Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2660/2025 09.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pu tələbi” ) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə Cavabdeh "xxxx" MMC-nin vəkil və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, ünvan 1 ünvanda inşa edilən yüksək mərtəbəli binanın 3-cü blok, 5ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 2 otaqlı, 192 saylı mənzilin ona təhvil verilməklə onun həmin mənzilə köçürülməsi, habelə cavabdeh tərəfindən həmin mənzillə bağlı edilən qanunsuz təsirin və maneələrin cavabdeh "xxxx" MMC-yə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkil və nümayəndəsi xx.xx.2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda inşa edilən yüksək mərtəbəli binanın 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 2 otaqlı, 192 saylı mənzilin dəyərindən ödənilməmiş qalan 11.400 manat pulun onun tərəfindən cavabdeh "xxxx" MMC-yə ödənilməklə ona təhvil verilməklə onun həmin mənzilə köçürülməsi, habelə cavabdeh tərəfindən həmin mənzillə bağlı edilən qanunsuz təsirin və maneələrin cavabdeh "xxxx" MMC-yə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının vəkil və nümayəndəsi xx.xx.2026-cı il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" MMC-dən 79.579.50 manat pulun və 330 manat məbləğində dövlət rüsumunun, cəmi 79.909.5 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının vəkil və nümayəndəsi xx.xx.2026-cı il tarixində iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" MMC-dən 70.980 manat pulun və ödədiyi 330 manat məbləğində dövlət rüsumunun, cəmi 71.310 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlayaraq ünvan 2 ünvanda inşa edilən yüksək mərtəbəli binanın 3-cü blok, 5ci mərtəbə, ümümi sahəsi 78,3 kvm. olan 192 saylı, 2 otaqlı mənzilini 66.000 manata almışdır. İlkin olaraq cavabdehə 50.000 manat ödəmiş, sonra isə cavabdehə 4.600 manat pulu hissə-hissə ödəmişdir. Qalan 11.400 manat pulu bu günə qədər cavabdehə təqdim edə bilmir. Belə ki həmin pulu ondan götürən yoxdur. Çünki "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi qaldırılmışdır və məsul şəxs bilinməmişdir. O, öz mənzilnə dəmir qapı qoymuşdu, lakin bu yaxınlarda o, mənzilinə gəlib baş çəkəndə görmüşdür ki, onun mənzilinin dəmir qapısı çıxarılıb ora başqa bir qapı yerləşdirilmişdir. Hal-hazırda bina tikilib başa çatmışdır. Lakin, o, pul verib aldığı mənzili təmir edib ora köçüb yaşaya bilmir. Cavabdeh ona aldığı mənzili təmir etməyə qoymur, ona müxtəlif bəhanələr gətirir, vaxt qazanmağa çalışır. Cavabdeh onun mənzilinin dəmir qapısını çıxarıb başqa qapı qoymuş və onu öz mənzilinə buraxmır. Dəfələrlə cavabdehə aldığı mənzili təmir edib köçməyini, mənzilin qalan 11.400 manatını ödəmək istədiyini bildirsə də, ona bu barədə imtina edilmişdir. Hal-hazırda həmin mənzil tikilib qurtarmasına baxmayaraq sözügedən mənzili ona təhvil verməmiş və təhvil verməkdən imtina edir. Belə olan halda o məhkəməyə müraciət etməyi qarara almışdır.
6. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, o, Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda inşa edilən yüksək mərtəbəli binanın 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m, 2 otaqlı, 192 saylı mənzilin dəyərindən ödənilməmiş qalan 11.400 manat pulun onun tərəfindən cavabdeh "xxxx" MMC-yə ödənilməklə mənzilin ona təhvil verilməsi, onun həmin mənzilə köçürülməsi, habelə cavabdeh tərəfindən onun həmin mənzillə bağlı edilən qanunsuz təsir və maneələrin cavabdeh "xxxx" MMC-yə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin bu günə qədər cavabdeh nə ona satdığı mənzili, nədəki cavabdehə ödədiyi pulu geri qaytarmır. Cavabdeh ondan aldığı pulu binanın tikintisinə sərf etmiş, oradan fayda götürmüş, lakin 2 otaqlı, 192 saylı mənzili ona verməkdən imtina edir. Hesab edir ki, cavabdeh ödədiyi 54.600 manat pulu və gecikdirilmiş vaxt üçün illik faizi dərəcəsi hesablanmaqla ona ödəməyə borcludur. 2020-ci il üzrə-54600 manat x illik 7.25% = 3.958.5 manat; 2021-ci il üzrə-54600 x illik 7.25 % = 3.958.5 manat; 2022-ci il üzrə -54.600 manat x illik 8.25 % = 4.504.5 manat; 2023-cü il üzrə - 54.600 manat x illik 8.5 % = 4.641 manat; 2024-cü il üzrə - 54.600 manat x illik 7.5 % = 4.095 manat; 2025-ci il üzrə - 54600 manat x illik 7% = 3.822 manat. Cəmi 54.600+24.979.5 manat=79.579.50 manat.
7. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh "xxxx" MMC-dən 79.909.50 manat məbləğində pulun və 330 manat məbləğində dövlət rüsumunun, cəmi 79909.50 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədən həmin pulun Mülki Məcəllənin 449cu maddəsinin tələblərinə uyğun olaraq ona alınıb verilməsini xahiş etmişdir. Lakin hazırda iddia tələbini dəqiqləşdirərək məhkəmədən iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq həll edilməsini xahiş edir. Belə ki, 54.600 x illik 5%=2730 manat, 2730 manat x 6 il=16.380 manat, 54.600+16.380 manat=70.980 manat.
İş materialları :
8. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il il tarixli, 192002 nömrəli müqaviləndən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 192 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 843 manat təyin edilir. Cəmi 78.3 kv.m sahəsi üçün 66000 manat təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan,192 nömrəli mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 80% miqdarında, yəni 50000 manat məbləğində ödənilmişdir.
9. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 192 nömrəli mənzilin dəyərindən 1000 manat ödəmişdir.
10. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok,5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 192 nömrəli mənzilin dəyərindən 1000 manat ödəmişdir.
11. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 192 nömrəli mənzilin dəyərindən 800 manat ödəmişdir.
12. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok,5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan,192 nömrəli mənzilin dəyərindən 800 manat ödəmişdir.
13. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 192 nömrəli mənzilin dəyərindən 1000 manat ödəmişdir.
14. İş materiallarına mənzilin fotoşəkilləri əlavə edilmişdir.
15. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxsləri X12 və qeyriləri barəsində icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxslərin siyahısında İddiaçı adlı şəxs yoxdur. Həmçinin məktubda qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 2 otaqlı, 192 nömrəli mənzillə bağlı baxılan iş üzrə mübahisə mövcud deyildir. İş materiallarına görə 192 saylı mənzil binanın 3-cü bloku, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 55.6 kv.m olan 1 otaqlı mənzildir və həmin mənzillə bağlı X3 zərərçəkmiş şəxs qismində tanınmışdır.
16. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı gedişində İddiaçı "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33-də yerləşən çoxmərtəbəli yaşayış binasından mənzil alması ilə bağlı istintaq aparılmamış və hər hansı bir məlumat mövcud deyildir. 12 oktyabr 2023-cü il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır cinayətlər məhkəməsinə göndərilmişdir.
17. "xxxx" MMC tərəfindən Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanda inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 78.3 kv.m olan, 2 otaqlı mənzilin nömrəsi 192 saylı yox, 189 saylıdır və həmin mənzil “Pilot” layihəyə əsasən evi sökülmüş sakin X2 məxsusdur.
18. "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Şərifzadə 33 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli, 92 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə etməklə 60 kv.m təmirli mənzilin “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntüsü üçün “MMC”-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
19. "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il il tarixli, 178002 nömrəli müqaviləndən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 81.5 kv.m olan, 178 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub təmirli bir pay kimi verir.
20. "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il il tarixli, 189002 nömrəli müqaviləndən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 189 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub təmirli bir pay kimi verir.
21. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş ÖM seriyalı, 197448 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 evin 24.8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 78 saylı mənzil xx.xx.2004-cü il tarixdə xüsusi mülkiyyət kimi X1 adına hüquqi qeydiyyatdan keçirilmişdir.
22. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılaraq 12 oktyabr 2023-cü il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. İstintaq zamanı ünvan 6-də yerləşən binanın 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 2 otaqlı, 189 saylı mənzilinə dair araşdırma aparılmamış, X4 zərərçəkmiş şəxs kimi tanınmamışdır.
23. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbər vəzifəli şəxsləri X12 və qeyriləri barəsində icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxslərin siyahısında X4 adlı şəxs yoxdur. Həmçinin məktubda qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 2 otaqlı, 189 nömrəli mənzillə bağlı baxılmış iş üzrə mübahisə mövcud deyildir.
24. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 3-cü blok, 5-ci mərtəbəsinə dair layihə sənədlərinin təsdiq edilmiş surətinin verilməsi barədə xx.xx.2025-ci il tarixli 5-99/2- 1413/2025 nömrəli sorğuya Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirilir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.
25. İş materiallarına Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında yüksəkmərtəbəli yaşayış binasının 4-cü blokunun lahiyəsi əlavə edilmişdir.
26. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin X12, X5 və X7 barəsində çıxardığı 03 oktyabr 2025-ci il tarixli 1(101)- 133/2025 nömrəli hökmünün surəti Sizə göndərilir. Əlavə olaraq bildirilir ki, cinayət işinin həcminin böyüklüyü (28 cilddən ibarət istintaq və 10 cilddən artıq məhkəmə materialları), həmçinin iş yükünün çoxluğu ilə əlaqədar hazırkı məktubda, eləcə də bundan əvvəl verilmiş sorğularda qeyd etdiyiniz ayrı-ayrı zərərçəkmiş şəxslərə (iş üzrə onların sayı 278 nəfərdir) aid müxtəlif müqavilələrin, ödəniş qəbzlərinin, layihə sənədlərinin, mənzillərin plan cizgilərinin və nömrələnməsi ilə bağlı sənədlərin və s. olub-olmamasına dair müraciətin cavablandırılması imkan xaricindədir. Həmin sənədlərin mövcud olubolmamasının müəyyən edilməsi üçün cinayət işinin materiallarına baxış keçirilməsi zəruridir. Bu məqsədlə səlahiyyətli nümayəndəniz məhkəməyə müraciət edərsə, onun üçün bütün şərait yaradılacaqdır.
27. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Baş İdarənin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işi üzrə ünvan 9 ünvanda yerləşən binanın mənzillərinin nömrələnməsinə dair sənədlər zərurət olmadığından MMC-dən götürülməmişdir və qeyd olunan sənədlərlə bağlı "xxxx" MMC-yə müraciət olunmalıdır.
28. "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 192003 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbə, ümumi sahəsi 134.5 kv.m olan, 192 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verir.
29. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
30. xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 205 manat dövlət rüsumu ödənilmişdir.
31. xx.xx.2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 25 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
32. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkil və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, 5% ödənişini iddiaçı tərəfindən pul ödənildiyi vaxtdan 6 il müddətinə tələb edirlər. Mənzil olmadığı üçün onlar pul tələb edirlər.
33. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin vəkil və nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, müqavilə üzrə ödənilən vəsaitin tutulması hissəsində iddia tələbini qəbul edirlər, lakin əlavə 5% ödənişinə dair hissədə iddia tələbini qəbul etmirlər.
İşin faktiki halı :
34. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 192002 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 192 nömrəli mənzili pay kimi İddiaçı verməyi öhdəsinə götürmüşdür.
35. Mənzilin dəyəri bir kv.m sahəsi üçün 843 manat, ümumi 66000 manat təşkil etmişdir. Sözügedən müqaviləyə əsasən mənzilin dəyərinin 50000 manat hissəsinin müqavilə bağlanılan zaman qalan hissəsinin müqavilənin ayrılmaz əlavəsi olan ödəniş cədvəlinə əsasən ödənilməsi razılaşdırılmışdır.
36. Mənzilin dəyərinin 50000 manat hissəsi müqavilə bağlanılan zaman, 1000 manat ödəniş xx.xx.2019-cu il tarixində, 1000 manat ödəniş xx.xx.2020-ci il tarixində, 800 manat ödənişi xx.xx.2020-ci il tarixində və 800 manat ödənişi xx.xx.2020-ci il tarixində edilmiş, 11400 manat ödəniş isə ödənilməmişdir.
37. Cavabdeh "xxxx" MMC-nin rəhbər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78.3 kv.m olan, 192 nömrəli mənzil ilə bağlı mübahisə mövcud olmamışdır.
38. Cinayət işi üzrə Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55.6 kv.m olan, 192 nömrəli mənzil ilə bağlı olmuş və həmin mənzil ilə bağlı X3 zərərçəkmiş şəxs qismində tanınmışdır.
39. Cavabdeh tərəfindən təqdim edilmiş müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 134.5 kv.m olan, 192 nömrəli mənzil ilə bağlı xx.xx.2018-ci il tarixində X6 ilə müqavilə bağlanılmışdır.
40. İddiaçıya MTK tərəfindən göstərilmiş mənzil Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5ci mərtəbəsində yerləşən ümumi sahəsi 78.3 kv.m olan, mənzil 189 nömrəli olub, “Pilot” layihəyə əsasən evi sökülmüş sakin X2 təhvil verilmişdir.
Məhkəmə baxışının hədləri:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır
Məhkəmənin mövqeyi :
44. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
45. İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı 70980 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə öhdəliyin icra edilməməsi, mənzilin ona təhvil verilməməsi ilə əsaslandırılmışdır.
46. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
47. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
48. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı ilk olaraq məhkəməyə müqavilə üzrə öhdəliyin icra edilməsi tələbi ilə müraciət edərək müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 78.3 kv.m olan,192 nömrəli mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
49. Müvafiq tələb üzrə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində sahəsi 78.3 kv.m olan 192 nömrəli mənzil yoxdur.
50. Müəyyən edilmişdir ki, cavabdeh MMC-nin rəhbər vəzifəli şəxsləri barəsində olan cinayət işi materiallarına əsasən həmin mərtəbədə yerləşən 192 nömrəli mənzilin sahəsi 55.6 kv.m olub, həmin mənzil ilə bağlı X3 zərərçəkmiş şəxs qismində tanınmışdır.
51. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqaviləyə əsasən isə müəyyən edilmişdir ki, həmin mərtəbədə yerləşən 192 nömrəli mənzilin sahəsi 134.5 kv.m olub, həmin mənzil ilə bağlı xx.xx.2018-ci il tarixində X6 ilə müqavilə bağlanılmışdır.
52. Həmçinin müəyyən edilmişdir ki, həmin mərtəbədə yerləşən 78.3 kv.m sahəsi olan mənzilin nömrəsi 189 olub, “Pilot” layihəyə əsasən evi sökülmüş sakin X2 verilmişdir.
53. Yəni işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 192 nömrəli mənzilin sahəsi müqavilə üzrə iddiaçıya təhvil verilməli olan sahə ilə eynilik təşkil etmir. Həmin mərtəbədə 78.3 kv.m sahəsi olan 192 nömrəli mənzil yoxdur. Həmin mərtəbədə yerləşən ümumi sahəsi 78.3 kv.m olan və cavabdeh MMC tərəfindən iddiaçıya göstərilmiş mənzilin nömrəsi 189 olub, evi sökülmüş sakinə təhvil verilmişdir. Yəni 189 mənzilə tələb irəli sürüləcəyi halda həmin mənzil başqa şəxsə təhvil verildiyi üçün iddiaçıya təhvil verilməsi faktiki olaraq mümkün deyildir.
54. Məhkəmə icraatı zamanı Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində ümumi sahəsi 78.3 kv.m olan, 192 nömrəli mənzil olmadığı və iddiaçıya göstərilmiş, sahəsi 78.3 kv.m olan mənzilə dair başqa şəxslə müqavilə bağlanıldığı və mənzilin həmin şəxsə təhvil verildiyi müəyyən edildiyi üçün iddiaçı tərəfindən iddia tələbi dəyişdirilərək cavabdehdən mənzilə görə ödənilmiş 54600 manat pul vəsaitinin və həmin pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 16380 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş edilmişdir.
55. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürülən öhdəlik 6 il müddətində icra edilmədiyindən, o cümlədən mənzil ilə bağlı mübahisə olması, mənzilin başqa şəxsə təvil verilməsi müəyyən edildiyindən iddiaçı müqavilədən imtina edərək ödədiyi pul vəsaitinin geri ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
56. Cavabdehin vəkil və nümayədəsi iddia tələbini qismən, 54600 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qəbul edərək həmin pul vəsaitini ödəməyə razı olduqlarını bildirmişdir.
57. Ümumiyyətlə cavabdehin vəkil və nümayəndəsinin iddia tələbinə münasibəti belə olmuşdur ki, inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində iddiaçı ilə bağlanılmış müqavilə şərtlərinə uyğun mənzil olmamışdır. İddiaçıya təqdim edilən müqavilədə formal olaraq nömrə və kvadrat yazılmışdır. 189 və 192 nömrəli mənzillər eyni mənzil deyildir. İddiaçıya 189 nömrəli mənzil göstərilsə də, məhz qeyd edilən əməllərə görə cinayət işi başlanılmışdır.
58. Məhkəmə qeyd edir ki, cavabdehin vəkil və nümayəndəsi izahatında iddiaçı ilə müqavilə bağlanılan zaman müqavilə şərtlərinə uyğun mənzil olmadığı, formal olaraq müqavilədə sahə və nömrə qeyd edildiyini bildirsə də, məhkəmə qeyd edir ki, cavabdehin vəkil və nümayəndəsi tərəfindən verilmiş belə məzmunlu izahat iddiaçı ilə bağlanılmış müqaviləyə etibarsız müqavilə kimi yanaşmaq üçün əsas ola bilməz.
59. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanılmış müqavilə etibarlı müqavilə olub, yalnız müqavilə üzrə öhdəliyin icrası cavabdeh tərəfindən mümkün olmadığından (mənzil başqa şəxsə təhvil verildiyi və cavabdeh tərəfindən başqa mənzilin verilməsi mümkün olmadığından) iddiaçı haqlı olaraq ödənilmiş pul vəsaitinin geri ödənilməsini tələb etmişdir.
60. Odur ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik icra edilmədiyindən, icrasının mümkünsüzlüyü müəyyən edildiyindən və cavabdeh tərəfindən iddia tələbi həmin hissədə qəbul edildiyindən cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 54600 manat məbləğində pul vəsaiti tutulmalıdır.
61. İddia tələbinin “pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 16380 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi hazırki hissədə qismən təmin edilərək cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 16.364.02 manat məbləğində pul vəsaiti tutulmalıdır.
62. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
63. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.
64. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.
65. Hazırki mülki iş üzrə cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi işin mübahisəsiz halıdır.
66. Belə ki, cavabdehin vəkil və nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə bağlanılan zaman müqavilə üzrə öhdəliyin icrası niyyəti ilə deyil, pul vəsaitini əldə etmək niyyəti ilə müqavilə bağlanılmışdır. İşin faktiki halı da odur ki, cavabdeh tərəfindən iddiaçıya mənzil təhvil vermək öhdəliyi götürülməsinə baxmayaraq mənzil təhvil verilməmiş, həmin mənzilə dair başqa şəxslə müqavilə bağlanılaraq mənzili ona təhvil vermişdir. Yəni iddiaçı 6 il ərzində cavabdeh tərəfindən ona mənzil təhvil veriləcəyi ümidi ilə gözləməsinə baxmayaraq cavabdehin vəkil-nümayəndəsinin izahatına əsasən cavabdeh iddiaçıya mənzil təhvil vermək niyyətində olmamış, lakin əldə etdiyi pul vəsaitini də iddiaçıya geri ödəməmişdir.
67. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Lakin gecikdirilmiş müddətə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır.
68. Belə ki, iddiaçının vəkil və nümayəndəsi pul vəsaitinin ödənildiyi vaxtdan 6 il üçün gecikdirilmiş məbləğə 5% ödənilməsi tələbini irəli sürsədə, müəyyən edilmişdir ki, hesablama zamanı iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin hissə-hissə ödənilməzi nəzərə alınmamışdır.
69. Belə olan halda məhkəmə qeyd edir ki, məhkəmə qeyd edir ki, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış məbləğ pul vəsaitlərinin ödənildiyi tarixlərdən etibarən 6 illik müddət üçün hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən hesablanan faiz məbləği olaraq aşağıdakı qaydada hesablanmaqla 16364.02 manat pul vəsaiti tutulmalıdır:. 50000x5/100/365x2192=15.013,69; xx.xx.2019-cu il tarixli ödəniş 1000X5/100/365x2192=300.27; xx.xx.2020-ci il tarixli ödəniş 1000X5/100/365x2192=300.27; xx.xx.2020-ci il tarixli ödəniş 1000x5/100/365x2172=297.53; xx.xx.2020-ci il tarixli ödəniş 800x5/100/365x2142=234.73; xx.xx.2020-ci il tarixli ödəniş 800x5/100/365x1985=217.53.
Məhkəmə xərcləri :
70. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 302.89 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
71. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 54600 manat və gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 16.364.02 manat olmaqla, cəmi 70964.02 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 302.89 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva