Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2779/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxx 1965-ci ildə Ermənistan SSR Qafan rayonunun Xələc kəndində anadan olmuşdur və onun doğumu Ermənistan SSR-nin Qafan rayon Siznək kənd sovetdiyində 12 iyul 1965-ci il tarixdə qeyd edilib. Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə onun, yəni xx xxxxx 1965-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olmuş Hacıyeva (nikaha daxil olduqdun sonra Hüseynova) Zərifə Allahverdi qızının doğumunun Ermənistan SSR Qafan rayon Siznək kənd sovetliyində 12 iyul 1965-ci il tarixdə qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X5, ana qrafasında isə X7 qeyd olunması barədə qətnamə qət edilib. Ona doğum haqqında şəhadətnamə Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilib və ata qrafasında X5, ana qarafasında isə X7 qeyd edilib. Atası və anası hər ikisi vəfat edib və bunu təsdiq edən ölüm haqqında şəhadətnamələr vardır.Atasının ölüm haqqında şəhadətnaməsində soyad qrafasında X2 qeyd edilib. Atası böyük vətən müharibəsi iştirakçısı olduğundan, hal-hazırda onun vərəsələrinə təyin edilən güzəştlərdən istifadə etmək zərurəti ilə əlaqədar, hüquqi faktın müəyyən edilməsi zərurəti yaranıb. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması, 1926-cı ildə Ermənistan SSR Qafan rayonunun Xələc kəndində anadan olmuş,27 dekabr 1997-ci il tarixdə Bakı şəhərində ölmüş, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.01.1998-ci il tarixli V-JQ seriyalı 312763 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X4 onun atası olması, 27 dekabr 1997-ci il tarixdə Bakı şəhərində ölmüş, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.01.1998-ci il tarixli V-JQ seriyalı 312763 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X6 ilə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin ata qrafasında X3 eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1279/2021 saylı iş üzrə qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnamə ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmuş, Ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistan SSR Qafan rayonu, Xələc kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması və doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında «X5», ana qrafasında «X7» qeydləri aparılması qət edilmişdir. V-JQ seriyalı 312763 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 27.12.1997-ci il tarixdə Abbasov Allahverdi Maqomed oğlu vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.01.1998-ci il tarixdə 37 nömrəsi ilə qeydə alınmışdır. Ölümün səbəbi kəskin qaraciyər çatışmazlığı olmuşdur. AZ-İ seriyalı 229407 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 28.01.2007-ci il tarixdə X7 vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.02.2007-ci il tarixdə 146 nömrəsi ilə qeydə alınmışdır. Ölümün səbəbi beyin infarktı olmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid ifadə verərək göstərmişdir ki,ərizəçi onun anasıdır.Anası xx xxxxx 1965-ci ildə Ermənistan SSR Qafan rayonu Xələc kəndində anadan olub. X1, nənəsi isə X7 olub. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizədə göstərilən tələblə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1279/2021 saylı iş üzrə qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnamə ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin olunmuş, Ərizəçi xx xxxxx 1965-ci il tarixdə Ermənistan SSR Qafan rayonu, Xələc kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması və doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında «X5», ana qrafasında «X7» qeydləri aparılması qət edilmişdir. Azərbaycan Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən məhkəməyə ünvanlanmış 02.09.2021-ci il tarixli məktubda qeyd olunur ki,1925-ci il təvəllüdlü X6 barəsində Nizami RPİ-nin arxivində hər hansı məlumat aşkar edilməmişdir.xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi məxsus fərdi uçot kartoçkasının təsdiq olunmuş surəti Sizə göndərilir” Həmin işə baxılarkən ərizəçi hazırkı tələbi ilə bağlı hər hansı bir izahat verməmiş və ya hər iki tələbi bir işdə birləşdirməmişdir.Qeyd olunan qətnamədə müəyyən olunan hallar hazırkı iş üzrə ərizəçinin tələbinin təmin edilməsini mümkünsüz edir.Belə ki, qeyd olunan qətnamə ilə ərizəçinin atasının X5 olması qət edilmişdir.Həmin qətnamədən apelyasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,ərizəçinin təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.Onun təqdim etdiyi sübutlar ərizənin tam və ya qismən təmin olunması üçün kifayət etmir.Ona görə də iddia təmin olunmamalıdır. Ərizə təmin olunmadığı üçün dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Ərizə təmin olunmadığı üçün dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2779/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2779/2021
21.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver