Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-122/2025 14.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat pulun, qaldığı evin 4 aylıq kirayə haqının, yəni hər ay üçün 500 manat olmaqla, ümumilikdə 2000 manat pulun və 186 manat dövlət rüsumunun, ümumilikdə 32186 (otuz iki min yüz səksən altı) manat pulun cavabdehdən alınmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 24000 manata Naxçıvan şəhəri, Hacıniyyət kəndində yerləşən yarımtikilinin 45 günə tam təmiri üçün razılığa gəlinmişdir. 16 avqust 2024-cü il tarixdə aralarında Beh Müqaviləsi imzalanmış və ilkin ödəniş olaraq 15000 manat Cavabdeh vermişdir. Razılaşmalarına əsasən evi 45 gün ərzində təhvil verəcəyini desə də, 74 gün olmasına baxmayaraq cavabdeh üstünə düşən öhdəlikləri yerinə yetirmir və hər dəfə ona zəng edən zaman müxtəlif bəhanələr gətirərək öhdəliyindən boyun qaçırır. Sonuncu dəfə 27 oktyabrda bütün işlərin bitəcəyini desə də, heç bir nəticə yoxdur. Himayəsində olan 2 azyaşlı uşağı ata və anası ilə birlikdə hal-hazırda kirayədə yaşayırlar. Müqavilənin şərtlərinə görə cavabdeh öhdəliyini yerinə yetirmədiyi halda behin ikiqatını iddiaçıya ödəməli, iddiaçı öhdəliyini yerinə yetirmədiyi halda isə behin cavabdehdə qalacağı göstərilmişdir. Halhazırda iddiaçıya 6000 manat məbləğində, yəni ümumilikdə 21000 manat pul vermişdir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 30000 (otuz min) manat borcun, qaldığı kiranın 4 aylıq pulunun hər ay üçün 500 manat olmaqla, ümumilikdə 2000 manat pulun və 186 manat dövlət rüsumunun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı izahatında Naxçıvan şəhəri Hacıniyyət kəndində inşa etdiyi evin təmiri üçün Cavabdeh 24000 manat pul verdiyini, əlavə olaraq özünün həmin evə 25000 xərc çəkdiyini, kirayə pulunun 2 ayını Mürsəl versə də qalan iki ayını özünün verdiyini, axırıncı ayı Mürsəlin verdiyini, ustanı çağıran zaman ustanın 24000 manat pul hesabladığını, özünün 35 manatlıq kafel seçdiyini, qarşı tərəfin 24 manatlıq kafel vuracağını dediyini, qalan pulu da özünün verəcəyini dediyini, 25000 xərc çəkdiyini,Mürsəlin işi tam görmədiyini, fakturaları verdiyini, dekabr ayının 30-dan köçüb evində yaşadığını, Mürsəlin artıq işi başa çatdırmadığını görüb özü qalan işi tamamladığını, məhkəməyə verməsi səbəbinin oktyabr ayının 27 evi verəcəyini, kirayə müqaviləsinin də oktyabr ayının 27-ə kimi bağladığını, Hazırda evin hasarının, həyətin betonunun qaldığını, Mürsəllə danışdığını, məhkəməni gözləyəcəyini dediyini, bünövrənin traktor vasitəsilə qazılmasını özlərinin etdiyini, üzləmənin pulun ondan çıxdığını, evi tam hazırladığını, bir şiferi vurduğunu, taxtaları onun taxtasından istifadə etdiyini, gəcin onun olduğunu, lepkaları onun vurduğunu, divar kağızı, ağı onun vurduğunu, kafel və metlakı onun aldığını, asma tavanı özü aldığını, alçıpanın onun etdiyini, 1250 Mürsəlin ona iş məhkəmədə olduğu vaxt pul verdiyini, 15000 beh verdiyini və müqavilə bağladığını, 9000 manat özü verdiyini, ümumilikdə 24000 manat verdiyini, Mürsəlin 5-6 min manatlıq iş görmədiyini, əavə iki ay kirayə qaldığını, hərmin kirayə pullarını da Mürsəldən tələb etdiyini, evin çıxarışı olmadığını, torpağın atasının adına olduğunu, Lakin evi o tikdirdiyini, pulunu da o verdiyinə, müqaviləni o bağladığına görə onun məhkəməyə verdiyini, torpağın çıxarışı olduğunu, müqaviləni onun bağladığını bildirmiş və pulun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında kirayə pulu iddianı qismən qəbul etdiyini, Naxçıvan şəhəri Hacıniyyət kəndində yerləşən evə razılaşmalarına əsasən işi vaxtında yerinə yetirə bilmədiyinə görə iki ay üçün 1000 manat verdiyini, razılaşmaya əsasən iki ay müddətində evi tam təmir edib Pərvinə verəcəyini, lakin müəyyən səbəblərdən həmin müddətdə işin başa çatdıra bilmədiyini, Pərvinin razılığın səhərisi onu məhkəməyə verdiyini, ona görə işi dayandırdığını, evin şiferinin vurulduğunu, tək ustaya 3000 manat pul verdiyini, evi çox işini gördüyünü, lakin məhkəməyə verdiyinə görə işi saxladığını, özünə də dediyini, onun beh müqaviləsi olduğunu, 2 ay kirayəsini verdiyini, ustalarla problem yaşadığını, onun da zərər çəkdiyini, 15000-16000 pulu getdiyini, faktura olmalı olduğunu, digərlərinin olmadığını, hesablayan zaman 21000-22000 pul tutacağını, razılaşdıqlarını ki, evi tam təhvil veriləcəyini, 15000 manatı başdan beh kimi verdiyini, 9000 manatı hissə-hissə verdiyini, tək şiferin 6000-7000 tutduğunu, alçıpan vurulduğunu, pəncərələrin gəldiyini, şüşələrin gəldiyini, pəncərələrin bir həftəyə gəldiyini, qalan işlərin kombi qoyalacağını, qapı qoyulacağını, 30000 Pərvinə pul verə bilməyəcəyini, Erzuruma xəstəxana getdiyini, müəyyən problem yaşadığını, 9000 ödəməyi öhdəsinə götürdüyünü, gəcin vurulduğunu, evi 24000 razılaşdığını, onun bundan sonra 24000 qəbul etmədiyini, usta aparıb qoyduğunu, ustanın ona demədən getdiyini, usta ilə sözü olduğunu, işin ortasında ona dediklərini bildirmişdir. Bundan əvvəlki məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, məhkəmədə ona qarşı iddia qaldırılmışdır. Ona görə də, işi dayandırmışdır. 2 dəfə 300 manat olmaqla, 600 manat pul vermişdir. Kirayə pulunu vermişdir. Müqaviləyə əsasən həmin yazılar öz aralarında olan pul müqaviləsidir. 2 qat pulunu tələb etməsini qəbul etmir. Müştəriləri ilə problem yaşayır. Şiferə usta ilə bağlı 15-16 min manat pulu gedib. Şap verilib, sement işlənib. 15000 manat ilk başdan verilib. 15000 manatlıq iş görmüşdür. 9000 manatı hissəhissə Pərvinə verəcəkdir. Tək şifer 6-7 min manat pul tutub. Lepka, şap, pəncərə işləri görülüb. 30000 manat pul verə bilməz. Evə nə xərc çəkilibsə, onu verəcəkdir. 24000 manat öhdəliyi yoxdur. 9000 manat pul verəcəkdir. 24000 manatın 15000 manatını özü işləmişdir. Yerdə qalan 9000 manat puldur. Onu da verəcəkdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına əlavə olunmuş: 16 avqust 2024-cü il tarixli Beh Müqaviləsinin surətinə əsasən, müqavilə 24000 manata ev təmiri üçün nəzərdə tutulmuşdur. İddiaçı 15000 manat behi Cavabdeh vermişdir. Cavabdeh öhdəliyini yerinə yetirmədiyi halda behin ikiqatını İddiaçı ödəməli, İddiaçı öhdəliyini yerinə yetirmədiyi halda isə beh Cavabdeh qalacaqdır. “TMS Group” Kafel-metlaq mağazasının 09 dekabr 2024-cü il tarixli, 000186 nömrəli qaimə fakturasına əsasən, alınan mallar üçün 1600 manat pul ödənilmişdir. 15 dekabr 2024-cü il tarixli, ******* nömrəli qaimə fakturaya əsasən, alınan mallar üçün 175 manat pul ödənilmişdir. 17 dekabr 2024-cü il tarixli, ******* nömrəli qaimə fakturaya əsasən, alınan mallar üçün 394 manat pul ödənilmişdir. 15 dekabr 2024-cü il tarixli, ******* nömrəli qaimə fakturaya əsasən, alınan mallar üçün 593 manat pul ödənilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli, 204 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, mülki iş materiallarında olan, eləcə də, baxış zamanı əldə edilmiş zəruri məlumatları nəzərə alaraq, iş üzrə İddiaçı məxsus Naxçıvan şəhəri, Hacıniyyət kəndində yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş tikinti-təmir işlərinin usta haqqı və inşaat materiallarının qiyməti də daxil olmaqla, mövcud bazar qiymətlərinə uyğun (2025-ci il) ümumi dəyərinin təqribən 37265.9 (otuz yeddi min iki yüz altmış beş manat doxsan qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evində görülmüş tikinti-təmir işlərinin kim tərəfindən görüldüyünün müəyyən edilməsi tikintitexniki ekspertinin səlahiyyətinə aid deyildir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iş üzrə İddiaçı məxsus Naxçıvan şəhəri, Hacıniyyət kəndində yerləşən fərdi yaşayış evində görülməmiş tikinti-təmir işləri üzrə tələb olunan vəsaitin dəyəri, həmin işlərin yerinə yertirilməsi zamanı ortaya çıxa biləcək əlavə işlərin (söküntü, gücləndirmə və s.) alına biləcək əlavə materialların həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını dinləyərək və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qiymət vermək olar. Hazırki iddia tələbi podrat müqaviləsindən irəli gələn tələb üzrə tərəflər arasında bağlanmış beh müqaviləsinə əsasən pulun ödənilməsi tələbidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460-cı maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Podrat müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, podratçı Cavabdeh sifarişçi İddiaçı tərəfindən verilmiş pul müqabilində üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, nəticədə onun icranı gecikdirilməsi nəticəsində öhdəliyi yaranmışdır. Qeyd edilən öhdəlik isə pul vəsaitinin iki mislinin ödənilməsi olmuşdur. Tərəflər arasında bağlanmış beh müqaviləsi ilə aydın olur ki, İddiaçı 15000 manat məbləğində vəsaiti beh olaraq Cavabdeh vermişdir. Müqavilə şərtlərinə görə ümumi məbləğ 24000 manat təşkil edir ki, əgər öhdəlik icra olunmadığı halda behin ikiqat məbləği 24000 manat olaraq ödənilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, beh məbləği 15000 manat olduğundan behin ikiqat məbləği də məhz 15000 manatın iki qat məbləği olaraq nəzərə alınmalıdır. Eləcə də iş üzrə müvafiq ekspertiza təyin edilmiş, Naxçıvan şəhəri Hacıniyyət kəndində inşa edilən fərdi yaşayış evi üzrə tikinti və təmir işlərinin xərcinin hesablanması müəyyən edilmiş və rəy təqdim edilmişdir. Təqdim edilmiş rəy iddiaçının iştirakı ilə araşdırılmış, cavabdehə məhkəmə iclaslarının ekspert rəyi ilə müəyyən edilmiş halların aydınlaşdırılması məqsədilə məlumat verilsə də iştirak etməmişdir. Ekspert rəyində müəyyən edilmiş işlərin görülməsinin iddiaçı yoxsa cavabdeh tərəfindən həyata keçirilməsinə münasibətdə iddiaçı qeyd etmişdir ki, evin çöl hissədən ön və yan fasad hissələrinin sement məhlulu ilə hamarlanması, evin üzərinə taxta karkazların qurulması, üzərinə sinklənmiş dəmir şifer təbəqələrinin vurulması, sinklənmiş dəmir şifer, evin daxili divarlarının gəc məhlulu ilə hamarlanması, gəc, evin daxili divarlarının alçı məhlulu ilə hamarlanması, lepka işlərinin görülməsi və divar kağızının vurulması, alçı, lepka, evin tavanının altının yığılması, alçıpanın vurulması, üzərinə alçı məhlulu ilə hamarlanması, alçıpan, taxta, alçı, PVS plastik materialından iki qat pəncərələrin quraşdırılması (material və xırda ləvazimatları ilə birlikdə), plastik pəncərə (2.4x2.2) 1 ədəd, plastik pəncərə (1,6x1), plastik pəncərə (1.6x1.5), plastik pəncərə (1.6x1.85), plastik pəncərə (1.6x1.8) 1 ədəd, plastik pəncərə (0.5x0.5) 2 ədəd, evin ümumi elektrik sisteminin çəkilməsi (material ilə birlikdə), əlavə və nəqliyyat xərcləri (yüklərin qaldırılması, zibilin daşınması və s) iştirakı Cavabdeh tərəfindən həyata keçirilmişdir. Sözügedən işlərin həyata keçirilməsi üçün material və usta xərcinin əlavə və nəqliyyat xərcləri (yüklərin qaldırılması, zibilin daşınması xərci istisna olmaqla 11227.3 (on bir min iki yüz iyirmi yeddi manat otuz qəpik) təşkil edir. Nəqliyyat xərcləri (yüklərin qaldırılması, zibilin daşınması xərci ekspert rəyində 4873 manat müəyyən edilmişdir. Lakin cavabdehin və iddiaçının hər birinin gördüyü işlər üzrə ümumi xərcə nəzər saldıqda məhkəmə hesab edir ki, nəqliyyat xərcləri (yüklərin qaldırılması, zibilin daşınması xərcinin 1500 manat hissəsi cavabdehin gördüyü işlərə aid edilməlidir. Bununla yanaşı ümumi olaraq cavabdehin müqavilə əsasında gördüyü işlərin dəyəri 12727.3 (on iki min yeddi yüz iyirmi yeddi manat otuz qəpik) təşkil etmişdir. Qalan hissədə isə evə çəkilən xərcin iddiaçı özü tərəfindən həyata keçirdiyini bildirmişdir. Cavabdeh bu halın təkzibi üçün hər hansı sübut təqdim etməmişdir. Müqavilə üzrə 15000 manat beh məbləğindən əlavə 9000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi cavabdehin öz izahatı ilə müəyyən edilir. Ümumi cavabdehin gördüyü işlərin dəyəri ona verilmiş pul məbləğindən çıxıldıqda cavabdehin iddiaçıdan aldığı lakin görmədiyin işlər üzrə pul məbləği 11272.7 (on bir min iki yüz yetmiş iki manat yetmiş qəpik) təşkil etməkdədir. Həmin pulun 1250 manat hissəsini iddiaçı işin məhkəmə icraatında olduğu müddətdə cavabdeh tərəfindən ona verilməsini bildirmişdir. Qalan ümumi məbləğ 10022.7 (on min iyirmi iki manat yetmiş qəpik) təşkil edir. Bu halda isə məhkəmə beh müqaviləsinin müddəalarını pozan cavabdeh tərəfdən müqavilə şərtinə uyğun olaraq iki mislinin 20045.4 (iyirmi min qırx beş manat qırx qəpik) manat məbləğinin Cavabdeh alınaraq İddiaçı ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iddia tələbi üzrə Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən ev üzrə ekspertiza təyin edilməsi üçün qeydiyyat aparılsa da istər iddia tələbindən istər tərəflərin izahatlarından, istərsə də ekspert rəyindən aydın olur ki, düzgün ünvan Naxçıvan şəhəri Hacıniyyət kəndində yerləşən 8-ci küçə 1/1A ünvanıdır və həmin ünvan üzr Bununla yanaşı məhkəmə kirayə pulunun ödənilməsinə münasibətdə belə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma əsasında podratçının təxminən iki ay müddətində evi tam təmir edib sifarişçiyə təhvil verməsini öhdəsinə götürməsi nəzərə alınmışdır. Həmin müddətdə hər ay üçün 500 manat kirayə pulu ödəməsi və iki aylıq kirayə haqqının verilməsi işə baxılan zaman tərəflərin izahatları ilə təsdiq edilir. Bu halda isə qalan iki ay üçün noyabr və dekabr ayları üçün kirayə pulu məbləği 500 manat olmaqla 1000 manat pul cavabdeh X1 tərəfindən İddiaçı ödənilməlidir. Belə ki, podratçının icranı gecikdirməsi sifarişçinin əlavə ziyana məruz qalması ilə nəticələnməsi işin mübahisəsiz halıdır və bu halda zərərin əvəzinin iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 20045.4 (iyirmi min qırx beş manat qırx qəpik) manat məbləğində pul və 1000 (bir min) manat kirayə pulu olmaqla cəmi 21045.4 (iyirmi bir min qırx beş manat qırx qəpik) alınıb İddiaçı verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə münasib olaraq İddiaçı tərəfindən ödənilmiş 186 (yüz səksən altı) manat dövlət rüsumunun 153 (bir yüz əlli üç) manat hissəsi Cavabdeh alınıb İddiaçı qaytarılmalıdır. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat Cavabdeh alınaraq X2 MR İdarəsinə ödənilməlidir (Kod: 502906 VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 20045.4 (iyirmi min qırx beş manat qırx qəpik) manat məbləğində pul və 1000 (bir min) manat kirayə pulu olmaqla cəmi 21045.4 (iyirmi bir min qırx beş manat qırx qəpik) alınıb İddiaçı verilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. İddiaçı tərəfindən ödənilmiş 186 (yüz səksən altı) manat dövlət rüsumunun 153 (bir yüz əlli üç) manat hissəsi Cavabdeh alınıb İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat Cavabdeh alınaraq X2 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab: AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-122/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-122/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver