Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2756/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4000 (dörd min) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə uzaq qohumluq əlaqəri vardır. X2 10.000 ABŞ dolları alacağı var idi. Lakin həmin məbləği ondan almağa çətinlik çəkirdi. Bu məsələdən cavabdehin məlumatı var idi. 26 sentyabr 2017-ci il tarixində cavabdeh onlara gəlmiş, onlar həmin məbləğin alınması barədə söhbət etmiş, cavabdeh ona bildirmişdir ki, göstərilən məbləği X2 ala bilər. Amma bu iş xərcsiz ötüşməyəcək. Onlar bu işi həll etmək üçün 4000 (dörd min) manata razılaşmışlar. Lakin pulu növbəti gün Yasamal rayon prokurorluğunun qarşısında ona vermişdir. Lakin bugünədək cavabdeh X2 nə 10.000 ABŞ dollarını ala bilir nə də ki, ondan aldığı 4000 (dörd min) manatı qaytarmır. Daha sonra məlum oldu ki, cavabdeh etibarından su istifadə edərək onu aldadaraq aldığı 4000 (dörd min) manat pulu ələ keçirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, İddiaçı ondan 5500 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir, pulunu geri qaytarmır və bu barədə prokurorluq orqanına şikayət vermişdir. İddiaçı özünü “sığortalamaq” məqsədi ilə onu məhkəməyə vermişdir. Belə ki, İddiaçı onun şikayəti üzrə Yasamal rayon Polis İdarəsində gedən cinayət işi üzrə ondan 8000 manat pul istəyərək, onun 26 000 manat pulunu işi həll edərək ona qaytarılmasını təmin edəcəyini bildirmişdir. Ona inanaraq 2018-ci ilin iyun ayında Bakı şəhəri, Suraxanı rayonu 10- cu dairə ərazisində ona 5500 manat pul vermişdir. Həmin yerə İddiaçı özünə məxsus olan qara rəngli maşınla gəlmişdi və o, onun maşınına oturmuş, pulu ona sayaraq təqdim etmişdir. Hal-hazıra qədər isə bu gün-sabaha salaraq ödəmək istəmir. Artıq ödəmədiyi üçün şikayət vermişdir. Ona görə də, İddiaçı “pul tələbinə dair” iddiası əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək bildirmişdir ki, Həmid ilə dostdur. 2-3 il əvvəl olardı Həmid Elniyyətə onun və Vugar adlı şəxsin yanında Bakı şəhərində Neftçilər metirosunun yaxınlığında “Loğman klinikası”nın yaxınlığında 1000 manat vermişdir. Pulun məbləği 1000 manat idi. Sonrdan eşitmişdir ki, həmid Eyniyyətə əlavə 3000 manat da verib. Lakin ondan sonra Elniyyət pulu qaytarmamışdır. Həmid ona dəfələrlə müraciət etsə də, Elniyyətdən pulunu ala bilməmişdir. Məhkəmə iclasında Vugar Efendiyev şahid qismində ifadə verərək bildirdi ki, Həmidin dostudur, eşitdiyinə görə Həmid Elniyətə 4000 manat pul vermişdir. Pulu verərkən onların yanında olmamışdır. Lakin 1000 manat pulu onun və Cavidin yanında Neftçilər metirosunun yaxınlığında vermişdir. Həmid dəfələrlə Elniyətdən pulunu istəsə də ala bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələri ilə İddiaçı Cavabdeh 1000 manat pul verməsi təsdiq olunur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehdən 4000 manat məbləğində pul tələb etsə də, şahid ifadələri ilə İddiaçı Cavabdeh 1000 manat pul verməsi sübuta yetirilir. Belə ki, şahid X4 ifadəsində İddiaçı Cavabdeh 4000 manat pul verdiyini bildirsə də, həmin məbləğdən 1000 manat hissəsinin onun yanında verildiyini bildirmişdir. Digər mələğ barədə isə məlumatı olmuşdur. Mülki iş üzrə digər şahid Əfəndiyev Vüqar isə ifadəsində göstərmişdir ki, İddiaçı Cavabdeh 4000 manat pul vermişdir. Həsənov Elniyyət həmin pulu verərəkən onların yanında olmamışdır. Lakin 1000 manat pulu onun yanında vermişdir. Göründüyü kimi, şahid ifadələri ilə İddiaçı Cavabdeh 1000 manat məbləğində pul verməsi təsdiq olunmuşdur. İddia tələbinin digər 3000 manat hissəsi isə şahid ifadələri ilə təsdiq olunmamış və iddiaçı məhkəməyə bununla bağlı heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X1 1000,00 (bir min) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X1 1000,00 (bir min) manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2756/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2756/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver