Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2819/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o-iddiaçı X3 ilə cavabdeh X4-arasında 22 fevral 2020-ci il tarixdə 624 nömrə ilə 5 saylı Bakı “ASAN” xidmət Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o-X3 cavabdeh X2 nikaha daxil olmuşlar və rəsmi nikah 22.02.2020-ci il tarixdə 624 nömrə ilə Bakı şəhəri 5 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Nikahları qeydə alınmamışdan qabaq İmran Əliyev ona bildirmişdir ki, o Kanada dövlətinə işləmək üçün gedir və onu da özü ilə birlikdə aparmaq niyyətindədir. Kanadaya getmək üçün mütləq onların rəsmi qaydada bağlanmış nikahları olmalıdır. O, da inanıb “ASAN” xidmətə gedib nikahlarını rəsmiləşdirmişlər. Bundan qısa müddət keçəndən sonra ona məlum olmuşdur ki, cavabdeh İmran Əliyevin onunla ailə qurmaq niyyəti olmamış, sadəcə Kanadaya getmək üçün onunla evlənməyə məcbur qalmışdır. Nikahdan sonra evlilik yalnız kağız üzərində davam etmişdir. Bu evlilik yalnız onun İmran Əliyev tərəfindən aldanıldığı nəticəsi iə qərarlaşdığı, evliliyə qədərki dövrdə heç bir tanışlıq dövrü olmamış, toy baş tutmamış və bir yerdə yaşamamışlar. Onların ümumi təsərrüfatları olmamış, hər birinin valideyinlərinin yanında olmuş, nikah formal xarakter daşımışdır. Məhkəməyə müraciət etdiyi vaxt qeyd olunan səbəblər aradan götürülməmiş və bu münasibət bu vaxta qədər hələ də davam etməkdədir. Bu səbəbdən də həmin nikah onun qanuni hüquqlarını və maraqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi və qeyd etdi ki, cavabdehin iddia ərizəsində göstərdikləri ilə razılaşır. Həqiqətən də formal olaraq, görünüş xatirinə nikahlarını qeydə aldırmışdır. Onun məqsədi Kanadaya getmək olmuş, buna görə iddiaçı ilə formal nikaha daxil olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ 390102 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 22 fevral 2020-ci il tarixdə 5 saylı Bakı ASAN Xİdmət Mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 624 nömrə ilə qeyd edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X1 nikahı Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 05 sentyabr 2017-ci il tarixdə 624 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Hazırda İddiaçı həmin nikahın etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, nikahın etibarsız sayılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsi ilə konkret əsaslar müəyyən edilmişdir və bu əsaslar nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi) və nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1ci maddəsi) kimi əsaslardan ibarətdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Məhkəmə ailə qanunvericiliyinin istinad olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmamışdır. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, onlar formal olaraq rəsmi nikaha daxil olmuş, nikahları formal olaraq davam etmişdir. Rəsmi nikahda olduqları müddətdə birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasındakı nikah ailə qurmaq niyyəti ilə bağlanmadığı üçün saxta nikah sayılnmaqla etibarsız hesab edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı ASAN Xİdmət Mərkəzi Qeydiyyat şöbəsində 22 fevral 2020-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 624 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı ASAN Xİdmət Mərkəzi Qeydiyyat şöbəsində 22 fevral 2020-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 624 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2819/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2819/2020
27.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver