Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-271/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3, Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Alxasova X11 Lamiyə Zakir qızına qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və yetkinlik yaşına çatmamış uşağı X4 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı evin, 82 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çatmayan uşağı X4 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı evin, 82 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı evin, 82 saylı mənzili 1992-ci ildən onun şəxsi mülkiyyətindədir, həmin il də ona mülkiyyətini təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Lakin 21 iyun 2023-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxs tərəfindən ona ********** qeydiyyat nömrəli yeni çıxarış verilmişdir. Cavabdeh onun keçmiş gəlini olub. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli 2(007)-1463/2014 saylı qətnaməsi ilə oğlu X12 ilə Cəfərova (Ələkbərova) Lamiyə Zakir qızı arasında olan nikah pozulmuşdur. Cavabdeh 2014-cü ildən mənzildə olan bütün əşyalarını da götürüb atasının evinə, ünvan 1 ünvanına köçmüşdür və bu günə kimi də orada yaşayır. Ona məxsus heç bir əşya onun mənzilində qalmamışdır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladı X4 cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı oğlu X12 ilə nikahlarını 16 aprel 2007-cı il tarixdə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurarkən elə həmin tarixdə ünvan 6ına köçərək X12 ilə birlikdə orada yaşamağa başlamışdır. Mənzilə öz cehiz əşyalarını, o cümlədən bahalı mebellərini də yerləşdirmişdir. ünvan 6ında olan mənzili X12 "xxxx" MTK-dən nikahdan əvvəlki tarixdə ilkin ödəniş etməklə kredit yolu ilə almışdır. Ailə qurduqdan sonra mənzilin aylıq ödənişini onunla birlikdə ödəmişdir. Həmin mənzil özəlləşdirilmədiyinə görə o, daimi olaraq yaşayış yeri üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanına qeydiyyata alınmışdır. Birgə nikahdan 27 yanvar 2008-ci ildə doğulmuş X8 adlı bir uşağı vardır. Keçmiş həyat yoldaşı, yəni İddiaçı oğlu X12 ilə aralarında olan nikah Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2014-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulsa da, ünvan 6ında yaşamaqda davam edirdi. Çünki həmin evin aylıq ödənişlərini Ələkbərov Xəyalla birlikdə etmişdilər. Ona görə də boşansalar da, qayınatası və qayınanası ona demişdilər kı, “bu ev sənindir”. Bir müddət yuxarıda qeyd etdiyi ünvanda yaşadıqdan sonra keçmiş qayınatası X14 oglu ona dedi ki, oğlunun - Xəyalın hansısa problemləri vardır, ona görə də yaşadığı ev satılmalıdır. Lakin təbii ki, o, evin satılmasına razı deyildi. Qayınatası və qayınanası ona dedilər kı, “sən narahat olma, sənə ev alacağıq”. O, da onlara inandı. Evin satılması üçün o, razılıq verərək evdən çıxdı. Onlar dedilər ki, “səni və nəvəmizi ev alanadək başqa bir evə - X2 mülkiyyətində olan ünvan 5 ünvanına köçürdəcəyik”. Bütün ev əşyaları, mebelləri ilə birlikdə ünvan 5 ünvanındakı evə köçdü. ünvan 6ından köçərkən yalnız 7000 ABŞ dollarına aldığı cehiz mətbəxt mebeli orada qaldı. Yəni mənzili mətbəx mebeli ilə birlikdə satdılar. Boşandıqdan sonra X9 qarşı mənzil və avtomobilllərin bölgüsünə dair iddia qaldırmaq istəyirdi. İddianı da hazırlamışdı. Lakin həm Xəyal Ələkbərov, həm də onun anası İddiaçı və atası Niyazi Ələkbərov yenə də ona söz verdilər ki, “məhkəməyə müraciət etmə, sənə ev alacağıq”. Bir neçə il onlarla birlikdə ünvan 5 ünvanındakı evdə yaşadı. Lakin hələ də ona mənzil alınmamışdı. Onlarla artıq birgə yaşamaq mümkün olmadığını gördükdə qayınatası və mülkiyyətçi qayınanası onu ev əşyaları, mebelləri ilə birlikdə qeydiyyatda olduğu ünvan 2 ünvanına köçürdülər. Həmin mənzildə mülkiyyətçi və onun ailə üzvləri, o cümlədən keçmiş həyat yoldaşı, uşağının atası X12 da olmaqla onlarla uzun müddət mənzilin bütün yaşayış sahələrindən və ümumi istifadə yerlərindən istifadə edərək son dövrlərə kimi uşağı ilə birlikdə orada yaşamışdır. Lakin artıq görürdü ki, keçmiş qayınanası və qayınatası ona verdikləri sözə əməl etmirlər. Onlar hər gün ona deyirdilər ki, çıx get atanın evinə. Qayınatası və qayınanası onu evdən məcburi şəkildə çıxartdılar. Müvəqqəti olaraq yaşamaq üçün atasının yaşadığı evə gəldi. Amma onun başqa yaşamağa yeri və evi yoxdur. Ona görə də o, uzun müddət uşağı ilə birlikdə yaşadığı və istifadə hüquq əldə etdiyi ünvan 7 ünvanına köçürülməlidir. O, 2007-ci ildən həmin mənzildə daimi qeydiyyatdadır. Uşağının atası, keçmiş həyat yoldaşı X12 da həmin mənzilin istifadəçisi olmaqla həmin ünvanda daimi qeydiyyatdadır. Cavabdehlə aralarında nikah müqaviləsi bağlanmamışdır. Hesab edir ki, onun ünvan 7 ünvanında olan yaşayış sahəsindən mülkiyyətçi və digər ailə üzvləri ilə birlikdə uzun müddət yaşadığına və mənzildən istifadə etdiyinə görə həmin mənzilə olan istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X10 ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, X12 ilə Cavabdeh 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Toyları olduqdan sonra onlar ünvan 8 ünvanında yerləşən mənzilə köçmüşlər və boşanana gədər də həmin mənzildə yaşamışlar. ünvan 8 ünvanında yerləşən mənzili iddiaçı oğluna 2006-cı ildə almışdı, yəni mənzil birgə nikah dövründə əldə olunmamışdır. 2018-ci ildə isə həmin mənzil satılmışdır və mənzil birgə nikahdan əldə olunmadığı üçün Cavabdeh iddiaçının oğluna qarşı 2014-cü ildə məhkəməyə boşanma ərizəsi verərkən əmlakın bölgüsü barədə iddia ərizəsi verməmişdir. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 48 saylı evin, 82 saylı mənzili isə 1994-cü ildən iddiaçının şəxsi mülkiyyətindədir. X6 qeydiyyatı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 48 saylı evin, 82 saylı mənzilinə olduğu üçün iddiaçının xəbəri və icazəsi olmadan həmin mənzilə pasport qeydiyyatına saldırmışdır. Cavabdeh mübahisəli mənzildə heç bir gün də olsa yaşamamasını qonşular da təsdiq edə bilər. Mənzil həmişə kirayəyə verilib. İddiaçıya məxsus mənzildə heç bir əşya əvvəldən bu günə gədər olmayıb. Cavabdeh 2007-ci ildə ailə qurduqdan sonra ünvan 8 ünvanında yerləşən mənzilə köçmüş və bütün cehiz əşlalarını da həmin mənzilə yerləşdirmişdir. 2014-cü ildə isə oğlu ilə boşandıqdan sonra cehiz əşyalarını da götürüb atasının evinə ünvan 1 ünvanına köçmüşdür və bu günə kimi də orada yaşayır. Qeyd etdiklərinə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin xx.xx.2023-cü il tarixdə İddiaçı qarşılıqlı iddia ərizəsinə yazılı etirazını məhkəməyə ünvanlamışdır. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, "xxxx" MTK-dən alınmış evin ödənişini birgə nikah dövründə Lamiyə ilə Xəyal ediblər. Onun orda payı vardı, lakin onun payını verməmişlər. Xəyalın probleminə görə mənzili satıblar. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı evin, 82 saylı mənzilində isə yaxın zamanlara kimi yaşayıb sadəcə yola verməyib evdən çıxardıblar o, da qalmağa başqa yeri olmadığı üçün atasının evinə gedib. Qonşular bunu təsdiq edə bilərlər, lakin heç biri gəlib məhkəmədə qonşu ilə üz-üzə durmaq istəmədilər. Qeyd etdiklərinə görə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 48, mənzil 82 tam pay haqqı ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına ********** nömrə ilə qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh və X8 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 48, mənzil 82 ünvanında qeydiyyatdadırlar. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1463/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, X12 ilə Ələkbərova (Cəfərova) Lamiyə Zakir qızı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 anası Ələkbərova (Cəfərova) Lamiyə Zakir qızının yanında qalması, X5 xx.xx.2014-cü il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Ələkbərova (Cəfərova) Lamiyə Zakir qızına verilməsi qət edilmişdir. - AZ-İİİ seriyalı 357521 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X12, anası Cavabdehdır. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Naxçıvanski küçəsindəki, 48 nömrəli evin, 82 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. - "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-nə məxsusdur. Bu binanın 1-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 106.3 kv.m yaşayış sahəsi, 49.74 kv.m olan 2 (iki) otaqlı 36 saylı mənzilin pay dəyəri X12 tərəfindən tam ödənilmişdir, MTK-nə borcu yoxdur. - 88 saylı MKİS tərəfindən verilmiş 560 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəfərova X1 48 saylı evin 82 nömrəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir yaşamır və yaşamayıb. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, Cavabdeh və onunla birlikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh yanında saxlanılmış yetkinlik yaşına çatmayan uşağı X4 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 48 saylı evin, 82 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən İddiaçı oğlu X12 ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq X9 məxsus olmuş ünvan 12 ünvanında yerləşən 36 saylı mənzildə yaşamağa başlamışlar. X12 ilə Cavabdeh nikahı xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Cavabdeh bir müddət ünvan 13 ünvanında yaşadıqdan sonra keçmiş qaynanası və qaynatası tərəfindən qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki, 48 nömrəli evin, 82 nömrəli mənzilinə köçürüldüyünü, xeyli müdddət yəni yaxın zamanlaradək həmin mənzildə yaşadığını iddia etsə də, məhkəmə araşdırması zamanı qeyd olunan hallar öz təsdiqini tapmamışdır. Belə ki, Cavabdeh izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əksinə ilk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş arayışdan müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki, 48 nömrəli evin 82 nömrəli mənzilində qeydiyyatda olsa da, heç vaxt həmin mənzildə yaşamamışdır. Belə olan halda isə Cavabdeh qeyd olunan mənzilə istifadə hüququ yaranmamış olur. Bundan başqa, Cavabdeh X12 ilə nikahı pozulduqdan sonra sonuncunun valideynləri İddiaçı və N.C.Ələkbərov tərəfindən mübahisəli mənzilə köçürülməsi barədə arqumenti inandırıcı deyildir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki, 48 nömrəli evin, 82 nömrəli mənzilindən istifadə hüququ barədə onunla mənzilin sahibi İddiaçı arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanmamış, Cavabdeh mənzildən istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2007-ci ildə yarandığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Beləliklə, hazırki mübahisənin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MM-in 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Beləlikə, məhkəmənin qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan X8 anası Cavabdeh yanında saxlanıldığından Cəbrayıl Ələkbərovun yaşayış yeri anasının yaşayış yeri sayılır. Beləliklə, cavabdehlə birlikdə mənzildə formal olaraq qeydiyyatda olan uşağın da iddiaçıya məxsus mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tələbində qeyd etdiyi dəlillərini yəni mübahisəli mənzildə son dövrlərədək təxminən il yarım öncə yaşamasını və həmin mənzilə istifadə hüququnun yaranmasını sübut edə bilməmişdir. İş materialları və tərəflərin izahatı ilə də müəyyən olunur ki, Cavabdeh ilə X6 nikahı xx.xx.2014-cü il tarixli qətnamə ilə pozulmuşdur. Lakin göründüyü kimi Cavabdeh ilk iddia üzrə iddiaçı məhkəməyə müraciət edənədək məhkəməyə müraciət etməmişdir. Yalnız ilk iddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi ilə müraciət etdikdən sonra qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. Bundan başqa uzun müddət ərzində hazırki tələblə məhkəməyə müraciət etmədiyindən belə qənaətə gəlmək olar ki, Cavabdeh yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çatmayan uşağı X4 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 48 saylı evin, 82 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. Cavabdeh və onunla birlikdə yetkinlik yaşına çatmayan uşağı X4 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 48 saylı evin, 82 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri ilk iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-271/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-271/2024
18.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver