Məhkəmə qərarları › İş №2(007)-2760/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2760/2021

09.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2760/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı cavabdeh X4 Xəstəlikləri İnstitutuna və üçüncü şəxs X3 Xidmətinə qarşı “cavabdehin ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı X2 intizam qaydasında cəzalandırılması məqsədilə üzərinə məcburi öhdəliyin qoyulması və ayrı-seçkiliyi özündə ehtiva edən bu kimi hərəkətlərin gələcəkdə təkrarlanmamasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X4 Xəstəlikləri İnstitutuna və üçüncü şəxs X3 Xidmətinə qarşı “cavabdehin ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı X2 intizam qaydasında cəzalandırılması məqsədilə üzərinə məcburi öhdəliyin qoyulması və ayrı-seçkiliyi özündə ehtiva edən bu kimi hərəkətlərin gələcəkdə təkrarlanmamasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müvafiq nöqsanlara yol vermişdir ki, həmin nöqsanlar aradan qaldırılmadan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir; 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı iddia ərizəsində tələbini aşağıdakı qaydada ifadə etmişdir: “Cavabdeh Elmi Tədqiqat X1 ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı X2 intizam qaydasında cəzalandırılması məqsədilə üzərinə məcburi öhdəliyin qoyulması və ayrıseçkiliyi özündə ehtiva edən bu kimi hərəkətlərin gələcəkdə təkrarlanmamasının cavabdehə qadağan edilməsi haqqında qətnamə qəbul edəsiniz”. Göründüyü kimi, iddiaçının tələbi konkret deyil, ərizə Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin forma və məzmununa əməl edilmədən tərtib edilmiş, o cümlədən iddiaçı öz tələblərini əsaslandırdığı hallara dair sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı cavabdehin qeydiyyatda olduğu ünvanı təsdiq edən sənədi təqdim etməmişdir ki, bununla da iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olmasına dair tələbə əməl edilməmişdir. Bununla yanaşı, iddiaçının tələbi əmək münasibətləri ilə bağlı ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı olsa da, cavabdehin üzərinə öhdəlik qoyulmasının və cavabdehə hansısa hərəkətlərin qadağan edilməsinin iddia tələbi konkret olmadığından inzibati yaxud rayon məhkəməsinin səlahiyyətinə aid olması da müəyyən edilmir. Beləliklə, hesab edirəm ki, qeyd olunan əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X4 Xəstəlikləri İnstitutuna və üçüncü şəxs X3 Xidmətinə qarşı “cavabdehin ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı X2 intizam qaydasında cəzalandırılması məqsədilə üzərinə məcburi öhdəliyin qoyulması və ayrı-seçkiliyi özündə ehtiva edən bu kimi hərəkətlərin gələcəkdə təkrarlanmamasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar