Məhkəmə qərarları › İş №2(007)-2823/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2823/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2823/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X20 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci ildə Ermənistan Masis rayonunda doğulmuşdur. X1r, anası X5r. Milliyətləri azərbaycanlıdır. Doğumu Ermənistan Respublikasında qeydiyyata alınıb, doğum haqqında şəhadətnaməni ordan vermişdilər. Hamıya məlum səbəblərdən məcburi olaraq çox çətin bir şəraitdə Ermənistandan doğma Vətənimizə köçməli olmuşlar. Köç zamanı bir çox əşyalarını və sənədlərini götürə bilməmişlər, yalnız canlarını götürüb qaçmışlar. Götürə bilmədikləri sənədlərdən də onun doğum haqqında şəhadətnaməsidir. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnaməsi yoxdur. Doğum haqqında şəhadətnamənin olmaması onun bir çox hüquqlarını tam şəkildə həyata keçirməyinə maneə yaradır. Ona görə doğumun qeydə alınması üçün maraqlı şəxsə müraciət etmiş, ona bununla bağlı imtina məktubu verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən, Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan, Masis rayonunda doğulması, ata qrafasında X8, milliyyəti azərbaycanlı, ana qrafasında X9, milliyəti azərbaycanlı qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X7 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində göstərdi ki, Zərnişan onun baldızıdır. Həmçinin onlar eyni kənddəndirlər. O, həqiqətən Masis rayonunda 01 iyul 1947ci ildə doğulub. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 ifadəsində göstərdi ki, Zərnişan onun böyük bacısıdır. O, həqiqətən Masis rayonunda iyulun 1-i, 1947-ci ildə doğulub. Doğum günlərini də həmişə o tarixdə qeyd etmişlər. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin zahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs 3-16-5/7-1904/15 nömrəli xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun doğum haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinə baxaraq Maraqlı şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-a əsasən ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon(şəhər) qeydiyyat şöbələri) tərəfindən bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Eyni zamanda qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon(şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müvafiq sənədlər şöbəyə təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. - AZ-İİ seriyalı 389677 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2002-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci ildə 756 nömrə ilə qeyd aparılmışdır. - AZ-İİ seriyalı 389676 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2000-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci ildə 05 nömrə ilə qeyd aparılmışdır. - AZE seriyalı 13904899 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1963-cü ildə Ermənistan Respublikası, Eçmiadzin rayonunda doğulmuşdur. - AZ-İV seriyalı 979758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1963-cü ildə Ermənistan Respublikasında doğulmuşdur. X2, anası X5r. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1947-ci ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 həqiqətən xx.xx.2024-cü il tarixdə özünə məxsus Doğum haqqında şəhadətnaməsini naməlum şəraitdə itirməsi barədə Nizami RPİnin 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmuşdur, hazırda Bakı şəhəri, Nizami rayonunun ərazisində qeydiyyatdadır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyənedilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə Ermənistanda yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, Ərizəçi təvəllüdü xx.xx.1947-ci il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, X2, milliyyəti azərbaycanlı, anası X9, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1947-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi təvəllüdü xx.xx.1947-ci il, doğulduğu yer Ermənistan Respublikası, Masis rayonu, X2, milliyyəti azərbaycanlı, anası X9, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar