Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2774/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Mirzəyevin sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh X5 X6 (SOCAR) qarşı pozulmuş hüquqların bərpası, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X5 X6 (SOCAR) qarşı pozulmuş hüquqların bərpası, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o, SOCAR-ın X5 X3 1991-ci ildən müxtəlif vəzifələrdə işləmişdir. 2015-ci ildən isə 12 noyabr 2015-ci il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən zavodun əmtəə benzinlərinin hazırlanması üzrə 7 saylı istehsalatın 4 saylı əmtəə parkında 04-cü dərəcə üzrə əmtəə operatoru vəzifəsində işləmişdir.İşlədiyi müddət ərzində üzərinə düşən vəzifələri layiqincə icra edilməsinə çalışmışdır.İşə vicdanlı müqnasibətinə görə əmək kollektivinin hörmətini qazanmışdır.İşlədiyi müddət ərzində heç bir irad, töhmət və digər intizam tənbehinə məruz qalmamışdır. Bütün bunlara baxmayaraq, cavabdeh zavodun rəhdərliyi əsassız olaraq ona təzyiqlər göstərir,onu yaş həddinə görə işdən çıxmaq barədə ərizə yazmağa məcbur edir və bunu müxtəlif əsassız bəhanələrlə əlaqələndirir. O, zavodun rəhbərliyinə müraciət edərək işdə saxlanmağı üçün yeniyetmə qızını, cavan ərini itirdiyini, 90 yaşında psixi cəhətdən xəstə anasına baxdığını nəzərə almaqlarını, işləmək istədiyini bildirmişdir.Zavodun rəhbərliyi ona ünvanladığı 31 mart 2021-ci il tarixli məktubda göstərmişdir ki, zavodun fəaliyyətinin optimallaşdırılması istiqamətində işçilərin təlim və qiyəmtələndirmələrinin təşkili və yeni təşkilati struktura yerləşdirilmələri nəzərdə tutulduğundan təqaüd yaşı tamam olan işçilərin öncədən xəbərdar edilməklə əmək müqavilələrinə xitam verilir. Belə ki, zavodun insan resursları şöbəsi sex rəisinə göndərdiyi məktubunda göstərir ki, İddiaçı təqaüd yaşına çatıb, onunla bağlanan əmək müqaviləsinə 1 ay müddətinə xitam verilməlidir, müddətin başa çatmasına 4 təqvim günü qaldığını nəzərə alaraq Gülnarənin 07 may 2021-ci il tarixində işdənçıxma ilə bağlı ərizə ilə işəgötürənə müraciət etməsini təmin edilməsi xahiş olunub. 08 may 2021-ci il tarixdə gecə növbəsindən çıxandan sonra kadrlar şöbəsindən ona zəng edib bildirdilər ki, sən işdən çıxmısan. O, bu təzyiqlər qarşısında əsəb və iztirablar keçirdərək səhhətində yaranan problemlərlə bağlı ambulator müalicə almağa məcbur olmuşdur. Hazırda da, müalicəsi davam edir. Cavabdeh xəstəlik bülletenində olduğu vaxt onun işdən azad olunması barədə 08 may 2021-ci il tarixli SOCAR**********0007002B00573 saylı əmrlə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə tutduğu vəzifədən azad edilməklə əmək müqaviləsinə xitam verib. Ona görə də, pozulan əmək hüquqlarımın bərpa olunması və əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Qeyd olunanlara əsasən həmin əmrin ləğv olunması,əvvəlki vəzifəsinə bərpa olunmaqla məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, Müəyyən olunan qaydalara uyğun olaraq əmr qəbul verilib və hesab edir ki, əmr əsaslıdır. Qarşı tərəfin qeyd etdiyi halla bağlı, yəni onun ambulator müalicədə olduğu zaman işdən azad olunması barədə əmr verilməsinə görə bildirir ki, vətəndaş İddiaçı həmin günü gecə növbəsində olub və o, işdən çıxıb evə gedən zaman əmrlə bağlı ona məlumat verilib. Belə çıxır ki, onlar hər dəfə onun işdən çıxması ilə bağlı məlumatı gecə növbəsində çıxanda ona xəbər edən kimi,o, dərhal xəstəxanaya müraciət edib ambulator müalicə alacaq? Müəssisə onu işdən azad edə bilməyəcək? Hesab edir ki, iddia tamamilə əsassızdır.Ona görə də xahiş edir ki,iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə işdə iştirak şəxslərin izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: SOCAR-ın X5 X8 ilə İddiaçı arasında bağlanmış 12 noyabr 2015-ci il tarixli 870 saylı əmrdən görünür ki, İddiaçı zavodun əmtəə benzinlərinin hazırlanması üzrə 7 saylı istehsalatın 4 saylı əmtəə parkında 04-cü dərəcə üzrə əmtəə operatoru vəzifəsinə qəbul olunmuşdur.Müqavilə 3 həftəlik sınaq müddəti ilə 1 il müddətinə bağlanmışdır. SOCAR-ın X5 X4 08 may 2021-ci il tarixli SOCAR**********0007002B00573 saylı əmrindən görünür ki, X5 X4 əmtəə benzinlərinin hazırlanması üzrə 7 N-li istehsalatın 4 Nli əmtəə parkının əmtəə operatoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi ilə xitam verilmişdir. SN seriyalı,11282 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 08 may 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixənədək əmək qabiliyyətini müvəqqəti olaraq itirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə və həmin maddənin 1ci bəndinin 3-cü yarımbəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia əsaslı olunduğundan təmin olunmalıdır.Belə ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi qanunvericiliklə qadağan olunmuşdur. X1 adına X8 isə qanunun imperativ normasına əməl etmədən 08 may 2021-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: SOCAR-ın X5 X4 08 may 2021-ci il tarixli SOCAR**********0007002B00573 saylı əmri ləğv olunsun. İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmaqla ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2774/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2774/2021
12.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver