Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2776/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh X6 Cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təssərrüfat Birliyi cəlb edilməklə cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, o, İddiaçı1 “Azərneftyanacaq” İstehsalat Birliyində 1989-cu il tarixdə mənzil növbəsinə dayanmış və xx.xx.1999-cu ildə Nizami rayon İcra Hakimiyyətinin 027568 saylı orderinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzili 3 nəfər ailə tərkibində: həyat yoldaşı Cavabdeh1, qızları: X11 və X13 ilə birlikdə gənc mütəxəsis kimi ona verilmişdir (cavabdehlər onu həmin mənzilə buraxmadıqlarına görə orderi həmin mənzildən götürüb surətini notariat qaydasında təsdiq etdirə bilməmiş, iddia ərizəsinə əlavə etdiyi orderin surətini isə ərazi üzrə 121 saylı MKİS-dən götürmüşdür). Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilin icarədarı odur və həmin mənzilin bütün kommunal xidmət haqları onun adınadır. Hazırda həmin mənzildə o, keçmiş həyat yoldaşı Cavabdeh1, qızları X11 və X13 ilə birlikdə qeydiyyatdadırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-203/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən onun Cavabdeh1 qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, eləcə də Cavabdeh1 ona qarşı alimentin tutulması tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, ondan 2019-cu ilin yanvarın 07-dən başlayaraq xx.xx.1961-ci il təvəllüdlü Tağıyeva (Həsənova) Fatma Cavanşir qızının pensiya yaşına çatanadək hər ay 120 manat məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmiş və xx.xx.2019cu ildə nikahlarının pozulması haqqında şəhadətnamə almışdır. xx.xx.2019-cu ildə İddiaçı2 ilə rəsmi hüquqi nikaha girərək ikinci dəfə ailə qurmuş, onunla olan nikahlarından uşaqları yoxdur, lakin cavabdehlər onları icarədarı olduğu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilinə buraxmadıqlarına görə o, ailə üzvləri İddiaçı2 və onun xx.xx.2011-ci il təvəllüdlü oğlu X14 ilə birlikdə kirayədə yaşayırlar. Hesab edir ki, o, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilə orderi xx.xx.1999-cıı ildə aldığına görə iddia ərizəsinə həmin vaxtı qüvvədə olan maddi hüquq normalarına əsasən baxılmalıdır. X2 2016-cı ildə ailə həyatı qurması ilə əlaqədar həmin mənzildə yaşamır, hazırda ailəsi ilə birlikdə daimi olaraq Rusiya Federasiyasında yaşayır. Hazırda onun ailə üzvləri həyat yoldaşı İddiaçı2 və onun xx.xx.2011-ci il təvəllüdlü oğlu X12r. Qeyd edilənlərə əsasən onun, yəni İddiaçı1 ailə üzvləri həyat yoldaşı İddiaçı2 və onun xx.xx.2011-ci il təvəllüdlü oğlu X14 ilə birlikdə icarədarı olduğu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilə köçürülməklərinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd etdiyi kimi cavabdehlər onu icarədarı olduğu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilinə buraxmadıqlarına görə o, İddiaçı1 mənzilin orderini götürə bilməmiş, məcbur olub iddia ərizəsinə ərazi üzrə 121 saylı MKİS-dən aldığı orderin surətini əlavə etmişdir. Bundan əlavə, o, 2019-cu ilin yanvarın 19-da 2-ci dəfə ailə qurub nikaha girmək istəyərkən boşanma haqqında şəhadətnaməni qeyd etdiyi ünvandakı mənzildən götürmək istəmişdir, həmin vaxt da cavabdehlər onu evə buraxmamışlar, 102 saylı Polis xidmətinə zəng vurmuşlar, oradan polis əməkdaşları gəlmiş və cavabdehlərə sual verib bildirmişlər ki, “Cəlal sizi vurub, döyüb”, onlar isə bildirmişdir ki, “Cəlal bizi nə vurub, nə də döyüb”. Polis əməkdaşları cavabdehlərə onları çağırma səbəbini soruşmuş və çıxıb getmişlər. xx.xx.2022-ci ildə Aysel özünə məxsus mobil nömrədən onun telefonuna mesaj göndərmiş və həmin mesajda yazmışdır ki, onun ayağın birdə bu evə dəyməsin. xx.xx.2022-ci ildə qızı Aysel özünə məxsus mobil nömrədən onun telefonuna mesaj göndərib bildirmişdir ki, icarədarı olduğu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilə girməyə haqqı yoxdur, onun əsəbləri ilə oynamasın, ona son sözüdür, özünüzü yığışdırsın, yoxsa o, özünü yığışdıran deyil. Qeyd edilənlərə əsasən onun (İddiaçı1) ailə üzvləri: həyat yoldaşı İddiaçı2 və onun xx.xx.2011-ci il təvəllüdlü oğlu X14 ilə birlikdə icarədarı olduğu Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilə köçürülməklərinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırması zamanı Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təssərrüfat Birliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əvvəlki məhkəmə iclasından sonra qarşı tərəf ilə mənzilin satılaraq bölünməsi ilə bağlı söhbətləri olmuş, lakin razılığa gələ bilməmişlər. Onların fikri ilə o, tamamilə evdən çıxıb getməlidir. O, 1985-ci ildən zavodda işləyərək bu evi almışdır. Öz mülküdür. Hazırda bu evdən köçməyə məcburdur. O, nə vaxt evə gedirsə, həmişə onunla mübahisə edirlər, söz-söhbət yaradırlar. Keçən dəfə böyük qızının qayınatasıgilə getmişdir və ona bu işin arxasında dayandığını bildirmişdir. O, isə evin onun olduğunu və istədiyi vaxt gəlib gedəcəyini bildirmişdir. Eyni zamanda, onun haqqına düşən məbləğin veriləcəyi təqdirdə bu evdən getməyini bildirmişdir. Evin dəyəri 120000-130000 manatdır. Ona görə də, evi satıb öz aralarında bölülməsini dəfələrlə qarşı tərəfə demiş, lakin onunla razılığa gəlmirlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar haqlarını istəyirlər. Qanun necə tələb edirsə, onu da istəyirlər. Dəfələrlə razılığa gəlməyə çalışsalar da, qarşı tərəf bunu istəməmişdir. Bu insanların dedikləri şər böhtandır. Baş verməyən söhbətləri danışırlar. Onlar yeddi ildir ki, ailəlilidir, lakin, əvvəllər həyat yoldaşı keçmiş yoldaşından ayrılmadığına görə rəsmi nikaha girə bilməmişdir. Mənzil ya satılsın, ya da bölünsün. Onun həyat yoldaşı harada yaşayacaqdırsa, o da həmin yerdə yaşayacaqdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, İddiaçı1 dediyi sözlərin əksəriyyəti yalandır. O, hər dəfə evə gələndə söz-söhbətlər, davadalaşlar yaratmışdır. Ona qarşı şiddətləri, pis əməlləri olmuşdur. O, ağır əziyyətlər ilə övladlarına baxmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X13 iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təssərrüfat Birliyinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 98 saylı sərəncamı ilə verilmiş xx.xx.1999-cu il tarixli 027568 saylı orderinin surətindən görünür ki, İddiaçı1 dörd nəfərlik ailə tərkibi ilə (özü, həyat yoldaşı Tağıyeva.F.C, qızları Tağızadə.S.C və Hüseynli.A.C) birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil verilmişdir. - 121 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 251 saylı arayışından görünür ki, İddiaçı1 ünvan 2 ünvanında yaşayır. Mənzil 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təssərrüfat Birliyinə məxsusdur. Kirayəşin İddiaçı1dur. Onun ailə tərkibi qızları X3, X4 və həyat yoldaşı Cavabdeh1 ibarətdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-203/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilk iddia təmin edilərək, İddiaçı1 ilə Tağıyeva (Həsənova) Fatma Cavanşir qızı arasında 23 may 1990-cı ildə “Sumqayıt nikah evi”ndə bağlanmış və 554 nömrə ilə qeyd edilmiş mikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilərək, İddiaçı1 07 yanvar 2019-cu ildən başlayaraq xx xxxx 1961-ci il təvəllüdlü Tağıyeva (Həsənova) Fatma Cavanşir qızı pensiya yaşına çatanadək hər ay 120 manat məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. - AZ-İ seriyalı 329720 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh1 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30 iyul 2019-cu il tarixdə 243 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kiçiyə Tağıyev soyadı verilmişdir. - AZ-İİ seriyalı, 841914 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 18 aprel 2011-ci il tarixdə doğulmuşdur. X1r. - AZ-İİ seriyalı, 377500 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ilə X8 19 dekabr 2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 5177 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Tağıyev”, arvada “Tağıyeva” soyadı verilmişdir. - 121 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 406 saylı arayışından görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayır. Mənizlin kommunal xidməti üçün olan borcları 4 (dörd) nəfər ailə üzvü ilə 2016-cı ildən bu günə qədər onun tərəfindən ödənilir. - “Lifttəmir” İstehsalat Birliyi "xxxx" Dövlət Müəssisəsinin xx.xx.2022-ci il tarixli 03saylı arayışından görünür ki, Cavabdeh1 Nizami rayonu, B.Nuriyev küçəsi, ev 54, mənzil 13 ünvanında yaşayır və onun 30 avqust 2022-ci il tarixə kimi "xxxx" Dövlət Müəssisəsinə borcu yoxdur. - Məhkəməyə iki ədəd disk təqdim olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil dörd nəfər ailə tərkibi ilə birlikdə (özü, həyat yoldaşı Cavabdeh1, qızları X11 və X13) verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuşdur. İddiaçılar İddiaçı1 ilə İddiaçı2 19 dekabr 2019-cu il tarixdə nikahda daxil olaraq evlənmişlər. Hazırda iddiaçılar məhkəmədə iddia qaldıraraq, onların xx.xx.2011-ci il təvəllüdlü X14 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 54 saylı evin 3 otaqlı 13 saylı mənzilə köçürülmələrini xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı1 1999-cu ildə mənzil sahəsinə dair verilmiş order əsasında mübahisəli ünvan 1 ünvanında yerləşən mənzildə yaşadığı və 1999-cu ildən isə həmin mənzildə qeydiyyatda olduğu üçün İddiaçı1 həmin yaşayış sahəsinə hüququ həmin dövrdə yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Eyni Məcəllənin 60-cı maddəsinin 10-cu bəndinin sonuncu abzasında göstərilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Qeyd edilənlərlə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzili 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olmaqla dövlət mənzil fonduna daxil olan mənzildir. Həmin mənzil, mənzil sahəsinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş order əsasında, ailə üzvləri hazırkı cavabdehlər Cavabdeh1 və X13 olmaqla, hazırkı İddiaçı1 adına qeydiyyata alınmışdır, iddiaçı həmin yaşayış sahəsindən cavabdehlərlə bərabər surətdə istifadə etmək hüququna malikdirlər və qeyd olunan mənzilə dair bütün vəzifələri yerinə yetirməlidirlər. İddiaçı həmin hüquq və vəzifələrini həyata keçirmək üçün mübahisəli yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı1 mübahisələndirilən mənzildə yaşamamasının səbəbi cavabdehlər tərəfindən bununla bağlı maneələr yaratması olmuşdur. İddiaçı həmin ünvanı daimi əsaslarla tərk etməmiş, mənzilə gəlib-getmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi” hissəsində təmin edilməlidir. Məhkəmə iddiaçı tələbinin “İddiaçı2 və onun oğlu X9 mübahisəli mənzilə köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, İddiaçılar İddiaçı1 ilə İddiaçı2 19 dekabr 2019-cu il tarixdə nikahda daxil olaraq evlənmişlər. xx.xx.2011-ci il təvəllüdlü X14 isə onların birgə nikahından doğulmamışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzilinin icarədarı İddiaçı1dur və məhkəməyə mənzilin icarədarının dəyişdirilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Lakin hazırda mübahisəli mənzildə yaşayan cavabdehlər İddiaçı1 həyat yoldaşı olan, digər İddiaçı2 və onun oğlunun mübahisəli mənzilə köçürülməsinə razılıq verməmişlər. Belə olan halda, məhkəmə tərəflər arasında razılıq olmamasını, İddiaçı2 mübahisəli mənzillə bağlı hər hansı hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh X6 nümayəndəsi və vəkili məhkəmə sübut kimi qiymətləndirilməsi üçün iki ədəd disk təqdim etmişdir. Həmçinin, qeyd etmişdir ki, İddiaçı1 məqəsdi evə köçürülmək deyil, evi satıb, cavabdehləri evdən çıxarmaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə hesab edir ki, hazırkı mübahisə iddiaçıların mənzilə köçürülmələri ilə bağlı olmuşdur. Tərəflər arasında aparılmış söhbətlər ilə iş üzrə hansı əhəməyyətli halların sübuta yetirməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən sübutları məhkəmə təqdim edən tərəf MPM-in 95.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2776/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2776/2022
16.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver