Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2770/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 14-2-21/3-1K-3/2025 №-li əmrin ləğvi, “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi bölməsində “istehsalat təlimi ustası” vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əməkhaqqının, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə qanunsuz köçürülmüş 2600 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Cavabdeh "Cavabdeh xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xilam verilməsi barədə 14-2-21/3-1K-3/2025 №-li əmri ilə “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi bölməsində “istehsalat təlimi ustası” vəzifəsində işləyən “İddiaçı Məmməd oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 75-ci maddəsinin “2d” bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” maddəsinə əsasən yuxanda göstərilən səbəbdən xx.xx.2025ci il tarixindən xitam verilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xilam verilməsi barədə 14-2-21/3-1K-3/2025 №-li əmrində qeyd edilmişdir: “Cavabdeh Sumqayıt Təlim, Tədris Mərkəzi bölməsində “istehsalat təlimi ustası” vəzifəsində işləyən İddiaçı Məmməd oğlu haqqında aşağıdakı səbəbləri nəzərə alaraq yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq əmr edirəm: 1. "Cavabdeh Sumqayıt Təlim, Tədris Mərkəzi" bölməsində "istehsalat təlimi ustası" vəzifəsində işləyən İddiaçı Məmməd oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 75. "2d" - bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilsin.2. İşçinin xx.xx.2012 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 12.12 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesaolanıb ödənilməsi Mühasibat uçotu və hesabatı şöbəsi həvalə edilsin. Onun şikayəti ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi xx.xx.2025-ci il tarixli, 3-17-5/2-11-4592/2025 №-li məktubunda qeyd edilmişdir. “Sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə Nazirlik yanında X1 Xidmətinin Bakı şəhər İdarəsində yenidən baxılmışdır. Müraciətiniz ilə əlaqədar ətraflı məlumat verməyiniz, pozuntuların dəqiqləşdirilməsi və izahatınızın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağınız barədə ünvanınıza (AZ5000, ünvan 1 3-17- 5/2-H-89271/2024 nömrəli xx.xx.2024-cü İ tarixli məktub göndərilmiş və Siz araşdırmaya izahatınızı təqdim etmisiniz. Bildiririk ki, əmək hüquqlarınızın pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ünvanlarına (AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, X2, ev 121) tərəfimizdən 3-17-5/2- 89276/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən və araşdırma zamanı tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Sizinlə işəgötürən arasında xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. Bildiririk ki, təqdim edilən məktubda Sizin naməlum səbəbdən işə gəlmədiyiniz bildirilmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim edilən xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə edilmiş 3 saylı əlavəyə və ‘Əmək və Məşğulluq" altsisteminə daxil edilmiş elektron əmək müqaviləsinin 9-cu maddəsinin 5-ci hissəsində (“d” bəndi-bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar: İşçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq tərəflərin müəyyən etdiyi və bu maddədə sadalanan hallara əsasən xitam verilə biləcəyi qeyd edilmişdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin 24 aprel 2025-ci il tarixli, 3-17-5/2-11-36242/2025 №-li məktubunda qeyd edilmişdir: “Sizin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Abşeron DOST Mərkəzinə ünvanladığınız müraciətinizə Nazirlik yanında X1 Xidmətinin Sakı şəhər İdarəsində baxılmışdır. Müraciətiniz ilə əlaqədar ətraflı məlumat verməyiniz, pozuntuların dəqiqləşdirilməsi və izahatınızın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağınız barədə ünvanınıza (ünvan 4-17890/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və Siz araşdırmaya izahatınızı və əmək haqqı bank hesabından çıxarınızı təqdim etmisiniz. Bildiririk ki, əmək hüquqlarınızın pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ünvanına (Bakı şəhəri Nərimanov rayonu X2 ev 121) tərəfimizdən 3-17-5/2-17887/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmiş və Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən və araşdırma zamanı tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə işəgötürən arasında xx.xx.2012-ci il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixincə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d" bəndi ilə (bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar) xitam verildiyi müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim edilən xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə edilmiş 3 saylı əlavəyə və “Əmək və Məşğulluq" altsisteminə daxil edilmiş elektron əmək müqaviləsinin 9-cu maddəsinin 5-ci hissəsində ("d" bəndi-bu maddənin tələblərinə əməl edilməklə, tərəflərin müəyyən etdiyi digər hallar: işçi Azərbaycan Respublikasının Qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə işəgötürən tərəfindən 1 ay müddətində xitam verilə bilər) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq tərəflərin müəyyən etdiyi və bu maddədə sadalanan hallara əsasən xitam verilə biləcəyi qeyd edilmişdir. Bildiririk ki, təqdim edilən sənədlərdən Sizin hər ay üzrə əmək haqqınızdan 1% tutulmaqla Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin Həmkarlar İttifaqı Komitəsinə köçürülməsinə etiraz etmədiyiniz və imzanızla təsdiqlədiyiniz məlum olmuşdur. Eyni zamanda bildiririk ki, təqdim edilən sənədlərdən Sizin xx.xx.2023-cü il tarixində maddi yardımın verilməsi ilə bağlı Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin Həmkarlar İttifaqı Komitəsinə ərizə ilə müraciət etdiyiniz müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim edilən son haqq-hesabınızın hesablanması cədvəlinə əsasən və izahatınıza əlavə olaraq təqdim etdiyiniz əmək haqqı bank hesabından çıxarışdan Sizə son haqc-hesabınızın 2683.73 (iki min altı yüz səksən üç manat 73 qəpik) olmaqla, eyni zamanda əmək qabiliyyətinizin müvəqqəti itirilməsi ilə bağlı müavinətin isə 410.02 (dörd yüz on manat 02 qəpik) manat olmaqla ödənildiyi müəyyən edilmiş, lakin müvafiq sənədlər tam təqdim olunmadığından son haqq- hesabınızın qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb-ödənilməsinə münasibət bildirmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz digər məsələlər X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Bildiririk ki, X1 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati binasına yaxınlaşaraq müvafiq sənədlə tanış ola bilərsiniz. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. Cavabdehin vəsatəti:
3. Cavabdeh “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, iddia ərizəsinin ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığı üçün iddia ərizəsini geri qaytarılması barədə Qərardad çıxarılmasını xahiş etmişdir.
4. Vəsatəti onunla əsaslandırmışdır ki, TTSİ SOCAR-ın Baş ofisinin strukturu olaraq, SOCAR tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinində (iddianın cavabdehin olduğu yerə görə verilməsi) qeyd olunmuşdur kı, hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Törəmə müəssisə dedikdə, əsas şirkətin mülkiyyətində və ya nəzarətində olan ayrıca hüquqi şəxs başa düşülür, idarə isə sadəcə olaraq bir şirkətin içində olan struktur bölmə və rəhbərlik hissəsidir. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Yəni idarə törəmə müəssisə sayılmadığı üçün Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin (Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir) tələbləri bu hissədə keçərli deyildir. SOCAR-ın reyestr məlumatlarına nəzər yetirdikdə görürük ki, hüquqi ünvan kimi AZ1029, Bakı şəhəri. Nərimanov rayonu, X2, ev 121 qeyd olunub. Yəni ki, Cavabdehnə qarşı qaldırılan hər bir iddia onun mənsub olduğu hüquqi şəxsin hüquqi ünvanının yerləşdiyi ərazi üzrə Nərimanov Rayon Məhkəməsində mübahisələndirilməlidir. Mülki Prosessual Məcəllənin 24-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi. mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Mübahisənin predmeti əmək müqavilələrindən əmələ gələn mübahisədir və işə Azərbaycan Respublikasının ərazisində yerləşən ümumi məhkəmələr tərəfindən rayon (şəhər) məhkəmələrində baxılmalıdır. İddia ərizəsi məhkəməyə verilərkən məhkəmə aidiyyəti qaydalarına əməl edilsə də, ərazi aidiyyəti qaydalarına əməl edilməmişdir Yəni yuxarıda da qeyd etdikləri kimi hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsində qeyd edilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsinin geri qaytarılması haqqında Hakim qərardad çıxarmalıdır.
Tərəflərin izahatları :
5. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini və cavabdehin ünvanı Nizami rayonu olduğu üçün Nizami Rayon Məhkəməsinə müraciət etdiyini bildirmişdir. Cavabdeh tərəfindən verilmiş vəsatətə etiraz edərək, işin aidiyyəti üzrə göndərilməsinə razı olmadığını bildirmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin törəmə müəssisə deyil, sadəcə idarə olduqlarını, ona görə də mülki işə aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq :
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :
35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin :
54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
Məhkəmənin mövqeyi :
8. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
9. İddiaçı cavabdeh “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 14-2-21/3-1K-3/2025 №-li əmrin ləğvi, “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi bölməsində “istehsalat təlimi ustası” vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əməkhaqqının, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə qanunsuz köçürülmüş 2600 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi isə vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh qismində cəlb edilmiş “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin törəmə müəssisə deyil də, idarə olduğunu və idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin, yəni “SOCAR”-ın daşıdığını, buna görə də mülki işin aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməli olduğunu bildirmişdir.
11. Məhkəmə tərəfindən cavabdeh tərəfindən verilən vəsatət araşdırılarkən müəyyən edilmişdir ki, “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“SOCAR”) tərəfindən yaradılmış idarədir.
12. Mülki prosessual qanunvericiliyə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.
13. Mülki qanunvericiliyə əsasən hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. (AR MM 54 m)
14. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilən sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) hüquqi ünvanı ünvan 9 edir ki, Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) hüquqi ünvanı Nərimanov rayonu olduğu üçün hazırki mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz.
Nəticə :
16. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa” tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh “SOCAR”-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa” tələbinə dair 2(007)- 2770/2025 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva