Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2712/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, İddiaçı işdən azad olunması ilə bağlı xx.xx.2024-cü il tarixli 041.1/K nömrəli əmrin ləğv edilməsi, öz işinə bərpa olunması, xx.xx.2024-cü il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqımın bir faiz məbləğində ödəncin və mənəvi ziyan olaraq 5000 (beş min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2021-ci il tarixində xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən "xxxx" MMC-уə məxsus Biznesin İnkişafı şöbəsində Merçendayzer vəzifəsində və aylıq vəzifə maaşı 816 manat olması müqabilində işə başlamışdır. İşə başladığı tarixdən etibarən də öz vəzifələrini qanunamüvafıq şəkildə yerinə yetirmişdir. Rəhbərlik də öz növbəsində həmişə təşəkkür etmişdir. Buna baxmayaraq, yeni "Menecer" vəzifəsinə təyin olunmuş (təxminən 01 mart 2024-cü il tarixində) Emin Əliyev ad-soyadlı vəzifəli şəxsin qərəzli münasibətinin şiddəti günü-gündən ona qarşı artmaqda davam etməkdə idi. Nəticə etibarı ilə bir çox vaxtlarda başa düşmək olmurdu ki, yeni rəhbəri olan Emin Əliyevin əsl tələbi, istəyi və arzusu nədir??? Anidən tez-tez və səbəbsiz əsəbləşir, kiçik nöqsanlar olsa belə yüksək tonlu səslə üstünə bağırır, hətta digər işçilərin yanında ona qarşı kobudluq nümayiş etdirərək alçatmağa çalışır. Bununla yanaşı, səhər saat 08:00-dan axşam saat 23:00-a kimi "rəhbərlikdən yoxlama olacaq" bəhanəsi ilə əsassız olaraq işləməyə məcbur edir. Yəni, menecer vəzifəli Emin Əliyev rəhbərliyin adındandan sui-istifadə edərək iş vaxtından artıq vaxtda onu işləməyə məcbur etməsinə baxmayaraq, əlavə iş saatlarına görə heç bir əlavə əmək haqqı da ona yazmamışdır. Hətta, yeni rəhbəri Emin Əliyev qardaşının toy məclisi günü və qızdırmalı olaraq xəstələndikdə belə onu işləməyə məcbur etmişdir. Ümumilikdə isə digər işçilər ilə onun arasında ayrı-seçkilik qoyaraq, şəxsən onun qanunvericilikdən irəli gələn hüquqlarını məhdudlaşdırmışdır. Əlavə olaraq onu da bildirir ki, Emin Əliyev xx.xx.2024-cü tarixində ondan öz ərizəsini yazmaqla işdən çıxmağını tələb etsə də, öz ərizəsini yazaraq işdən çıxmaqdan imtina etmişdir. Qeyd olunanlar ilə bağlı da şirkətin insan resursları direktorluğuna və rəhbərliyə məlumat versə də, heç bir tədbir görülməmişdir. Nəhayət ki, üst rəhbəri olan Emin Əliyevin qərəzli münasibətinin nəticəsi olaraq, ona məxsus xx.xx.2021-ci il tarixli xxxxxxx000310 nömrəli əmək müqaviləsinə 15 may 2024-cü il tarixində Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) qanunsuz olaraq xilam verilmişdir: Göründüyü kimi, 3 ilə yaxın iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə, son ayda cəmi 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməzdi. Əmək müqaviləsində ən qısa müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt cavabdehin rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Belə ki, tərəflər arasında 1 ay müddətində bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır. Yəni, uzun müddətdir ki, 3 aylıq müqavilə ilə işləyən işçinin birdən-birə və son ayda 1 aylıq müddətinə yeni əmək müqaviləsi bağlanması halı, işçinin iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilməsi absurd olar. Qeyd edir ki, öz üzərinə düşən əmək funksiyasını layiqincə yerinə yetirdiyi, eləcə də heç bir ixtisar olmadığı və işlədiyi sahə üzrə yerinə yetirdiyi əmək funksiyasına ehtiyac olduğu halda, uzun müddət işləyən bir işçini formal olaraq son ayda, 1 aylıq əmək müqaviləsi bağlamaqla və bununla da əmək müqaviləsinin müddətinin bitməsi bəhanəsi ilə müqaviləsinə xitam verilməsini birmənalı olaraq qanunsuz hesab edir; 2 (iki) nüsxədə hazırlanmalı olan xxxxxxx000300 nömrəli əmək müqaviləmin 1 (bir) nüsxəsi bu günə kimi ona təqdim olunmamışdır; 15 may 2024cü il tarixində xxxxxxx000310 nömrəli əmək müqaviləmə xitam verilməsinə baxmayaraq, artıq 19 aprel 2024-cü il tarixində, yəni 26 gün öncədən üst rəhbəri olan Emin Əliyev, onu qanunsuz olaraq işdən kənarlaşdırmışdır. Faktiki olaraq da, heç bir səbəb göstərmədən işə çıxmağına icazə verməmişdir. Məcəllənin 62-ci maddəsinə görə də, işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər; xx.xx.2024-cü il tarixli xxxxxxx000309 nömrəli əmək müqaviləsinin dəyişdirilməsi, müddətinin azaldılması, müddətinin 1 ay olması, yenidən bağlanması və s. barəsində heç bir razılıq ərizəsi və məlumatı olmamışdır; xx.xx.2024-cü il tarixli xxxxxxx000310 nömrəli əmək müqaviləsinin dəyişdirilməsi ilə bağlı heç bir söhbətləşmələr aparılmamışdır; Əmək kitabçasından da göründüyü kimi xx.xx.2024-cü il tarixli xxxxxxx000309 nömrəli 3 aylıq müddətli əmək müqaviləsinə həmin tarixdə gizlincə olaraq müddətin bitməsi ilə xitam verməklə yanaşı, əmək kitabçasında həmin tarixə müvafiq qeydiyyatlar aparıblar. Sonradan həmin əmrin tarixi (ay 04) üzərində müvafiq qaralamalar etməklə düzəlişlər edərək öz qanunsuz əməllərini törədiblər. Ancaq yenə də əmrin önündəki tarixi düzəltməyi unudublar; ƏMASda olan Əmək müqaviləsi bildirişindən də göründüyü kimi, xxxxxxx000309 nömrəli əmək müqaviləsinin müddəti 15 aprel 2024-də bitməsinə baxmayaraq, xxxxxxx000310 nömrəli əmək müqaviləsi bildirişi sistemə 25 aprel 2024-cü ildə daxil edilmişdir. Yəni 1 həftəlik müddət ötürüldükdən sonra, sistemə daxil edilmişdir. Məcəlləyə əsasən də müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; Merçendayzer vəzifəsinin daimi xarakterli iş hesab olunmasına baxmayaraq, işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli xxxxxxx000300 nömrəli müddətli əmək müqaviləsinin bağlanmasını ƏM-nin 45-ci maddəsinin 4-cü bəndinə əsasən qanunsuzdur; xx.xx.2024-cü il tarixli xxxxxxx000310 nömrəli əmək müqaviləsinin dəyişdirilməsi və ya yenidən bağlanması haqqında heç bir razılıq ərizəsinin olmaması ƏM-nin 46-cı maddəsinin 6-cı bəndinə əsasən qanunsuzluqdur. Qeyd edir ki, işçinin əmək funksiyası, aylıq əmək haqqı, iş vaxtı rejimi, nahar fasiləsi, məzuniyyət müddəti və s. amillərin dəyişilməsi əmək şəraitinin şərtlərinin dəyişilməsi hallarına aiddir. Bu dəyişilmələr üçün də işəgötürən 2 ay öncədən işçini yazılı məlumatlandırmalı və imzalı razılıq ərizəsinin olması mütləqdir; Bu günə qədər də qanunvericilik ilə nəzərdə tutulmuş sənədlər, aylıq faktiki əmək haqqı barəsində arayış, o cümlədən işdən azad olunmağı haqqında əmr və sonhaqq hesaba dair qanunamüvafıq sənədlər də, rəsmi şəkildə ona təqdim olunmamışdır; "xxxx" MMC və X2 xidmətinə xx.xx.2024-cü il tarixində müraciət etsə də, müraciətinə hələ də cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, o, haqsız olaraq işdən çıxarılmışdır. Onun ilkin bağladığı müqavilə 3 ay müddətinə olmuş, hər dəfə bu müddətin sonunda yenə 3 ay olmaqla müqavilənin müddəti uzadılmışdır. O, müqavilənin müddətinin 3 aydan 2 aya endirilməsi ilə bağlı müqaviləyə imza çəkdiyini xatırlamır. Hətta o, müqavilədəki imzanı öz imzasına bənzətməmişdir. Bundan başqa əgər müqavilənin müddəti may ayının 15-i bitirdisə, nə üçün cavabdeh tərəf elektron sistemə bunu bir həftədən sonra daxil etmişdir. Yeni rəhbər olan Emin müəllimin ona qarşı olan qərəzli hərəkətləri nəticəsində onun müqaviləsinə xitam verilmişdir. Təqdim edilən izahatlara münasibətdə isə deyir ki, o, 2021-ci ildən bu şirkətdə işləmişdir, bu izahatların olması normal haldır, hələ ən az izahat ondadır. Onunla birlikdə işləyən xanımların yazdıqları izahatların sayı qat-qat bundan çoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyillər. Belə ki, iddiaçı ilə əvvəlcə 3 aylıq müddətə müqavilə bağlansa da, sonradan müqaviləyə əlavə ilə bu müddət 3 aydan 2 aya endirilmişdir. Tərəflərindən məhkəməyə bütün sübutlar təqdim edilmişdir. Xanım əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad edilmişdir. İddiaçının dediyi məsələlər iş materialları ilə sübuta yetirilmir. Şirkətin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Əmək münasibətlərinə xitam verilməmişdən öncə, Aytən xanıma bildiriş və xəbərdarlıq məktubu verilmiş, xanım bunlarla tanış olmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək 2 ay müddətinə uzadılmışdır. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000310 nömrəli xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-də Biznesin İnkişafı şöbəsinin (Mars məhsulları üzrə) Merçendayzeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xx.xx.2024-cü il tarixdə 041.1/K nömrəli əmrə əsasən xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xx.xx.2024-cü il tarixdə 041.1/K nömrəli əmrə əsasən xitam verilmişdir -Cavabdeh tərəfindən məhkəməyə İddiaçı tərəfindən Cavabdeh MMC-yə verilmiş izahatların surətləri təqdim edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixində bitəcəyi, Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, həmin əmək müqaviləsi üzrə münasibətlərinin tərəflərindən növbəti dövr üçün davam etdirilməyəcəyi və həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam veriləcəyi İddiaçı bildirilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən “tanış oldum” qeydi aparılmaqla imzalanmışdır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh MMC-nin xx.xx.2024cü il tarixli 041.1/K nömrəli əmrinin surətindən görünür ki, Cəmiyyətin Şirniyyat Kateqoriyası üzrə X1 İnkişafı Şöbəsinin (Mars məhsulları üzrə) Merçendayzeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi” xitam verilməsi, son haqq-hesab kimi istifadə edilməmiş 7.19 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Qeyd olunan əmr İddiaçı tərəfindən “təhvil aldım” qeydi aparılmaqla imzalanmışdır. - MŞB/10/2024-00386 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və onun tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2021-ci il tarixində xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən "xxxx" MMC-də Şirniyyat Kateqoriyası üzrə X1 İnkişafı Şöbəsinin (Mars məhsulları üzrə) Merçendayzer vəzifəsində işə başlamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti müvafiq olaraq uzadılmış, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 041.1/K nömrəli əmrinə əsasən, Cəmiyyətin Şirniyyat Kateqoriyası üzrə X1 İnkişafı Şöbəsinin (Mars məhsulları üzrə) Merçendayzeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi” xitam verilməsi, son haqq-hesab kimi istifadə edilməmiş 7.19 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Hazırda iddiaçı, onun işdən azad olunması ilə bağlı xx.xx.2024-cü il tarixli 041.1/K nömrəli əmrin ləğv edilməsi, öz işinə bərpa olunması, xx.xx.2024-cü il tarixindən etibarən məcburi işburaxma dövrü üçün itirilmiş əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün ödənilməli olan əmək haqqımın bir faiz məbləğində ödəncin və mənəvi ziyan olaraq 5000 (beş min) manat məbləğinin ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən xx.xx.2021ci il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı merçendayzer vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Beləliklə, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Belə ki, əmək mübahisəsi üzrə sübutetmə yükü üzərinə düşən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixində bitəcəyi, Azərbaycan Respublikası ƏM-nin 73-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, həmin əmək müqaviləsi üzrə münasibətlərinin tərəflərindən növbəti dövr üçün davam etdirilməyəcəyi və həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən əmək müqaviləsinə xitam veriləcəyi İddiaçı bildirilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən “tanış oldum” qeydi aparılmaqla imzalanmışdır. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 041.1/K nömrəli əmrinin surətindən görünür ki, Cəmiyyətin Şirniyyat Kateqoriyası üzrə X1 İnkişafı Şöbəsinin (Mars məhsulları üzrə) Merçendayzeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi” xitam verilməsi, son haqq-hesab kimi istifadə edilməmiş 7.19 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Qeyd olunan əmr İddiaçı tərəfindən “təhvil aldım” qeydi aparılmaqla imzalanmışdır. Buna görə də, iddia tələbi əsassız olduğundan, “əmrin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa, məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” hissələrinə münasibətdə isə qeyd edir ki, həmin tələblər “əmrin ləğvi” tələbindən törəmə tələblərdir, əmrin ləğvi hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbləri də təmin edilə bilməz, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bu yerdə məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində və məhkəmə iclasında göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, əksinə sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh isə qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı bütün halları sübut etmiş, əmrin verilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməklə, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2712/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2712/2024
23.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver