Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2755/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7617 (yeddi min altı yüz on yeddi) manat miqdarında pulun və 96,17 (doxsan altı manat on yeddi qəpik) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Vesta Construction" MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə tərəflər Cavabdeh MMC ( bundan sonra - İcraçı) ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli 0067 saylı müqaviləyə dəyişiklik edilməsi barədə razılıq əldə edilmişdir. Razılığa əsasən, təmirin 1 kv.m-i uçun nəzərdə tutulmuş 155 (yüz əlli beş) manat məbləğ “İcraçı” tərəfincən “Sifarişçi”yə mərhələli şəkildə qaytarılacaq. Müqavilədə göstərilən faktiki ölçü 74.5 km m təşkil edir. “İcraçı”nın ödəyəcəyi məbləğ 11183 (on bir min yüz səksən üç) manat təşkil edir. “İcraçı” “Sifarişçi”yə 3566 (üç min beş yüz altmış altı) manat məbləği xx.xx.2023-cü ildə ödəyir. Qalan 7617 (yeddi min altı yüz on yeddi) manatı isə təmir getdiyi müddətdə mərhələli şəkildə ödəyəcək. Təəssüf ki, cavabdeh müqavilə üzrə ona qaytarmalı olduğu pulu bu günədək qaytarmayıb. O, cavabdehin nümayəndəsi ilə dəfələrlə görüşərək, eyni zamanda dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, müqavilə uzrə mənə ödənilməli olan pulu qaytarmasını xahiş etmişdir. Lakin cavabdeh bugün-sabah deyərək ona qaytarmalı olduğu pulu qaytarmamışdır. Hal-hazırda cavabdehin hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur. Çünki, o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azında bu qədər uzun müddət ərzində pulu tam qaytarmağa cəhd edərdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verib, əlavə olaraq göstərmişdir ki, qarşı tərəflə müqavilə bağlamışlar. Həmin müqaviləyə görə MMC ona 6 il bundan qabaq təmirli ev verməli idi, amma təmir etmədilər. Özü təmir etdirmişdir. O, 6 il gözləmişdir, lakin bir nəticə əldə olunmamışdır. Müqaviləyə dəyişiklik edilməsi barədə razılıq əldə etsələr də, qarşı tərəf buna əməl etmir. O, sübutlarını məhkəməyə təqdim etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcraçı Cavabdeh MMC ilə Sifarişçi İddiaçı arasında bağlanmış “xx.xx.2017-ci il tarixli 0067 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Sifarişçi “Müqavilə”nin predmeti olan A. 13.5 nömrəli mənzilin sahəsinin 2,35 kv.m artıq, yəni 74,5 kv.m olması barədə “İcraçı”nın təklifi ilə razılaşır. “Sifarişçi” “İcraçı'’ya 3566 (üç min beş yüz altmış altı) manat məbləğində pul ödəyir. Həmin məbləğin tərkibi aşağıdakı kimidir: 3066 manat - “İcraçı”nın bildirdiyinə görə 2,35 kv.m əlavə sahəyə görə ödəniş; 500 manat Təmir zamanı qaldırıcı qurğudan istifadəyə görə ödəniş. Qeyd: Təmirin 1 m2-i üçün nəzərdə tutulmuş 155 (Yüz əlli beş) manat məbləğ “İcraçı” tərəfindən “Sifarişçi”yə mərhələli şəkildə qaytarılacaq. Müqavilədə göstərilən faktiki ölçü 74,5 m2 təşkil edir. “İcraçı”nın ödəyəcəyi məbləğ 11 183 (on bir min yüz səksən üç) manat təşkil edir. “İcraçı” “Sifarişçi”yə 3566 (üç min beş yüz altmış altı) manat məbləği xx.xx.2023-cü ildə ödəyir. Qalan 7617 (yeddi min altı yüz on yeddi) manatı isə təmir getdiyi müddətdə mərhələli şəkildə ödəyəcək. - xx.xx.2024-cü il tarixli İddiaçı Məmmədoğlu tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış Bildirişdən və çatdırılma barədə eyni tarixli poçt qəbzindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə tərəflər Cavabdeh MMC (bundan sonra- İcraçı) ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli 0067 saylı müqaviləyə dəyişiklik edilməsi barədə razılıq əldə edilmişdir. Razılığa əsasən, təmirin 1 kv.m-i üçün nəzərdə tutulmuş 155 (yüz əlli beş) manat məbləğ "İcraçı" tərəfindən "Sifarişçi"yə mərhələli şəkildə qaytarılacaq. Müqavilədə göstərilən faktiki ölçü 74,5 km.m təşkil edir. "İcraçı"nın ödəyəcəyi məbləğ 11183 (on bir min vüz səksən üç) manat təşkil edir. "İcraçı" "Sifarişçi"yə 3566 (üç min beş yüz altmış altı) manat məbləği xx.xx.2023-cü ildə ödəyir. Qalan 7617 (yeddi min altı yüz on yeddi) manatı isa təmir getdiyi müddətdə mərhələli şəkildə ödəyəcək. Bildirir ki, razılıq əldə edilən tarixdən indiyədək MMC tərəfinizdən qalıq məbləğ - 7617 (yeddi min altı yüz on yeddi) manat hələ də ödənilməyib. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, xx.xx.2017-ci il tarixli 0067 saylı müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli razılığa əsasən 7617 (yeddi min altı yüz on yeddi) manat pulun xx.xx.2024-cü il tarixədək ona ödənilməsi MMC-dən xahiş edilmişdir. Əks halda əmlak hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə MMC xəbərdar edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə 98 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İcraçı Cavabdeh MMC ilə Sifarişçi İddiaçı arasında bağlanmış “xx.xx.2017-ci il tarixli 0067 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən, Sifarişçi “Müqavilə”nin predmeti olan A. 13.5 nömrəli mənzilin sahəsinin 2,35 kv.m artıq, yəni 74,5 kv.m olması barədə “İcraçı”nın təklifi ilə razılaşmış, “Sifarişçi” “İcraçı'’ya 3566 (üç min beş yüz altmış altı) manat məbləğində pul ödəməyi, öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən, təmirin 1 m2-i üçün nəzərdə tutulmuş 155 (yüz əlli beş) manat məbləğ “İcraçı” tərəfindən “Sifarişçi”yə mərhələli şəkildə qaytarılmalı, müqavilədə göstərilən faktiki ölçü 74,5 m2 təşkil etmişdir. “İcraçı”nın ödəyəcəyi məbləğ 11 183 (on bir min yüz səksən üç) manat təşkil etmiş, “İcraçı” “Sifarişçi”yə 3566 (üç min beş yüz altmış altı) manat məbləği xx.xx.2023-cü ildə ödəmişdir. Lakin, qalan 7617 (yeddi min altı yüz on yeddi) manatı isə təmir getdiyi müddətdə mərhələli şəkildə ödəməli olsa da, cavabdeh tərəfindən həmin öhdəliyə əməl edilməmişdir və hazırda iddiaçı qeyd olunan qalıq məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2023-cü il tarixli müqavilə (razılaşma) bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla müvafiq öhdəliklər götürmüşlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı ilə Cavabdeh MMC arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 96,17 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tələb etdiyindən, tələb olunan ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 7617 (yeddi min altı yüz on yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş 96,17 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7617 (yeddi min altı yüz on yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş 96,17 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-2755/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2755/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver