Məhkəmə qərarları › İş №2(007)-274/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-274/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-274/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X9 maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X18 maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Vəli Məcid oğlunun 1931-ci ildə ölməsi faktının, Məcid İbad oğlunun 1933-ci ildə ölməsi faktının, X34 1943-cü ildə ölməsi faktının, Malik Vəli oğlunun 1928-ci ildə doğulması faktının, Malik Vəli oğlunun Vəli Məcid oğlunun oğlu olması barədə qohumluq faktının, ünvan 1 ünvandakı mirasın 3/8 hissəsinin Ərizəçi1 tərəfindən, 3/8 hissəsinin Ərizəçi2 tərəfindən, 1/16 hissəsinin Ərizəçi3 tərəfindən, 1/16 hissəsinin X18 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışdır ki, onlar ünvan 2 ünvandakı miras evin qanun üzrə vərəsədirlər. 1987-ci ilədək həmin miras ev hər birinin payı 1/4 olmaqla dörd nəfərə Məcid İbad oğluna və onun övladları Məhərrəm Məcid oğluna, X39, Vəli Məcid oğluna xüsusi mülkiyyət hüququ ilə məxsus olmuşdur. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlər vardır. Evin ilkin mülkiyyətçilərinin hamısı vəfat etdiyindən miras əmlakın qanun üzrə vərəsələr adına rəsmiləşdirilməsini istəyirlər. Vərəsəlik şəhadətnaməsi almaq üçün 9 saylı notariat ofisinə müraciət etsələr də həmin notariat ofisinin xx.xx.2021-ci il tarixli 2513 nömrəli məktubu ilə qohumluğu və mirasın qəbul edilməsini təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmiş və bu səbəbdən vərəsəlik şəhadətnaməsi verilməmişdir. Qohumluq və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Miras evin qanun üzrə vərəsələrinin hamısı (vəfat edənlər daxil olmaqla) miras aşıldığı vaxtdan həmin evdə yaşayaraq, kommunal xidmətlər haqqını ödəyərək, həmin evdə pasport qeydiyyatında olaraq əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamışlar və mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Bu səbəbdən Mülki Məcəllənin 1243.2ci maddəsinə əsasən onlar mirası qanun üzrə hər birilərinin payına düşən hissədə qəbul etmişlər. Həmçinin, Məcid İbad oğlunun, onun övladları X34 və Vəli Məcid oğlunun ölüm haqqında şəhadətnamələri, eləcə də Malik Vəli oğlunun doğum haqqında şəhadətnaməsi olmadığından yaşadıqları evi, yəni faktiki yiyələnməklə qəbul etdikləri mirası vərəsəlik qaydasında zamanında öz adlarına rəsmiləşdirə bilməmişlər. Bununla əlaqədar qeyd edilən üç şəxsin ölüm faktının, Malik Vəli oğlunun doğum və Vəli Məcid oğlunun oğlu olmasına dair qohumluq faktının, miras evin vərəsələr tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Bundan başqa, miras evə dair Qeydiyyat vəsiqəsinin və ya Çıxarışın əsli onlarda yoxdur. Həmin sənədlərin təsdiq edilmiş surətlərinin əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər, lakin, həmin idarə xx.xx.2021-ci il tarixli, **********97 nömrəli məktubu ilə bildirmişdir ki, ünvan 3 ünvanına dair hüquqmüəyyənedici sənədlərin surəti məhkəmə sorğusu əsasında verilə bilər. Göründüyü kimi, keçən əsrin birinci yarısında vəfat etmiş Vəli Məcid oğlunun, Məcid İbad oğlunun və X34 ölüm faktlarını, Malik Vəli oğlunun doğum faktını və Vəli Məcid oğlunun oğlu olmasına dair qohumluq faktını, mirasın tərəflərindən qəbul edilməsi faktını təsdiq edən lazımi sənədləri və miras əmlaka dair qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətini başqa qaydada ala bilmirlər. Məhkəməyə müraciət etmələrinin əsas səbəbi də bundan ibarətdir. Məsələnin mahiyyəti üzrə qeyd edirlər ki, uzun illər öncə (100 ilə yaxın müddət) bərabər paylı mülkiyyətçilər olan ata və üç qardaş arasında qarşılıqlı razılıqla evin və onun həyətinin naturada bölgüsü aparılmış, həyət iki yerə bölünmüş və evin ayrıca tikili və həyəti olan bir hissəsindən Məcid İbad oğlu, Məhərrəm Məcid oğlu, X51 istifadə etmiş, ayrıca giriş-çıxışı olan evin və həyətin digər hissəsindən isə Vəli Məcid oğlu istifadə etmişdir. Evin qeyd edilən şəkildə bölgüsündən heç zaman mübahisə olmamış və bu gün də evdən istifadə qaydasına dair ərizəçilər arasında hər hansı mübahisə yoxdur. Hazırda həmin ünvandakı evlərdə yuxarıda qeyd edilən mülkiyyətçilərin övlad, nəvə və nəticələri, yəni məhkəməyə hazırkı ərizə ilə müraciət edən və mirası qanun üzrə qəbul edən şəxslərin ailələri yaşayır. Vəli Məcid oğlu 1931-ci ildə vəfat etmişdir və həmin vaxt onun 2 övladı olmuşdur: X35 (1922-ci il təvəllüd) və Malik Vəli oğlu (1928-ci il təvəllüd). Övladların hər ikisi Vəli Məcid oğlundan qalan 1/4 (2/8) hissə mirası həmin zaman qüvvədə olan mülki qanunvericiliyə əsasən faktiki yaşamaqla, əmlaka sahiblik etməklə qəbul etmişlər. 1987-ci ildə X35 atasından qalan 2/8 mirasın yarısını - öz payına düşən hissəsini rəsmiləşdirmiş və xx.xx.1987-ci il tarixdə mirasın 1/8 hissəsinə dair Texniki İnventarlaşdırma Bürosundan qeydiyyat vəsiqəsi almışdır. Sonradan xx.xx.1998-ci il tarixdə həmin 1/8 payı nəvəsi X13 adına özgəninkiləşdirmişdir. Bu məsələdə heç bir mübahisə yoxdur. Digər 1/8 hissə üzrə isə vərəsəlik mirası qəbul etmiş Malik Vəli oğlu tərəfindən zamanında rəsmiləşdirilmədiyindən bu günədək atası Vəli Məcid oğlunun adında qalmışdır. Beləliklə, xx.xx.1998-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən miras evdə paylar Məcid İbad oğlu 2/8 pay, Məhərrəm Məcid oğlu 2/8 pay, X51 2/8 pay, Vəli Məcid oğlu 1/8 pay, X24 1/8 pay müəyyən olunmuşdur. Qeyd etdikləri kimi Vəli Məcid oğlunun adında qalan digər 1/8 pay kiçik oğlu Malik Vəli oğlu tərəfindən qəbul edilmişdir. Əlavə edilən Malik Vəli oğlunun ölüm haqqında şəhadətnaməsinə görə o, xx.xx.1984-cü il tarixdə 56 yaşında vəfat etmişdir. 1984-cü ildə 56 yaşında vəfat etməsi onun 1928-ci ildə doğulduğunu göstərir. Lakin, Dövlət Arxivinin verdiyi xx.xx.2021-ci il tarixli DA-00814-2021-ci il nömrəli arayışa əsasən dövlət arxivində Malik Vəli oğlunun təvəllüdünə dair heç bir məlumat yoxdur. Bununla əlaqədar onun doğum faktının da müəyyən edilməsi zərurəti yaranmışdır. Malik Vəli oğlunun həyat yoldaşı Sona Murad qızı xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Onlar (ər-arvad) vəfat etdikdən sonra Vəli Məcid oğlundan qəbul edilmiş Malik Vəli oğlunun 1/8 payını həmin evdə yaşayaraq mirası faktiki olaraq qəbul etmiş övladları Ərizəçi3 (xx.xx.1968-ci il təvəllüd) və X19 (xx.xx.1970-ci il təvəllüd), hər birinin payı 1/16 olmaqla qəbul etmişlər. xx.xx.2021-ci il tarixdə X19 vəfat etmişdir, onun 1/16 payını qanuni vərəsəsi olan arvadı miras əmlakda yaşamaqla mərhum ərinə düşən paya faktiki sahiblik etməyə başlayan X18 qəbul etmişdir. X18, həmçinin X10 azyaşlı övladı olan X11 anası və qanuni nümayəndəsidir. Məcid İbad oğlu 1933-cü ildə vəfat etmişdir, X51 isə 1943-cü ildə müharibədə həlak olmuşdur. Həmin illərdə müvafiq orqanlardan onların ölüm faktına dair heç bir sənəd alınmamışdır. Həlak olan zaman X51 evli olmamış və onun hər hansı bir övladı yoxdur. Məcid İbad oğlu və X51 vəfat etdikdən sonra həmin zaman qüvvədə olan mülki qanunvericiliyə əsasən onların miras payını eyni evdə yaşayaraq qanuni vərəsə kimi miraslarına faktiki olaraq yiyələnən və onların payı üzrə əmlaka sahiblik etməyə başlayan Məcidin oğlu və Qulam Əlinin qardaşı 1896-cı il təvəllüdlü Məhərrəm Məcid oğlu qəbul etmiş və onun miras əmlakda payı 6/8 olmuşdur. Məhərrəm Məcid oğlu 1985-ci ildə, onun həyat yoldaşı Hökümə Cəfərqulu qızı 2001-ci ildə vəfat etmişdir. Onlar vəfat etdikdən sonra Məhərrəm Məcid oğlunun qəbul etdiyi miras evin 6/8 hissəsini onun övladları anadan olandan bəri miras evdə qeydiyyatda olmaqla yaşayan, atasının ölümündən sonra mirasa faktiki yiyələnən və həmin 6/8 paya sahiblik etməyə, onu idarə etməyə faktik başlayan, hazırkı ərizə ilə məhkəməyə müraciət edən Ərizəçi1 (xx.xx.1937-ci il təvəllüd) və Ərizəçi2 (xx.xx.1939-cu il təvəllüd) qəbul etmişlər. X6 6/8 miras payının 3/8 hissəsi Ərizəçi1, 3/8 hissəsi isə Ərizəçi2 tərəfindən qəbul edilmişdir. Hər iki Vərəsə miras evdə qeydiyyatda olmaqla anadan olan gündən (84 il və 82 il) hazırkı vaxtadək ailələri ilə birlikdə həmin evdə yaşayırlar. Beləliklə, hazırda mirasın vərəsəlik üzrə rəsmiləşdirilməyən 7/8 paydan ibarət hissəsini qəbul etmiş vərəsələr hazırkı ərizə ilə məhkəməyə müraciət edən Ərizəçi1 3/8 pay, Ərizəçi2 3/8 pay, Ərizəçi3 1/16 pay, X18 1/16 pay qəbul etmişdir. Mirasın 1/8 hissəsi yuxarıda qeyd edildiyi kimi 1987-ci ildə qanun üzrə vərəsə X35 tərəfindən rəsmiləşdirilmiş və daha sonra 1998-ci ildə nəvəsi X14 adına özgəninkiləşdirilmişdir. Həmin pay barədə heç bir mübahisə yoxdur. Uzun illər miras əmlaka sahiblik etdiklərindən, həmin əmlakda yaşamaqla onu idarə etməyə faktik başladıqlarından və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirdiklərindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə olaraq yuxarıda qeyd edilən paylar üzrə mirası qəbul etmişlər. Şəxşiyyət vəsiqələrinin surətlərindən də görünür ki, miras əmlakda pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında Ərizəçi1 vəkili və nümayəndəsi Vəkil ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, X34 1943-cü ildə müharibədə ölmüş, vərəsəlik işində mübahisə olmamış, miras 1/8 pay İlahə və Validə arasında,1/8 pay Ərizəçi1 və Ərizəçi2 arasında bölünmüşdür və hazırda 2/8 pay Vüsalənindir. Ərizəçilər Ərizəçi1 Məhərəm oğlu və Ərizəçi2 bacıları X12 və X3 olan yeganə qohumlardır və X5 bildirdiyinə görə o, 1935-ci ildə anadan olmuş, ünvan 4 ünvanında yaşayır. 1957-ci ilə qədər həmin evin qonşuluğundakı 39 saylı evdə yaşamışdır. ünvan 5 ünvanındakı ev Ərizəçi1 babası Məcid İbad oğluna, X25na, əmiləri X39 və Vəli Məcid oğuna məxsus olmuşdur. O, mərhum atasının söhbətlərindən bilir ki, babası Məcid İbad oğlu və əmisi Vəli Məcid oğlu o, anadan olana qədər vəfat etmişdir. Köhnə qəbristanlıq olduğu üçün köçürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçilər Ərizəçi2, Ərizəçi3, X18, maraqlı şəxslər Bakı şəhəri 9 saylı Notariat Ofisi və Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli iclaslarında iştirak etmiş X18 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X30 Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin arxivinin 1982-ci il tarixdən başlandığını, onların barəsində sənədlərin onlarda olmayacağını və onlar barəsində onlarda heç bir qeydiyyat olmadığını, məlumatın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olacağını qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Ərizəçi3 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq Malik Vəli oğlunun onun atası olduğunu, 1984-cü il tarixdə rəhmətə getdiyini, Vəlinin vəfatını görən şahidin olmadığını, rəhmətə getdiklərini və heç birinin payla bağlı narazılığı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilərin və Ərizəçi1 vəkili və nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ ИЕ 282377 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1939-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X25, anası Hökümə Cəfərqulu qızıdır. - 30/338 saylı, xx.xx.1987-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 6 ünvanı üzrə X35 1/8 hissə, Məcid İbad oğlu 2/8 pay, Məhərrəm Məcid oğlu 2/8 pay, X51 2/8 pay, Vəli Məcid oğlu 1/8 pay hissə müəyyən olunmuşdur. - xx.xx.1998-ci il tarixli, MH seriyalı, 120328 nömrəli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 6 ünvanı üzrə X13 adına 1/8 pay, Məcid İbad oğlunun adına 2/8 pay, Məhərrəm Məcid oğlunun adına 2/8 pay, X34 adına 2/8 pay, Vəli Məcid oğlunun adına 1/8 pay xüsusu mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmışdır. - İİİ ЖГ 291269 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Malik Vəli oğlu xx.xx.1984-cü il tarixdə 56 yaşında vəfat etmişdir. - V ЖГ 348626 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Sona Murad qızı xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. - AZ-T 160616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X45, anası Sona Murad qızıdır. - AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X45, anası Sona Murad qızıdır. - AZ İİ 150995 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X19 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - AZ-İ 370282 nömrəli nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X19 ilə X26 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 175 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir. - AZ-İİ 350896 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. X4, anası Ərizəçi4dır. - İİİ ЖГ 313144 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məhərrəm Məcid oğlu xx.xx.1985-ci il tarixdə 89 yaşında vəfat etmişdir. - İV ЖГ 311848 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Məhərrəm Məcid oğlu ilə Hökümə Cəfərqulu qızı xx.xx.1986-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 906 nömrə ilə qeyd edilmişdir. - AZ 101314 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hökümə Cəfərqulu qızı xx.xx.2001-ci ildə tarixdə vəfat etmişdir. - Milli Arxiv İdarəsi AR-nın Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, 1937-ci ilə dair Bakı şəhəri Şaumyan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında xx.xx.1937-ci ildə doğulan Ərizəçi1 təvəllüdü qeyd olunmuşdur. - Milli Arxiv İdarəsi AR-nın Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, 1939-cu ilə dair Bakı şəhəri Şaumyan rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında xx.xx.1939-cu ildə doğulan Ərizəçi2 təvəllüdü qeyd olunmuşdur. - Milli Arxiv İdarəsi AR-nın Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, 1928-ci ilə dair Bakı şəhəri Dzerjinski (Nərimanov) və Şaumyan (Xətai) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında Malik Vəli oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkar olunmamışdır. - Milli Arxiv İdarəsi AR-nın Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X34 və Vəli Məcid oğlunun vəfatları barədə axtarışın aparılmasının imkanları xaricində olduğu müəyyən olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanına dair hüquqmüəyyənedici sənədlərin surətinin məhkəmə sorğusu əsasında verilə biləcəyi, məlumat üçün də ünvan 6 ünvanının 2/8 hissəsi isə Məcid İbad oğlunun adlarına qeydiyyata alındığı bildirilmişdir. - Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, verdikləri sənədlər, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün kifayət olmadığı, qohumluğu və mirasın qəbul edilməsini təsdiq edən sənədlərin təqdim edilməli olduğu bildirilmişdir. - Milli Arxiv İdarəsi AR-nın Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, 1928-ci ilə dair Bakı şəhəri Şaumyan (Xətai) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Malik Vəli oğlunun, 1933-cü ilə dair Bakı şəhəri Şaumyan (Xətai) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Məcid İbad oğlunun, 1931-ci ilə dair Bakı şəhəri Şaumyan (Xətai) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Vəli Məcid oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkar olunmamışdır. - Milli Arxiv İdarəsi AR-nın Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1941-1945-ci illərdə X21 vəfat edən və itkin düşən şəxslərin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən 1943-cü ildə vəfat edən X51 ilə bağlı axtarışın aparılmasının imkanları xaricində olduğu bildirilmişdir. - AR Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 506 saylı məktubundan görünür ki, arxiv uçot sənədlərində X34 X37 zamanı hərbi xidmət keçməsi, müharibədə iştirakı və həlak olması barədə məlumat olmadığı bildirilmişdir. - xx.xx.2022-ci il tarixdə X12 (1930-cu ildə anadan olmuş) və X15 (1935-ci ildə anadan olmuş) tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, ünvan 1 ünvandakı ev babaları Məcid İbad oğluna, ataları Məhərrəm Məcid oğluna, əmiləri X39 və Vəli Məcid oğluna məxsus olmuş, babaları və əmisi Vəli Məcid oğlu X1 olarkən, X15 isə anadan olana qədər vəfat etmişlər, onları heç xatırlamırlar. Digər əmiləri X51 onlar məktəbli olarkən müharibəyə getmiş və qayıtmamışdır. Atalarının dediyinə görə müharibədə həlak olmuşdur. Babalarının və X34 payını ataları qəbul etmişdir. əmiləri oğlu Malik Vəli oğlu 1928-ci ildə anadan olmuş, 1984-cü ildə vəfat etmişdir. Hazırda həmin evdə qardaşları Ərizəçi1 və Ərizəçi2 ailələri ilə birlikdə yaşayırlar. Vəli Məcid oğlunun hissəsində isə onun oğlu Malikin qızı Validə və Malikin oğlu İsmayılın ailəsi yaşayır. Onlar həmçinin, həmin mənzilə keçən əsrin 50-ci illərindən köçdüklərini, bir vərəsə kimi mirası qəbul etmədiklərini, miras əmlakda hər hansı bir iddiaları olmadıqlarını, həmin mirası qardaşları Ərizəçi1 və Ərizəçi2, əmi oğlu mərhum Malikin övladlarının miras paylarına uyğun qəbul etdiklərini, səhhətlərinə görə məhkəmə iclaslarında iştirak edə bilmədiklərini bildirmiş və ərizələrdə qeyd etdiklərini şahid ifadəsi kimi qəbul edilməsini xahiş etmişlər. - Keşlə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvandakı evdə qeydiyyatda olmaqla Ərizəçi1, onun oğlu Məcidov Məcid Ərizəçi1 oğlu, gəlini X27, nəvələri X31, X32, Ərizəçi2, onun oğlu Məhərrəmov Qulam Ərizəçi2 oğlu, gəlini (qeydiyyatsız) X7, nəvələri X17, X8, Ərizəçi3, X18 və onun qızı X20 yaşayırlar. Fotoşəkillərdən görünür ki, Malik Vəli oğlu 1928-ci il tarixdə anadan olmuş,1984-cü il tarixdə vəfat etmişdir. Sona Murad qızı 1933-cü ildə anadan olmuş, xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Vəli Məcid oğlu X1 olarkən, X15 isə anadan olana qədər vəfat etmişdir. X2 1930-cu ildə anadan olmuşdur. Eyni zamanda onlar ifadələrində X51 onlar məktəbli olarkən müharibəyə getdiyini və qayıtmadığını, atalarının dediyinə görə müharibədə həlak olduğunu bildirmişlər. Həmçinin, onlar Malik Vəli oğlunun əmiləri Vəli Məcid oğlu olduğunu və 1928-ci il tarixdə anadan olduğunu bildirmişlər. Eyni zamanda məhkəmə iclasında müəyyən olundu ki, Məcid İbad oğlu və Vəli Məcid oğlu Ərizəçi1 Məhhərrəm oğlu anadan olana qədər vəfat etmişdir. Ərizəçi1 xx.xx.1937-ci ildə doğulmuşdur. Əlavə edilən Malik Vəli oğlunun ölüm haqqında şəhadətnaməsinə görə Malik Vəli oğlu xx.xx.1984-cü il tarixdə 56 yaşında vəfat etmişdir. 1984-cü ildə 56 yaşında vəfat etməsi onun 1928-ci ildə doğulduğunu göstərir. Vəli Məcid oğlu 1931-ci il tarixdə vəfat etmişdir. X16 və Malik Vəli oğlu adlı 2 övladı olmuşdur. Vəli Məcid oğlunun istifadəsində Bakı şəhəri, Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, 39 saylı ev olmuşdur. Övladların hər ikisi Vəli Məcid oğlundan qalan 1/4 (2/8) hissə mirası həmin zaman qüvvədə olan mülki qanunvericiliyə əsasən faktiki yaşamaqla, əmlaka sahiblik etməklə qəbul etmişlər. 1987-ci ildə X35 atasından qalan 2/8 mirasın yarısını - öz payına düşən hissəsini rəsmiləşdirmiş və xx.xx.1987-ci il tarixdə mirasın 1/8 hissəsinə dair Texniki İnventarlaşdırma Bürosundan qeydiyyat vəsiqəsi almışdır. Sonradan xx.xx.1998-ci il tarixdə həmin 1/8 payı nəvəsi X13 adına özgəninkiləşdirmişdir. Bu məsələdə heç bir mübahisə yoxdur. Digər 1/8 hissə üzrə isə vərəsəlik mirası qəbul etmiş Malik Vəli oğlu tərəfindən zamanında rəsmiləşdirilmədiyindən bu günədək atası Vəli Məcid oğlunun adında qalmışdır. Daha sonra ərizəçilər miras əmlakın qəbulu üçün Bakı şəhəri 9 saylı Notariat ofisinə müraciət etmiş, bu zaman qohumluq faktını təsdiq edən sənədlərin təqdim edilməsi müəyyən olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Göründüyü kimi, ərizəçilər ərizədə qeyd olunana faktlarla bağlı qeydlər etdirə və bu haqda şəhadətnamələri başqa qaydada ala bilmədiklərindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün, döğum və qohumluq faktının qeyd edilməsi ərizəçilərə miras əmlakla bağlı müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 2-ci bəndinə əsasən, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. 2.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.3-cü bəndinə əsasən, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübut növləri ilə, o cümlədən şahidlərin məhkəmədə verdikləri ifadələrlə, Vəli Məcid oğlunun 1931-ci il tarixdə, Məcid İbad oğlunun 1933-ci il tarixdə, X34 1943-cü il tarixdə vəfat etməsi faktı, Malik Vəli oğlunun 1928-ci il tarixdə anadan olması faktı və Malik Vəli oğlunun Vəli Məcid oğlunun oğlu olması barədə qohumluq faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə qeyd edir ki, hazırki halda görünür ki, ərizəçilər və qohumları arasında ünvan 1 ünvandakı miras əmlakla bağlı mübahisə yoxdur. ərizəçilər uzun müddət həmin evdə yaşayaraq faktiki olaraq mirası qəbul etmişlər. Eyni zamanda iş materialına əlavə olunmuş xx.xx.1998-ci il tarixli, MH seriyalı, 120328 nömrəli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 6 ünvanı üzrə X13 adına 1/8 pay, Məcid İbad oğlunun adına 2/8 pay, Məhərrəm Məcid oğlunun adına 2/8 pay, X34 adına 2/8 pay, Vəli Məcid oğlunun adına 1/8 pay xüsusu mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə də ünvan 6 ünvanının 2/8 hissəsi isə Məcid İbad oğlunun adlarına qeydiyyata alındığı bildirilmişdir. Məhərrəm Məcid oğlu mirası qəbul etdikdən sonra onun miras əmlakda payı 6/8 olmuşdur. Məhərrəm Məcid oğlu 1985-ci ildə, onun həyat yoldaşı Hökümə Cəfərqulu qızı 2001-ci ildə vəfat etmişdir. Onlar vəfat etdikdən sonra Məhərrəm Məcid oğlunun qəbul etdiyi miras evin 6/8 hissəsini onun övladları - anadan olandan bəri miras evdə qeydiyyatda olmaqla yaşayan, atasının ölümündən sonra mirasa faktiki yeyələnən və həmin 6/8 paya sahiblik etməyə, onu idarə etməyə faktiki başlayan Ərizəçi1 və Ərizəçi2 qəbul etmişlər. X6 6/8 miras payının 3/8 hissəsi Ərizəçi1, 3/8 hissəsi isə Ərizəçi2 tərəfindən qəbul edilmişdir. Daha sonra Vəli Məcid oğlundan qəbul edilmiş Malik Vəli oğlunun 1/8 payını həmin evdə yaşayaraq mirası faktiki olaraq qəbul etmiş övladları Ərizəçi3 və X19 hər birinin payı 1/16 olmaqla qəbul etmişlər. xx.xx.2021-ci il tarixdə X19 vəfat etmişdir, onun 1/16 payını qanuni vərəsəsi olan arvadı miras əmlakda yaşamaqla mərhum ərinə düşən paya faktiki sahiblik etməyə başlayan X18 qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan bu hissədə də təmin edilməli, ünvan 7 ünvandakı mirasın 3/8 hissəsinin Ərizəçi1 tərəfindən, 3/8 hissəsinin Ərizəçi2 tərəfindən, 1/16 hissəsinin Ərizəçi3 tərəfindən, 1/16 hissəsinin X18 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi1 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vəli Məcid oğlunun 1931-ci il tarixdə, Məcid İbad oğlunun 1933-ci il tarixdə, X34 1943-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Malik Vəli oğlunun 1928-ci il tarixdə anadan olması faktı müəyyən edilsin. Malik Vəli oğlunun Vəli Məcid oğlunun oğlu olması barədə qohumluq faktı müəyyən edilsin. ünvan 7 ünvandakı mirasın 3/8 hissəsinin Ərizəçi1 tərəfindən, 3/8 hissəsinin Ərizəçi2 tərəfindən, 1/16 hissəsinin Ərizəçi3 tərəfindən, 1/16 hissəsinin X18 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə doğum və ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar