Məhkəmə qərarları › İş №2(007)-2668/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2668/2024

21.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2668/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi 3 saylı Xüsusi Təhsil Məktəbinin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi 3 saylı Xüsusi Təhsil Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb:

1. İddiaçı cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi 3 saylı Xüsusi Təhsil Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi 3 saylı Xüsusi Təhsil Məktəbi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 149 nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi, işə bərpa olunanadək məcburi işburaxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqının cavabdeh şirkətdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslər:

2. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 elektron kabinet vasitəsilə ərizə verərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi 3 saylı Xüsusi Təhsil Məktəbinin vəkili və nümayəndəsi Vəkil2 mülki işin baxılmamış saxlanmasına etiraz etmədi.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

Məhkəmənin mövqeyi:

5. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

Nəticə:

6. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi 3 saylı Xüsusi Təhsil Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

7. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Ərizə təmin edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri Təhsil İdarəsi 3 saylı Xüsusi Təhsil Məktəbinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar