Məhkəmə qərarları › İş №2(007)-2824/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2824/2023

29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2824/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmağına dair doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydində ata qrafasında «X4» kimi, ana qrafasında isə «X7» kimi, milliyətinin «azərbaycanlı» kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verərək, onun xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda Şidli kəndində doğulmağına dair doğum akt qeydinin bərpa edilməsi, milliyyəti «azərbaycanlı» kimi, doğum akt qeydində ata qrafasında «X4», milliyyəti «azərbaycanlı» kimi, ana qrafasında isə «X7», milliyyəti «azərbaycanlı» kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur. X2, anası X5r. Hər ikisi azərbaycanlıdırlar. Hal-hazırda o, özünə məxsus Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, 5ci dalan, 4 saylı evi qardaşı X6 bağışlamaq istəyir. Bununla bağlı notariat ofisində ondan doğum haqqında şəhadətnamə tələb edirlər. Lakin o, doğum haqqında şəhadətnaməsini itirmişdir. Bununla bağlı o, Nizami Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək onun doğum akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Oradan ona yazılı olaraq imtina edərək bildirildi ki, itirmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd olmadığı üçün, bu işin həlli qeydiyyat şöbəsində mümkün deyil, belə ki, doğum akt qeydinin bərpa edilməsi məsələsi məhkəmə yolu ilə həll edilməlidir. Nəzərə çatdırır ki, onun şəxsiyyət vəsiqəsi vardır ki, orada onun harada anadan olmağı qeyd olunmuşdur, bundan başqa bu faktı onun qardaşları təsdiq edə bilərlər. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məktub göndərərək işlərin şox olması səbəbindən qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını xahiş etmişdir. Məhkəmə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda Şidli kəndində anadan olmuşdur. Ermənistan Respublikasından gələndə doğum haqqında şəhadətnaməsi var idi daha sonra itirmişdir. Yeni doğum haqqında şəhadətnamə ala bilmir. X1, anaları X5r. Məhkəmə iclasında şahid qismində dindirilən X3 Vüqar Qulu oğlu ilə eyniməzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********13-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 5-ci dalan, 4 saylı ev Ərizəçi xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evi ərizəçinin adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 29 saylı evin, 8 saylı mənzilində qeydiyyatdadır. - Maraqlı şəxs Ərizəçi ünvanlandığı 3-16-5/7-1964-15/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən “Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, itmiş sənədinizin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinizdən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. - İ-СЛ seriyalı, 298229 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10 noyabr 1972-ci il tarixdə Ararat rayonunun Şidli kəndində doğulmuşdur. X2, anası X5r. - İ-СЛ seriyalı, 439040 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 sentyabr 1974-cü il tarixdə Ararat rayonunun Şidli kəndində doğulmuşdur. X2, anası X5r. - Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən verilən 11 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi məxsus olan Ermənistan Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin tapılması barədə Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşdur - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda Şidli kəndində doğulmuşdur, milliyyəti Azərbaycanlıdır. Ərizəçinin doğumunu təsdiq edən doğum haqqında şəhadətnamə itirildiyindən və doğum haqqında akt qeydinin Ermənistan Respublikasında aparıldığından onun bərpa edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Maraqlı şəxsndə araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyindən və doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından qeydiyyat şöbəsi tərəfindən yenidən doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkün olsun. Göründüyü kimi ərizəçinin doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından ərizəçi qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnaməsini əldə edə bilmir. Bu səbəbdən doğum akt qeydi məhkəmə tərəfindən bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyinə görə ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1967-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunun Şidli kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilərək, onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxxx 1967-ci il, doğulduğu yer Ermənistan Respublikası, Ararat rayonunun Şidli kəndi, milliyyəti azərbaycanlı, X2, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1967-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunun Şidli kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxxx 1967-ci il, doğulduğu yer Ermənistan Respublikası, Ararat rayonunun Şidli kəndi, milliyyəti azərbaycanlı, X2, milliyyəti azərbaycanlı, anası X7, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar