Məhkəmə qərarları › İş №2(007)-2821/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2821/2024

22.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2821/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən 3 saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbəsində 2 C 10 saylı ümumi sahəsi 65 kv.metr olan təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 3 ünvanında kooperativ tərəfindən inşa edilən 3saylı çoxmərtəbəli yaşayış binasında 4-cü mərtəbəsində yerləşən 2 B 20 saylı ümumi sahəsi 79 kv.metr təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqırın ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 4 ünvanında kooperativ tərəfindən inşa edilən 3 saylı çoxmərtəbəli yaşayış binasında 7-ci mərtəbəsində 2 B 44 saylı ümumi sahəsi 79 kv.metr olan təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən 3 saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbəsində 2 D 9 saylı ümumi sahəsi 80 kv.metr olan təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə əmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; cavabdeh X1 məxsus olan ünvan 5 ünvanında yerləşən 11 saylı mənzilinin əvəzinə 20% sahə əlavə edilməklə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən 2 saylı çoxmərtəbəli yaşayış binasında 3-cü mərtəbəsində 3 C 11 saylı ümumi sahəsi 94 kv.metr təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; Cavabdeh5 məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 122,3 kv.metr olan qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 2 ünvanında kooperativ tərəfindən inşa edilən 1 saylı çoxmərtəbəli yaşayış binasında 122,3 kv.metr təmirli qeyri-yaşayış sahəsinin (zirzəmi) onun mülkiyyətinə verilməsi, onun qeyri-yaşayış sahəsindən (zirzəmidən) çıxarılması və qeyri-yaşayış sahəsinin (zirzəminin) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə ötən əsrin əvvəllərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021 -ci il tarixli 338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Kursus-Nı̇ zamı̇ " Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşavıs sahələrinin tikintisi üçün “Kursus-Nı̇ zami" liznəṀ Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi “Kursus-Nı̇ zamı̇ " MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, 2519cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsi ünvanında yerləşən evlər köhnə və istifadəyə yararsızdır, evlərin istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, həmin evlərdə yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin evlərdə istifadə olunan komunikasiya xətləri də təmirə yararsızdıİar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2021 -ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydən görünür ki, “binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmış, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınmış, köhnəlmiş, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranmışdır.texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir”. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1 qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2 mənzil fondunu yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3 qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayar, əksər mənzillərin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar dəfələrlə danışıqlar aparılmış, evlərinin qəzalı vəziyyətdə olması halı nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi tək if edilmişdir. Lakin cavabdehlər əmlaklarını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində İddiaçı MTK ilə mənzillərini təhvil vermiş mülkiyyətçilər arasında bağlanmış müqavilənin şərtləri ondan asılı olmayan səbəblərdən kooperativ tərəfindən icra edilməsinə cavabdehlər tərəfindən məhdudiyyətlər yaradılır. Qeyd olunan ünvanda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MTK arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Cavabdehlər mənzillərinin sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MTK-nın vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MTK köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Bundan başqa, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarı sökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdehlərin mülkiyyətdə olan mənzillərinin əvəzinə İddiaçı MTK həmin ünvanda inşa edəcək binada mülkiyyətlərində olan mənzillərinin ümumi sahəsindən 20 kvadrat metr sahəsi artıq olan təmirli yeni mənzil verir, mənzilindən köçən şəxslərə digər yaşayış yeri ilə təmin etmək üçün "xxxx" MTK hər ay mülkiyyətçilərə kirayə haqqı ödəyəcəkdir. Sərəncamın icra edilməsi üçün həmin ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzillər də sökülməli, cavabdehlər oradan müvəqqəti çıxarılmalıdır.

İş materialları :

3. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021ci il tarixli 338 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşavıs sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir.

4. İş materiallarına AR FHN Tikintidə X4 Agentliyi Azərdövlətlayihə Azərbaycan Dövlət Baş Layihə İnstitunun Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binalarının texniki vəziyyəti barədə rəyi əlavə olunmuşdur.

5. ƏMDK DƏDRX-nin RX seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 41, mənzil 24, Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 147, M1, m3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur.

6. ƏMDK DƏDRX-nin MA seriyalı, ******* nömrəli, xx.xx.2012-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 41, mənzil 30 tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur.

7. İş materiallarına İddiaçı Mənzil Tikinti Kooperativinin Nizamnaməsi əlavə edilmişdir.

8. ƏMDK DƏDRX-nin xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 41, mənzil 22, Yeni qaydalarla: AZ1096, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, giriş 147, M1, m1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 məxsusdur.

9. ƏMDK DƏDRX-nin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 41, mənzil 19 tam mülkiyyət hüququ üzrə X12 məxsusdur.

10. ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 43, mənzil 11 tam mülkiyyət hüququ üzrə Cavabdeh6 məxsusdur.

11. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-14-22/2-1540/2024 saylı məktubundan görünür ki, hazırki tarixə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 2519-cu məhəllə, 41 və 43 nömrəli binaların yerində çoxmərtəbəli bina tikintisi məqsədi ilə İddiaçı MTK-ya hər hansı razılıq və ya icazə verilməmişdir.

12. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti olan ünvan 5, 11 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh6, ünvan 1, 22 saylı mənzilin mülkiyyətçisi olan X5 və ünvan 1, 19 saylı mənzilin mülkiyyətçisi olan X10 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, iddiaçı tərəfə iş üzrə müvafiq iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim etmək üçün vaxt verilməsinə baxmayaraq iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edilmədiyindən mülki işin baxılmamış saxlanılmasını xahiş edir. Heç kim onlardan artıq deyil. Onlar hazırda məhkəmə prosesində iştirak edirlərsə, iddiaçı tərəfdə məhkəmə prosesində iştirak etməlidir. Təmsil etdiyi Cavabdeh6 səhər ona bildirmişdir ki, MTK onu danışıq üçün ofisə dəvət etmişdir. Danışıqlar aparılması tərəflər arasında razılıq əldə edilməsi demək deyil. Belə danışıqlar bir neçə dəfə olmuş, lakin nəticəsi olmamışdır.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilə telefon vasitəsilə əlaqə saxlanılmış və o bildirmişdir ki, şirkət tərəfindən cavabdehlər bugün ofisə dəvət olunmuş, onlarla razılığa gəlmək üçün danışıqlar aparılır. Ola bilsin ki, iddia ərizəsini geri götürəcəklər. Həmçinin qeyd etmişdir ki, əvvəlki məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edəcəyini bildirsə də, hazırda təqdim edə bilməyəcəkdir.

16. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.

18. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

19. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır.

21. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır.

22. Mülki prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); göstərilməlidir.

23. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh qismində ünvan 5, 11 saylı mənzilin mülkiyyətçisi olaraq X2 cəlb etməsinə baxmayaraq mənzilin mülkiyyətçisi Cavabdeh6, ünvan 1, 22 saylı mənzilin mülkiyyətçisi qismində Cavabdeh3 cəlb etməsinə baxmayaraq mənzilin mülkiyyətçisi X11 və ünvan 1, 19 saylı mənzilin mülkiyyətçisi qismində Cavabdeh4 cəlb etməsinə baxmayaraq mənzilin mülkiyyətçisi X7. Həmçinin digər cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar göstərilmədiyindən cavabdehlərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.

24. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 259.0.12-cu maddəsinin tələblərini rəhbər tutaraq xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçıya işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırması üçün müddət vermişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili növbəti - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etməmiş və məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir.

25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ilə əlaqə saxlanılan zaman o, cavabdehlərlə aralarında danışıqların aparıldığını, iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət edilməsi ehtimalı olduğunu və əvvəlki məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə”ni məhkəməyə təqdim edəcəyini bildirsə də, hazırda həmin ərizəni təqdim edə bilməyəcəyini bildirmişdir.

26. Beləliklə, işin hallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini tərtib edərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə riayət etməmiş, məhkəmə iclasında işin araşdırılması zamanı bu hal müəyyən edilmiş və iddiaçı məhkəmə tərəfindən verilən müddət ərzində-növbəti məhkəmə iclasına qədər məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim etməmişdir. Bununla da, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddət ərzində işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır.

27. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır.

Nəticə :

28. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırılmadığına İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

29. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsum müştəri: “Vəkil1 Bəykişi oğlu”; FİN:xxxxxxx Transaksiya nömrəsi:63738285; qəbzin nömrəsi:63738285; mədaxil qəbzi: **********; büdcə təsnifat kodu: 14221301; tarix:xx.xx.2024, saat:15:10) dövlət büdcəsindən iddiaçının nümayəndəsi və vəkilinə geri qaytarılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsum (müştəri: “Vəkil1 Bəykişi oğlu”; FİN:xxxxxxx Transaksiya nömrəsi:63738285; qəbzin nömrəsi:63738285; mədaxil qəbzi: **********; büdcə təsnifat kodu: 14221301; tarix:xx.xx.2024, saat:15:10) dövlət büdcəsindən iddiaçının nümayəndəsi və vəkilinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar