Məhkəmə qərarları › İş №e-2(012)-3181/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3181/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3181/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili Nümayəndə3, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 88600 manat məbləğində əsas, eləcə də pul vəsaitini uzun müddət ərzində gecikdirdiyi üçün, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirdiyi üçün 6645 manat cərimə olmaqla, ümumilikdə 95245 manat, Cavabdeh1 130000 manat məbləğində əsas, eləcə də pul vəsaitini uzun müddət ərzində gecikdirdiyi üçün 9250 manat cərimə olmaqla, ümumilikdə 139250 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 vəkili Nümayəndə3 elektron kabinet vasitəsilə vəsatətlə müraciət edərək, iddiaçının tələbinin müqavilə öhdəliyi ilə bağlı olduğunu, aralarında bağlanmış müqavilənin 7-ci bəndində tərəflər arasında fikir ayrılığının danışıqlar yolu ilə həlli tapılmasa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunmasının qeyd olunduğunu, lakin iddiaçının vəkilinin verdiyi izahatdan və məhkəməyə təqdim olunmuş sənədlərdən pretenziya qaydasına əməl olunmadığını bildirmiş, Mülki Məcəllənin 423-cü və Mülki Prosessual Məcəllənin 259-cu maddəsinə əsasən, iddia ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və Cavabdeh1 vəkili tərəfindən məhkəməyə ünvanlanmış vəsatətə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək və vəsatətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh1 vəkili tərəfindən məhkəməyə ünvanlanmış vəsatətinin təmin olunmasına etirazı yoxdur. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsi əsas götürülərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılır. İş materiallarına əlavə edilmiş iddiaçının mərhum atası X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Birgə fəaliyyət haqqında müqavilə”nin 7.1-ci maddəsində “hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyırlar” kimi qeyd olunmuşdur. Sözügedən müqaviləni 7.2-ci maddəsinə əsasən, tərəflər arasında hazırkı müqavilənin icrası ilə bağlı bütün mübahisələr məsləhətləşmələr və danışıqlar yolu ilə razılaşdırıla bilinmədiyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilir. Qeyd edilənlərdən aydın olur ki, hazırkı iş üzrə iddiaçı cavabdehlərə qarşı mövcud iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən bu qaydanı tətbiq etmək imkanı da hələ itirilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1-ci bəndə əsasən 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Mülki Prosessual Məcəllənin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas mövcud olduğundan, ərizə baxılmamış saxlanılmalı, iddiaçıya ərizənin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar