Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-268/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "mənzilin təhvil verilməsi və kirayə pulunun ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin təhvil verilməsi və kirayə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə 19 aprel 2016-cı il aralarında bağlanmış müqavilə üzrə öhdəliyin tam icra edilməsi, müqavilə üzrə qeyd edilən mənzilin ona təhvil verilməsi, bundan əlavə müqavilə üzrə qeyd olunan kirayə pulunun indiyə qədər verilməli olan məbləğin tam olaraq hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın 191-ci mənzilinin ona təhvil verilməsi, müqavilə üzrə qeyd olunan aylıq 300 AZN kirayə pulu olmaqla xx.xx.2021-ci ildən başlayaraq yığılan 7200 AZN pulun ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, İ.Zülalov küçəsi 19 saylı evin 13 saylı mənzili ona məxsus olub. 2016-cı ildə şirkət onunla müqavilə bağlayaraq bildirildi ki, pilot layihə ilə o ev sökülüb yerində yeni bina tikiləcək. Beləliklə də, xx.xx.2016-cı il tarixdə onunla "xxxx" MMC-nin direktoru X1 arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən MMC Bakı şəhəri, İ.Zülalov 19-da yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 4 mərtəbəli 39 saylı mənzilin yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15 faiz əlavə edilməkə təmirli mənzilin “Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 2019-cu ildə şirkətin tikintisi başa çatdı və həmin Bakı şəhəri İ.Zülalov küç, ev 19- da yerləşən 191 saylı 51 kv.m mənzili ona təhvil verdilər və bildirdilər ki, həmin evi tam təmir edib çıxarışı ilə birlikdə qısa müddətə təhvil verəcəklər. Şirkət tərəfindən 2016-cı ildən 2018-ci ilə qədər hər ay 300 manat kirayə haqqı ödənilmişdir. Lakin 4 ilə yaxındır ki, 7-8 dəfə məcburi gedib 500 (beş yüz) manat qədərində kirayə pulu almışdır. Bu günə qədər şirkət tərəfindən ona nə ev təhvil verilməyib nə də ki, indiyə qədər verilməli olan xeyli məbləğdə kirayə pulu ödənilməyib. Şirkət rəhbərləri unudur ki, onların əsas məqsədi Konstitusiyadan və Möhtərəm Prezidentin qeyd etdiyi kimi vətəndaşların rifahını yüksəltməyə xidmət etməkdir. Göründüyü kimi şirkətin vəzifəli səlahiyyətli şəxsləri onun həm konstitusiya və beynəlxalq qanunvericiliklə qorunan hüquqlarını pozmaqla yanaşı, Möhtərəm Prezidentin apardığı siyasətə qarşı çıxırlar. Bu isə öz növbəsində ağır cinayət hesab edilə bilər. 19 aprel 2016cı il tarixdə şirkətlə aralarında bağlanmış müqavilə üzrə öhdəliyin tam icra edilməsi, müqavilə üzrə qeyd edilən mənzilin ona təhvil verilməsi, bundan əlavə müqavilə üzrə qeyd olunan kirayə pulunun indiyə qədər verilməli olan məbləğin tam olaraq hesablanıb ona ödənilməsi təmin edilməsi barədə cavabdeh şirkətə pretenziya qaydasında müraciət etsə də, şirkət tərəfindən ona heç bir cavab verilməmişdir (ərizə və poçt qəbzi əlavə olunur). Cavabdeh şirkət müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yubatmadan və tam şəkildə icra etməli olduğu halda, icra etməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 aprel 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 4 mərtəbəli, 39 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 15% əlavə etməklə təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntüsü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 300 manat kirayə tələb etmək mülkiyyətçinin hüququdur. 2.2.3-cü bəndinə əsasən, MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə hər ayın 5-də mülkiyyətçiyə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi MMC öhdəsinə götürmüşdür. - 17 avqust 2008-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Bakı şəhəri, İ.Zülalov küçəsi 19 saylı evin 13 saylı mənzili ona məxsus olub. 2016-cı ildə şirkət onunla müqavilə bağlayaraq bildirildi ki, pilot layihə ilə o ev sökülüb yerində yeni bina tikiləcək. Beləliklə də, xx.xx.2016-cı il tarixdə onunla "xxxx" MMC-nin direktoru X1 arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən MMC Bakı şəhəri, İ.Zülalov 19-da yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 4 mərtəbəli 39 saylı mənzilin yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15 faiz əlavə edilməkə təmirli mənzilin “Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 2019-cu ildə şirkətin tikintisi başa çatdı və həmin Bakı şəhəri İ.Zülalov küç, ev 19-da yerləşən 191 saylı 51 kv.m mənzili ona təhvil verdilər və bildirdilər ki, həmin evi tam təmir edib çıxarışı ilə birlikdə qısa müddətə təhvil verəcəklər. Şirkət tərəfindən 2016-cı ildən 2018-ci ilə qədər hər ay 300 manat kirayə haqqı ödənilmişdir. Lakin 4 ilə yaxındır ki, 7-8 dəfə məcburi gedib 500 (beş yüz) manat qədərində kirayə pulu almışdır. Bu günə qədər şirkət tərəfindən ona nə ev təhvil verilməyib nə də ki, indiyə qədər verilməli olan xeyli məbləğdə kirayə pulu ödənilməyib. Şirkət rəhbərləri unudur ki, onların əsas məqsədi Konstitusiyadan və Möhtərəm Prezidentin qeyd etdiyi kimi vətəndaşların rifahını yüksəltməyə xidmət etməkdir. Göründüyü kimi şirkətin vəzifəli səlahiyyətli şəxsləri onun həm konstitusiya və beynəlxalq qanunvericiliklə qorunan hüquqlarını pozmaqla yanaşı, Möhtərəm Prezidentin apardığı siyasətə qarşı çıxırlar. Bu isə öz növbəsində ağır cinayət hesab edilə bilər. 19 aprel 2016-cı il tarixdə şirkətlə aralarında bağlanmış müqavilə üzrə öhdəliyin tam icra edilməsi, müqavilə üzrə qeyd edilən mənzilin ona təhvil verilməsi, bundan əlavə müqavilə üzrə qeyd olunan kirayə pulunun indiyə qədər verilməli olan məbləğin tam olaraq hesablanıb ona ödənilməsi təmin edilməlidir. Əks təqdirdə qanuni mənafeyinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət olunacaqdır. - AA seriyalı, 277602 nömrəli “məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xocalı rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 aprel 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 4 mərtəbəli, 39 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 15% əlavə etməklə təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, mülkiyyətçi müqaviləyə əsasən mülkiyyətində olan mənzili sökülməsi üçün MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən MMC tərəfindən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün mülkiyyətçiyə aylıq 300 manat kirayə haqqı ödənilməli idi. MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə hər ayın 5-də mülkiyyətçiyə ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 19 aprel 2016-cı il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 19 aprel 2016cı il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsindəki 19 saylı 4 mərtəbəli, 13 məzilli yaşayış binasının söküntüsü, bu səhədə yeni yaşayış binasının tikintisi nəzərdə tutulduğundan binada yaşayan sakinlərə təmirli mənzillərin verilməsi məqsədi ilə onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən mənzili cavabdehə təhvil versə də, cavabdeh bu məsələnin hüquqi nəticələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, müqavilədə razılaşdırılmış qaydada mənzilinin iddiaçı tərəfindən cavabdehə müqaviləyə uyğun olaraq təhvil verilməsi və cavabdehin bunun müqabilində müqavilədə qeyd edilmiş məbləği ödəmədiyi və yeni mənzillə təmin etməsi barədə öhdəliyini icra etməməsi işin mübahisəsiz halıdır, o cümlədən cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçi ərizənin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olduğu üçün məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın 191-ci mənzili İddiaçı təhvil verilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2021-ci il tarixdən ödənilməyən 7200 manat məbləğində kirayə haqqı tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən çoxmənzilli binanın 191-ci mənzili İddiaçı təhvil verilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2021-ci il tarixdən ödənilməyən 7200 manat məbləğində kirayə haqqı tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-268/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-268/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver