Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2787/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh Babayev Rəfael onun iddiaçının doğma qardaşıdır. İddiaçının anası Xalidə Babayevanın sağlığında 2012-ci ildə onun xahişi ilə Validə qardaşı Rəfaelə 3600 ABŞ dolları borc vermişdir. Bunu bir çox insanlar, həmçinin şahid qismində gələn qonşular da təsdiq etmişlər. O, dəfələrlə pulu istəsə də cavabdeh müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmayıb. Hər dəfə bu gün-sabah edib vaxtı uzatmışdır. Sonuncu dəfə pulunu istəyən zaman anasından vərəsəliklə keçən mənzili satıb ona olan borcunu verəcəyinə söz vermişdir. O da evin satılmasına razılıq vermiş, lakin bir müddət sonra cavabdeh pulu yenidən qaytarmamışdır.İddiaçı məcburiyyət qarşısında qalıb polisə müraciət etmişdir.Orada araşdırma aparıldıqdan sonra cinayət işinin başlanması rədd olunmuş və Validəyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. O da sənədləri tərtib edib məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alıb cavabdeh X1 3600 ABŞ dollarının Azərbaycan manatına hazırki kursu ilə olan məbləğ, yəni 6020 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddıanı qəbul etmədi və izahat verərək göstərdi ki,tərəflər arasında hər hansı bir borc müqaviləsi bağlanmamışdır. Cavabdeh iddiaçıdan pul götürməyib, Bundan əlavə iddiaçının bildirdiyinə görə borc 2012ci- il tarixdə verilib, nəzərə alınsa ki,həmin tarixdən 9 il ötmüşdür, deməli iddia müddəti ötürülmüşdür.Ona görə də iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə İşdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞnin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Quliyev tərəfindən verilmiş qərardan görünür ki,iddiaçının ərizəsinə əsasən həmin bölmədə araşdırma aparılmış,əməldə cinayət tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli Nizami rayon 50 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 Q. Qarayev küçəsi 78 №-li evin 32 mənzilində pasport qeydiyyatındadır. Məhkəmənin 13 iyul 2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Validə və Rəfaellə eyni məhəllədə yaşayır. Rəfayelin qaynanasına borcu var idi, qaytara bilmirdi. Bu zaman onların rəhmətlik anası Xalidə qızı Validəni çağıraraq ondan xahiş etmişdir ki, Rəfaelə borc pul versin ki, gedib borcunu qaytarsın.Validə də 3600 ABŞ dolları borc pulu Rəfaelə vermişdir. Məhkəmənin 13 iyul 2021-ci il tarixli iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Rafael onun keçmiş əri olduğu üçün onun xasiyyətini yaxşı bilir. Onlar 2013-cü ildə ayrılmışlar. O, həmişə borc pul alıb,lakin borcu qaytarmaqla arası olmayıb. Validə Rafaelə 2012-ci ildə 3600 ABŞ dolları verib. Rafael həmin pulu bu günə kimi qaytarmayıb. Azərbaycan Respublikasıı Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən; 739.1.borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin hallarından görünür ki, İddiaçı cavabdeh X3 2012-ci ildə 3600 ABŞ dolları borc borc pul vermişdir. Həmin vaxt ABŞ dollarının manata olan məzənnəsi 1 dollar=0,79 manat təşkil etdiyindən borcun məbləği manatla 2844 manata bərabərdir. Qeyd olunan məbləğ 3000 manatdan aşağı olduğundan borc müqaviləsinin yazılı formada bağlanması barədə müddəaənın əhəmiyyəti yoxdur. İddiaçı tərəfindən cavabdehə mübahisələndirilən məbləğdə borcun verilməsi iddiaçının izahatı və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh bunun əksini təkzib edən sübutları məhkəməyə təqdim etməmiş,iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair yazılı ərizə verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən pulun tutulması barədə tələb əsaslıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 3600 ABŞ dolları məbləğində pul (alınmış gün ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla) İddiaçı qızının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) ABŞ dolları borc (alınmış gün ABŞ dollarının manata olan məzənnəsinə uyğun olaraq manatla) İddiaçı qızının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2787/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2787/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver