Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2785/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X1 Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, onun Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 25 saylı evin 509a saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır. Bir müddət onunla qeyri-qanuni nikah münasibətlərində olan Cavabdeh2 da onunla həmin mənzildə məskunlaşmışdır. Daha sonra münasibətləri korlanmış və Zəminə mənzili tərk edərək Saatlıya atasıgilə köçmüşdür. 2020-ci ilin yay aylarında ona qarşı mənzildə qalan əşyalarını çıxarması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə həmin əşyaların hamısının iddiaçıya məxsus olması, ona aid orada heç bir əşya qalmadığını bildirmişdir. Daha sonra Cavabdeh2 ona qarşı “mənzilə köçürmə” tələbi ilə müraciət etmiş, və Nizami Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(007)-l 711/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Lakin sözügedən qətnaməni alan kimi, 1 həftənin içində, yəni qətnamə hələ qanuni qüvvəsini almadan, 2020-ci ilin oktyabr ayında Cavabdeh2 mənzilin qapısını atası ilə əlbir olaraq sındırmış və qanunuz olaraq özü təkbaşına mənzilə daxil olmuşdur. Mənzildən ona aid sənədlər və 3000.0 manat pulu yoxa çıxmış, bu barədə dərhal polisə şikayət etmişdir. Aparılan araşdırma zamanı Cavabdeh2 mənzilin qapısını sındıraraq özbaşına mənzilə daxl olmasını etiraf etsə də, digər hissədə şikayəti qəbul etməmişdir. Bu vəziyyətdə onun özünün mənzili tərk etməsi əvəzinə, əksinə, onu öz mənzilinə daxil olmasıba mane olur, hər dəfə qapıya yaxınlaşmaq istəyən zaman təhqir və nalayiq davranış nümayiş etdirir. Uca səslə qışqıraraq guya ona ona zorakılıq etməsi görüntüsünü yaratmaq istəyir. Halbuki, onun bu cür yalandan şər-böhtan atmaq kimi xasiyyətinin olmasını bildiyi üçün, hər dəfə evə yaxınlaşan zaman səs və görüntülü çəkiliş aparmaq məcburiyyətində olur. Aparılan çəkilişlər onun nə qədər aqressiv olmasını, onu mənzilə buraxmamasını bir daha sübüt edir. Hətta bir neçə dəfə vuraraq telefonu əlindən salmışdır. Onun barəsində polisə verdiyi şikayətləri geri götürmək üçün aralarında razılıq olmuş, və Nizami Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(007)- 1711/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini geri götürmüş, həmçinin Cavabdeh2 da ərizə verərək aralarında olan münaqişənin ortadan qalxdığını bildirmiş, və iddia tələbindən imtina edərək işə xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03.03.2021-ci il tarixli 2(103)- 1114/2021 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin 30.09.2020-ci il tarixli, 2(007)- 1711/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Hazırda Zəminə həmin mənzildə onun istəyi və icazəsi ilə yaşayır. Buna baxmayaraq, onun özünü mənzilə yaxın buraxmır və içəri keçib nə əşyalarımı götürməyə, nə də ümumiyyətlə yaşayış sahəsindən istifadə etməyə qəti olaraq imkan vermir. Onun bu qanunsuz hərəkətləri barədə dəfələrlə ərazi üzrə 25-ci Polis Bölməsinə şikayət etsə də, polis orqanlarından ona sərbəst olaraq mənzilə daxil olmaq, orada yaşamaq, yaşayış sahəsindən və mənzildə olan mənə məxsus əşyalaradan istifadə etmək hüququmun olması izah edilmişdir. Cavabdehə isə, hərəkətlərinin qanunsuz olması bildirlmiş, hətta münaqişələrin azalması üçün ona mənzili tərk etməsi tövsiyə edilmişdir. Qeyd olunan 509 saylı otaq onun istifadəsinə və onun yaşamağı üçün dövlət tərəfindən ona verilmişdir. Cavabdeh hazırda heç bir qanuni əsas olamadan mənzili zəbt etdiyi halda, o, küçədə qalmaq məcburiyyətindədir. Təbii ki, fiziki güclə onu mənzildən qova, hətta mənzilin qapısının açarını dəyişə, cavabdehi ora təkrar buraxmaya bilərə, lakin sivil cəmiyyətdə, qanuni dövlətdə yaşadıqları üçün hesab edir ki, məhkəmə onun pozulmuş hüquqlarını müdafiə edəcək. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin iddiaçı bildirdi ki, Cavabdeh1 mənzildə pasport qeydiyyatında olduğu üçün ona qarşı da Cavabdeh2 ilə eyni vaxtda iddia qaldırılmışdır. Hazırda uşaqlara görə maddi imkanı ilə bağlı kirayə tuta bilməz. Cavabdeh övladlarını görməsinə maneə yaradır. O, cavabdehə qarşı mənzildən çıxarma ilə bağlı iddia qaldırmır, sadəcə özü də mübahisəli mənzilə köçmək istəyir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, evin sahibi Seymurdur. Ev bir otaqlıdır. Azər də ora gələrsə, orada yaşamaq mümükünsüz olar. İddiaçı ilə faktiki nikahda olmuşlar. Onların iki övladı var, onlara görə iddiaçıdan aliment alır. Onların münasibətlərinin bərpası, barışıb bir yerdə yaşaması mümükün deyildir. O iddiaçı ilə həmin evdə qala bilməz, gərək onda evdən çıxsın. İddiaçı uşaqlarına qalmaq üçün kirayə tutsun. Göstərdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq iddianı etiraf etməsini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu hada hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 22.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 21.04.2009-cu il tarixdən Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 25 saylı evin 509 a saylı mənzilində qeydiyyatdadır. - 30.01.2009-cu il tarixli 228 saylı orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 25 saylı evin 509a saylı mənzili İddiaçı verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 03.03.2021-ci il tarixli 2(103)-1114\2021 saylı qərardadından görünür ki, Cavabdeh2 İddiaçı qarşı Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 25 saylı evin 509a saylı mənzilə köçürülmə tələbindən imtina etdiyi üçün mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3-cü ci maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.] 158.4-cü ci maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami rayonu, K.Balakişiyev küçəsindəki 25 saylı evin 509 a saylı mənzil 30.01.2009-cu il tarixli 228 saylı order əsasında İddiaçı istifadəsinə verilmişdir. Həmin mənzildə Cavabdeh1 21.04.2009-cu il tarixdən qeydiyyatdadır və o, iddiaçının mənzilə köçməsinə etiraz etmir. Digər Cavabdeh2 İddiaçı ilə qeyri-rəsmi nikahda olmuş, onların iki övladı vardır. Hazırda o, mübahisəli mənzildə yaşasa da, iddiaçının həmin mənzilə köçməsinə etiraz edir. Məhkəmə qeyd edir ki, İddiaçı əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi olmayan Cavabdeh2 tərəfindən də pozulmaqdan müdafiə edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 25 saylı evin 509 a saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Nizami rayon, K.Balakişiyev küçəsindəki 25 saylı evin, 509 a saylı mənzilinə köçürülsün. Məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2785/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2785/2021
02.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver