhkəmə qərarını tam şəkildə icra etməməmiş, bilərəkdən süründürməçilik etmiş, prosesual hüquqlarından sui-istifadə etmişdir. Belə ki, "MÜTƏXƏSSİS RƏYİNDƏ" tələbkar işçi İddiaçı məhkəmə qərarının icrası məqsədilə 73539 (yetmiş üç min beş yüz otuz doqquz) manat miqdarında pul ödənilməsi göstərilmişdir. Bu faktda bir daha onu sübut etmişdir ki, 4 aydan çox müddət ərzində məhkəmə qərarının icra olunmamasının əsl səbəbkarı və günahkarı "xxxx" MMC rəhbərliyi olmuşdur; Son nəticədə "xxxx" MMC rəhbərliyinin ona qarşı çox sayda qanunsuz hərəkətləri, uzun sürən süründürməçilikləri, təzyiqləri, təhditləri və eləcə də psixoloji (təzyiq) təsirləri nəticəsində, sağlamlığında daha da ağırlaşmalar baş verməklə yanaşı, onun üçün yeni bir xəstəlik olan Övrə (kvinke ödemi) xəstəliyinə tutulmuşdur. Belə ki, səhhətində baş vermiş ağırlaşmalara görə 26 aprel 2024-cü il tarixindən 14 may 2024-cü il tarixədək X12 stasionar müalicədə olmuşdur. Bundan sonra, xəstəliyinin müalicəsi orada mümkün olmadığı üçün daha ixtisaslı tibbi mərkəz olan Nərimanov adına Tibb Mərkəzinə göndərilmişdir. Bu səbəb ilə 16 may 2024cü il tarixindən 12 iyun 2024-cü il tarixədək, Nərimanov adına Tibb Mərkəzində stasionar müalicədə olmuşdur. Bundan sonra da, səhhətində yaxşılaşma baş vermədiyi üçün yenidən 12 iyul 2024-cü il tarixindən 26 iyul 2024-cü il tarixədək Nərimanov adına X16 xəstəliyi ilə əlaqədar olaraq stasionar müalicədə olmuşdur; Yuxarıda qeyd olunan ümumi məlumatlardan başqa, hazırda faktiki hallardan biri odur ki, ''OBA MARKET” MMC-nin rəhbərliyi təkrarən öz müqəddəs andlarına sadiq qalaraq 03 may 2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində göstərilənlərdən heç birinə əsas olmadan, X12 stasionar müalicədə olduğu dövrdə, faktiki təhvil-təslim və qanuni məzuniyyətindən istifadə etməyinə imkan verilmədən, onu işəgötürənin özünün yazıb hazırladığı işdənçıxma ərizəsinə və həmin ərizədə göstərilən işdənçıxma tarixinə imza atmağa məcbur (təhrik) etməklə, xx.xx.2021-ci il tarixli 4L3HLD0000201 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin "a"-bəndinə əsasən ləğv etmişdir. Halbuki: Əmək qanunvericliyinin tələblərinə əsasən "xxxx" MMC işəgötürən olaraq, sığortalı işçinin əmək qabiliyyətinin bərpa olunmasını gözləməli və üstəlikdə xəstəlik pulu olaraq bülletendə olan işçiyə müavinət ödəməyə həm qanunla, həm də əmək müqaviləsinə əsasən borcludur. Çünki, əmək məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin işdən çıxdığı gün son iş günü hesab edildiyi üçün, rəsmi sənəd ilə əmək qabiliyyətsiz olan işçinin əmək müqaviləsinin ləğv olunması halı qanunvericiliyə ziddir. Belə ki, cavabdeh şirkət tabeçiliyində olan işçinin xəstəliyindən, asılı və köməksiz vəziyyətindən sui-istifadə edərək işəgötürənin özünün yazıb hazırladığı və eləcə də həmin gün üçün tarix təyin etdiyi işdənçıxma ərizəsinə imza etdirməklə, faktiki olaraq əmək müqaviləsinin ərizədə göstərilən gün üçün ləğv olunmasına heç bir əsas (xüsusi hal) olmadan belə, işçinin əmək müqaviləsini elə həmin günü təcili olaraq qanunsuz şəkildə ləğv etmişdir. Bir anlıq düşünün ki, tam olaraq iki il ərzində məhkəmə yolu ilə gecə-gündüz mübarizə aparaq işə bərpa olmaq və işləmək məqsədi (arzusu) ilə məhkəməni udduğu halda, zorakılıq və təzyiq altında işdən çıxma ərizəsinə imza atmaqdan başqa hansı real səbəb ola bilər ki, o, hazırki ağır iqtisadi vəziyyətdə öz işindən imtina etsin? Xahiş edir ki, işçi öz ərizəsini yazaraq işdən çıxdığı halda, DSMF-dən işsiz şəxs kimi minumum 6 aylıq müddət üçün müavinət almaq hüququnu belə itirmiş olur. Ona qarşı hər hansı bir təzyiq olmadığı halda, öz maddi ziyanına hansı səbəbdən addım atmağa təşəbbüs etməlidirki? Faktiki olaraq da, Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə zidd olaraq əmək müqaviləsi ləğv edildiyinə görə, DSMF-nin 142 çağrı xidmətinə, X10nə və cavabdehə müvafiq müraciətlər ünvanlamışdır. Təqdim olunan sənədlərdən və Əmək Qanunvericiliyindən də (xəstəlik vərəqəsi) göründüyü kimi, işəgötürən bülletendə və əmək qabiliyyəti müvəqqəti olmayan işçinin əmək müqaviləsinə “Əmək Məcəlləsi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq, ləğv etmişdir. Eyni zamanda, xx.xx.2024-cü il tarixli notarial qaydada olan işdənçıxma ərizəsindən imtina etdiyi üçün, xx.xx.2024-cü il tarixində 6 saylı notariat tərəfindən 8İ-7639 reyestr nömrəsi ilə ləğv olunmuşdur. Qeyd olunanlar barədə də, cavabdehə rəsmi məlumatlar verilmişdir; Xüsusi olaraq da qeyd edir ki, heç bir yerdə işləməyən, iqtisadi cəhətdən daha zəif tərəf olan, faktiki ağır xəstəliyi olaraq sosial müdafiəyə ehtiyacı olan işəgötürəndən tam şəkildə asılı vəziyyətdə olan, himayəsində 2 azyaşlı uşağı və əlil ailə üzvi olan, eyni zamanda özüdə müharibə əlili olmaqla yanaşı, 5 nəfərdən ibarət ailəsini yeganə dolandıran şəxs olan bir işçi barəsində işəgötürənin çox ətraflı məlumatı olmasına baxmayaraq, şəxsən işəgötürənin özünün yazıb hazırladığı işdənçıxma ərizəsinə imza atmağa məcbur etdirməklə əmək müqaviləsinin ləğv edilməsi halını (faktını), hüquqi bir dövlətə və onun vətəndaşına qarşı barbarlıq və özbaşınalıq hesab edir; Birmənalı olaraq onu da diqqətə çatdırır ki, işdən çıxma ərizəsini o, yazmamışdır, o, işdənçıxma tarixini təyin etməmişdir və öz iradəsi ilə əmək müqaviləsinin ləğvi istiqamətində heç bir könüllü addım atmamışdır. O, sadəcə təkbaşına bir qız övladı böyüdən "LAF TV" kanalının rəhbəri Ləman Ələşrəfqızının son durumuna bir qardaş olaraq çox məyus olmaqla yanaşı, qeyd olunan hücumlarında ona qarşı davam etməməsi səbəbi ilə təslim olmuşdur; Ümumilikdə isə, "xxxx" MMC rəhərliyinin düşüncəsi uzun illərdiki bu şəkildə formalaşmışdır ki, şirkəti məhkəməyə verən və qanunvericilikdən irəli gələn hüquqlarını tələb edən bir sadə işçi ilə, iş münasibətinin davam etdirilməsi halı, sözügedən şirkətin dünyəvi hegemonluq imicinə ləkə gətirə bilər. Bu səbəb ilə işçiyə və onun yaxınlarına qarşı təhdit, təzyiq və hərbə-zorbalıq yolu seçilsə belə, işçinin işə davam etməsinə imkan verilməməlidir şüarı büsbütün qanlarına işləmişdir. Buna görə də, ən azından dövlətin adından çıxarılmış məhkəmə qərarına işəgötürən tərəfindən hörmət göstərilmədiyi üçün, açıq-aşkar işçiyə qarşı təqib üsulu həyata keçirilmişdir. Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, AR ƏƏSMN yanında X10 Xidmətinə və Mediasiya xidmətinə müraciət edirlər. O da öz növbəsində, zamanında X10 və Mediasiya xidmətinə rəsmi şəkildə müraciətlər etməyimə baxmayaraq, "xxxx" MMC rəhbərliyi tutduğu mövqeyini dəyişməmişdir. O isə "xxxx" MMC rəhbərliyindən fərqli olaraq əmindir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir və xalqının hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Bu səbəblədə böyük ümüd hissləri ilə dolu iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd olunanlara əsasən də hesab edir ki, onun işdən azad olunmağı ilə bağlı əmrin ləğv edilməsinə, öz işinə bərpa olunmağına, "xxxx" mmc-nin rəhbəri tərəfindən kollektivə təqdim edilməsinə, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqımın hesablanaraq ödənilməsinə, xəstəlik vərəqələrinə əsasən müavinətlərinin qanuna müvafiq şəkildə ödənilməsinə, ödənilməmiş əmək haqqımın ödənilməsinə, illik 46 günlük məzuniyyət əvəzi kompensasiyanın ödənilməsinə, iş vaxtından artıq vaxtda görülən işə görə (həftəlik 4 saat) ikiqat əmək haqqının ödənilməsinə, digər dövrlərdə gecikdirilmiş əmək haqqının hər gecikdirilmiş gününə görə bir faiz ödəncin ödənilməsi, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, əmək müqaviləsində əmək haqqının düzgün göstərilməsi, əmək kitabçanın yenisi ilə əvəz olunması, məcburi işburaxma müddətində olan əmək haqqının hər gecikdirilmiş gününə görə ödənilməli olan əmək haqqının bir faiz ödəncin ödənilməsi və mənəvi ziyan olaraq 250000 (iki yüz əlli min) manat məbləğinin ödənilməsinə dair tələbləri qanunidir. Qeyd edilənləri nəzərə alaraq, o, İddiaçı barəsində İşəgötürənin işdən azad olunma ilə bağlı xx.xx.2024-cü il tarixli 42-x nömrəli əmrinin ləğv edilməsi, öz işinə bərpa edilməsi və eləcə də "xxxx" MMC-nin rəhbəri tərəfindən kollektivə təqdim edilməsi; xx.xx.2024-cü il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının faktiki olan əmək haqqı üzrə ödənilməsi; Xəstəİik vərəqələrinə əsasən müavinətlərinin ödənilməsi; 01 yanvar 2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək olan dövrdə ödənilməmiş əmək haqqının ödənilməsi; İllik olaraq 46 günlük məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi; 20 may 2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddətdə əlavə iş saatlarına görə (həftəlik 4 saat) ikiqat əmək haqqının ödənilməsi; Məhkəmə qərarına əsasən 17 may 2021-ci il tarixindən 21 may 2022-ci il tarixədək olan müddətdə 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli miqdarında hesablanmış 2126.77 manatın 29 dekabr 2023-cii il tarixində ödənilməsi nəzərə alınaraq həmin müddətə kimi gecikdirilməsinə görə, hər gccikdirilmiş gün üçün ödənilməli olan 2126.77 manat miqdarında əmək haqqının bir faiz məbləğinin ödənilməsi; Məhkəmə qərarına əsasən 17 may 2022-ci il tarixindən 30 may 2022-ci il tarixədək olan xəstəlik vərəqəsinə əsasən, 29 dekabr 2023-cü il tarixində ödənilmiş 600 manatın həmin tarixə kimi gecikdirilməsinə görə, hər gccikdirilmiş gün üçün ödənilməli olan 600 manat əmək haqqının bir faiz məbləğinin ödənilməsi; İşə başladığı 10 may 2021-ci il tarixindən işə bərpa olunacağı tarixədək ona ödənilmiş və ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatın verilməsi; X19 Sistemində (ƏMAS) Oba market MMC-nin müvafiq ştat cədvəlinə uyğun olaraq, "Təhlükəsizlik rəisi"-nin aylıq faktiki əmək haqqısına əsasən 17 may 2021-ci il tarixli əmək müqaviləsində əmək haqqının qanunvericiliyə uyğun şəkildə düzgün qeydiyyatının aparılması; Ləkələnmiş əmək kitabçasının yenisi ilə əvəz olunması və müvafiq qeydlərin aparılması; Məcburi işburaxma müddətində olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin ödənilməsilə yanaşı, ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 250000 (iki yüz əlli min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü ildə İddiaçı MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, "xxxx" MMC-nin 03 may 2024-cü il tarixli 42-x nömrəli əmrinin ləğv edilməsi, öz işimə bərpa edilməsi, "xxxx" mmc-nin idarə heyətinin sədri tərəfindən kollektivə təqdim edilməsi, 03 may 2024-cü il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqımın faktiki ödənilmiş məbləğ üzrə ödənilməsi, Konstitusiyanın 38-ci maddəsinə əsasən 0314746, ******* və ******* nömrəli xəstəlik vərəqələrinə görə son 12 aylıq gəlirdən hesablanan müavinətlərimin ödənilməsi, 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş əmək haqqımın faktiki ödənilmiş məbləğ üzrə ödənilməsi, 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş əmək haqqımın gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli əmək haqqımın bir faiz məbləğinin ödənilməsi, iş ili olan "Bir il, on bir ay, on altı gün" üçün yaranmış 90 günlük məzuniyyət əvəzinə görə son 12 aylıq gəlirdən hesablanan kompensasiyamın ödənilməsi, Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 17 may 2021-ci il tarixindən 21 may 2022-ci il tarixədək olan (həftəlik 4 saat) ümumi 205 saat artıq iş vaxtına görə ödənilmiş 2861.25 manat miqdarında əmək haqqının 29 dekabr 2023-cü il tarixinə kimi 585 gün müddətində gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan 2861.25 manat miqdarında əmək haqqının bir faiz məbləğinin ödənilməsi, Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 21 may 2022-ci il tarixindən 03 may 2024-cü il tarixədək olan müddətdə (həftəlik 4 saat) ümumi olaraq isə 400 saat artıq iş vaxtına görə əmək haqqının ödənilməsi, işə başladığı 10 may 2021-ci il tarixindən işə bərpa olunacağı tarixədək ödənilmiş və bundan sonra da ödəniləcək olan bütün məbləğlərə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatların tam dəqiq və qanunauyğun şəkildə verilməsi, X19 Sistemində (ƏMAS-da) "xxxx" MMC-nin müvafiq ştat cədvəlinə uyğun olaraq "Təhlükəsizlik rəisi"-nin aylıq faktiki əmək haqqısına əsasən xx.xx.2021 və xx.xx.2022-ci il tarixli əmək müqavilələrinin hər ikisində olan əmək haqqını faktiki əmək haqqına uyğun olaraq düzgün qeydiyyatının aparılması, ləkələnmiş əmək kitabçasının yenisi ilə əvəz olunması və müvafiq qeydlərin aparılması, məcburi işburaxma müddətində olan əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan faktiki əmək haqqının bir faiz məbləğinin ödənilməsi, eləcə də ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 250000 (iki yüz əlli min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə, xx.xx.2024-cü il tarixdə İddiaçı MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, 1) Cavabdeh MMC-nin 03 may 2024-cü il tarixli 42-x nömrəli xitam əmrinin AR-sı Konstitusiyasının 16, 24, 25, 31, 35, 37, 38, 46, 71, 73, 75, 125.Vİİ və 147-ci maddələrinə, eləcə də Əmək Məcəlləsinin 12, 12.k, 16, 43.3, 43.4, 46.5, 46.6, 54, 57.3, 69.3, 69.6, 69.7, 74.2, 76.1, 76.2, 83.1, 83.2, 83.4, 84.2, 84.3, 110.3, 135.1, 172.4, 209.3, 224.2, 290, 301.1-ci, MPM-nin 15.2-ci, MMnin 50.1, 337, 339, 340.1, 560.1 və 560.3.2-ci maddələrinə əsasən ləğv edilməsi, öz işinə bərpa edilməsi, "xxxx" mmc-nin idarə heyətinin sədri tərəfindən kollektivə təqdim edilməsi və məcburi işburaxma dövrü üçün itirilmiş aylıq əmək haqqının faktiki olan 1200 manat məbləği üzrə ödənilməsi; 2) Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən 0314746, ******* və ******* nömrəli xəstəlik vərəqələrinə görə, son 12 aylıq gəlirdən hesablanan müavinətlərinin hesablanması və ödənilməsi; 3) Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş aylıq əmək haqqımın faktiki olan 1200 manat məbləği üzrə ödənilməsi; 4) Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş faktiki 1200 manat olan aylıq əmək haqqının gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün ödənilməli əmək haqqının bir faiz məbləğinin hesablanması və ödənilməsi; 5) Əmək Məcəlləsinin 135, 140-cı və 144.2-ci maddələrinə əsasən istifadə etmədiyi 90 günlük əmək məzuniyyət əvəzinə görə, son 12 aylıq gəlirdən hesablanan kompensasiyanın hesablanması və ödənilməsi; 6) Əmək Məcəlləsinin həmin tarixdə qüvvədə olan 83.2-ci və 172.4-cü maddələrinə əsasən son haqq-hesab olaraq 20 may 2022-ci il tarixində 205 saat artıq iş vaxtına görə ödənilməmiş 2861.25 manat miqdarında əmək haqqının, 21 may 2022-ci il tarixindən 29 dekabr 2023-cü il tarixinə kimi 585 gün gecikdirilməsinə görə, ƏMnin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan bir faiz məbləğinin hesablanması və ödənilməsi; 7) Əmək Məcəlləsinin 9.e, 91.2-ci və 165-ci maddələrinə əsasən 21 may 2022-ci il tarixindən 03 may 2024-cü il tarixədək olan müddətdə (həftəlik 4 saat) ümumi olaraq isə 400 saat artıq iş vaxtına görə ikiqat əmək haqqının hesablanması və ödənilməsi; 8) Əmək Məcəlləsinin 12.k, 43.2-ci və 46.5-ci maddələrinə əsasən işəgötürən tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsində əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu günü, qanuni qüvvəsini almış 2(105)-962/2023 saylı məhkəmə qərarına əsasən xx.xx.2021-ci il tarixinin qeyd olunması, eləcə də Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarına əsasən işçinin əmək şəraitinin şərtləri — iş vaxtı, əmək haqqı, əmək məzuniyyətinin müddəti və strukturu barədə məlumatların qanunvericiliyə uyğun həqiqi və düzgün qeydlərin aparılması; 9) AR-sı Konstitusiyasının 73-cü maddəsinə və Əmək Məcəlləsinin 12-ci maddəsinin "j" bəndinə əsasən işə başladığım 10 may 2021-ci il tarixindən 20 may 2022-ci il tarixədək faktiki ödənilmiş NETT 1200 manat aylıq məbləğə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatların tam dəqiq və qanunauyğun şəkildə verilməsi; 10) Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarının 3.10-cu bəndinə əsasən ləkələnmiş əmək kitabçamın yenisi ilə əvəz olunması və müvafiq qeydlərin aparılması; 11) Məcburi işburaxma müddətində olan aylıq əmək haqqımın gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin hesablanması və ödənilməsi; 12) Eləcə də ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 3000 (üç min) manat məbləğin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 “iddia ərizəsinə etiraz” təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli Əmək Müqaviləsinə əsasən Cavabdeh MMC-nin Daxili Nəzarət Departamentinin X1 rəisi vəzifəsinə işə qəbul edilmiş, AR Əmək Məcəlləsinin 68.2- ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (sənədlər əlavə edilir). İddiaçı xx.xx.2022-ci il tarixdə “işə bərpa, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının və sair ödənişlərin edilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Gülnarə Tağızadə) 2(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (Qətnamənin surəti əlavə edilir). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim Səyyad Qafari) 2(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilməsi qət edilmiş, İddia tələbi qalan hissədə təmin edilməmişdir (Qətnamənin surəti əlavə edilir). Qeyd edilən Qətnamə üzrə İcra Vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmiş və icra sənədi icra edilməsi üçün borclunun hüquqi ünvanı üzrə Nizami Rayon İcra Şöbəsinin icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir (icra sənədlərinin surətləri əlavə edilir). İcra vərəqəsinin icrası çərçivəsində Cavabdeh MMC-nin xx.xx.2023cü il tarixli, 06/K saylı Əmri verilərək, tələbkar əvvəlki vəzifəsinə Cəmiyyətin Daxili Nəzarət Departamentinin Operativ Nəzarət Şöbəsinin X1 rəisi vəzifəsinə işə bərpa edilmiş, eyni tarixdə, yəni xx.xx.2023-cü il tarixdə onun bank hesabına 36 919, 33 manat məbləğində ödəniş edilmişdir (əmr və ödəniş sənədi əlavə edilir). İcra icraatı çərçivəsində Nizami Rayon İcra Şöbəsinin icra məmuru mühasibatlıq sahəsinə aid mütəxəssis dəvət etmiş və mütəxəssis tərəfindən “əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pulun hesablanması” üçün audit aparılmışdır (icra məmurunun qərarı əlavə edilir). İcra sənədi üzrə icraatın davam etdiyi vaxtda tərəflər arasında bütün mübahisələrə son qoyulması ilə bağlı könüllü razılaşma əldə edilmiş və xx.xx.2024-cü il tarixdə iki tərəfin iştirakı ilə Barışıq Sazişi imzalanmışdır (Barışıq Sazişinin surəti əlavə edilir). Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin 1-ci bəndinə əsasən, iddiaçı və cavabdeh razılığa gəliblər ki, tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn bütün mübahisələri qarşılıqlı anlaşma yolu ilə yekunlaşdırmaq üçün hazırki “Saziş”i bağladılar. 2-ci bəndinə əsasən bu Saziş əsasında cavabdeh iddiaçıya 70 000 manat məbləğində pul vəsaitini təqdim edir və bununla da həm Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023cü il tarixli İcra Vərəqəsi (bundan sonra “İcra Vərəqəsi”) tam şəkildə icra edilmiş hesab edilir, həm də əmək münasibətlərindən irəli gələn iddiaçının bütün digər tələbləri ödənilmiş sayılır. 3-cü bəndinə əsasən, cavabdeh iddiaçının təqdim etdiyi işdən çıxma istəyi barədə ərizəsini ərizədə göstərildiyi gün icra etməyi öz üzərinə götürür. 4-cü bəndinə əsasən, hazırki Sazişin təsdiq edilməsi ilə eyni anda iddiaçı “İcra Şöbəsi”nə təqdim edilməsi üçün “İcra Vərəqəsi”nin tam şəkildə icra olunması səbəbilə icra işinin icraatına xitam verilməsi barədə ərizəsini (imzası notarial qaydada təsdiq edilməklə) cavabdehin nümayəndəsinə təqdim edir və həmin ərizə “İcra Şöbəsi”nə təqdim edilir. 5-ci bəndinə əsasən, hazırki Sazişi imzalamaqla iddiaçı təsdiq edir ki, həm “İcra Vərəqəsi”nə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək iddiaçıya ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmişdir, cavabdehin hər hansı pul və sair öhdəliyi qalmamışdır. Tərəflər qeyd edilən razılığa gəldikdən və yazılı şəkildə Barışıq Sazişini imzaladıqdan sonra, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı bank hesabına 70 000 manat məbləğində pul vəsaiti köçürülmüşdür (ödəniş sənədi əlavə edilir). Pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra İddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində aşağıdakı mətndə ərizələri imzalayaraq onlara təqdim etmişdir (ərizələrin surətləri əlavə edilir): 1. Nizami Rayon İcra Şöbəsinə təqdim etmək üçün ərizənin mətni: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra işi Nizami rayon icra və probasiya şöbəsinin icraatındadır. İş üzrə borclu "xxxx" MMC qətnamə üzrə bütün borc tələblərini icra etmiş, mənim bütün tələblərim ödənilmişdir. Qeyd edilən icra sənədi üzrə borcludan heç bir tələbim yoxdur. Odur ki, “İcra haqqında ” qanunun 20.1.5-ci maddəsinə əsasən qeyd olunan icra sənədi tam icra olunduğu üçün icra işinin icraatına xitam verilməsini xahiş edirəm. 2. Cavabdeh MMC-yə təqdim etmək üçün ərizənin mətni: "xxxx" MMC ilə bağlanılmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə 03 may 2024-cü il tarixdə xitam verilməsini xahiş edirəm. Bildirirəm ki, həm müvafiq məhkəmə qərarı ilə işə bərpa edildiyim günədək, həm də ondan sonra son haqq-hesab gününədək mənə ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək mənə ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əmək haqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam ödənilmişdir. Hazırda və bundan sonra cəmiyyətdən hər hansı maddi və ya mənəvi tələbim yoxdur və olmayacaqdır. Bundan sonra, həmin gün xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh MMC-nin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanında, X11 3-cü mərtəbəsində yerləşən ofisinə gəlmiş və X9 yaxınlaşaraq, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı digər sənədləri (nümunəvi ərizə, iltizam formalarını) doldurub imzalayaraq, əmək müqaviləsinin ləğv edilməsi prosedurunda iştirak etmiş, qanunvericiliyə uyğun şəkildə onun işdən azad edilməsi rəsmiləşdirilmiş, bu zaman iddiaçının hər hansı etirazı və narazılığı olmamışdır (sənədlər əlavə edilir). Bundan əlavə, İddiaçı xx.xx.2024-cü il tarixdə Nizami Rayon İcra Şöbəsinə gedərək Cavabdeh MMC tərəfindən bütün tələblərinin yerinə yetirilməsi səbəbilə icra işinə xitam verilməsi xahişini ehtiva edən ərizəsini və bundan öncə notarial qaydada təsdiq etdiyi ərizəsini İcra Şöbəsinin dəftərxanasına təqdim etmiş, bunun nəticəsində İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov xx.xx.2024-cü il tarixli Qərar qəbul edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023-016 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam vermiş, qərarın surətini isə məhkəməyə və tərəflərə göndərmişdir, (iddiaçının ərizələri, icra məmurunun qərarı əlavə edilir). İcra sənədi üzrə icraata xitam vermə qərarından İddiaçı şikayət verməmişdir. İİ. İddia ərizəsinə etirazın dəlilləri: İşin hallarından, təqdim etdiyi sənədlərdən göründüyü kimi, İddiaçı irəli sürdüyü əsas iddia tələbi (işdən çıxma əmrinin ləğv edilməsi) və bu əsas tələbdən irəli gələn digər dolayı tələblər (işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının və s. ödənişlərin ödənilməsi) tamamilə əsassızdır. İddia ərizəsində iddiaçının qeyd etdiyi və mülahizə xarakterli dəlillərinə cavab olaraq aşağıdakıları bildirmək istəyir. İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixli ərizənin zorakılıq və təzyiq altında imzalandığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər və təkzibedilməz sübut təqdim etməyib, əksinə işin həqiqi halları və bu hallara tətbiq edilməli qanunun normaları ərizənin etibarlı və qanuni olduğunu, ərizədə ifadə olunmuş iddiaçının iradəsinin və hüquqi niyyətinin vahidliyini və həqiqiliyini təsdiq edir. İşin hallarından göründüyü kimi, işdən çıxma barədə ərizələr məhz barışıq razılaşması imzalandıqdan və 70 000 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra imzalanmışdır. Pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra iddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində işdən çıxma barədə ərizəni öz imzası ilə təsdiq etmiş, bu zaman notarius hər hansı qanun pozuntusunu müəyyən etməmişdir. Notariat ofisindən sonra İddiaçı Şirkətin baş ofisinə gələrək işdən çıxma prosedurunun sənədləşdirilməsində şəxsən iştirak etmiş və özünə aid sənədləri (əmr, əmək kitabçasını) əldə etmişdir. İşdən çıxış məsələsində hər hansı təzyiqdən, zorakılıqdan söhbət belə gedə bilməz, çünki tərəflər arasında razılaşma əldə olunmuş və bu razılaşmaya uyğun tərəflər öhdəliklərini icra etmiş, göründüyü kimi, qarşı tərəfə (iddiaçıya) inanıb birinci öhdəliyini vicdanla icra edən və pul vəsaitini tam şəkildə (iddiaçının istəyi ilə onun bank hesabına) ödəyən də məhz Şirkət olmuşdur. Halbuki, iddiaçı ərizəni notarial qaydada imzalamaqdan və ya ofisə gəlib sənədləşmədə iştirak etməkdən imtina etsəydi, Şirkət onu heç bir üsulla bu prosedurların icra edilməsinə məcbur edə bilməzdi. Məhkəmə nəzərə almalıdır ki, iddiaçıya qarşı hər hansı hədə, təsir, zorakılıq hallan baş versəydi notarius (işdən çıxma və icra işinə xitam vermə barədə) ərizələrdəki imzaları təsdiq etməkdən imtina edərdi. xx.xx.2024-cü il tarixli ərizənin qanuni əsası ilə bağlı isə aşağıdakılan bildirmək istəyir. Eyni zamanda, məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək - əmək müqaviləsi üzrə işçinin əsas hüquqları sırasındadır. Əmək münasibətlərini dayandırmaq istədiyi günü konkret göstərməklə işəgötürənə ünvanlanmış ərizə işçinin hüququdur və bu müddəa daha çox işçinin mənafeləri üçün təsbit olunub. Yəni, işçi hər hansı konkret səbəb olmadan belə, hazırki iş yerində işləmək istəmirsə, əmək münasibətlərini dayandırmaq istəyirsə və onun bu istəyi işəgötürən tərəfindən nəzərə alınıb qəbul edilirsə, işçinin əmək müqaviləsinə həmin ərizədə göstərildiyi gün xitam verilə bilər və bu qaydada əmək müqaviləsinin xitam edilməsində hər hansı qanun pozuntusu yoxdur. Xəbərdarlıq müddəti daha çox işəgötürənin mənafelərinə xidmət etdiyi kimi (çünki, 1 aylıq xəbərdarlıq müddəti ərzində işəgötürən başqa bir işçini tapmaq üçün möhlət əldə edir), xəbərdarlıq müddətini gözləmədən işçinin arzuladığı tarixdə əmək müqaviləsinin ləğv edilməsi daha çox işçinin mənafelərinə xidmət edir (çünki, işçi əmək müqaviləsini ləğv etmə hüququnu özünün arzuladığı tarixdə həyata keçirir). İşin hallarından göründüyü kimi, tərəflər (iddiaçı və cavabdeh) əldə olunmuş barışıq razılaşması çərçivəsində hərəkət etmiş və İddiaçı məhz xx.xx.2024-cü il tarixdən əmək münasibətlərini dayandırmaq istədiyindən, habelə işdən çıxma ərizəsində məhz bu tarixi qeyd etdiyindən işəgötürən işçinin istəyini nəzərə alaraq həmin gün, yəni xx.xx.2024cü il tarixdə əmək müqaviləsinə xitam vermişdir. İddiaçı könüllü ərizəsi ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi ləğv edildikdən 13 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə işəgötürənə müraciət edərək özü tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsi, Şirkətdə fəaliyyətini davam etdirmək istədiyini, habelə notariat qaydasında verdiyi eyni tarixli ərizəsindən imtina etdiyini bildirməsinin artıq hər hansı əhəmiyyəti yoxdur, çünki həmin vaxtda iddiaçının Əmək Müqaviləsi artıq qüvvədə deyildi və iddiaçının istəyi ilə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşin hallanndan göründüyü kimi, əmək müqaviləsi qanun normalarına uyğun şəkildə ləğv edilmiş, hər hansı pozuntu hallanna yol verilməmiş, hətta işçidən bir neçə nüsxə və növdə (notarial təsdiqli və şirkətdaxili nümunəyə uyğun şəkildə) işdən çıxma arzusu barədə ərizələr götürülsə də, Əmək Müqaviləsi ləğv edildikdən sonra işçi əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının əsas iddia tələbi (xx.xx.2024-cü il tarixli Əmrin ləğv edilməsi) əsassız olduğundan, bu əsas tələbdən irəli gələn digər dolayı tələblər (işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının və s. ödənişlərin ödənilməsi) də əsassızdır və təmin edilməməlidir. İddiaçının əvvəlki tarixlərə aid olan və artıq bir dəfə məhkəmə mübahisəsinin predmeti olan, habelə həmin məhkəmə icraatı çərçivəsində vaxtında irəli sürülməyən iddia tələbləri ilə bağlı isə məhkəməyə bildirmək istəyir ki, həmin tələblər üzrə iddia müddəti ötürülmüş və cavabdeh olaraq həmin tələblərə iddia müddətinin tətbiqini məhkəmədən xahiş etməklə, həmin iddia tələblərin rədd edilməsini məhkəmədən xahiş edirlər. İddiaçı yekun iddia tələbindən göründüyü kimi, iddiaçı işə daxil olduğu xx.xx.2021-ci il tarixdən etibarən ödənişlərin düzgün edilmədiyini mübahisələndirir, halbuki həmin tələblərlə bağlı məhkəmə nəzərə almalıdır ki: 1) əvvəlki məhkəmə icraatı çərçivəsində həmin tələblərə baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim Səyyad Qafari) 2(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı həmin iddia tələbləri təmin edilmiş, sözügedən qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, habelə həmin qətnamə əsasında verilən icra sənədi tam şəkildə icra edildiyindən, iddiaçının müraciəti əsasında Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun xx.xx.2024-cü il tarixli Qərarı ilə icra işinə xitam verilmiş, icra məmurunun həmin qərarından da iddiaçı hər hansı şikayət verməmişdir; 2) tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən iddiaçı təsdiq etmişdir ki, həm icra vərəqəsinə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq- hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlər (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmiş, Şirkətin hər hansı pul və sair öhdəliyi qalmamış, hazırda və bundan sonra iddiaçının cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn hər hansı maddi və ya mənəvi ziyan tələbi yoxdur və olmayacaqdır. 3) İşin hallarından, təqdim edilmiş sənədlərdən (qətnamə, icra vərəqəsi, banşıq sazişi və s.) göründüyü kimi, iddiaçının əmək fəaliyyəti dövrü hesab edilən xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək olan müddət üçün iddiaçıya ümumilikdə 106 919,33 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa edilsə də, cəmi bir gün - xx.xx.2023-cü il tarixdə işə çıxmış və heç bir üzrlü səbəb göstərmədən işi tərk edərək, işdən öz xahişi ilə azad edildiyi xx.xx.2024-cü il tarixədək bir daha işə çıxmamışdır. Bununla bağlı iddiaçıya dəfələrlə yazılı bildirişlər göndərilsə də, işçi işə çıxmamış, hər hansı üzrlü səbəb təqdim etməmişdir (bildirişlər əlavə olunur). İş materiallarından göründüyü kimi, Şirkət icra sənədi əsasında iddiaçıya 103 427,29 manat (29 887,33 azn + 73 539 azn) ödəməli olduğu halda, 3492,04 manat artıq ödəmə edərək 106 919,33 manat ödəmə etmiş (36 919,33 azn + 70 000 azn) və bu da öz növbəsində onun mövcud ola biləcək hər hansı əlavə tələblərini qarşılamaq üçün banşıq razılaşması çərçivəsində Şirkət tərəfindən qabaqcadan ödənilmişdir. 4) Bundan əlavə, məhkəmə nəzərə almalıdır ki, işçi işdən çıxış ərizəsini Şirkətə təqdim etdikdən və onun əmək müqaviləsinə xitam verildikdən sonra belə, İddiaçı Şirkətə müraciət edərək onun fərdi şəxsi hesabına (sosial sığorta və s.) ödənişlərin edilməsini xahiş etmiş və Şirkətə qarşı hər hansı məcburiyyət tədbiri olmadığı halda (barışıq razılaşmasında belə bir öhdəlik, habelə əvvəlki məhkəmə mübahisəsi çərçivəsində iddiaçının belə bir tələbi təmin olunmamışdır), Şirkət iddiaçının xahişini və formalaşmış barışıq münasibətlərini nəzərə alaraq, onun hesabına əlavə olaraq 36 566,74 manat (18 549.37 + 609.45 + 609.45 + 2437.78 + 2437.78 + 11922.91 azn) məbləğində pul vəsaitini ödəmişdir (sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları ilə bağlı ödəniş sənədləri əlavə olunur). 0314746, ******* və ******* nömrəli xəstəlik vərəqələri ilə bağlı isə qeyd olunmalıdır ki, Şirkətin ümumiyyətlə bu barədə məlumatı olmamış, iddiaçı bu barədə Şirkətə hər hansı məlumat verməmiş və bu faktlar yalnız məhkəmə araşdırması zamanı üzə çıxmışdır. Hətta iddiaçı onun bütün tələbləri təmin edildikdən sonra Şirkətə ünvanladığı xx.xx.2024 və xx.xx.2024-cü il tarixli əsassız ərizələrində də xəstəliyi, habelə bülletenləri barədə heçnə bildirməmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq iddiaçıya ödənilmiş pul vəsaitinin tərkibində onun bütün tələblərini təmin edəcək vəsait olmuşdur və iddiaçının hər hansı əlavə tələb, iddiası və şikayəti olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmrin qanunsuz olması ilə bağlı iddiaçının istinad etdiyi AR Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin hazırki məsələyə aidiyyəti yoxdur. Belə ki, həmin normaya əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Maddənin də məzmunundan göründüyü kimi, bu qadağa əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi hallan ilə bağlıdır (AR ƏM 70-ci maddəsi), onların halında isə əmək müqaviləsi işçinin müraciəti əsasında ləğv edilmişdir (AR ƏM 69-cu maddəsi). İddiaçının işdən çıxma barədə xx.xx.2024-cü il tarixli ərizəni yazmağa məcbur edilməsi və bu məcburiyyətin iddiaçıya qarşı Yasamal Rayon Məhkəməsində qaldırılmış “şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair ” mülki işlə əlaqəli olması ilə bağlı məhkəməyə aşağıdakıları bildirmək istəyir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, həmin iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş və ertəsi gün, yəni xx.xx.2024-cü il tarixdə məhkəmənin hakimi X4 qızının e-2(004)- 2785/2024 saylı Qərardadı ilə iddia ərizəsi (ərazi aidiyyəti qaydaları pozulduğuna görə) geri qaytarılmışdır. Yəni, sözügedən “şərəf və ləyaqətin müdafiə edilməsi tələbinə dair” iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülməmiş, həmin mülki iş üzrə İddiaçı hər hansı məhkəmə bildirişi göndərilməmiş və bu iş üzrə hər hansı məhkəmə iclası belə təyin edilməmişdir. Beləliklə də, İddiaçı qarşı məhkəmənin icraatında hər hansı mülki iş olmadığı halda, onun məhz bu məhkəmə prosesindən qorxub işdən çıxma barədə ərizəni yazmağa məcbur olması barədə mülahizələri öz təsdiqini tapmır, bu mülahizələr işin həqiqi hallarına və məntiqə uyğun gəlmir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərinin tamamilə rədd edilməsi, iddia müddəti ötürülmüş tələblərə iddia müddəti tətbiq edilməsi və həmin iddia tələblərinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib əlavə olaraq izahatlarında göstərmişdir ki, onun ilkin tələbi əmrin ləğvidir. Əmr onun könüllü iradəsini əks etdirmədiyi üçün, ərizə də əhəmiyyətsiz olduğuna görə əmrin ləğvini tələb edir. Elektron və kağız üzərində olmaqla iki əmr var. Əmrin 68.2-ci maddəsinə əsasən ləğvini qanunsuz hesab edir. Burada 69.3-cü maddə ilə əmr verilməli idi. 69.3-cü maddə həm işçi, həm də işəgötürən üçün daha aydın və müəyyəndir. Əmrdə işəgötürənin adı olmalıdır, amma o, burada işəgötürənin adını görmür. Əmək Məcəlləsinin 84.1-ci maddəsində göstərilir ki, işəgötürənin adı qeyd olunmalıdır. O, heç vaxt daxili nəzarət departamentində işləməmişdir, onun tabeçiliyində olmamışdır. O, Təhlükəsizlik Departamenti və X2 tərkibində olmuşdur. Tərəflərdən birinin təşəbbüsü məsələsini qeyri-müəyyən hesab edir. İşəgötürən ya işçi olduğu bilinmir. Qeyri müəyyənlik də qanuni ola bilməz. 5-ci sırada göstərilib ki, əmr rəsmi sənədlərə istinad etməlidir. Əgər onlar rəsmi hesab edirlərsə ərizəni yazmalı idilər. Əmrə xitam verilməsi barədə elektron bildiriş sistemə yerləşdirilməmişdən qabaq əmr olmalı idi. Əgər əmr var idisə onu almağı barədə mənə imzaladardılar. Əmrdə məzuniyyət kompensasiyasının ödənilməsi göstərilib, amma hələ də ödənilməyib. Son haqq hesab sənədləri də yoxdur. Barışıq sazişində konstitusion hüquqlarını məhdudlaşdırıb, məzuniyyətini verməyəcəklərini etiraf ediblər. Amma işəgötürən belə qanunsuz barışıq sazişi bağlandığını bilə-bilə, qanuni görüntü yaratmaq üçün məzuniyyət pulunun ödənilməsi ilə bağlı formal əmr imzalayıb. Burada yazılıb ki, 200 nömrəli əmək müqaviləsinə xitam verilir. Sistemdə göründüyü kimi bu əmək müqaviləsi xx.xx.2022-ci ildə ləğv olunub, 201 nömrəli əmək müqaviləsi yaradılıb. 200 nömrəli əmək müqaviləsinin ləğv olunub 201 nömrəli müqavilə yaradılması ilə bağlı aralarında razılıq müqaviləsi yoxdur. Bu 1 ay öncədən məlumat verməklə qarşılıqlı razılıq əsasında ola bilərdi. Əmək müqaviləsinin ləğvi barədə elektron bildirişdə 201 nömrəli əmək müqaviləsini ləğv ediblər, amma kağızda 200 nömrəli əmək müqaviləsini ləğv ediblər. 201 nömrəli əmək müqaviləsinin qüvvədə olması üçün əmr lazım idi, o da yoxdur. İşə başlama tarixi xx.xx.2021-ci il yazılıb, məhkəmə qərarında, işəgötürənin proqramında, işə başlama təklifində də göstərilib ki, 10 mayda başlamışdır. O, hərşeyin dəqiq-düzgün göstərilməsini istəyir. İki əmr bir-birinə zidd olduğuna görə, çox qanunsuzluq var. Əmrin ləğv olunmağını, işə bərpa olunmağını istəyir. Nə vəkilə, nə qarşı tərəfə hörmətsizliyi yoxdur. Onun tabeçiliyində kimlər olması barədə izahat vermişdir. Ona bülleten pullarının verilməyini istəyir. Əmək müqaviləsinin 6.4-cü bəndində, Konstitusiyanın 38-ci bəndində, Əmək Məcəlləsinin 74-cü maddəsində işəgötürənin bülleten pulunu hesablamalı, verməli olduğu yazılıb. Onun xəstə olduğunu bilirlər, epikrizlərdə nevrotik pozuntu, vegetativ sinir siteminin pozuntusu ilə bağlı müalicə aldığı zaman onu gətirib, imzaladıb, əmək müqaviləsini ləğv ediblər. Xəstəlik tapmış, bədəni səpib, alergiya olmuşdur. Əsəbdən olub ya zəhərlənmişdir, axır-əvvəl nədənsə olub. Belə vəziyyətdə həm işdən çıxmağa məcbur ediblər, həm də bülleten pulunu vermirlər. Bülleten onun konstitusion hüququdur. Sonrakı tələb əmək haqqının ödənilməsidir. Məhkəmə qərarının icrası müddətində onu Yasamal, Nizami, Sumqayıt məhkəmələrinə verdilər. 4 ay müddətində əmək haqqını vermədilər. Digər tələbi əmək haqqının gecikdirilməsidir. Əmək mübahisələri olduqda belə əmək haqqının gecikdirilməsi ilə bağlı faiz ödəməlidirlər. İşçi cəzalandırılıb çıxarılsa belə məzuniyyət hüququ toxunulmazdır. Hamıya məzuniyyət verilir, amma ona verilmirdi. O, 3 il işləmiş, bir gün məzuniyyət verməyiblər. Məzuniyyətini vermirlərsə, ya səbəb olmalıdır, ya başqa vaxta keçirməlidirlər, ya da kompensasiya ödəməlidirlər. Əvvəlki işdə ekspert əlavə iş saatlarına görə 2861 manat ödəməli olduğunu hesablamışdı, lakin işəgötürən vaxtında ödəmədiyi üçün, 1 il gecikdirməyə görə faizini ödəməlidir. 2 il əvvəl o pulu versə idi, o, çox şey edə bilərdi, amma indi həmin pulla heçnə edə bilməz. Əvvəlki məhkəmə qərarında da göstərilir ki, həftəlik iş saatı 36 saat, günlük 7 saat olmalıdı. Məhkəmənin mövqeyi var ki, işçinin hüquqları pozulub. İşə bərpa olunan şəxs işdən çıxmış şəxs deyil. Məhkəmə qərarını görən kimi, əmək müqaviləsini dəyişib 36 saat, 7 saat yazmalı idi ki, bugün tələb yaranmasın. Məhkəmənin mövqeyini qəbul etmirlər. Əmək müqaviləsində işə başlama xx.xx.2021-ci il göstərilsin, əmək haqqı 1200 göstərilsin, iş saatı qanunvericiliyə uyğun 36 saat göstərilsin, məzuniyyət hüququ 46 gün göstərilsin. Bir yerdə 28, bir yerdə 30 gün yazıblar. Vəzifə təlimatı əmək müqaviləsinin ayrılmaz hissəsidir. Əvvəlki məhkəmə prosesində də müəyyən olundu ki, əmək müqaviləsini verməyiblər, vəzifə təlimatın imzaladıb, gizlədiblər. Bu mübahisəsiz haldır. O, bu boyda şirkətin təhlükəsizlik rəisi olmuşdur, onu Zabrat anbarına verir. Onu əvvəldən anbara versə idi, razılaşmazdı. O ali təhsil almışdır, ehtiyatda olan zabitdir, Ruminiyada magıstr oxumuşdur. İşsizlikdir deyə əməkdaşlıq elədilər, amma “qürurumuza toxunun demədik”. Onu Zabrat anbarına göndərib, işçilərin yanında alçaldırlar. O, öz hüquqlarını tələb edir. Sonuncu məsələ məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsidir. İşəgötürənin məcburi dövlət sosial sığorta haqqlarını dəqiq, düzgün ödəməsi birinci öhdəliyidir. Faktiki olaraq 1200 manat əmək haqqı var, özü də etiraf edir, ödəyir. Amma buna uyğun məcburi dövlət sosial sığorta haqqlarını 2021-2022-ci il üçün ödəmir. Sonrakı məsələ əmək kitabçasını korlamasıdır. İşə bərpa olunmuş şəxs əmək kitabçasının dəyişdirilməsini tələb edə bilər. Onun əmək kitabçasına gah 200 nömrəli gah 201 nömrəli yazıblar-pozublar, korlayıblar. Barışıq sazişi ilə bağlı demək istəyir ki, onun könüllü iradə ifadəsini əks etdirmir. Qanunvericiliyə zidd olaraq tərtib olunduğundan, barışıq sazişinin heç bir hüquqi əhəmiyyəti olmadığını hesab edir. İşdən çıxma ərizəsi onun könüllü iradə ifadəsini əks etdirmir. Ağlı başında olan şəxs öz ziyanına olan addımı könüllü atmaz. Onun xəstəliyinə başı qarışmışdı. Könüllü şəkildə imzalamamış, işdən çıxmaq fikrim olmayıb. İşdən çıxma ərizəsində göstərilən günü də uydurma hesab edir. Hüquqi don geydirmək üçündür. Əmək Məcəlləsinin 69.3-cü maddəsindən sui istifadə olunub. Əmək müqaviləsi bildirişi sistemə vurulması üçün kağız üzərində əmr olmalıdır, o əmrlə o, tanış olmalı, qanunvericiliyə uyğun olmalıdır. Onlar sonradan tərtib ediblər, amma həmin gün imzalanmış, möhürlənmiş əmr olmayıb. Əmək müqaviləsi bildirişindən sonra hazırlanıb, məhkəməyə təqdim olunub. Yasamal Rayon Məhkəməsində cavabdeh ona qarşı iddia qaldırıb, üzr istəməyini, videoların silinməsini istəyirdilər. O, 2 il ərzində sakit şəkildə məhkəmədə mübarizə aparmışdır. İşəgötürənlə mübahisə aparmamışdır. Hətta 4 ay icra mərhələsində səbrlə, sakit, mədəni şəkildə məhkəmə qərarının icrasını tələb etmişdir. İşəgötürənin məhkəmə qərarını icra etməməsi səbəbindən o, məcbur qalıb efirlərə çıxmışdır. O, efir adamı deyil. Bütün yollarla qanunsuzluq etdiyini çatdırmağa çalışmışdır. İşəgötürən onu təqib etməsəydi efirə çıxmaq məcburiyyətində qalmayacaqdı. Cavabdehin etiraz ərizəsində qeyd etdiyi məktublar ona gəlib çatmayıb. Məktubların qəbzlərində tarixlər dəyişdirilib. Bundan öncəki məhkəmə proseslərində kuryer işçisi ilə mübahisələri olub. Onları saxta sənəd tərtib etdiklərinə görə polisə, prokurorluğa vermişdir. Onlar onun əvəzinə imza etdiklərini etiraf ediblər. O, qazi olduğuna, etiraf etdiyinə görə cinayət işi açılmadı. O, kuryeri qarşılamaq məcburiyyətində deyil, dövlətin poçt xidməti var. O, kuryerə xəstəxanada olduğunu deyir, gedib evində olubolmadığını maraqlanır. Məhkəmə qərarının icrası ilə bağlı 106 min manat ödəyiblər. DSMF-yə, Vergiyə belə məlumat veriblər. Artıq ödəniş edilməyib, hələ o, deyərdi ki, 3000 manat əskik ödənilib. Amma ortada sənəd var. Barışıq sazişi məhkəmə qərarı icra olunduqdan sonra bağlanır. Barışıq sazişi bağlanan zaman əgər onun işdən çıxmaq ərizəsi yox idisə, bunlar nə bilirdi ki, o nə zaman işdən çıxacaq. O, həmin vaxt işdən çıxmaq ərizəsi verməmişdir. Hüquqi don geydirmək üçün hərşeyi düzüb qoşublar. Onlar peşəkar hüquqşünasdır, onlarla mübarizə aparmaq gücü yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyib, etirazın dəlillərini müdafiə edib, əlavə olaraq izahatında göstərmişdir ki, məhkəməyə xronoloji ardıcıllıqla iddiaçının işə götürülməsi, işdən azad olunması, məhkəmə mübahisəsi, məhkəmənin yekunu ilə bağlı bütün sənədlər təqdim olunub. İddia tam əsassızdır. Əvvəlki məhkəmə prosesinə görə qəbul edilmiş qətnamə əsasında iddiaçıya 103.427.29 manat ödəməli idilər, lakin onlar iddiaçıya 106.919.33 manat ödəmişlər. MMC bütün mübahisələrə son qoymaq üçün cavabdehin iddiaçıdan hər hansı əlavə tələbləri olarsa, bunu nəzərə alıb əlavə ödəniş etmişdir. Onlar belə qərara gəldilər ki, əlavə ödəniş olunsun, heç bir etiraz olmadan barışıq sazişi bağladılar. Tərəf bildirir ki, barışıq sazişinin əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 881-ci maddəsində qeyd olunur ki, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində bəzi hallar sadalanır və əlavə olaraq qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Onların arasında barışıq sazişi bağlanıb, onlar barışıq sazişində tərəfi məcbur etməmişdir ki, məhz bu gündə işdən çıxmalıdır. Onlar barışıq sazişində yazmışlar ki, o nə vaxt istəsə o zaman xitam verə bilərlər. İddiaçı özü 3 may 2024-cü ildə özü gəlib ərizə ilə müraciət edib, həmin tarixdə də xitam verilib. Elektron kabinet vasitəsilə iki ədəd Ali Məhkəmənin sırf bu məsələ ilə, işçinin həmin gün işdən çıxarılması ilə bağlı qərarını yükləmişlər. Əgər işçi işdən çıxış gününü özü qeyd edirsə, demək xəbərdarlıq müddəti həmin günün sonuna kimi qüvvədədir. 3 may 2024-cü il gecə saat 00:00-dək iddiaçı öz ərizəsini geri götürə bilərdi. Lakin bunu etməyib. Əmək müqaviləsinə xitam verildikdən 15 gün sonra ərizəsini geri götürmək istəyib. Əmək Məcəlləsində qeyd olunur ki, əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 3 may 2024-cü il tarixdə ərizə yazıb işdən çıxmaq istəyib, 7 may 2024-cü il tarixdə icra şöbəsinə müraciət edib tələbi olmadığından icraata xitam verilməsini istəyib. İcraata xitam verilməsi qərarından da şikayət vermir. Hətta tərəflərindən 7 may və 17 may 2024-cü il tarixdə 36.566.74 manat DSMF hesabına da ödəniş edilib. 18 may 2024-cü il tarixdə müraciət edib, ərizəsini geri götürmək istədiyini bildirib. Bu hüquqdan sui-istifadədir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçıla həmin tarixdə əsas iş yeri olmaqla Daxili Nəzarət Departamenti- Təhlükəsiz bölməsininə Təhlükəsizlik rəisi vəzifəsinə təyin edilmişdir. İşçinin əmək haqqı 510 manat müəyyən edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-962/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi, İddiaçı "Oba Market” MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 962/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - Cavabdeh MMC-nin idarə heyətinin sədri N.İbrahimovanın xx.xx.2023-cü il tarixli 06/K nömrəli əmrinin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-962/2023 saylı icra sənədi əsasında, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli, 229 nömrəli əmr ləğv edilmiş, o, xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Daxili Nəzarət Departamentinin Operativ Nəzarət Şöbəsinin Təhlükəsiz bölməsinə Təhlükəsizlik rəisi vəzifəsinə işə bərpa edilmişdir. - "xxxx" MMC-nin Cavabdeh MMC-yə ünvanladığı bildirişlərdən görünür ki, poçt xidməti vasitəsilə, İddiaçı ünvanlanmış məktublar ünvandakı əraziyə gedildikdə belə ünvan tapılmadığı üçün təqdim edilə bilməmiş, sonuncuya məxsus ********** nömrəsi ilə əlaqə saxlanıldıqda o, başqa ünvanda olduğunu və məktubu sonradan özünün götürəcəyini bildirmişdir, sonradan həmin şəxsin whatsapp nömrəsi ilə yenidən məktubun çatdırılması ilə bağlı əlaqə saxlanıldıqda qarşı tərəf hər hansı məlumat verməmişdir. Bu səbəbdən məktubun çatıdırılması mümkün olmadığına görə Cavabdeh MMC-yə qaytarılır, nəzərə alınması xahiş edilmişdir. - X10 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Oba Market" MMC-də əmək qanunverciliyi tələbləri və digər hüquq pozmalarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə və Xidmətin Bakı şəhər İdarəsinə ünvanladığı müraciətlərə baxılmışdır. Bildirilmişdir ki, bundan əvvəl “Oba Market" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müvafiq dövlət qurumlarına ünvanladığı müraciətlərə baxılmış və ona 3-17-5/2-M-11579/2023 saylı xx.xx.2023-cü il tarixli, 3-17-5/2-M- 26643/2023 saylı xx.xx.2023-cü il tarixli və 3-17-5/2-M-9004/2024 saylı xx.xx.2024-cü il tarixli məktublarla cavab verilmişdir. Nəzərinə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətlərdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. Eyni zamanda bildirirlər ki, müraciətlərində qeyd etdiyi digər məsələlər X10 Xidmətinin səlahiyyətləri xaricindədir. Müraciətlərində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. - “Birinci tərəf” İddiaçı ilə “İkinci tərəf” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən görünür ki, Barışıq Sazişinin 1-ci bəndinə əsasən, iddiaçı və cavabdeh razılığa gəliblər ki, tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn bütün mübahisələri qarşılıqlı anlaşma yolu ilə yekunlaşdırmaq üçün hazırki “Saziş”i bağladılar. 2-ci bəndinə əsasən bu Saziş əsasında cavabdeh iddiaçıya 70 000 manat məbləğində pul vəsaitini təqdim edir və bununla da həm Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Vərəqəsi (bundan sonra “İcra Vərəqəsi”) tam şəkildə icra edilmiş hesab edilir, həm də əmək münasibətlərindən irəli gələn iddiaçının bütün digər tələbləri ödənilmiş sayılır. 3-cü bəndinə əsasən, cavabdeh iddiaçının təqdim etdiyi işdən çıxma istəyi barədə ərizəsini ərizədə göstərildiyi gün icra etməyi öz üzərinə götürür. 4-cü bəndinə əsasən, hazırki Sazişin təsdiq edilməsi ilə eyni anda iddiaçı “İcra Şöbəsi”nə təqdim edilməsi üçün “İcra Vərəqəsi”nin tam şəkildə icra olunması səbəbilə icra işinin icraatına xitam verilməsi barədə ərizəsini (imzası notarial qaydada təsdiq edilməklə) cavabdehin nümayəndəsinə təqdim edir və həmin ərizə “İcra Şöbəsi”nə təqdim edilir. 5-ci bəndinə əsasən, hazırki Sazişi imzalamaqla iddiaçı təsdiq edir ki, həm “İcra Vərəqəsi”nə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək iddiaçıya ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmişdir, cavabdehin hər hansı pul və sair öhdəliyi qalmamışdır. - "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə qalıq əmək haqqı qismində 36919,33 manat, xx.xx.2024-cü il tarixdə isə 70.000 manat ödəmə həyata keçirilmişdir. - Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 8İ-6785 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, Cavabdeh MMC-yə təqdim etmək üçün aşağıdakı məzmunda ərizə vermişdir: Cavabdeh MMC ilə bağlanılmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə 03 may 2024-cü il tarixdə xitam verilməsini xahiş edirəm. Bildirirəm ki, həm müvafiq məhkəmə qərarı ilə işə bərpa edildiyim günədək, həm də ondan sonra son haqq-hesab gününədək mənə ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək mənə ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əmək haqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam ödənilmişdir. Hazırda və bundan sonra cəmiyyətdən hər hansı maddi və ya mənəvi tələbim yoxdur və olmayacaqdır.”. - Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 8İ-6784 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, Nizami Rayon İcra Şöbəsinə təqdim etmək üçün aşağıdakı məzmunda ərizə vermişdir: “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra işi Nizami rayon icra və probasiya şöbəsinin icraatındadır. İş üzrə borclu "xxxx" MMC qətnamə üzrə bütün borc tələblərini icra etmiş, mənim bütün tələblərim ödənilmişdir. Qeyd edilən icra sənədi üzrə borcludan heç bir tələbim yoxdur. Odur ki, “İcra haqqında ” qanunun 20.1.5-ci maddəsinə əsasən qeyd olunan icra sənədi tam icra olunduğu üçün icra işinin icraatına xitam verilməsini xahiş edirəm.”. - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli Oba Market” MMC-yə ünvanlanmış İltizamdan görünür ki, İddiaçı bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə işdən ayrılarkən ona son haqq hesabı tam şəkildə ödənilmişdir. Bütün haqqlarını tam aldığı üçün şirkətə qarşı heç bir maddi mənəvi tələbi yoxdur. - xx.xx.2024-cü il tarixli 42-x nömrəli əmrdən görünür ki, İddiaçı həmin tarixdə Cavabdeh MMC-də tutduğu Təhlükəsizlik bölməsində Təhlükəsizlik rəisi vəzifəsindən ƏMnin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməklə azad edilmiş, ona istifadə edilməmiş 88.56 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun ödənilməsi maliyyə departamentinə həvalə edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü ildə xitam verilmişdir. - “X17” publik hüquqi şəxs tərəfindən Cavabdeh MMC-yə təqdim edilməsi üçün verilmiş xx.xx.2024-cü il tarixli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “bronxial astma, infeksion allergik forma” diaqnozu ilə işdən azad edilmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən və poçt məlumatından görünür ki, İddiaçı ərizə ilə Cavabdeh MMC-nin İdarə Heyətinin sədri N.İbrahimovaya müraciət edərək, təqdim olunmuş stasionar rejimə məxsus xəstəlik vərəqəsinin qəbul edilməsinə və sistemə işlənməsinə göstəriş verilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli ərizədən və poçt məlumatından görünür ki, İddiaçı ərizə ilə Cavabdeh MMC-nin İdarə Heyətinin sədri N.İbrahimovaya müraciət edərək, göstərmişdir ki, xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixindən onu işdən azad etməyi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Hazırda isə bu ərizə ilə bildirmək istəyir ki, "xxxx" MMC-də fəaliyyətini davam etdirmək niyyətindədir və xahiş edir ki, xx.xx.2024-cü il tarixində onun tərəfindən yazılmış ərizə etibarsız hesab edilsin. Həmçinin, Bakı şəhəri 6 saylı notariat tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli və reyestrdə 8İ-6785 nömrəsi ilə qeyd olunmuş ƏRİZƏNİN, xx.xx.2024-cü il tarixində reyestr nömrəsi 8İ-7639 nömrəli ƏRİZƏ ilə xitam olunmasının da nəzərə alınmasını xahiş etmişdir. - Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 8İ-7639 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli notarial ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində 8İ-6785 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizədən imtina etmişdir. - “X13” publik hüquqi şəxs tərəfindən Cavabdeh MMC-yə təqdim edilməsi üçün verilmiş xx.xx.2024-cü il tarixli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “bronxial astma ağır gedişli” diaqnozu ilə işdən azad edilmişdir. - “X13” publik hüquqi şəxs tərəfindən Cavabdeh MMC-yə təqdim edilməsi üçün verilmiş xx.xx.2024-cü il tarixli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “kəskin allergik övrə” diaqnozu ilə işdən azad edilmişdir. - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X14 Birliyinin Ə 020555 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı İİ qrup Qarabağ müharibəsi əlilidir. - MŞB/3/2024-00442 nömrəli xx.xx.2024-cü il tarixli mediasiya arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi barədə qərar qəbul etmədilər. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, hazırkı İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin Daxili Nəzarət Departamentinin X1 rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının və sair ödənişlərin edilməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 229 №-li əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə Təhlükəsizlik rəisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün iddiaçıya əmək haqqı ödənilməsi, İddiaçı Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 205 saat artıq iş vaxtına görə 2861,25 manat ödənilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 13 gün müddətində əmək qabiliyyətini müvəqqəti itirməsinə görə ödənilməli olan müavinətinin aylıq faktiki əmək haqqı üzrə (1200 manat) hesablanaraq ödənilməsi, məzuniyyət haqqı üçün 1366,61 manat ödənilməsi, 23 gün istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli üzrə hesablama aparılmaqla 2126,77 manat ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul hesablanaraq ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd edilən qətnamə üzrə icra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmiş və icra sənədi icra edilməsi üçün borclunun hüquqi ünvanı üzrə Nizami Rayon İcra Şöbəsinin icraatına xx.xx.2024-cü il tarixdə verilmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 06/K saylı əmri ilə, tələbkar İddiaçı Cəmiyyətin Daxili Nəzarət Departamentinin Operativ Nəzarət Şöbəsinin X1 rəisi vəzifəsinə işə bərpa edilmiş və həmin tarixdə onun bank hesabına 36919,33 manat məbləğində ödəniş edilmişdir. İcra mərhələsində, tərəflər arasında bütün mübahisələrə son qoyulması ilə bağlı könüllü razılaşma əldə edilmiş və xx.xx.2024-cü il tarixdə iki tərəfin iştirakı ilə Barışıq Sazişi imzalanmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin 1-ci bəndinə əsasən, iddiaçı və cavabdeh razılığa gəliblər ki, tərəflər arasında olan əmək münasibətlərindən irəli gələn bütün mübahisələri qarşılıqlı anlaşma yolu ilə yekunlaşdırmaq üçün hazırki “Saziş”i bağladılar. 2-ci bəndinə əsasən bu Saziş əsasında cavabdeh iddiaçıya 70 000 manat məbləğində pul vəsaitini təqdim edir və bununla da həm Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli İcra Vərəqəsi (bundan sonra “İcra Vərəqəsi”) tam şəkildə icra edilmiş hesab edilir, həm də əmək münasibətlərindən irəli gələn iddiaçının bütün digər tələbləri ödənilmiş sayılır. 3cü bəndinə əsasən, cavabdeh iddiaçının təqdim etdiyi işdən çıxma istəyi barədə ərizəsini ərizədə göstərildiyi gün icra etməyi öz üzərinə götürür. 4-cü bəndinə əsasən, hazırki Sazişin təsdiq edilməsi ilə eyni anda iddiaçı “İcra Şöbəsi”nə təqdim edilməsi üçün “İcra Vərəqəsi”nin tam şəkildə icra olunması səbəbilə icra işinin icraatına xitam verilməsi barədə ərizəsini (imzası notarial qaydada təsdiq edilməklə) cavabdehin nümayəndəsinə təqdim edir və həmin ərizə “İcra Şöbəsi”nə təqdim edilir. 5-ci bəndinə əsasən, hazırki Sazişi imzalamaqla iddiaçı təsdiq edir ki, həm “İcra Vərəqəsi”nə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək iddiaçıya ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmişdir, cavabdehin hər hansı pul və sair öhdəliyi qalmamışdır. Məhkəmə araşdırması zamanı işdə olan sübutlarla müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan barışıq sazişinin icrası məqsədi ilə, tərəflər qeyd edilən razılığa gəldikdən və yazılı şəkildə Barışıq Sazişini imzaladıqdan sonra, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı bank hesabına 70 000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən köçürülmüşdür. Pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra İddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində aşağıdakı mətndə ərizələri imzalayaraq Cavabdeh MMC-yə təqdim etmişdir: Belə ki, Nizami Rayon İcra Şöbəsinə təqdim etmək üçün verilmiş ərizədə İddiaçı qeyd etmişdir ki, “Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra işi Nizami rayon icra və probasiya şöbəsinin icraatındadır. İş üzrə borclu "xxxx" MMC qətnamə üzrə bütün borc tələblərini icra etmiş, mənim bütün tələblərim ödənilmişdir. Qeyd edilən icra sənədi üzrə borcludan heç bir tələbim yoxdur. Odur ki, “İcra haqqında ” qanunun 20.1.5-ci maddəsinə əsasən qeyd olunan icra sənədi tam icra olunduğu üçün icra işinin icraatına xitam verilməsini xahiş edirəm”. Habelə, Cavabdeh MMC-yə təqdim etmək üçün verilmiş ərizədə İddiaçı qeyd etmişdir ki, "xxxx" MMC ilə bağlanılmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə 03 may 2024-cü il tarixdə xitam verilməsini xahiş edirəm. Bildirirəm ki, həm müvafiq məhkəmə qərarı ilə işə bərpa edildiyim günədək, həm də ondan sonra son haqq-hesab gününədək mənə ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlərlə bağlı razılıq əldə edilmiş və bu günədək mənə ödənilməli bütün pul məbləğləri (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əmək haqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam ödənilmişdir. Hazırda və bundan sonra cəmiyyətdən hər hansı maddi və ya mənəvi tələbim yoxdur və olmayacaqdır.”. Bundan sonra, xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh MMC-yə yaxınlaşaraq, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı digər sənədləri (nümunəvi ərizə, iltizam formalarını) doldurub imzalayaraq, əmək müqaviləsinin ləğv edilməsi prosedurunda iştirak etmiş, qanunvericiliyə müvafiq olaraq onun işdən azad edilməsi rəsmiləşdirilmiş, bu zaman iddiaçının hər hansı etirazı olmamışdır. Bundan əlavə, İddiaçı xx.xx.2024-cü il tarixdə Nizami Rayon İcra Şöbəsində, Cavabdeh MMC tərəfindən bütün tələblərinin yerinə yetirilməsi səbəbilə icra işinə xitam verilməsi xahişini ehtiva edən ərizəsini və bundan öncə notarial qaydada təsdiq etdiyi ərizəsini İcra Şöbəsinə təqdim etmiş, bunun nəticəsində İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynov xx.xx.2024-cü il tarixli qərar qəbul edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-962/2023-016 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam vermişdir. Hazırda isə iddiaçı, 1) Cavabdeh MMC-nin 03 may 2024-cü il tarixli 42-x nömrəli xitam əmrinin AR-sı Konstitusiyasının 16, 24, 25, 31, 35, 37, 38, 46, 71, 73, 75, 125.Vİİ və 147-ci maddələrinə, eləcə də Əmək Məcəlləsinin 12, 12.k, 16, 43.3, 43.4, 46.5, 46.6, 54, 57.3, 69.3, 69.6, 69.7, 74.2, 76.1, 76.2, 83.1, 83.2, 83.4, 84.2, 84.3, 110.3, 135.1, 172.4, 209.3, 224.2, 290, 301.1-ci, MPM-nin 15.2-ci, MM-nin 50.1, 337, 339, 340.1, 560.1 və 560.3.2-ci maddələrinə əsasən ləğv edilməsi, öz işinə bərpa edilməsi, "xxxx" mmc-nin idarə heyətinin sədri tərəfindən kollektivə təqdim edilməsi və məcburi işburaxma dövrü üçün itirilmiş aylıq əmək haqqının faktiki olan 1200 manat məbləği üzrə ödənilməsi; 3) Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən 0314746, ******* və ******* nömrəli xəstəlik vərəqələrinə görə, son 12 aylıq gəlirdən hesablanan müavinətlərinin hesablanması və ödənilməsi; 3) Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsasən 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş aylıq əmək haqqımın faktiki olan 1200 manat məbləği üzrə ödənilməsi; 4) Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş faktiki 1200 manat olan aylıq əmək haqqının gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün ödənilməli əmək haqqının bir faiz məbləğinin hesablanması və ödənilməsi; 5) Əmək Məcəlləsinin 135, 140cı və 144.2-ci maddələrinə əsasən istifadə etmədiyi 90 günlük əmək məzuniyyət əvəzinə görə, son 12 aylıq gəlirdən hesablanan kompensasiyanın hesablanması və ödənilməsi; 6) Əmək Məcəlləsinin həmin tarixdə qüvvədə olan 83.2-ci və 172.4-cü maddələrinə əsasən son haqq-hesab olaraq 20 may 2022-ci il tarixində 205 saat artıq iş vaxtına görə ödənilməmiş 2861.25 manat miqdarında əmək haqqının, 21 may 2022-ci il tarixindən 29 dekabr 2023-cü il tarixinə kimi 585 gün gecikdirilməsinə görə, ƏM-nin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün ödənilməli olan bir faiz məbləğinin hesablanması və ödənilməsi; 7) Əmək Məcəlləsinin 9.e, 91.2-ci və 165-ci maddələrinə əsasən 21 may 2022-ci il tarixindən 03 may 2024-cü il tarixədək olan müddətdə (həftəlik 4 saat) ümumi olaraq isə 400 saat artıq iş vaxtına görə ikiqat əmək haqqının hesablanması və ödənilməsi; 8) Əmək Məcəlləsinin 12.k, 43.2-ci və 46.5-ci maddələrinə əsasən işəgötürən tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsində əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu günü, qanuni qüvvəsini almış 2(105)-962/2023 saylı məhkəmə qərarına əsasən xx.xx.2021-ci il tarixinin qeyd olunması, eləcə də Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarına əsasən işçinin əmək şəraitinin şərtləri — iş vaxtı, əmək haqqı, əmək məzuniyyətinin müddəti və strukturu barədə məlumatların qanunvericiliyə uyğun həqiqi və düzgün qeydlərin aparılması; 9) AR-sı Konstitusiyasının 73-cü maddəsinə və Əmək Məcəlləsinin 12-ci maddəsinin "j" bəndinə əsasən işə başladığım 10 may 2021-ci il tarixindən 20 may 2022-ci il tarixədək faktiki ödənilmiş NETT 1200 manat aylıq məbləğə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatların tam dəqiq və qanunauyğun şəkildə verilməsi; 10) Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarının 3.10-cu bəndinə əsasən ləkələnmiş əmək kitabçamın yenisi ilə əvəz olunması və müvafiq qeydlərin aparılması; 11) Məcburi işburaxma müddətində olan aylıq əmək haqqımın gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin hesablanması və ödənilməsi; 12) Eləcə də ona çəkdirilmiş mənəvi iztiraba görə mənəvi ziyan olaraq 3000 (üç min) manat məbləğin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69-cu maddəsinə əsasən, 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi bağlanmış və İddiaçı təhlükəsizlik rəisi vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Beləliklə, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən işçinin öz ərizəsi əsasında xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Belə ki, iddiaçı əvvəlki məhkəmə mübahisəsi ilə əlaqədar icra sənədinin icra mərhələsində, cavabdehlə barışıq sazişi bağlamış və barışıq sazişində üzərinə götürdüyü öhdəliyə uyğun olaraq notarial qaydada ərizə verərək, məhz xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, o cümlədən iltizamında MMC tərəfindən ona müvafiq ödənişlərin edildiyini, hazırda və gələcəkdə MMC-yə qarşı hər hansı iddiasının və tələbinin olmayacağını bildirmiş və onun xahişinə müvafiq olaraq həmin tarixdən, yəni xx.xx.2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək mübahisəsi üzrə sübut etmə yükü üzərinə düşmüş cavabdeh tərəfindən isə əmrin əsaslılığını təsdiq mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Bu yerdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixli ərizənin zorakılıq və təzyiq altında imzalandığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli barışıq sazişində müəyyən olunduğu qaydada, pul vəsaiti iddiaçının bank hesabına köçürüldükdən sonra iddiaçı Bakı şəhəri 6 saylı Notariat ofisində işdən azad olma barədə ərizəni öz imzası ilə təsdiq etmiş, bu zaman notarius hər hansı qanun pozuntusu müəyyən etməmişdir. Digər yandan, tərəflər arasında yuxarıda qeyd olunan razılaşma əldə olunmuş və bu razılaşmaya uyğun tərəflər öhdəliklərini icra etmişdir. Əmək Məcəllənin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək - əmək müqaviləsi üzrə işçinin əsas hüquqları sırasındadır. İşin hallarından göründüyü kimi, tərəflər (iddiaçı və cavabdeh) əldə olunmuş barışıq razılaşması çərçivəsində hərəkət etmiş və İddiaçı məhz xx.xx.2024-cü il tarixdən əmək münasibətlərini dayandırmaq istədiyindən, habelə işdən çıxma ərizəsində məhz bu tarixi qeyd etdiyindən işəgötürən işçinin istəyini nəzərə alaraq həmin gün, yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam vermişdir. İddiaçı könüllü ərizəsi ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi ləğv edildikdən 13 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə işəgötürənə müraciət edərək özü tərəfindən yazılmış ərizənin etibarsız hesab edilməsi, Şirkətdə fəaliyyətini davam etdirmək istədiyini, habelə notariat qaydasında verdiyi eyni tarixli ərizəsindən imtina etdiyini bildirməsinin artıq hər hansı əhəmiyyəti yoxdur, çünki həmin vaxtda iddiaçının Əmək Müqaviləsi artıq qüvvədə deyildi və iddiaçının istəyi ilə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissələrinə münasibətdə isə qeyd edir ki, həmin tələblər “əmrin ləğvi” tələbindən törəmə tələblərdir, əmrin ləğvi hissəsində iddia tələbi əsassız olduğundan, iddiaçının hazırkı hissədə tələbləri də təmin edilə bilməz, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bundan başqa, iddiaçının xx.xx.2024-cü il tarixədək olan dövrləri əhatə edən və artıq bir dəfə məhkəmə mübahisəsinin predmeti olan, habelə həmin məhkəmə icraatı çərçivəsində vaxtında irəli sürülməyən iddia tələbləri ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı yekun iddia tələbindən göründüyü kimi, iddiaçı işə daxil olduğu tarixdən etibarən bir sıra ödənişlərin düzgün edilmədiyini və ya ümumiyyətlə edilmədiyini mübahisələndirir, halbuki əvvəlki məhkəmə araşdırması zamanı həmin tələblərə baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi ilə İddiaçı həmin iddia tələbləri təmin edilmiş, sözügedən qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş, habelə həmin qətnamə əsasında verilən icra sənədi tam şəkildə icra edildiyindən, iddiaçının müraciəti əsasında Nizami Rayon İcra Şöbəsinin icra məmuru Fəxrəddin Şahhüseynovun xx.xx.2024-cü il tarixli Qərarı ilə icra işinə xitam verilmiş, icra məmurunun həmin qərarından da iddiaçı hər hansı şikayət verməmişdir; tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən iddiaçı təsdiq etmişdir ki, həm icra vərəqəsinə əsasən işə bərpa edildiyi günədək, həm də ondan sonra son haqq-hesab gününədək iddiaçıya ödənilməli olan son haqq-hesab və bütün digər ödənişlər (məcburi işburaxma müddəti üçün əməkhaqqı, artıq iş vaxtına görə əməkhaqqına əlavə, əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət, məzuniyyət haqqı, istirahət və bayram günlərində ezamiyyətdə olduğuna görə əmək haqqının iki misli, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğində pul vəsaiti və s.) tam şəkildə ödənilmiş, Şirkətin hər hansı pul və sair öhdəliyi qalmamış, hazırda və bundan sonra iddiaçının cavabdehə qarşı əmək münasibətlərindən irəli gələn hər hansı maddi və ya mənəvi ziyan tələbi yoxdur və olmayacaqdır. İşin faktiki hallarından, təqdim edilmiş sənədlərdən (qətnamə, icra vərəqəsi, barışıq sazişi və s.) göründüyü kimi, iddiaçının əmək fəaliyyəti dövrü hesab edilən xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək olan müddət üçün iddiaçıya ümumilikdə 106 919,33 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa edilsə də, cəmi bir gün - xx.xx.2023-cü il tarixdə işə çıxmış və heç bir üzrlü səbəb göstərmədən işi tərk edərək, işdən öz xahişi ilə azad edildiyi xx.xx.2024-cü il tarixədək bir daha işə çıxmamışdır. Bununla bağlı iddiaçıya dəfələrlə yazılı bildirişlər göndərilsə də, işçi işə çıxmamış, hər hansı üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “xəstəlik vərəqələrinə görə hesablanaraq müavinətin ödənilməsi, 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş aylıq əmək haqqının faktiki olan 1200 manat məbləği üzrə ödənilməsi; 01 yanvar 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan dövrü əhatə edən yanvar, fevral, mart və aprel ayları üzrə ödənilməmiş faktiki 1200 manat olan aylıq əmək haqqının gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün ödənilməli əmək haqqının bir faiz məbləğinin hesablanması və ödənilməsi; istifadə etmədiyi 90 günlük əmək məzuniyyət əvəzinə görə, son 12 aylıq gəlirdən hesablanan kompensasiyanın hesablanması və ödənilməsi; son haqq-hesab olaraq 20 may 2022-ci il tarixində 205 saat artıq iş vaxtına görə ödənilməmiş 2861.25 manat miqdarında əmək haqqının, 21 may 2022-ci il tarixindən 29 dekabr 2023-cü il tarixinə kimi 585 gün gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan bir faiz məbləğinin hesablanması və ödənilməsi; 21 may 2022-ci il tarixindən 03 may 2024-cü il tarixədək olan müddətdə (həftəlik 4 saat) ümumi olaraq isə 400 saat artıq iş vaxtına görə ikiqat əmək haqqının hesablanması və ödənilməsi; xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmək müqaviləsində əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu günü, qanuni qüvvəsini almış 2(105)-962/2023 saylı məhkəmə qərarına əsasən xx.xx.2021-ci il tarixinin qeyd olunması, eləcə də Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarına əsasən işçinin əmək şəraitinin şərtləri — iş vaxtı, əmək haqqı, əmək məzuniyyətinin müddəti və strukturu barədə məlumatların qanunvericiliyə uyğun həqiqi və düzgün qeydlərin aparılması; 10 may 2021-ci il tarixindən 20 may 2022-ci il tarixədək faktiki ödənilmiş NETT 1200 manat aylıq məbləğə görə Dövlət Vergi Xidmətinə (vergi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta, tibbi sığorta və s. barəsində) dəqiqləşdirilmiş hesabatların tam dəqiq və qanunauyğun şəkildə verilməsi; ləkələnmiş əmək kitabçasının yenisi ilə əvəz olunması və müvafiq qeydlərin aparılması; məcburi işburaxma müddətində olan aylıq əmək haqqımın gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqının bir faiz məbləğinin hesablanması və ödənilməsi” hissələrinə münasibətdə isə qeyd edir ki, bu zaman xüsusilə nəzərə alınmalıdır ki, iddia tələbinin qeyd olunan hissələrində tələb olunan məbləğlərin ümumilikdə 03 may 2024-cü il tarixədək olan dövrü əhatə etməsi müəyyən olunur ki, hansı ki, məhkəmə bir daha vurğulayır ki, hazırkı iddiaçı, cavabdehlə aralarında bağlanmış Barışıq sazişinə müvafiq olaraq qeyd olunan tarixədək və həmin tarixdən sonra cavabdehə qarşı hər hansı maddi və mənəvi tələbinin olmadığını, MMC tərəfindən ona bütün ödənişlərin edildiyini qeyd etmişdir, bunu istər notarial qaydada təsdiq edilmiş ərizəsində, istərsə də MMC-yə 03 may 2024-cü il tarixdə verdiyi iltizamda öz şəxsi imzası ilə təsdiq etmişdir. Belə olan halda, əmrin ləğvinin əsaslılığı sübuta yetirilmədiyi halda, iddia tələbinin işin yuxarıda sadalanan faktiki halları da nəzərə alınmaqla, iddia tələbinin həmin hissələrdə təmin edilməsi üçün də əsaslar yoxdur, iddia tələbi həmin hissələrdə də əsassız olduğundan rədd edilməlidir. Digər yandan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Hazırkı işin faktiki hallarından həmçinin görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi əsasında iddiaçı 03 may 2024-cü il tarixdə işdən azad olma barədə ərizə yazaraq, 07 may 2024-cü il tarixdə icra şöbəsinə müraciət edərək cavabdehdən tələbi olmadığından icraata xitam verilməsini xahiş etmiş, icraata xitam verilməsi barədə icra məmurunun qərarını mübahisələndirməmiş, 07 may və 17 may 2024-cü il tarixdə iddiaçının digər ödənişdən savayı, 36.566.74 manat əlavə olaraq DSMF hesabına da ödəniş edilmiş, iddiaçı 18 may 2024-cü il tarixdə cavabdehə müraciət edərək işdən azad olunma barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir, hüquqdan sui-istifadə halına yol vermişdir, hansı ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən sonuncu istər əvvəlki, istərsə də bundan sonra MMC-yə qarşı hər hansı maddi, mənəvi tələbinin olmadığını bildirmişdi. Bundan başqa, məhkəmə cavabdeh tərəfin etirazında iddia müddətinin tətbiq edilməsi barədə xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda iddia müddətinin tətbiqinə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddiaçı mənəvi zərərlə bağlı məhz hazırkı cavabdehə münasibətdə iddia tələbinin də əsaslılığına dair, yəni özünə mənəvi zərər vurulmasına dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmiş, hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında hansı səbəbli əlaqənin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti cəlb edilməklə “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi və pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar