Məhkəmə qərarları › İş №2(007)-2657/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2657/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2657/2019 26.12.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və X12. Ticaret LTD şirkətinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ƏhmədovaNəzifə Bayramqızı və TurkuazTekstilDış. TicaretLTD şirkətinə qarşı “əqdinetibarsızhesabedilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 2009-cu ildə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Laləli” adlanan ərazisindəki ticarət mərkəzlərində gəzərkən “X9” əmtəə nişanlı yataq dəstləri mağazasına rast gəlmiş və məhsullar onun xoşuna gəldiyindən, mağazadan xeyli miqdarda mal alaraq, həmin malları satmaq üçün Azərbaycana gətirmişdir. Həmin malları satdıqdan sonra, yenidən həmin mağazadan bir neçə dəfə mal alaraq, onların Bakı şəhərində satışını həyata keçirməyə başlamışdır. Həmin malların satışını “Binə” ticarət mərkəzində kirayələdiyi mağazada həyata keçirmişdir. Təxminən 2013-cü ildə “X9” məhsullarının Azərbaycanda təmsilçiliyini həyata keçirən “Sədərək bazarı” kimi tanınan ərazidəki mağazanı işlədən Zeki Baydemir adlı Türkiyə vətəndaşı ona müraciət edərək, onsuzda onun “X9” məhsullarını daha çox həcmdə satdığını və Azərbaycanda “X9” məhsullarının satışını həyata keçirən şəxs kimi tanındığını, özlərinin Azərbaycanda həmin məhsulların satışını daha böyük həcmdə həyata keçirmək üçün tanıtım işlərini apara bilmədiklərini bildirərək, daha böyük dövriyyə ilə işləmək üçün həmin mağazanı işlətməyi və onun “X10”nın Azərbaycandakı təmsilçisi kimi tanınması üçün “X9" əmtəə nişanının sahibi olan “X12Ticaret LTD” şirkətinin rəhbərliyi ilə danışacağını bildirmişdir. Bundan sonra, onu “X11 Ticaret LTD" şirkətinin rəhbərləri kimi təqdim edən Vedat Akbulut və Ömer Turanla tanış etmişdir. Danışıqları zamanı Vedat Akbulut və Ömer Turan onların məhsullarının Azərbavcanda yüksək səviyyədə tanıdaraq, satış həcmini qaldırmasından xəbərdar olaraq, bundan məmnun olduqlarını və onunla işləməyə hazır olduqlarını bildirmişlər. Onların şərtlərinə əsasən, onun il ərzində onlardan 165000 (bir yüz altmış beş min) ABŞ dolları dəyərində mal alacağı təqdirdə, məhsullarının Azərbaycandakı təmsilçiliyini ona verə biləcəklərini söyləmişlər. Onlara həmin məbləğdə pulunun olmadığını bildirdikdə, onunla belə razılaşmışlar ki, o, öz hesabına "X9" məhsullarının tanıtım reklamını edəcəyi təqdirdə, bir müddət ona malları nisyə göndərə bilərlər. Lakin bunun üçün təminat kimi, göndəriləcək məhsulların ümumi dəyərindəki məbləğinə onların burada olan etibarlı adamı ilə borc müqaviləsi bağlamalıdır. Cavabdeh “X12 Ticarct LTD” şirkəti ilə "X9” əmtəə nişanlı məhsullarının satışının həyata keçirilməsi üzrə təmsilçiliyin həyata keçirilməsinin təminatı olaraq, cavabdeh X3 ilə aralarında 15 may 2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınmış borc müqaviləsi bağlanmışdır. Bundan sonra, cavabdeh “X12 Ticarct LTD” şirkəti tərəfindən ona “X9” əmtəə nişanlı məhsulları göndərilməyə başlamışdır. Bir müddət qeyd eldiyi dəyərdə məhsulları alaraq, onların dəyərini cavabdeh "X12 Ticaret LTD” şirkətinin rəhbəri Vedat Akbuluta və ya onun dediyi şəxslərə ödəsə də, cavabdeh tərəfindən mallar ABŞ dolları ilə təqdim edildiyindən 2014-cü ildən ABŞ dollarının məzənnəsinin qalxması ilə əlaqədar malların maya dəyəri bahalaşdığından, alıcılıq qabiliyyəti zəifləməyə başlamış və artıq cavabdehə yuxarı məbləğdə mal ala bilməyəcəyini söyləmişdir. Cavabdehdən aldığı malların dəyərini onlara tam ödəmişə və onlara vermiş olduqları mallara görə heç bir borcu qalmamışdır. Lakin, 2017-ci ildən artıq alıcılıq qabiliyyəti tam olaraq aşağı düşdüyündən, cavabdehə həm malların satış dəyərində endirim etməyi, həm də illik alınacaq malların dövriyyə məbləğini aşağı salmasını istəsə də, cavabdeh bunun mümkün olmamasını bildirdiyindən, belə olan halda, artıq onlarla çalışa bilməyəcəyini söyləmişdir. Bundan sonra Türkiyə bazarında daha sərfəli qiymətlərlə eyni növ malları təklif edən istehsalçıları axtarmağa başlamış və cavabdeh "X12 Ticaret LTD” şirkətinin rəhbəri Vedat Akbulut bundan xəbər tutduqda Nəzilə Əhmədovanın adından ona qarşı borc tələbinə dair iddia qaldırmışdır. Sonradan öyrənmişdir ki, borc müqaviləsi bağladığı Cavabdeh1 "X9” əmtəə nişanlı məhsulların Rusiyadakı təmsilçisi olan "Natiq Əhmədov”un anasıdır. Vedat Akbulutdan buna aydınlıq gətirməsini tələb etdikdə, o, bildirmişdir ki, həmin iddia sadəcə təsir vasitəsidir və bu yolla onu əməkdaşlıq etməyi davam etdirməyə sövq etmək istəyir. Vedat Akbulut onu əmin etdi ki, əgər “X12 Ticaret LTD” şirkəti ilə əməkdaşlığı davam etdirməyə razılıq versə, həm Nəzilə üçün tutduqları vəkildən iddiasını geri çəkməsini tələb edəcəklər, həm də ona malların dəyərini aşağı qiymətlə təklif edərək illik alış dövriyyəsini aşağı sala bilər. Bununla bağlı danışıqlar aparmaq üçün Vedat Akbulut onu Türkiyəyə dəvət etmiş və Türkiyədə onunla görüşərək, vermiş olduqları iddialarının saxta olması, saxta müqavilə əsasında ondan tələb etdikləri olmayan pul məbləğini müddət ötdüyündən ala bilməyəcəklərini söyləmişdir. Görüşləri zamanı Vedat Akbulut bir daha onu əmin etmişdir ki, Nəzifə Bayramova bu işdə heç kimdir və hər şey onun istəyindən asılıdır və onunla əməkdaşlıq etməkdə maraqlıdırlar. Lakin, əməkdaşlığı davam etdirmək üçün Nəzifə xanımla daha aşağı illik dövriyyə məbləğinə, yəni 125000 (bir yüz iyirmi beş) ABŞ dollarına yeni razılaşma bağlamalı idi. Vedat Akbulutun həm özünün, həm ümumi tanışlarının xahişlərini, həm də ki, cavabdehlə aralarında olan uzunmüddətli işgüzar münasibətləri nəzərə alaraq Bakıya qayıtdıqdan sonra 06 fevral 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınmış barışıq razılaşması bağlamış və cavabdehlər də öz iddialarını geri götürmüşlər. Bundan sonra, cavabdehdən 5000-10000 ABŞ dolları dəyərində nağd pulla mal alsa da, telefon danışıqları zamanı ondan söz verdiyi kimi nisyə mal verməsini istəsə də, cavabdeh malların pulunu nağd ödəməsini, ona pul göndərməsini tələb etdiyindən, onunla əməkdaşlığı dayandırmışdır. Onunla Cavabdeh1 arasında hər hansı bir borc münasibətləri olmamış, sonuncudan heç vaxt 165000 ABŞ dolları dəyərində borc almamış, həm 15 may 2013-cii il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınmış borc müqaviləsi, həm do onun əsasında 06 fevral 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınmış barışıq razılaşması cavabdeh ‘X12 Ticaret LTD)” şirkəti ilə aralarında olan satış təmsilçiliyinin həyala keçirilməsi məqsədilə bağlanmışdır. Cavabdeh Nəzilə Əhmədova ilə nə əqdin (borc müqaviləsinin) bağlanmasından əvvəlki, əqd bağlanan dövrdə və ondan sonrakı dövrdə heç bir tanışlığı və borc münasibəti olmamış, əslində aralarında bağlanmış borc müqaviləsi zamanı əsl niyyəti (iradə ifadəsi) cavabdehdən borc almaq olmamış, iradə ifadəsi buna yönəlməmiş, əsl niyyət onunla digər cavabdeh X12 Ticaret LTD şirkəti ilə aralarında yaranmış işgüzar münasibətlər üzrə illik tərəllər arasında nəzərdə tutulmuş dəyərdə malların alınmasını təmin etməyə yönəlmişdir. Göstərilənlərə əsasən, cavabdeh X3 ilə onun arasında 15 may 2013-cii il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsinin və 06 fevral 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-İ29 reyestr nömrəsi ilə qeydə alınaraq bağlanmış barışıq razılaşmasının etibarsızlığına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin o bildirdi ki, tərəflər arasında barışıq razılaşması bağlanıldıqdan sonra onlar arasındakı münasibətlə 2018-ci ilin dekabr ayında tamamilə pozulmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və X12. Ticaret LTD şirkətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 15 may 2013-cü il tarixli Borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 165 000 ABŞ dolları məbləğində borc pul almışdır. - 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasından görünür ki, Cavabdeh1 tərəfindən 15 may 2013-cü il tarixli Borc müqaviləsinə əsasən İddiaçı verilmiş 165 000 ABŞ dolları məbləğində pul vəsaitinin güzəştli şərtlərlə qaytarılmsına dair razılığa gəlmişlər. Tərəflər arasında borc müqaviləsi imzalandıqdan sonra borc alan İddiaçı maddi vəziyyətində baş vermiş dəyişiklikləri nəzərə alaraq borcverən Cavabdeh1 qaytarılacaq məbləğin miqdarında güzəştə gedir və razılaşmanın bütün şərtləri yerinə yetiriləcəyi halda tərəflər qarşılıqlı razılaşma əsasında qaytarılacaq borcun məbləğini 125 000 ABŞ dolları məbləğində müəyyən etmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı “X9” əmtəə nişanlı yataq dəstləri mağazasıdan məhsul alaraq, həmin məhsulları satmaq üçün Azərbaycana gətirmişdir. Həmin məhsulları satdıqdan sonra, yenidən həmin mağazadan bir neçə dəfə mal almış, onların Bakı şəhərində satışını həyata keçirməyə başlamışdır. Həmin malların satışını “Binə” ticarət mərkəzində kirayələdiyi mağazada həyata keçirmişdir. Bundan sonra İddiaçı “X9” məhsullarının Azərbaycanda təmsilçiliyini həyata keçirmək üçün Zeki Baydemir adlı şəxsin vasitəçiliyi ilə özlərini “X12 Ticaret LTD” şirkətinin rəhbərləri kimi təqdim edən Vedat Akbulut və Ömer Turanla görüşmüdür. Tərəflər arasında əldə olunmuş şifahi razılaşmaya əsasən, İddiaçı X12. Ticaret LTD şirkətindən məhsulları nisyə olaraq götürəcək, məhsulu satdıqdan sonra pulunu qaytaracaqdır. Tərəflərin şifahi olaraq razılaşdıqları nisiyə alqısatqı müqavilsəinin təminatı olaraq İddiaçı cavabdeh X3 ilə 15 may 2013-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin razılaşmaya əsasən, İddiaçı Cavabdeh1 165 000 ABŞ dolları məbləğində borc pul almışdır. Tərəflər aralarındakı şifahi razılaşmaya uyğun ticarət etmişdir. Lakin, ABŞ dollarının məzənnəsinin qalxması ilə əlaqədar iddiaç cavabdehə artıq həmin məbləğdə məhsul ala bilməyəcəyini və artıq onlarla çalışa bilməyəcəyini söyləmişdir. Bundan sonra X7 Əmirovaya qarşı borc tələbinə dair iddia qaldırmışdır. Budan sonra, 06 fevral 2018-ci il tarixdə tərəflər rasında barışıq razılaşması bağlamış və Nazilə Əhmədova öz iddiasını geri götürmüşdür. Həmin barışıq razılaşmasına əsasən, İddiaçı qaytarmalı olduğu borcun məbləğini 125 000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bundan sonra tərəflər bir müddət ticarət etsə də, X12. Ticaret LTD şirkəti tərəfindən İddiaçı nisiyə məhsul verilməmiş, sonuncu məhsulları nağd almışdır. Ona görə də 2018-ci ilin dekabr ayından İddiaçı X12. Ticaret LTD şirkəti ilə ticarət əlaqələrini dayandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 342.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə ilk olaraq, iddia tələbinin “İddiaçı cavabdeh X3 ilə onun arasında 15 may 2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissəsinə münasibət bildirərək aşağıdakıları qey edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsi əhəmiyyətsiz əqddir. Həmin əqdin barəsində mübahisə edilib-edilməməsindən asılı olaraq etibarsızdır. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013-cü il tarixdə borc müqaviləsi bağlansa da İddiaçı Cavabdeh1 ümumiyyətlə tanımamışdır. Sözügedən borc müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Belə ki, İddiaçı cavabdeh X12. Ticaret LTD şirkətindən alacağı məhsulların məbləğini nağd ödəmək üçün kifayət qədər pul vəsaiti olmadığından, həmin malları nisiyə olaraq alacağı barədə razılığa gəlmişlər. X8 Dış. Ticaret LTD şirkətinin rəhbərəli kimi təqdim edən Vedat Akbulut və Ömer Turanın təklifi ilə həmin nisiyə alqı-satqı müqaviləsinin təminatı olaraq onların tanıdığı bir şəxslə borc müqaviləsi bağlamağa razı olmuşdur. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsi əslində başqa bir əqdi pərdələmək üçün bağlanmışdır və belə olan halda qanunvericiliyin tələbinə əsasən, həmin əqd yalan əqd sayılır. Yalan əqdlər isə əhəmiyyətsiz əqdlərdir və bağlandığı andan etibarsızdır. Məhkəmə İddiaçı ilə Cavabdeh1 arasında 06 fevral 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınaraq bağlanmış barışıq razılaşmasına münasibətdə qeyd edir ki, həmin barışıq razılaşması Cavabdeh1 tərəfindən 15 may 2013-cü il tarixli Borc müqaviləsinə əsasən İddiaçı verilmiş 165 000 ABŞ dolları məbləğində pul vəsaitinin güzəştli şərtlərlə qaytarılmsına dair razılaşmadır. Belə olan halda məhkəmə qeyd edir ki, 15 may 2013-cü il tarixli borc müqaviləsi əhəmiyyətsiz əqd olduğundan həmin əqdin əsasında bağlanmış 06 fevral 2018-ci il tarixli barışıq razılaşması da etibarsızdır. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanılmış borc müqaviləsi və onun əsasında bağlanılmış barışıq raşılaşması əhəmiyyətsiz əqd olduğundan və qanunvericiliyin tələbinə əsasən belə əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqd hesab olunduğundan Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət hazırki müqavilələrə tətbiq oluna bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsi və 06 fevral 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınaraq bağlanmış barışıq razılaşması etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M/707 saylı reyestrlə qeydə alınaraq bağlanmış borc müqaviləsi və 06 fevral 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 3M-129 reyestr nömrəsi ilə qeydə alınaraq bağlanmış barışıq razılaşması etibarsız hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar