Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2698/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18.01.2021-ci il tarixdə Ceyranbatan qəsəbə sakini kimi tanıdığı Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tikdirdiyi fərdi yaşayış evinə kombi çəkdirmək üçün 2335 manat pul vermişdir. O, pulu cavabdehə evə kombi çəkdirmək üçün vermişdir. Lakin bugünədək Cavabdeh pulun müqabilində nə kombi aparatı, nə də material almamış, heç bir iş görməmiş, pulu da ona geri qaytarmamışdır. O, qeyd edilən məsələ ilə bağlı 27.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmət zəng mərkəzinə və Abşeron rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh verdiyi pulun geri qaytarılması və barəsində müvafiq tədbirlər görmək üçün müraciət etmişdir. Cavabdeh borcu olduğunu etiraf etmiş və tez bir zamanda pulu qaytaracağına söz vermişdir. Qeyd edilən məsələ ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar da mövcuddur. Bundan sonra o, Cavabdeh 23.04.2021-ci il tarixdə yazılı şəkildə müraciət etsə də, o, borcu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məsuliyyətsiz hərəkəti nəticəsində 2335 manat əsas, 1000 manat maddi zərərə görə, cəmi 3335 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin 14.01.2021-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı Cavabdeh borcu etiraf etmiş və borcunu tez bir zamanda qaytaracağına söz vermişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Eyni zamanda iş materiallarına İddiaçı Cavabdeh ünvanladığı 23.04.2021-ci il tarixli pretenziya məktubu əlavə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı həqiqətən Cavabdeh Abşeron Rayonu, Ceyranbatan qəsəbəsində tikdirdiyi fərdi yaşayış evinə kombi üçün 2335 manat pul vermişdir. O, 2335 manat pulu cavabdehə evə kombi çəkdirmək üçün lazım olan avadanlıqların alınması və gördüyü işin müqabilində ödəniləcək vəsait kimi vermişdir. Lakin bugünədək Cavabdeh pulun müqabilində nə kombi, nə də kombi sistemini çəkmək üçün avadanlıq almamış, heç bir iş görməmiş və pulu da ona geri qaytarmamışdır. Həmçinin Abşeron rayon Polis İdarəsinin 14.01.2021-ci il tarixli qərarında göründüyü kimi, Cavabdeh iddiaçıdan 2335 manat aldığını, lakin verdiyi vədə əməl etmədiyini, aldığı pulu öz borclarına verdiyini etiraf etmiş və tez bir zamanda pulu qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi cavabdehin icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron Rayon Polis İdarəsinin 14.01.2021-ci il tarixli qərarında göründüyü kimi, Cavabdeh iddiaçıya 2335 manat borcu olduğunu etiraf etmiş, iddiaçı ilə evinə kombi çəkilməsi barədə razılığa gəlmələrini, işləri alınmadığına görə kombi çəkə bilmədiyini etiraf etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, 2335 manat borc məbləğinin tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin öhdəliyin vaxtında yerinə yetirməməsi nəticəsində iddiaçının görüləcək işi başqa usta ilə razılaşmasına görə, iddianın 1000 manat məbləğində maddi ziyan tələb etməsi hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki, qeyd olunan tələb hissəsində iddia təmin oluna bilməz. Belə ki, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi bu dəlilləri sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsinsə mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 2335 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 21 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 9 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 2335 manat əsas borc və ödənilmiş dövlət rüsumunun 21 manatı tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 9 manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2698/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2698/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver